Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-472/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi, X3 X1 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və halhazırda həbsdə olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim R.T.Əhmədov) X8 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növ ündə cəzanın çəkilməmiş 05 (beş) ay müddətində hissəsi hazırkı hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, X4 üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Həmin hökmlə həmçinin X10 da məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim F.A.Qasımov, hakimlər: S.A.Mirzəyev və E.Y.Şamayev) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən X8 təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olub b ir qrup şəxs halında, 29 oktyabr 2017-ci il tarixdə, saat 16 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti "Zərərçəkmiş şəxs2" MMC-nin Xətai şəbəkə sahəsinin yeni inşa edilən 8-ci kilometr yarım stansiyasının binasının giriş qapısının asma qıfılını sındırmaqla binaya qanunsuz daxil olub, şəbəkəyə quraşdırılmamış vəziyyətdə olan "NEX-17" tipli yuvalardan hər biri 55 manat dəyərində olan 10 ədəd izolyasiyasız elektrik şinini, hər biri 98 manat 97 qəpik dəyərində olan 84 ədəd magistral mis şinini, hər biri 60 manat dəyərində olan 9 ədəd elektrik açarının birləşmə mis şinini və hər biri 02 manat dəyərində olan 42 ədəd mis şaybanı gizli olaraq talayıb X11 idarə etdiyi "Wolkswagen Golf' markalı, ** ******* *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləmiş, ümumili kdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Zərərçəkmiş şəxs2" MMC-nin Xətai şəbəkə sahəsinin 8-ci kilometr yarım stansiyasına 9.537 manat 48 qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və barəsində ədalətli qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun ittihamda irəli sürülən cinayət əməlinin törədilməsində heç bir iştirakı olmamışdır. O yalnız törədilmiş cinayəti bilib gizlətməkdə özünü təqsirli bilir və bunu təsdiq edən şahidlər və sübutlar vardır. Lakin birinci instansiya məhkəməsi ona qarşı qərəzli olaraq cəza təyin etmiş, Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinə əlavədə məhkum birinci instansiya məhkəməsinin hökmündə onun cəzaçəkmə müddətinin əvvəlinin düzgün müəyyən edilmədiyini, ona görə də cəza çəkmə müddətinin sonunun da düzgün olmayaraq vaxtından çox çəkəcəyini bildirir və dəqiqləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayəti və əlavənin təmin edilməsi barədə məhkum, kassasiya şikayəti və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 kassasiya şikayəti və əlavənin həllinin məhkəmənin mülahizəsinə buraxması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi G6 çıxışlarını dinləyərək hesab edir ki, a şağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası fak tiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisələri ilə heç bir aidiyyətinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməl inin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habel ə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzs iz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, X8 elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, iş materiallarına əlavə edilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3, şahidlər X6, X16, X12, X19 və X13 ifadələri, məhkəmə ekspertizasının *********** saylı, 09 mart 2018-ci il tarixli rəyi, 30 oktyabr 2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillərlə, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun oğurluq cinayətində iştirak etməməsi, yalnız baş vermiş oğurluq cinayətinin gizlədilməsində iştirak etməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma həmin epizodlar üzrə bəraət verilməsi məqsədə müvafiq deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi L.Şıxəliyevə cəza tə yin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, L6 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhku mun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkum kassasiya şikayətinə əlavədə cəzaçəkmə müddətinin əvvəlinin aşağı instansiya məhkəmələri tərəfindən düzgün müəyyən edilmədiyini göstərir və dəqiqləşdirilməsini xahiş edir. İş materiallarından görünür ki, L6 Sabunçu Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli hökmü ilə A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 11 noyabr 2013-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı ilə L6 cəzasının çəkilməmiş 1 il 03 ay 21 gün hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasını çəkib qurtarmamış həmin dövrdə ittihamda şərh olunan cinayəti törətmişdir. Qobustan Rayon Məhkəməsinin Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ilə L6 cəzasının çəkilməmiş 11 ay 25 gün hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən L6 cəzaçəkmə müddətinin əvvəlinin müəyyən edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlar apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayəti və ona əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin və ona əlavənin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-472/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-472/2019
17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver