Məhkəmə qərarları › İş №1(102)-472/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-472/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-472/2022 04.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə ** *** 1990-cı ildə Naxçıvan MX-nin Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Naxçıvan MX-nin Şərur rayonu Yenicə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəs əbəsində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli hökmünə əsasən (hakim N.F.Quliyev) Məhkum oğlu - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 12 may 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmü ilə həmçinin X4 və X7 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.Ə.Camalov və E.İ.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli hökmü dəyişdiyilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, X4 və X7 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaq və daşımaq barəsində razılığa gəldikdən sonra onlar 11 may 2019-cu il tarixdə Yardımlı rayonuna getmiş, X4 narkotik vasitə əldə edilməsi üçün 800 manat pul almış, daha sonra X4 60 manat pul ödəyərək “Safari” şirkətinə məxsus “Hyundai Elantra” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobili kirayəyə götürdükdən sonra Məhkum və X7 birlikdə qonşusu X2 idarə etdiyi həmin avtomobil ilə 12 may 2019-cu il tarixdə, saat 03:30 radələrində Yardımlı rayonunun Gendərə kəndinə gələrək şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən qanunsuz olaraq bir ədəd sellofan bükümdə 19,778 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 9,758 qram kustar üsulla hazırlanmış, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş külli miqdarda psixotrop maddə metamfetamin əldə edib daşıyaraq avtomobilə əyləşdikdən sonra həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini saxlaması üçün cinayətkar qrupun digər üzvü X5 vermiş, sürücü X2 yorğunluğu ilə əlaqədar olaraq Məhkum avtomobili idarə edərək birlikdə geri qayıdan zaman həmin tarixdə saat 04:00 radələrində Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Dövlət Yol Polisi Bölməsinin Yol-patrul xidmətinin əməkdaşlarının idarə etdiyi “BMW” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı yol polisi avtomobilindən polis əməkdaşlarının düşərək yaxınlaşdığını gördükdə X7 həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini avtomobilin arxa sağ yan pəncərəsindən bayıra atmış, həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əməliyyat tədbirində iştirak edən polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarının dəyişdirilməsi və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Mə hkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə ə sasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2020-ci il tarixli qərarından məhkum tərəfindən veri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar