Məhkəmə qərarları › İş №1(102)-471/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-471/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-471/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum olunmuş ölmüş şəxs Məhkum hüquqi varisi Nümayəndə3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2-ci maddəsi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü ilə isə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Bayramov Mayıl Abbas oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1946-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 27 oktyabr 2019-ci il tarixdə vəfat etmiş, CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası qismən təmin edilərək cavabdeh Məhkum vurulmuş maddi ziyan olan 325.000 (üç yüz iyirimi beş min) manat məbləğində pulun Zərərçəkmiş şəxs xeyrinə tutulması, iddia tələbinin mənəvi ziyanın ödənilməsi və digər hissələrdə rədd edilməsi, həmçinin iddianın təmini tədbiri haqqında ərizənin təmin olunaraq Məhkum məxsus "Mercedes G LK300" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin duracağına yerləşdirilməsi, ona məxsus ünvan 2nin, ünvan 3 ünvanında və ünvan 4 qoyulması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs «Heydər Əliyev Fondu» xətti ilə rayonlarda inşa ediləcək məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 man at məbləğində pul almış, aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarmış, qalan 25.000 manat pulu isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs onun iş birliyində olduğu "xxxx" şirkətinin sahibi, Türkiyə Respublikası vətəndaşı X10 tərəfindən Lerik rayonunda su-kanalizasiya işlərinin görülməsi üçün Türkiyə Respublikasından 40 ədəd «TİR» tipli avtomaşınlarda gətirilmiş və Qaradağ rayonundakı «İpək Yolu gömrük məntəqəsi»ndə saxlanılmış plastik borula r üçün tələb olunan gömrük rüsumunu az məbləğdə ödəməklə avtomaşınları tez bir zamanda buraxdıracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmaqla, həmin şirkətin "xxxx"dakı hesabından götürülərək Zərərçəkmiş şəxs verilmiş 300.000 manat məbləğində pulu 2011-ci ilin dekabr ayının əvvəllərində şirkətin sahibi X10 və onunla iş birliyində olan fərdi sahibkar Şahid1 iştirakları ilə Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına bağın yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxs almış, avtomaşınların gömrük məntəqəsindən buraxılmadığını görən X10 verdiyi 300.000 manat pulu Zərərçəkmiş şəxs tələb edərək geri almış, bununla da Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələ duzluq etmişdir. Hökmdən mərhum məhkum, onun müdafiəçisi Səmədov Zaur Əprayıl oğlu və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət tərkibdə) 29 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərç əkmiş şəxs qaytarıb qalan 25.000 manat pulu isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum həmin epizod üzrə cəza təyin edilməmiş, hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 07 (yeddi) ilədək endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarından mərhum Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kərimov Fərhad Abdulkərim oğlu (sədrlik edən və m əruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə) 11 fevral 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işi yeni məhkəmə baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 15 oktyabr 2020-ci il tarixli qərarı ilə mərhum Məhkum, müdafiəçisi Səmədov Zaur Əprayıl oğlu və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü dəyişdirilm iş, onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarıb qalan 25.000 manat pulu isə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və Məhkum vəfat etdiyindən ona həmin epizod üzrə cəza təyin edilməmiş, sonuncunun təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsinə dair hissə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmündən xaric edilmiş, bu epizod üzrə ona cəza təyin edilməmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmıışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli qərarından mərhum Məhkum müdafiəçisi C.S.Yusifov kassasiya şikayəti, digər müdafiəçisi Müdafiəçi2 Məsi oğlu isə kassasiya şikayətinə əlavə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlundan və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 23 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2020-cu il tarixli qərarı həmin kassasiya müraciətlərinə əsasən ləğv edilmiş, cinayət işi isə yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 07 sentyabr 2022-ci il tarixli hökmü ilə müdafiəçi Səmədov Zaur Əprayıl oğlu və mərhum məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətləri (apellyasiya şikayətinə əlavə ilə birlikdə) qismən təmin edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməm iş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirli bilindiyi 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin hissədə bəraət verilmiş, Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 44.2.1-ci maddəsinə əsasən Məhkum həmin maddə ilə cəza təyin edilməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 25.000 manat məbləğində Zərərçəkmiş şəxs xeyrinə tutu lması, iddianın təmin tədbiri kimi məhkum olunmuş şəxsə məxsus olan ünvan 2nin üzərinə həbs qoyulması, həbs qoyulmuş əmlak hesabına cinayət nəticəsində vurulmuş ziyan ödənildikdən həmin əmlakın satışından əldə edilmiş pul vəsaitinin qalıq hissəsinin Məhkum vərəsələrinə qaytarılması, Məhkum məxsus "Mercedes GLK300" markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə, həmçinin ünvan 2 üzərinə, eyni zamanda ünvan 4in üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmündən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin d əlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən və iş üzrə toplanmış və araşdırılmış sübutlara istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə mərhum Məhkum əməlini düzgün tövsif etməməklə onun barəsində qanunsuz və ədalətsiz yekun məhkəmə aktı qəbul etmişdir. Kassasiya şikayətinin müəllifi öz müraciətində bildirir ki, apellyasiya instansiyası məhkəməsi üzrə dindirilmiş şahidlərin ifadələrini düzgün qiymətləndirməmiş və hesab etmişdir ki, hazırki iş üzrə ifadə vermiş şahidlər Şahid1 və X26 zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olduqlarına görə onun x eyrinə ifadələr vermişlər. Halbuki Şahid1 və X26 biləbilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir və onların Zərərçəkmiş şəxs ilə yaxın dost münasibətlərində olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur, həmin şahidlərin ifadələri isə iş materiallarında olan digər sübutların məcmusu ilə öz təsdiqini tapır. Eyni zamanda digər bir şahid X9 münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X6 mərhum X5 tanısa da digər epizod üzrə şahid olan mərhum Şahid3 köməkçisi olmuşdur. Şahidlər X18 və Şahid2 isə Zərərçəkmiş şəxs ilə yaxın münasibətdə olmaqla pulun verilib-verilməməsinin birbaşa şahidi olmamışlar, buna görə adları göstərilən şahidlərin ifadələri inandırıcı hesab olunmamışdır. Halbuki məhkəmə digər - 25000 (iyirmi beş min) manat məblə ğində pulun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı epizod üzrə məhz həmin şahidlərin ifadələrinə əsaslanaraq Məhkum təqsirli bilmişdir. Həmçinin, məhkəmənin tapşırığı əsasında Türkiyə Respublikasının Prokurorluğunundan göndərilmiş şahid X10ın 15 mart 2022-ci il tarixli ifadələri də məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Bu ifadələri tədqiq edən məhkəmə hesab etmişdir ki, X10ın dedikləri bir-biri ilə ziddiyyət təşkil edir. O gah 300000 (üç yüz min) manat məbləğində pul vəsaitinin şirkətin "Kapital Bank” ASC-dəki hesabından çıxarıldığını, gah da Zərərçəkmiş şəxs tərəfindən ödənilərək sonradan hesabdan çıxarılaraq ona ödənildiyini bildirmişdir. Halbuki, X10 öz ifadəsində bu hissəni xatırlamadığını, məbləğin 300000 (üç yüz min) manat olduğunu isə dəqiq xatırladığını bildirmiş dir. X10nun ifadələrinə görə, bu pulun ya şirkətin Kapital Bank” ASC-dəki hesabından çıxarılaraq, ya da həmin vaxt şirkətin kassasında pul olmadığı ərəfələrdə başqa yolla əldə olunub Zərərçəkmiş şəxs tərəfindən ona ödənilmiş, sözügedən pul vəsaiti dekabr ayının axırıncı həftələrində təslim edilmişdir. Şirkətə məxsus "Kapital Bank” ASCdəki hesabdan çıxarışlardan da görünür ki, dekabr ayının axırıncı həftəsində şirkətin hesabından 362,545.0 (üç yüz altmış iki min beş yüz qırx beş) manat, həmçinin 285,069.13 (iki yüz səksən beş min altmış doqquz manat 13 qəpik) məbləğində, 655.484.40 (altı yüz əlli beş min dörd yüz səksən dörd manat 40 qəpik) və 515,472.93 (beş yüz on beş min dörd yüz yetmiş iki manat 93 qəpik) məbləğində pul vəsaitləri məxaric olunmuşdur. Bunlara baxmayaraq, məhkəmə X10ın mə hz pulun hansı şəraitdə əldə edilməsi hissəsi ilə bağlı hadisənin üzərindən 11 il müddət keçdikdən sonra detalları dəqiqliklə xatırlaya bilməyəcəyini nəzərə almamış, bu ifadəni də ziddiyyətli hesab etmişdir. Bu isə məhkəmənin həmin şahidin ifadəsini hərtərəfli tədqiq etməməsini və düzgün qiymətləndirməməsini göstərir. Məhkəmədə bəraət hökmü çıxarılarkən eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əmlakları üzərinə qoyulmuş həbsi götürmüş, lakin məhkəmə araşdırması bitmədən həmin həbsin götürülməsi bu əmlakların təqsirləndirilən şəxsin hüquqi varisləri tərəfindən satılaraq, mülki iddia üzrə tutmanın əmlaklara yönəldilməsi imkanını aradan qaldırmışdır. Qeyd olunanlara əsaslanaraq zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə2 və Məhkum hüquqi varisinin müdafiəçisi Müdafiəçi4 məhkəməyə naməlum səbəbdən gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkum olunmuş şəxsin hüquqi varisi Nümayəndə3 bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə2 və Məhkumun hüquqi varisinin müdafiəçisi Müdafiəçi4 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə ə sasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan Zərərçəkmiş şəxs apellyasiya instans iyası məhkəməsi tərəfindən qəbul edilmiş hökmün ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi həmin məhkəmənin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə mərhum Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış apellyasiya instan siyası məhkəməsinin hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlər in həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qə rarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlər in özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olma sına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edi lməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilin məsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mə nbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalə t mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmaya raq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəb dən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanu na müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduq ları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün (Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsi) məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edil ənlərə əsasən məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işi üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdikləri müəyyən olunur. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. S ubyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-is tifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmla kın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Təhli olunan dələduzluq cinayəti zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə əməl CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərarda məhkəmələrə tövsiyə olunur ki, Cinayət Məc əlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüqu qları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı a ldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya q ohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti is tifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa ça tma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanar aq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən, heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 11-ci maddəsində və Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində təsbit edilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilm əz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun adı çəkilən 11 iyun 2015ci il tarixli Qərarının 27-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşıl ıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan m əhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün yuxarıda təsvir edilənlərdən çıxış edərək Məhkum barəsindəki cinayət işinin materiallarına müraciət etmə yi və bir sıra sübutları qanunvericiliyin tələblərinə əsaslanmaqla şərh etməyi zəruri bilir. Belə ki, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs «Heydər Əliyev Fondu» xətti ilə rayonlarda inşa ediləcək məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində pul almış, aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında Zərərçəkmiş şəxs qaytarmış, qalan 25.000 manat pulu isə etibardan sui- istif adə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı «ALFA LTD» şirkətinin rəhbəri Zərərçəkmiş şəxs onun iş birliyində olduğu "xxxx" şirkətinin sahibi, Türkiyə Respublikası vətəndaşı X10 tərəfindən Lerik rayonunda su-kanalizasiya işləriniX10ün Türkiyə Respublikasından 40 ədəd «TİR» tipli avtomaşınlarda gətirilmiş və Qaradağ rayonundakı «İpək Yolu gömrük məntəqəsi»ndə saxlanılmış plastik borular üçün tələb olunan gömrük rüsumunu az məbləğdə ödəməklə avtomaşınları tez bir zamanda buraxdıracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs aldatmaqla, həmin şirkətin "xxxx"dakı hesabınd an götürülərək Zərərçəkmiş şəxs verilmiş 300.000 manat məbləğində pulu 2011-ci ilin dekabr ayının əvvəllərində şirkətin sahibi X10 və onunla iş birliyində olan fərdi sahibkar Şahid1 X10ə Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına bağın yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxs almış, avtomaşınların gömrük məntəqəsindən buraxılmadığını görən X10 verdiyi 300.000 manat pulu Zərərçəkmiş şəxs tələb etmiş, bununla da Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum bu sübutlarla 300.000 manat məbləğində dələduzluq epizodu üzrə cinayət törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kolle giyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın ikinci epizodu üzrə təqsirlilik məsələsini müzakirə edərək düzgün hesab etmişdir ki, Məhkum tərəfindən 300.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, sonuncunun həmin epizod üzrə cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən adı çəkilən epizod üzrə verilmiş ittihamdan görünür ki, Məhkum "xxxx" şirkətinin "xxxx"dakı hes abından götürülərək Zərərçəkmiş şəxs verilmiş 300.000 manat məbləğində pulu 2011-ci ilin dekabr ayının əvvəllərində şirkətin sahibi X10ın və onunla iş birliyində olan fərdi sahibkar ŞahidX10 ilə Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına bağın yaxınlığında yerləşən ofisində Zərərçəkmiş şəxs almışdır. Göründüyü ittihamın əsaslandığı əsas hallardan biri "xxxx"dakı hesabdan çıxarılaraq Zərərçəkmiş şəxs 300.000 manat məbləğində pul vəsaitinin verilməsi halı olmuşdur ki, göstərilən məbləğin həqiqətəndə hüquqi şəxsin bank hesabından çıxarılıbçıxarılmamsı ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən, 19 yanvar 2022ci il tarixdə "Kapital Bank” ASC-dən "Gelişim İnşaat Turizm Sənaye və Ticarət LTD” Şirkətinin hesabına 01 noyabr 2011-ci il tarixdən 01 yanvar 2012-ci ilin tarixədək qə dər mədaxil və məxaric olan pul vəsaitlərinin hərəkətləri barədə məlumat verilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərara əsasən verilmiş sorğuya cavab olaraq "Kapital Bank” ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş 25 may 2022-ci il tarixində hesabdan çıxarışlar tədqiq edilərkən göstərilən tarixlərdə "xxxx" Şirkətinin hesabından 300.000 manat məbləğində pulun çıxarılması müəyyən edilməmişdir. Bundan sonra apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs 300.000 manat məbləğində pul vəsaitinin 2011-ci ilin dekabr ayında deyil, həmin ilin avqust-noyabr aylarında götürlməsini bildirərək həmin tarixlərə münasibətdə sorğunun verilməsi ilə bağlı vəsatət vermiş, obyektiv həqiqətin müəyyən edilməsi üçün onun verdiyi vəsaət təmin olunmuş və məhkə mə 20 aprel 2022-ci il tarixdə "xxxx" ASC-dən "xxxx" Şirkətinin hesabına 2011-ci ilin avqust ayından 2011-ci ilin noyabr ayına qədər mədaxil və məxaric olan pul vəsaitlərinin hərəkəti barədə məlumatın əldə edilərək Bakı Apellyasiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul etmişdir. "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş 25 may 2022ci il tarixli hesabdan çıxarış materiallarından görünür ki, göstərilən müddətdə, yəni 2011-ci ilin avqust ayından 2011-ci ilin noyabrayınadək "xxxx" Şirkətinin hesabından 300.000 manat məbləğində pul çıxarpılmamışdır. Bununla bağlı ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs daha əvvəl verdiyi ifadələrindən fərqli olaraq 300.000 manat məbləğində pul vəsaitinin "xxxx"dakı hesabdan götürlmədiyini, həmin məbləğin şirkətin kassası ndan götürülməsi barədə yeni ifadələr vermişdir. Halbuki, Zərərçəkmiş şəxs həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında ardıcıl olaraq israrla göstərmişdir ki, 300.000 manat məbləğində pul "xxxx"dakı hesabdan götürülmüş və məhz həmin pulu o, Məhkum vermişdir. Göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi ifadələr ziddiyyətli olmaqla həqiqəti əks etdirməmiş və bu ifadələrdə əksini tapmış biri-birinə uyğun olmayan hal "xxxx" ASC tərəfindən əldə edilmiş məlumatlarla təkzib edildiyindən Məhkum qarşı irəli sürülmüş ittiahmla da ziddiyyət təşkil etmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı 300.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə dair ittiham irəli sürülərkən həmin əməlin tö rədilməsini təsdiq edən sübutlar kimi zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, X10 və X6 ifadələrinə istinad olunmuşdur. İş materiallarından görünür ki, bununla əlaqədar olaraq işə tam, hərtərəfli və obyektiv baxılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən X10 dindirilməsi barədə Türkiyə Respublikasının Prokurorluğuna müvafiq tapşırıq və həmin tapşırıq icra olunaraq, yəni adı çəkilən şahid Türkiyə Respublikasında dindirilərək onun verdiyi ifadləri əks etdirən müvafiq prosessual sənəd 06 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Tapşırığa əsasən dindirilərkən Durdu Yılıdırım göstərmişdir ki, o, 2011-ci ildə "Gəlişim” İnşaat Turizm Sənaye və Ticarət şirkəti olaraq Azərbaycan Respublikasının, Lerik rayonunda içməli su tenderini almışdır Hə min vaxt şirkət ona və həyat yoldaşı Xa aid idi. O, həmin işə görə Azərbaycana gətirmək üçün Türkiyənin “Fırat Plastik” şirkətindən 40 tırda yerləşdirilmiş su borusu almış, lakin müəyyən gömrük proseslərinə görə həmin malları Azərbaycana keçirə bilməmişdir. Bu işlərlə onun mühasibləri X50 və adını xatırlamadığı digər kişi ilə Zərərçəkmiş şəxs maraqlanmışlar. O, tırların gömrükdən keçirilməsində köməklik göstərmələri barədə Azərbaycanda tanıdığı Şahid1 və Zərərçəkmiş şəxs kömək istəmiş, onlar da həmin vaxt onu Məhkum adlı şəxslə tanış etmişlər. Həmin şəxs 300.000 manat müqabilində tırların gömrükdən keçirilməsi məsələsini həll edə biləcəyini bildirdikdə o, şirkətin "xxxx"dakı hesabından 300.000 manat məbləğində pulu çıxarıb ödəmək üçün Zərərçəkmiş şəxs vermiş, lakin bu haqda heç bir təsdi qedici sənəd tərtib olunmamışdır, pulun bankdan çıxarılması fakı isə hesab məlumatlarından müəyyən edilə bilər. Verilmiş suallara cavab olaraq şahid X10 həmçinin bildirmişdir ki, həmin pulu gömrük vergisi xaric, digər işlərin həll olunması üçün vermiş, pulu isə Zərərçəkmiş şəxs Məhkum verməkdən ötrü adını bilmədiyi şəxs onun Həmçinin şahid qeyd etmişdir ki, pulu Məhkum verməkdən ötrü, o, 2011-ci ilin dekabr ayında Zərərçəkmiş şəxsla birlikdə Məhkumun ofisinə getmiş və orada pulu sonuncunun otağında olan tanımadığı şəxs alaraq onu sayıb iş masasının çəkməcəyinə qoymuşdur. Pul qəzetə bükülü şəkildə paket halında verilmiş, içindəki əskinazları bilmir. Həmçinin Zərərçəkmiş şəxs pulu necə əldə etməsi ilə bağlı halları o, yəni X10 tam dəqiqliklə xatırlamır, lakin həmin dövrdə Zərərçəkmiş şəxs “P ulu Bankdan çıxarmışam” ifadəsini işlətmişdir. Şahid həmçinin göstərmişdir ki, o, X6ni tanımamış, onun pul verilərkən ofisdə olub-olmamasını xatırlamır və həmin vaxt orada onun özündən, Zərərçəkmiş şəxs, Məhkum, Şahid1 başqa mərhum Məhkum köməkçisi olmuşlar. Şahid X10nun bu ifadələrinin təhlili göstərir ki, həmin ifadələr həm özü özlüyündə, həm də Zərərçəkmiş şəxs, eyni zamanda Şahid1 ifadələri üst üstə düşməməklə ziddiyyətlidir. Belə ki, adı çəkilən şahid bir tərəfdən şirkətin "xxxx"dakı hesabından 300.000 manat məbləğində pulun çıxarılıb Məhkuma ödənilməsi üçün Zərərçəkmiş şəxs verdiyini bildirdiyi halda, digər tərəfdən Zərərçəkmiş şəxs göstərilən pul vəsaitinin necə əldə etməsi ilə bağlı halları xatırlamadığını, həmin dövrdə şirkətin kassasında o qədər pul olmadığını, Zərərçəkmiş şəxs i sə “Pulu bankdan çıxarmışam” sözlərini işlətdiyini bildirmişəklə daha sonra həmin puldun Zərərçəkmiş şəxs tərəfindən qaytarıldığını göstərmişdir. Diqqət yetirməli olan hal isə ondan ibaərtdir ki, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs 300.000 manat məbləğində pul vəsaitinin "Gəlişim” İnşaat Turizm Sənaye və Ticarət şirkətinin kassasından götürdüyü bildirsə də, şahid X10 həmin dövrdə kassalarında bu qədər məbləğdə pulun oX10ərmiş, eyni zamanda Zərərçəkmiş şəxs və Şahid1 qeyd olunan məbləğin hüquqi şəxsə aid olduğunu bildirdikləri halda X10 həmin məbləğdən hansı miqdarının Nümayəndə2 aid olmasının dəqiq bilmədiyini, bunun onun mühasibi daha yaxşı bildiyini qeyd etmiş və faktiki olaraq pul vəsaitinin tam olaraq ona aid olub-olmaması ilə bağlı ziddiyyətli ifadələr vermişdir Bundan başqa, Məhkum elan olunmuş ittihamda onun 300.00 manat pulu 2011-ci ilin dekabr ayının əvvəllərində ələ keçirdiyi göstərildiyi halda şahid X10 300.000 həmin pulu Məhkum dekabr ayının son həftəsiX10i bildirmişdir. Həmçinin ibtidai araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs pulun verilməsində X6nin də iştirak etdiyini göstərsə də, birinci instansiya məhkəməsində işə baxılarkən yenə iş üzrə ziddiyət yaradaraq sonuncunun həmin vaxt orada olmadığını, apellyasiya icraatları zamanı onun otaqda deyil, dəhlizdə gözlədiyini bildirmişdir ki, bu ifadələr də X10ın və Şahid1 da ifadələri üst-üstə düşməmişdir. BeləX10lun verilməsində mərhum Məhkum, özünün, X10ın və Zərərçəkmiş şəxs iştirak etdiklərini göstərsə də, şahid X10 qeyd olunan şəxslərdə başqa pulun verilməsində Məhkmun də old uğunu qeyd etmişdir. Digər tərəfdən şahid X6 ifadələrindən görünür ki, o, 300.000 manat məbləğində pulun Məhkum verilməsindən xəbərsiz olmuşdur. Bununla yanaşı adı çəkilən şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini, sonuncu ilə görüşməyə razılıq verdikdə Zərərçəkmiş şəxs ondan Məhkum onun iştirakı ilə pul verilməsini təsdiq etməsini xahiş edərək bunun müqabilində ona 25000 manat pul verəcəyini vəd etmiş, lakin o, bu təkliflə razılaşmamışdır. İş üzrə müəyyən edilmiş daha bir ziddiyyətli məqam ondan ibarətdir ki, Zərərçəkmiş şəxs 300.000 manat məbləğində pulu şəxsən Məhkum çemodanda (diplomatda) verdiyini göstərsə də, şahid X10 həmin pul vəsaitinin qəzetə bükülü halda Məhkum kömX10diyini və həmin şəxsin pulu sayaraq iş masasının gözünə qoyduğu bildirmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, zərərçəkmiş şəxs 300.000 manat pulun X10a qaytarılması hissəsində də ziddiyyətli ifadələr vermişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs pulu X10a dekabr ayında, apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında isə 2012-ci ilin yanvar ayının 6-da 140 000 manat, təxminən 10 gün sonra isə 160 000 manat qaydardığını göstərmişdir. Göründüyü kimi mərhum Məhkum 300.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı ona elan olunmuş ittiham zərərçəkmiş Zərərçəkmiş şəxs özünün, şahidlər X10 və Şahid1 cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ziddiyyətli ifadələrə əsaslanmışdır ki, bu ifadələrin fonunda da Məhkum həmin cinayət əməlini törətməsi barədə qəti fiki r yürütmək mümkün deyil. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən də apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla bütün sübutlar tam, hərtərəfli tədqiq edilmiş, bu sübutların bir hissəsi isə həmin məhkəmənin məhkəmə iclasında araşdırılmış, lakin mövcüd ziddiyyətləri aradan qalıdrmaq mümkün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə tamamilə haqlı olaraq təqsirsiz prezumpsiyasını rəhbər tutub və ittiham tərəfinin bununla bağlı digər mötəbər sübutlar təqdim etmədiyini nəzərə alıb bütün şübhələri Məhkum düzgün olaraq onun xeyrinə həll edərə onun təhlil edilən epizod üzrə cinayət törətməsinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə nəticəyə gələ n apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı tələblərinə də əməl etmiş və bu tələblərlə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz Qərarlarında formalaşdırdığı prsedent hüququnu da nəzərə almışdır. Belə ki, təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İİİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 12 5-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəti cəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələ rin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübut a yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu normal arın mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək hüququna da malikdrlər o şərtlə ki, belə tövsif cinayət törətmiş şəxsin hüquqularının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irləi sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birin ə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. O, ki qaldı Məhkum tərəfindən Nümayəndə2 məxsus olmuş 25.000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsinə dair epizoda, məhkəmə kollegiyası hesab edir ki, məhkum olunmuş şəxsin bu əməli törətməsi mötəbər, iş mateialları ilə təkzib olunmamış sübutlara əsaslanmış və sonuncunun bu cinayəti törətdiyinə görə təqsirli bilinməsi istər ittiham, istərsə də də müdafiə tərəfindən mübahisələndirilmir. Buna görə məhkəmə kollegiyası həmin epizod üzrə sübutları hazırki qərarında təftiş etməyi lazım bilmir və qeyd edir ki, Məhkum göstərilən əməli apellyasiya instansiyası məhkəməsi tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və həmin əməlin törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsinin, yəni iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddianın təmin olunması üçün hətta vurduğu zərərdən artıq məbləğdə dəyərləndirilən əmlakın üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar qəbul etmiş, ona məxsus olan digər daşınar və daşınmaz əmlakın üzərinə həbsin qoyulması üçün isə əsaslar müəyyən etməmişdir. Beləliklə məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək belə nəticəyə gəlir ki, baxılan cinayət işinin materiallarında kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntula ra yol verilməmişdir və bu baxımdan həmin şikayətin dəlilləri qəbuledilməz sayılmalıdır. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayəinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və mərhum məhkumun hüquqi varisinin çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kass asiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar