Məhkəmə qərarları › İş №1(102)-472/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-472/2023

02.02.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-472/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və məhkumların müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1549/2021 saylı, 16 noyabr 2021-ci il tarixli hökmü ilə (X6 (sədrlik edən və məruzəçi) Azad Məcidov və Səbuhi Hüseynov) xx xxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mış, 11 iyun 2021-ci il t arixdən həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməsi, xx xxxxxxx 1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, İşləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ında yaşamış, 11 iyun 2021-ci il tarixdən həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, iş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs2 məxsus “Samsung A51” markalı mobil telefonun zədələnmiş hissələrinin, təqsirləndirilən şəxs Məhkum1 istifadə etdiyi “Magna” markalı siqaretin boş qutusunun, Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozundakı evin açarlarının, Zərərçəkmiş şəxs2 əlləri və ayaqları bağlanan zaman istifadə olunmuş yapışqanlı lentin hissələrinin və yapışqanlı lent bağlamasın ın (rulonu) məhv edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 114 (yüz on dörd) manat pulun təqsirləndirilən şəxslər – Məhkum2 və Məhkum1 hər birindən 57 (əlli yeddi) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Belə ki, o, özgənin, yəni dayısı, Rusiya Federasiyasında yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və geniş maddi imkanlara malik Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pulu hədə-qorxu yolu ilə tələb etmək məqsədilə həmyerlisi və dostu Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə bunun nəticələrini arzu edərək hazırladıqları cinayətkar plana uyğun olaraq hadisədən əvvəl, yəni 2021-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini Şahid4 şifahi razılaşma ilə 3 günlük müddətə kirayə götürdükdən sonra 8 iyun 2021-ci il tarixdə, saat 16 radələrində dayısı Zərərçəkmiş şəxs1 övladı xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin evə qonaq dəvət edib dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti məlum olmayan taksi ilə sonuncu ilə birlikdə kirayə tutduqları həmin evə gəldikdən və Zərərçəkmiş şəxs2la birlikdə yemək yedikdən sonra Məhkum1lə qabaqcadan aralarında sövdələşdikləri cinayətkar plana uyğun olaraq əvvəlcədən əldə edərək həmin evdə saxladıqları yapışqanlı lentlə həmin evin qonaq otağında stulda əyləşmiş Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edərək əllərini və ayaqlarını bağladıqdan sonra Məhkum1 həmin vəziyyətdə ona məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs2 fotoşəklini çəkmiş, bundan sonra Məhkum1 Mirhəsən Seydiovun əllərini və ayaqlarını açsa da fərdi yaşayış e vinin giriş qapısını açarla bağlayaraq sonuncunu iradəsinə zidd olaraq 3 saat ərzində saxlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, eləcə də hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının, yəni oğlunun və digər ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə dayısı Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda əmlakını tələb edib ələ keçirmək, cinayətin izini itirmək, qohumlarının ondan şübhələnməmələri və yaxalanmamaq məqsədilə məqsədilə ümumi cinayətkar niyyətə və plana uyğun olaraq həmin evi tərk edib ünvan 5 ünvanında yerləşən “Xəzri” kafesinə gələrək orada həmin kafenin “Khazri Restaurant” adlı Wi fi internet şəbəkəsindən istifadə etməklə mobil telefonla çəkilmiş Zərərçəkmiş şəxs2 əlləri və ayaqları bağlı vəziyyətdə olan fotoşəkilini + **********2 telefon nömrəsi üzərindən qeydiyyatdan keçirdikləri “whatsapp” proqramı vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 17:08-də dayısı Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********3 mobil telefon nömrəsinə göndərib, ardınca da “sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağ-salamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, novasibirski və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız, sizdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməy əcək. İyunun 11 axşam sizə gələn sms lə pulu qeyd olunacaq ünvana Bakı şəhərində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunda ismaric göndərməklə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan dayısı Zərərçəkmiş şəxs1 həm oğlu Zərərçəkmiş şəxs2, həm də yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə 500.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə xüsusilə külli miqdar hesab edilən 850.000 manat pulunu tələb edərək Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 17 radələrindən saat 20 radələrinədək olan, yəni 3 saat müddətində Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında a dam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. İstintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının şəxs iyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Belə ki, o, özgənin, yəni Rusiya Federasiyasında yaşamaqla orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və geniş maddi imkanlara malik Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pulu hədə-qorxu yolu ilə tələb etmək məqsədilə həmyerlisi və dostu Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə bunun nəticələrini arzu edərək hazırladıqları cinayətkar plana uyğun olaraq hadisədən əvvəl, yəni 2021-ci ilin iyun ayının əvvəlində Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evini Şahid4 şifahi razılaşma ilə 3 günlük müddətə kirayə götürdükdən sonra 8 iyun 2021-ci il tarixdə, sa at 16 radələrində Zərərçəkmiş şəxs1 övladı xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 həmin evə qonaq dəvət edib dövlət qeydiyyat nişanı və sürücüsünün şəxsiyyəti məlum olmayan taksi ilə sonuncu ilə birlikdə kirayə tutduqları həmin evə gəldikdən və Zərərçəkmiş şəxs2la birlikdə yemək yedikdən sonra Məhkum2la qabaqcadan aralarında sövdələşdikləri cinayətkar plana uyğun olaraq əvvəlcədən əldə edərək həmin fərdi yaşayış evində saxladıqları yapışqanlı lentlə həmin evin qonaq otağında stulda əyləşmiş Zərərçəkmiş şəxs2 şəxsiyyəti üzərində zor tətbiq edərək əllərini və ayaqlarını bağlayıb həmin vəziyyətdə Məhkum2 məxsus “Samsung” markalı mobil telefon vasitəsi ilə sonuncunun fotoşəklini çəkmiş, bundan sonra əllərini və ayaqlarını açsa da fərdi yaşayış evinin giriş qapısını açarla bağlayaraq Zər ərçəkmiş şəxs2 iradəsinə zidd olaraq 3 saat ərzində saxlayıb adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, eləcə də hədə-qorxu ilə, yəni zərərəçəkmiş şəxsin yaxın qohumlarının, yəni oğlunun və digər ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda əmlakını tələb edib ələ keçirmək və cinayətin izini itirmək məqsədilə ümumi cinayətkar niyyətə və plana uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum2 fərdi yaşayış evini tərk edib ünvan 5 ünvanında yerləşən “Xəzri” kafesinə gələrək orada həmin kafenin “Khazri Restaurant” adlı Wi fi internet şəbəkəsindən istifadə etməklə mobil telefonla çəkilmiş Zərərçəkmiş şəxs2 əlləri-ayaqları bağlı vəziyyətdə olan fotoşəkilini +**********2 telefon nömrəsi üzərindən qeydiyyatdan keçirdiyi “wh atsapp” proqramı vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 17:08-də Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********3 mobil telefon nömrəsinə göndərib, ardınca da “sizin oğlunuz hal hazırda əlimizdədir, sizinlə heç bir şəxsi qərəzliliyimiz yoxdur, şərtlərimizə əməl etdiyiniz təqdirdə oğlunuz sağsalamat evinizə çatacaqdır. Şərtlərimiz sizin üçün böyük olmayan 500.000 ABŞ dolları. Bakı şəhərində iyunun 11-ə hazır edin. Pul yüz dollarlıq əskinazlarla olmalıdır. Əgər polisə və digər orqanlara xəbər versəniz, pullar nömrələnsə, pul torbasına çip yerləşdirilərsə, hər hansı izləmə olarsa, novasibirski və Bakıda olan ailənizi təhlükə altına salacaqsınız, sizdən yalnız tələb edilən məbləğ qarşılığında heç bir kəs zərər görməyəcək. İyunun 11 axşam sizə gələn sms-lə pulu qeyd olunacaq ünvana Bakı şəhə rində çatdırdığınız təqdirdə, pullar yoxlanıb və izlənilmədiyi halda oğlunuz az müddətdə evinizə çatacaqdır” məzmunda ismaric göndərməklə Rusiya Federasiyasının Novosibirsk şəhərində yaşayan Zərərçəkmiş şəxs1 həm övladı Zərərçəkmiş şəxs2, həm də digər yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə 500.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə xüsusilə külli miqdar hesab edilən 850.000 manat pulunu tələb edərək Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 17 radələrindən saat 20 radələrinədək olan, yəni 3 saat müddətində Bakı şəhəri, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evində saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, qabaqcada n əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 yaxın qohumlarının, o cümlədən ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə və zor tətbiq etməklə özgənin xüsusilə külli miqdarda əmlakını tələb etmişdir. Hökmdən məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X7, hakimlər: X4 və X1 ibarət tərkibdə) 16 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1549/2021 saylı, 16 noyabr 2021-ci il tarixli hökmü, məhkum edilmiş şəхslər Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şika yətlərinə əsasən dəyişdirilmişdir: Həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 13 (on üç) ilə endirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.4-cü m addəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 13 (on üç) ilə endirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Cinayət Məcəlləsinin 145.2.4-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə təyin edilmiş 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm məhkum edilmiş şəхslər Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2021-ci il tarixli qərarının və Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum cəzadan aşağı cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 yanvar 2023-cü il tarixdə Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsindən və Məh kum2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının və müdafiəçinin ərizələrin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumların ərizələri təmin olunmalı, kassasiya şikayətləri baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəmə sində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumların müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinin geri götürülməsi haqqında məhkumların ərizələrini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətlərin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 və 182.4-cü maddələri il ə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətləri məhkumların ərizələrinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar