Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-471/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fe vral 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) 28 iyul 2021-ci il tarixli, 1(056)-36/2021 nömrəli hökmü ilə xx xxxxxx 1977-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Sadavat kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci i nstansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Bakı şəhəri, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsi, ev 9-da yaşayan X2 etibarından suiistifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək qərarına gəlib, vahid niyyətlə, tamah məqsədi ilə sonuncunun arvadı X1 xəstəlik səbəbindən pensiyaya çıxarılmasına köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq, 2016-cı ilin oktyabr ayının axırlarında Bakı şəhəri Səbail rayonunda Sahil Metrosunun qarşısında 4000 manat pulunu, 2016-cı ilin noyabr ayının əvvəllərindən 2016-cı ilin dekabr ayının axırlarına qədər müxtəlif vaxtlarda Bakı şəhəri Səbail rayonunda Sahil Metrosunun qarşısında 350 manat, 650 manat, 250 manat, 150 manat, 300 manat, 300 manat, 250 manat, poçt vasitə ilə adına göndərilmiş və 30 noyabr 2016-ci il tarixdə Ağ daş rayon poçt filialından əldə etdiyi 100 manat pulu və sonuncu dəfə isə poçt vasitəsi ilə adına göndərilmiş və 19 mart 2018-ci il tarixdə Sabirabad rayon poçt filialından əldə etdiyi 150 manat pulu, ümumilikdə isə 6500 manat, yəni xeyli miqdarda pulu ələ keçirməklə dələduzluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və İsmayıl Əhmədov) 23 fevral 2022-ci il tarixli, 1(106)-64/2022 nömrəli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə təqsiri olmamışdır. O, iş üzrə zərərçəkmiş şəxsi tanımır. Sözü gedən cinayət işi üzrə təqsirli bilindiyi dələduzluq əməlini törətməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı o lmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum öz kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən ed ilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq etmiş və iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-1 46-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini düzgün sayır. Məhkum birinci instansiyası məhkəməsində irəli sürülən ittihamda özünü təqsirli hesab etməsə də, onun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı digər sübutlarla tam təsdiq edilir. İş materiallarından görünür ki, təhqiqat və ibtidai istintaq orqanları tərəfindən istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılmış və bu barədə müvafiq protoko lları tərtib etmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Belə ki, istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Məhkum təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cəza təyin olunarkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükə lilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmışdır. Belə ki, məhkum olunmuş şəxs Məhkum təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını, İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran hallar olmamasını və törətdiyi cinayətin x arakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini nəzərə alaraq ona CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi qanuni, ədalətli və cəzanın məqsədinə daha uyğun olmasını saymışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Həmçinin, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının yüngülləşdirilməsi və yaxud ona həbslə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, Məhkum əməlinin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsi və ona həmin maddə ilə azadlıqdan məhrum et mə növündə cəza təyin edilməsi barədə işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılması nı qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2022-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-471/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-471/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver