Məhkəmə qərarları › İş №1(102)-471/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-471/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-471/2022 04.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi – atası X3 iştirakları ilə ** *** 1955-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair vəsatətin təmin edilməməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 1(050)-06/2020 saylı hökmü ilə (hakim A.A.Səlimov) Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə on beş faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsi hökm edilmişdir. Masallı Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov, (sədrlik edən), E.Ə.Camalov və E.İ.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayəti ilə yanaşı kassasi ya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət ilə də müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: K.S.Bəşirov, hakimlər: E.İ.Əliyev və M.Ə.Bağırov), Şirvan Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 1(106)-202/2020 saylı qərarından zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarının ləğ v edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi – atası X3, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.2-ci maddəsinə əsasən (CPM-nin 15 iyul 2020-ci il tarixə qədər qüvvədə olan redaksiyası) kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materiall arı və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 06 (altı) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmə k hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də veril məlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas, ya zərərçəkmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalıdır. Yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kas sasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından görünür ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-202/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti 06 sentyabr 2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli, 1(106)-202/2020 saylı qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti hərəkətsiz saxlanılmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətinin verilməsi üçün müddət in bərpası barədə vəsatət 25 oktyabr 2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs vəsatətdə göstərmişdir ki, o, həmin qərarı aldığı vaxtdan başı ailə problemlərinə, uşağının xəstəliyinə qarışdığına görə qərardan kassasiya şikayəti verməmişdir. Hüquqşünas olmadığı üçün həmin hökmdən elan olunduğu vaxtdan kassasiya şikayəti verilməli olduğunu bilməmiş və bu səbəbdən də kassasiya şikayəti yazdırılması üçün hüquqşünaslara da gec müraciət etdiyindən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürmüşdür. Bu halları əsas götürərək kassasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs kassasiya şikayətini 6 ay ərzində, yəni 16 aprel 2021-ci ilədək olan dövrdə verməli olduğu halda, həmin müddəti üzrsüz səbəbdən ötürərək 06 sentyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti əsassızdır və həmin müddət bərpa edilməməlidir. Məhkəmə kollegiyası bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa sına dair vəsatətin təmin edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar