Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-473/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi – X80nun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 21 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.S.Qəhrəmanov) Təqsirləndirilən şəxs (xxx xx xxx 1978-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlı qdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar Təqsirləndirilən şəxs və X26 tərəfindən verilmiş apellyasiya şik ayətləri, habelə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, məhkum X11 müdafiəçisi X19 və məhkum X12 müdafiəçisi X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 noyabr 2017-ci il tarixdə saat 20:45 radələrində ünvan3 ərazisində yerləşən X85ndan X90 ilə ünvan5nın paytaxtı ünvan6nə getmək istəmişdir. Üzərinə X95-nin “Saxla” statusu qoyulmasını ehtimal etdikdən sonra, saxlanılmaqdan yayınmaq bəhanəsilə hava limanını tərk etmək qərarına gələrək, sərhədkeçid məntəqəsindən qaçıb hava limanının 1-ci Terminalın "A" çıxış zonasından əks istiqamətdə hərəkət etmişdir. Həmin zonanın qorunması üçün quraşdırılmış çəpərlənməni dağıdıb qaçmaqla limanda olan insanların diqqətini özündə cəmləşdirməklə, bu hərəkətləri ilə onların arasında təşviş yaradaraq, həmin ərazidə ict imai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsi - "xxxx" QSC X22 X2 Baş İdarəsi X65 X60ndə Aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis Zərərçəkmiş şəxs2 tərəfindən saxlanılmasına baxmayaraq onu yola salmaq üçün hava limanına toplaşan bacısı oğlu X26, qardaşı oğlanları - X24 və X27 ilə bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək onu tutub saxlamış Zərərçəkmiş şəxs2 kənara itələyərək əlindən dartınıb çıxmağa çalışmaqla, habelə qardaşı oğlu XXX40 və bacısı oğlu XXX45 qışqıraraq nalayiq ifadələr işlədərək onun buraxılmasını tələb edib, X29 XXX35u kənara itələməsi, eyni zamanda XXX45un sonuncunun əllərinə öz əlləri ilə zərbələr endirməsi ilə həyat və sağlamlıq üçün təh lükəli olmayan zor tətbiq etməklə qanuna zidd fəal hərəkətlər edərək müqavimət göstərmələri nəticəsində Zərərçəkmiş şəxs2 əlindən çıxıb hava limanının “A” giriş qapısına tərəf qaçmışdır. Həmin vaxt onu saxlamağa cəhd edən Hava limanınının daxilində ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi - X75nin Sərhəd X17 X6 nəzarət şöbəsinin İ sərnişin bölməsinin zabit-nəzarətçisi Zərərçəkmiş şəxs1 kənara itələməklə, sonuncuya qarşı fəal qanuna zidd hərəkətlər etməklə həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib müqavimət göstərərək giriş qapısı istiqamətində qaçmağa davam etmişdir. Bundan sonra qardaşı oğlu XXX50 onun saxlanılması üçün arxasınca qaçan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsi – Hava limanının təhlükəsizl ik xidmətinin əməkdaşı X4 arxadan itələməsi nəticəsində sonuncuya dirəyə çırpılaraq dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Daha sonra Hava Limanının 1-ci Terminalının "A" giriş zonasının giriş qapısının qarşısında X55 X23 İdarəsinin və X70nin əməkdaşları tərəfindən saxlanılıb Limanın qarşısında dayanan DİN-nə məxsus **-xx xx xx-*** dövlət nömrə nişanlı "Fiat Doblo" markalı avtomobil istiqamətində aparılarkən o, həmin şəxslərin də əlindən çıxıb qaçmaq məqsədilə onları itələyib ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndələri - DİN-nin NBPİ-nin polis nəfəri, polis serjantı Zərərçəkmiş şəxs4 sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən sol əlin sıyrıqları xəsarətləri yetirib həyat və sağlamlıq üçün təhlükəli olmaya n zor tətbiq etməklə, eləcə də, qeyd olunan avtomobilə mindirilərkən, ayaqları ilə aktiv hərəkətlər edib avtomobilin qapısına təpik zərbələri endirməklə qapını yerindən çıxarması nəticəsində ictimai qaydanın qorunması üzrə xidməti vəzifələrini yerinə yetirən həmin idarənin X5 baş inspektoru, polis kapitanı Zərərçəkmiş şəxs5 sifət nahiyəsinə dəydiyinə görə sonuncuya dərcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmiş, nəticədə Təqsirləndirilən şəxs xuliqanlıq etmədiyi, polis əməkdaşlarına müq avimət göstərmədiyi, polis avtomobilini yararsız hala salmadığı, yəni hərəkətlərində cinayət tərkibi olmadığı halda, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə təqsirli bilmiş və hərəkətlərinə, şəxsiyyətinə müvafiq olmayan – həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməs inin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud də yişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayətində əməllərində xuliqanlıq və hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə cinayətlərinin tərkib əlamətləri olmadığı halda Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə təqsirli bilindiyini və həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə kassasiya tələbini məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.6 və 416.0.21-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkum Təqsirləndirilən şəxs aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərin i təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-o lmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hallar Təqsirləndirilən şəxs hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərməsini təsdiq etsələr də, məhkəmələr onun hərəkətlərini həyat və sağlamlıq üçün təhlükəli olan zorun tətbiq edilməsi ilə müşayiət edilən müqavimət göstərmə, eləcə də xuliqanlıq kimi Cinayət Məcəlləsinin 315.2 və 221.2.1, 221.2.2-cü maddələri ilə tövsif etməklə səhvə yol vermişlər. Belə ki, xuliqanlığın əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dis pozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanl ıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictim ai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı və yaxud başqa gerçək səbəblər şərtləndiribsə, əməl xuliqanlıq motiv i ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki işdə isə müəyyən edilən hallar odur ki, Təqsirləndirilən şəxs qardaşı X13 ilə birlikdə Kərbala ziyarəti məqsədilə Heydər Əliyev adına Bakı Hava Limanından ünvan6nə təyyarə ilə gətmək istəyərkən hava limanının dövlət sərhəd xidməti postunda növbə çəkən nəzarətçi Şahid1 Təqsirləndirilən şəxs onun ölkədən getməsinə “saxla” statusu ilə məhdudiyyət qoyulduğunu bildirmiş və bununla bağlı Təqsirləndirilən şəxs polis əməkdaşları gələnədək postun yanında gözləməsini tapşırmış, lakin Təqsirləndirilən şəxs polis tərəfindən tutulacağından ehtiyatlanaraq, hava limanını tərk etmək qərarına gəlmiş və bu məqsədlə sərhəd xidmətinin nəzarətçisinin göstərişinə əməl etməyib çıxışa doğru qaçmağa başlamış və bu zaman hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş ittihamda qeyd olunan hava limanının təhlükəsizlik idarəsinin, habelə sərhəd xidmətinin əməkdaşları, o cümlədən Zərərçəkmiş şəxs2, X8 və X1 onu təqib edərək tutmağa cəhd etmişlər. Buna baxmayaraq, Təqsirləndirilən şəxs çıxışa doğru hərəkətini davam etdirib, hava limanını tərk etməyə çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxsla heç bir şəkildə razılaşdırılmadan onu və qadaşını yola salmaq üçün hava limanına gəlmiş qohumları, o cümlədən bacısı oğlu X26, qardaşı oğlanları X24 və X27 hadisəyə (öz təşəbbüsləri ilə) müdaxilə edib aktiv hərəkətləri ilə, o cümlədən zor tətbiq etməklə Təqsirləndirilən şəxs təqib edən hakimiyyət nümayəndələrinin qarşısını almağa çalışmışlar. Qeyd olunan hadisənin gedişində (hava limanının içərisində) XXX50in itələmə si səbəbindən təhülkəsizlik xidmətinin əməkdaşı X8 dirəyə çırpılaraq sağlamlığına yüngül zərər vuran xəsarət almış, Təqsirləndirilən şəxs müqavimət xarakterli zorakı hərəkətlərindən isə (hava limanının içərisində) heç kimin, o cümlədən onu tutmaq istəyən təhlükəsizlik xidmətinin əməkdaşı Zərərçəkmiş şəxs2 və sərhəd xidmətinin zabiti Zərərçəkmiş şəxs1 sağlamlığına zərər vurulmamışdır. Çıxışın yanında saxlandıldıqdan sonra eşikdəki polis avtomobilinə mindirildikdə isə Təqsirləndirilən şəxs qəsdən etdiyi müqavimət xarakterli hərəkətləri ilə müstəsna olaraq polis serjantı Zərərçəkmiş şəxs4 sağlamlığına sol əlin sıyrıqları şəklində dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, polis kapitanı Zərərçəkmiş şəxs5 aldığı sağlamlığa yüngül zərər vuran xəsarət isə Təqsirləndirilən şəxs qəsdən edilən əməlinin deyil, ehtiyatsızlığının nəticəsi (polis avtomobilinə minməmək üçün ağayağı ilə avtomobilin qapısına vurarkən qapının yerindən çıxıb Zərərçəkmiş şəxs5 sifətinə dəyməsindən törəyən nəticə) kimi meydana gəlmişdir (qeyd edilən hallar birinci instansiya məhkəməsində tədiqiq olunub hökmdə ətraflı təsvir edilmiş yuxarıda adları çəkilən məhkumların, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir edilməsinə zərurət görmür). Hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, onun “saxla” statusu ilə ölkədən çıxışına qoyulmuş qadağadan heç də bəhanə kimi istifadə etmədiyini, bu halın (“saxla” statusuna görə ona məlum ol mayan səbəbdən tutula bilməsi ehtimalının) onun hərəkətlərinin (qaçıb hava limanını tərk etmək cəhdinin) gerçək səbəbi olduğunu göstərir. İbtidai istintaq orqanının və məhkəmələrin (“saxla” statusuna görə məlum olmayan səbəbdən tutula bilməsi ehtimalını Təqsirləndirilən şəxs hərəkətlərini şərtləndirən xüsusat kimi deyil, bəhanə kimi qiymətləndirmələri isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Xuliqanlıq niyyətinin olmaması Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq sərhəd nəzarətçisinin polislərin gəlməsini gözləmək barədə göstərişinə tabe olmayıb hava limanını tərk etməyə və bu niyyətini realizə edərkən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərməyə yönəldiyini göstərir. Bu səbəbdən Təqsirləndirilən şəxs hərəkətləri əslində, öz təşəbbüsləri ilə hadisəyə müdaxilə edib müstəqil motivlə hərəkət edən onun qohumları X12, X11, X14 hərəkətləri ilə eyniləşdirilə, Təqsirləndirilən şəxs onlarla birgəliyi kimi qiymətləndirilə bilməz. Qeyd olunan əlamətlərin, xüsusilə də xuliqanlıq niyyətinin müəyyən olunmaması isə Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi qiymətləndirilib Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci ilə maddələri ilə tövsif olunmasını istisna edir. Eyni zamanda Təqsirləndirilən şəxs hakimiyyət nümyəndələrinə müqavimət göstərərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 xəsarət yetirməməsi, Zərərçəkmiş şəxs4 sağlamlığına zərər vur mayan xəsarət yetirməsi, Zərərçəkmiş şəxs5 sağlamlığına vurulmuş yüngül zərərin onun ehtiyatsızlığından törəməsi, Natiq Həsənovun sağlamlığına vurulmuş yüngül zərərin isə ona deyil, XXX50ə aid olması və bu nəticənin meydana gəlməsində Təqsirləndirilən şəxs (qəsdən - həmin nəticənin əldə edilməsinə yönələn) iştirakının olmaması Təqsirləndirilən şəxs hakimiyyət nümayəndələrinə müqavimət göstərmə əməlinin Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə tövsifini istisna etməklə, həmin əməlin Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə tövsif olunmasını tələb edir. Çünki, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi hakimiyyət nümyəndəsinə onun həyat və sağlamlığı üçün məhz təhlükəli zor tətbiq etməklə müqavimət göstərilməsini və bunun qəsdən törədilməsini ehtiva edir, Təqsirləndirilən şəxs hakimiyyət nümayə ndələrinə müqaviməti isə yuxarıda qeyd olunduğu kimi, zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən yüngül zərərin vurulması ilə nəticələnməmiş, onun qəsdən etdiyi hərəkətlər hakimiyyət nümayəndələrinə müstəsna olaraq həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsində ifadə olunmuşdur. Bu xüsusatlar isə Təqsirləndirilən şəxs əməlinin yalnız Cinayət Məcəlləsinin 315.1ci maddəsi ilə tövsif edilməsini şərtləndirir. Qeyd olunanlar məhkəmələrin Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə tövsif etməklə məhkəmə qərarının (Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələri ilə məhkum edilməsi hissəsində) kassasiya qaydasında ləğv edilməsini, CM-in 315.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində isə dəyişdirilməsin i tələb edən CPM-in 416.0.6 və 416.0.15ci maddələrində təsbit olunmuş pozuntulara yol verdiklərini göstərir. Odur ki, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq cinayətinin tərkibi olmadığından, ona aid ittihamın Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2-ci maddələrilə olan hissəsi üzrə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla xitam verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin maddədən Cinayət Məcəlləsinin 315.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən və CM-in 58.3-cü maddəsinə əsasən cəza təyini zamanı əhəmiyyət kəsb edən digər hallar nəzə rə alınaraq, Təqsirləndirilən şəxs CM-in 315.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə (cinayətlərin resdivi olduğu üçün CM-in 65.2-ci maddəsində göstərilən qaydaya müvafiq) cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş bütün halların nəzərə alınması baxımından kifayət qədər tarazlaşdırlmış və CM-in 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinə uyğun gələn nəticə kimi çıxış edir. Yuxarıda təsvir edilənlərə görə, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini qismən əsaslı müraciət kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi və kassasiya şikayətənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs, X15, X11 və X14 barəsində olan 21 noyabr 2018-cı il tarixli qərarı Təqsirləndirilən şəxs aid hissədə yuxarıda göstərilən qaydada qismən ləğv edilməli və dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi kasssiya şikayəti qismən təmin edilsin. Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs, X16, X11 və X14 barəsində olan 21 noyabr 2018-ci il tarixli qərarı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkum edilməsi hissəsində ləğv edilsin, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığı üçün həmin hissədə cinayət işi üzrə icraata CinayətProsessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə məhkum edilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin, onun həmin əməli Cinayət Məcəlləsinin 315.2-ci maddəsindən 315.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar Təqsirləndirilən şəxs aid qalan hissədə, o cümlədən onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə, cəzaçəkmə müddətinin 03 noyabr 2017-ci il tarixdən hesablanmasına dair müddəalar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-473/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-473/2019
17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver