Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-473/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlunun iştirakları ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarix li hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə (sədrlik edən hakim H.Ə.Əliyev, hakimlər Ə.C.Seyidov və A.F.Babayevdən ibarət tərkibdə) xx xxxxxx 1972-ci il tarixdə Qusar rayon, Hil kəndində anadan olmuş, ləzgi, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Qusar rayonu, Hil kəndində qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü mad dəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, xx xxxxxxx 2008-ci il tarixdə saat 09 radələrində Xaçmaz rayonu ünvan1 də X2 yaşadığı evə gələrək, özü ilə alıb gətirdiyi 3 ədəd 500 qramlıq şüşə butulkada olan spirti suda qarışdırıb həmin vaxt evdə olan X3 və qeyriləri ilə içmiş, bundan sonra o, Olqa İvanenko ilə evin arxa tərəfində olan otağa keçərək cinsi əlaqədə olarkən, gecə saat 23-24 radələrində X3 onların olduğu otağın qapısını sındırıb içəri girmiş və X2 ilə cinsi əlaqədə olmaq istəməsini bildirdikdə aralarında mübahisə b aş vermiş, mübahisə zamanı qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədi ilə çoxlu sayda bədən xəsarətləri yetirməklə, xüsusi amansızlıqla Məhkum X3 təpik, yumruq və taxta stulla müəyyən fasilələrlə 4 saat müddətində vuraraq, sol qaşın, sol tərəf alt çənənin, sağ yanaq nahiyyəsinin əzilmiş yaraları, sifətin sağ yarısının şişkinliyi, üst dodağın sağ tərəfinin və ağız boşluğunun sağ yarısının selikli qişasına qansızma, hər iki göz ətrafının, sol çiyin nahiyyəsinin, sol bazunun, hər iki dirsəyin, hər iki saidin, hər iki əlin, hər iki budun, döş qəfəsinin sol tərəfinin, sağ baldırın qançırları, döş qəfəsinin sol və sağ arxa tərəfinin, sol sağrının, sol baldırın, sağ diz nahiyyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığına yüngül, döş qəfəsinin sol yarısında İ-Vİİ qabırğaların qapa lı sınıqları ilə nəticələnən sağlamlığına az ağır, baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunan, kəllə əsası sümüklərinin sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurma xəsarəti yetirərək onu xx xxxxxx 2008-ci il tarixdə saat 07 radələrində öldürmüşdür. Hökmdən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Xətalara Dair İşlər Üzrə Məhkəmə Kollegiyasının (sədrlik edən hakim M.H.Zeynalov, Y.V.Cavadov və R.S.İsgəndərovdan ibarət tərkibdə) xx xxxx 2009-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Xətalara Dair İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2009-cu il tarix li qərarından Məhkum kassasiya şikayəti vermişdir. Eyni zamanda, Məhkum vəsatət verərək apellyasiya məhkəməsi qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının qeyd olunan vəsatətin kassasiya şikayəti vermə müddətinin üzrsüz səbəbdən ötürülməsinə görə rədd edilməsi barədə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2009-cu ildə çıxarıldığı halda, kassasiya şikayəti m əhkum tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı gündən 10 il 06 ay 15 gün vaxt keçmişdir). Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. Vəsatətdə məhkumun səhhəti ilə əlaqədar vaxtında kassasiya şikayəti verə bilməməsinə istinad edilsə də, vəsatətə məhkumun uzun müddətli ağır xəstəliyə düçar olmasını və xəstəliyin onun vaxtında şikayət vermə imkanından məhrum etməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Həmçinin vəsatətdə məhkumun hüququ savadı olmadığını və bu səbəbdən kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilməsinə istinad edilsə də, qeyd olunan dəlil qanunun yuxarıda göstərilən normasına uyğun olmadığına görə kassasiya şikayətinin vermə müddətinin bərpa olunmasına əsas ola bilməz. Məhkəmə kollegiyası bunu, apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, vəsatət rədd edilməlidir. Göründüyü kimi, kassasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Ona görə də, vəsatət rədd edilməlidir. Kassasiya şikayəti vermə müddəti bərpa olunmadığından kassasiya şikayətinə mahiyyəti üzrə baxıla bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-nin 410-411-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2009 -cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-473/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-473/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver