Məhkəmə qərarları › İş №1(102)-473/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-473/2018

15.03.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-473/2018 15.03.2018 ALİ MƏHKƏMƏ 15 mart 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum, onun müdafiəçisi - Bakı şəhəri 16 saylı Hüquq Məsləhətxanasının vəkili O, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X6 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi O və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassas iya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim A.İ.İbrahimov) Məhkum (xx xxx 1979-cu il tarixdə Sumqayıt səhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Sumqayıt şəhər TTYX-da həkim travmatoloq cərrah işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər V.C.Cəfərov və F.G.Zeynallıdan ibarət məhkəmə tərkibi) Məhkum barəsind ə olan Şumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilmədən, məhkumun müdafiəçisi Oun və zərərçəkmiş şəxs E.G.Məmmədovun apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki,o, tanışı Zərərçəkmiş şəxs inam və etibarından suiistifadə etməklə sonuncudan xx xx 2015-ci il tarixdə, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 1-in yaxınlığında 8930,1 (səkkiz min doqquz yüz otuz manat on qəpik) dəyərində olan həmin dövr üçün 8500 (səkkiz min beş yüz) ABŞ dollarını bir ay müddətinə qaytaracağını vəd edib aldadaraq həmin məbləğdə pulu almış və Zərər çəkmiş şəxs inamını qazanmaq üçün 04.08.2011-ci il tarixli, XXX seriyalı qeydiyyat şəhadətnaməsi ilə öz adına olan "XXXX" markalı, 50-CF-3H dövlət qeydiyyat nişanlı avtomobilinə xx xx 2015- ci tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda E adına bir il müddətinə baş etibarnamə vermiş, Zərərçəkmiş şəxs aldığı pulu qaytarmamaq məqsədi ilə sonuncunu xəbərdar etmədən XX XXX 2015-ci il tarixdə etibarnaməni ləğv etdirərək nəticədə Zərərçəkmiş şəxs 8930,1 manat məbləğind,ə yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi O kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, vəsatətlər əsassız olaraq rədd edilmiş, o cümlədən müdafiə tərəfinin təqdim etdiy i ifadələr işə əlavə olunsa da, nə hökmdə nə də ki, apellyasiya məhkəməsinin qərarında təsvir olunub qiymətləndirilməmiş, Məhkum əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına və təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, əsassız olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, bu qanunsuz və əsassız nəticə ilə apellyasiya instansiyası məhkəməsi də lazımi araşdırma aparmadan razılaşmışdır. Müdafiəçi Məhkum əməlində cinayət tərkibinin olmadığını göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs borc alarkən əvəzində pulun qaytarılmasının təminatı kimi Zərərçəkmiş şəxs avtomobilinə dair baş etibarnamə vermiş, sonradan etibarnaməni ləğv etməsi isə pulu əvəzsiz olaraq ələ keçirmək kimi pis niyyətlə bağlı olmamış, Zərərçəkmiş şəx s əmisi E ondan borc almasından və E faizlə borc kimi ona verdiyi 8500 ABŞ dolları məbləğində pulun məhz həmin pulun (yəni, Məhkum özünün əmlakının) bir hissəsi olmasından irəli gəlmiş, faktiki olaraq F özü dələduzluğun qurbanı olmuşdur. Müdafiəçi O kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, özünü təqsirli bilməyən, dəymiş ziyanı ödəmək fikri olmayan Məhkum birinci instansiya məhkəməsi tərəfindən şəxsiyyətinə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallara, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərcəsinə, törədilmə hal larına uyğun olmayan həddin artıq yüngül cəza təyin edilmiş, apellyasiya instansiya məhkəməsi də əsassız olaraq məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx xx 2017-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi O kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda, əsassız olaraq onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını və bu hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsilə Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.2, 416.0.6 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs isə kassasiya şikay ətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallara, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız və qanunsuz olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə müdafiəçinin kassasiya şikayətinə münasibətini bildirir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Sumqayıt Şəhər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmündən göründüyü kimi, məhkəmə baxılmış sübutların Məhkum ittiham aktında göstərilən əməli törətməkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilmək üçün əsas verməsi, eləcə də onun əməllərində həmin maddənin nəzərdə tutduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmiş, bu nəticə ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cin ayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bu aspektdən çıxış etməklə Məhkum əməlinin hüquqi tövsifi məsələsinə baxdıqda qeyd olunmalıdır ki, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: _ özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən a yrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; _ götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; _ bunların əvəzsiz olması; _ cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; _ mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: _ birbaşa qəsd; _ tamah məqsədi Talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçiri lməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama, tərəflər arasında ixtilafın, o cümlədən müqavilənin şərtlərinin təfsiri ilə bağlı mübahisələrin yaranması və sair bu kimi kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədikdə, onun belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülkihüquqi xarakterli pozuntu kimi çıxış edir və bu səbəbdən həmin hallar şəxsin dələduzluqda ittiham edilməsi üçün əsas yaratmırlar. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin (CM-in 178.1-ci maddəsi ilə birlikdə götürməklə) dispozisiyasından və məhkəmə kollegiyasının bu normaların təfsirinə dair mövqeyindən çıxış etməklə hazırki işin hallarına baxdıqda isə, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilmək üçün dələduzluq cinayətini xarakterizə edən bütün zəruri obyektiv və sybyektiv əlamətlərin müəyyən edilməsi, onun əməlində dələduzluq cinayətinin tərkibinin olması haqqında nəticələrinin işin mühüm əhəmiyyət kəsb edən bütün faktik hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslandığı görünmür. Belə ki, nəinki Məhkum, hətta zərərçəkmiş Zərərçəkmiş şəxs özü belə təsdiq etmişdir ki, Məhkum 8500 ABŞ dolları məbləğində pulu bir ay müddətində qaytarmaq şərti ilə vermək barədə razılığa gəldikləri və pulu Məhkum verdiyi xx xx 2015-ci il tarixində Ağayev öz təşəbbüsü ilə - həmin borc müqaviləsinin təminatı kimi “XXXX” markalı avtomobilinə dair ona notarial qaydada təsdiq edilmiş, sərəncam vermək hüququnu da nəzərdə tutan baş etibarnamə vermiş və Zərərçəkmiş şəxs bildirmişdir ki, borcunu qaytarmadığı təqdirdə avtomobili götürüb sata (yəni, özününküləşdirə) bilər. Razılşmanın belə şərtlə müşayiət olunması, Məhkum pulu Zərərçəkmiş şəxs götürməsinin əvəzsiz olması, onda əvvəlcədən pulu əvəzsiz olaraq ələ keçirmək niyyətinin olmasının sübuta yet irilmiş sayılması barədə nəticəni ciddi şəkildə şübhə altına alır. Məhkum 11 dekabr 2015-ci ildə xx xx 2015-ci il tarixli etibarnaməni ləğv etməsi də Məhkum həqiqi niyyət və məqsədi ilə bağlı olan həmin şübhəni ortadan qaldırmır. Çünki, Məhkum etibarnaməni 11 dekabr 2015-ci ildə ləğv etməsinin 8500 ABŞ dolları məbləğində pulu əvəzsiz olaraq ələ keçirmək kimi niyyətdən irəli gəlmədiyini bildirmiş, bunu borc müqaviləsi ilə bağlı Zərərçəkmiş şəxsla mübahisəsinin yaranması ilə izah etmiş və istinad etdiyi halları təsdiq etmək üçün sübutlar gətirmişdir (o cümlədən, məhkəməyədək icraatda dindirilmiş şahid X4, digər işdə dindirilmiş X5 ifadələrinə, audioyazıya istinadən iddia etmişdir ki, əslində özü dələduzluğun qurbanı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs əmisi Etibar Məhərrəmov ondan borc kim i 13.000 manat pul götürmüş və məhz bu pulun bir hissəsini Zərərçəkmiş şəxs faizlə borc şəklində ona vermişdir). Lakin, müdafiə tərəfinin istinad etdiyi həmin materiallar məhkəmələr tərəfindən lazımınca tədqiq olunmadığından, hökmdə və apellyasiya məhkəməsinin qərarında onlara münasibət bildirilmədiyindən, təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirilmiş dəlillər araşdırılmamış və sözügedən məsələyə dair şübhə ortadan qaldırılmamışdır (xx xx 2015ci il tarixli etibarnamənin ləğv edilməsinin nədən baş verməsi – pulu əvəzsiz olaraq ələ keçirmək kimi kriminal niyyətdən, yoxsa tərəflər arasındakı münasibətlərə mülki xarakter verən mübahisədən törəməsi barədə sual faktiki olaraq cavabsız qalmışdır). Pulun borc olaraq götürülməsi barədə razılaşma bağlandıqdan və faktiki olaraq pul Zərərçəkmiş şə xs mülkiyyətindən Məhkum sahibliyinə keçdikdən sonra tərəflər arasında mübahisənin yaranması və etibarnamənin ləğv edilməsinin də məhz bu mübahisədən irəli gəlməsi kimi şübhələrə yol açan hal olaraq məhkəmə kollegiyası həmçinin onu qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxsla xx xx 2015-ci ildə bağlanan şifahi borc razılaşmasına görə Məhkum pulu 1 (bir) ay müddətində (yəni, 20 dekabr 2015-ci ildən tez olmayaraq) qaytarmaq barədə öhdəlik üzərinə götürdüyü halda, Zərərçəkmiş şəxs öhdəliyin yerinə yetirilməsi tarixini gözləmədən (artıq 11 dekabr 2015-ci ildə) onun icrasını, və yaxud öhdəliyin təminatı kimi çıxış edən avtomobilin özünə verilməsini tələb etməyə başlamış, hətta avtomobilin açarlarını Məhkum əlindən almışdır (yəni, razılaşdırılmış şərtlərlə bir araya sığmayan davranış nümayiş etd irmişdir). Belə vəziyyətdə məhkəmələr tərəfindən dələduzluq cinayətinin tərkibinin subyektiv və obyektiv cəhətlərinə aid olan zəruri əlamətlərin mötəbərliliklə müəyyən edilməsi (tam, hərətəfli və obyektiv araşdırılmış sübutlardan irəli gəlməsi) haqqında nəticə çıxarmaq mümkün deyil. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuş qaydaya görə isə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təsvir olunanlardan görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əməl etməmiş, o cümlədən 145 və 146-cı maddələrinin tələblərini pozmuş, yəni cinayət-prosessual qanunun 416.0.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin əsası kimi nəzərdə tutulmuş hala yol vermişlər. Sübutetmə qaydalarının pozuntuları ilə əldə olunmuş Məhkum şərh edilən əməlində dələduzluq cinayətinin tərkibinin olması və həmin əmələ görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə nə ticə isə mötəbər sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yoxlanılması məqsədilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun sayır. Qeyd olunan əsasla apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və bundan irəli gələn – apellyasiya baxışının yenidən keçirilməsi zərurəti hazırki kassasiya baxışının nəticələrinə görə Zərərçəkmiş şəxs Məhkum təyin olunmuş cəzanın həddindən artıq yüngül olması kimi dəlillə mübahisləndirilməsinə həsr olunmuş kassasiya şikayətinin təmin edilməsini istisna edir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi O və Məhkum kassasiya şikayətinin təmin edilməsinə, Zərər çəkmiş şəxs və onun nümayəndəsi Əzizov Azər Mirzə oğlunun kassasiya şikayətinin təmin eilməsinə dair çıxışlarını; habelə hər bir kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi O tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx 2017-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi O tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xx 2017-ci il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar