Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-474/2019 19.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)474-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 19 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs iştirakı ilə, Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə (hakimlər X23 (sədrlik edən), X19 və X7 ibarət tərkibdə) Məhkum –xx xxxxxx 1974-cü il tarixdə ********* şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri *************** saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum zərərçəkmiş şəxslərə təkrarən xeyli miqdarda və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmişdir. Belə ki, Məhkum İmişli şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, bir neçə gün ərzində qaytarıb verəcəyi vədi ilə aldadaraq 2008-ci ilin sentyabr-dekabr ayları ərzində İmişli şəhərində hissə-hissə bir neçə dəfəyə ümumilikdə ondan 60.000 manat pul almış, həmin pulun 10.000 manatını qaytarsa da, 50.000 manatını qaytarmamış, həmin pulu Zərərçəkmiş şəxs ondan istədikdə o, müəyyən işlər görüb gəlir əldə edəyəcəyini və aldığı pulu ge ri qaytarması üçün əlavə 50.000 manat pul lazım olduğunu bildirərək, bu adla Zərərçəkmiş şəxs aldadıb, 2009-cu ilin iyun axında İmişli şəhərində sonuncudan 51.100 manat, 2009-cu ilin sonlarında isə ************ şəhərində 40.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 141.100 manat pulunu alıb, sonradan həmin puldan 5500 manatını qaytarsa da 135.600 manat pulunu ələ keçirib vədinə əməl etməyərək, zərərçəkmişə külli miqdarda ziyan vurmaqla, özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum **********şəhər sakini X1 etibarından sui-istifadə edib, bankdan 120.000 manat pul çıxarıb ondan aldığı pulu bır həftə sonra qaytaracağına yalandan vəd verib aldadaraq, 2009-cu ilin noyabr ayının sonlarında İmişli şəhərində 55.000 manat pulunu almış, lakin bir həftə k eçməsinə baxmayaraq pulu qaytarmadığına görə Ə6 pulunu istədikdə o, bankdan pulu çıxarmaq üçün əlavə 17.000 manat pul lazım olduğunu bildirərək, 2009-cu ilin təxminən noyabr ayının axırlarında Ə6 yaşadığı İmişli şəhəri, ****************** saylı ünvanda yerləşən evində ondan 17.000 manat, 2009-cu ilin dekabr ayının sonlarında İmişli şəhərində 22.000 manat. 2010-cu ilin yanvar ayırım əvvəlində İmişli şəhərində 25.000 manat və 2010-cu ilin yanvar ayının axırında İmişli şəhərində 7000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 126.000 manat pulunu alaraq, təkrarən zərərçəkmişə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, *********** şəhər sakini X4 etibarından istifadə edərək, nisyə alıb satdıqdan sonra pulunu verəcəyi vədi ilə al dadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2013-cü ilin mart ayında X14 şəhərində 133 manat dəyərində 1 ədəd qızıl qadın üzüyü, 315 manat dəyərində 1 ədəd qızıl qolbağı, 170 manat dəyərində göy qaşları olan 1 ədəd qızıl üzük, 330 manat dəyərində tək qaşlı 1 cüt sırğa, 405 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü, 422 manat dəyərində qızıl qolbaq, 500 manat dəyərində üzük və sırğadan ibarət olan qızıl dəst, 225 manat dəyərində ağ qaşlı 1 ədəd qızıl üzük, cəmi 2500 manat dəyərində qızıl-zinət əşyalarını alıb apararaq satmış, əldə etdiyi puldan 05 may 2013-cü il tarixdə zərərçəkmişə cəmi 1500 manat pul versə də, vədinə əməl etməyib əldə etdiyi qalan 1000 manatı öz şəxsi ehtiyaclarına sərf edərək, özgə əmlakını qanunsuz ələ keçirmiş, daha sonra yenə etibarından istifadə edərək, nisyə alıb satd ıqdan sonra pulunu verəcəyi vədi ilə aldadaraq, 2013-cü ilin avqust ayında İmişli şəhərində V8 312 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 112 manat dər ərində 1 ədəd nazik boyunbağı, 1500 manat dəyərində 1 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, 205 manat dəyərində 1 ədəd qızıl qadın üzüyü. 153 manat dəyərində yaşıl qaşları olan qızıl qadın üzüyü, 301 manat dəyərində 1 ədəd ağ qaşlı qadın üzüyü, 360 manat dəyərində üzük və sırğadan ibarət qızıl dəst, 480 manat dəyərində 1 ədəd qızıl üzük, 315 manat dəyərində 1 ədəd nişan üzüyü, 312 manat dəyərində 1 ədəd qızıl üzük, cəmi 4050 manat dəyərində qızıl-zinət əşyalarını nisyə alıb apararaq satsa da, əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, özgə əmlakını qanunsuz ələ keçirmiş, daha sonra öz hərəkətlərini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirərək, X14 şəhərində, 2013-cü ilin dekabr ayında 700 manat dəyərində sırğa və üzükdən ibarət qızıl dəst, 450 manat dəyərində 1 ədəd qızıl boyunbağı, 850 manat dəyərində 1 ədəd qızıl qolbaq, 500 manat dəyərində 1 ədəd qızıl kişi üzüyü yəni ümumilikdə 2500 manat dəyərində qızıl-zinət əşyalarını nisyə alıb apararaq satsa da, əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, özgə əmlakını qanunsuz ələ keçirmiş, ondan sonra öz hərəkətlərini vahid niyyətlə əhatə olunan qəsdlə davam etdirərək, 2014-cti ilin yanvar ayından mart ayınadək olan müddət ərzində V8 İmişli şəhərində bir neçə dəfəyə Türkiyə Respublikasının istehsalı olan 150 manat dəyərində 1 ədəd kişi pencəyi, hər birinin qiyməti 110 manat olmaqla 220 manat dəyərində 2 ədəd kişi ayaqqabısı, 300 manat dəyərində 1 ədəd “Kaşmir” kişi gödəkcəsi, 250 manat dəyərində 1 ədəd kostyum, 50 manat dəyərində 1 ədəd qadın çəkməsi, 50 manat dəyərində 1 ədəd qadın çantası, 25 manat dəyərində 1 ədəd qadın şərfi, hər birinin qiyməti 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd kişi poliveri, hər birinin qiyməti 25 manat olmaqla 9 ədəd qadın ətiri, hər birinin qiyməti 50 manat olmaqla 100 manat dəyərində 2 ədəd qadın ətri, 60 manat dəyərində sadə qızıl və üzük dəsti, 100 manat dəyərində 1 dəst kişi idman geyimi, 60 manat dəyərində 1 cüt qadın ayaqqabısı, 120 manat dəyərində 1 ədəd don, 70 manat dəyərində 1 cütü kişi çəkməsi, 35 manat dəyərində 1 ədəd xalat, hər birinin qiyməti 5 manat olmaqla 3 ədəd broşka, hər birinin qiyməti 30 manat olmaqla 60 manat dəyərində 2 ədəd kişi köynəyi, 50 manat dəyərində 1 ə dəd kişi ətri, cəmi 2000 manat dəyərində geyim və ətriyyat alıb apararaq satmış, əldə etdiyi puldan cəmi 1300 manat pul qaytarmış, beləliklə, vahid niyyətlə əhatə olunan qəsdlə V8 cəmi 11.050 manat dəyərində əmlakı satmaq adı ilə əldə edib, onun cəmi 2800 manatını sonradan qaytarsa da. vədinə əməl etməyib ondan aldığı 8250 manatlıq əmlakın satışından əldə olunan pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, təkrarən özgə əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Z.X22-Epidemiologiya Mərkəzində baş mühasib vəzifəsində işləyərkən həmin mərkəzdə sanitar həkim köməkçisi işləyən X8 etibarından sui-istifadə edib adına kredit götürüb ona verməsini, götürdüyü krediti özünün ödəyəcəyi vədi ilə aldadaraq, C6 14 dekabr 2013-cü il tarix də "xxxx" ASC-nin İmişli filialından verilmiş 1700 manat kredit pulunu, daha sonra vahid niyyətlə əhatə olunan qəsdlə C6 06 fevral 2014-cü il tarixdə "xxxx" ASC-nin İmişli filialından verilmiş 1100 manat kredit pulunu həmin tarixlərdə ondan alsa da, sonradan kreditin aylıq bank ödənişlərini onun əvəzindən banka ödəməyərək, ümumilikdə 2800 manat məbləğində pulunu alıb, təkrarən zərərçəkmişə ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkum, həmçinin, İmişli GEM-də baş mühasib vəzifəsində işləyərkən həmin mərkəzdə dezinfektor işləyən X3 etibarından sui-istifadə edib, xəstə uşağının müalicəsi üçün adına kredit götürüb ona verməsini xahiş edərək, götürdüyü kreditin aylıq ödənişlərini özünün ödəyəcəyi barədə yalandan vəd verib aldadaraq, E6 08 fevral 2014-cü il tarixdə "xx xx" ASC-nin İmişli filialından verilmiş 1850 manat kredit pulunu həmin tarixdə ondan alsa da, sonradan kreditin aylıq bank ödənişlərini onun əvəzindən banka ödəməyərək, 1850 manat məbləğində pulunu alıb, təkrarən zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum İmişli GEM-də baş mühasib vəzifəsində işləyərkən həmin mərkəzdə dezinfektor işləyən X9 etibarından sui-istifadə edib xəstə ailə üzvlərinin müalicəsi üçün adına kredit götürüb ona verməsini xahiş edərək, götürdüyü kreditin aylıq ödənişlərini özünün ödəyəcəyi barədə yalandan vəd verib aldadaraq, V6 15 fevral 2014-cii il tarixdə "xxxx" ASC-nin İmişli filialından verilmiş 1800 manat kredit pulunu həmin tarixdə ondan alsa da, sonradan kreditin aylıq bank ödənişlərini onun əvəzindən b anka ödəməyərək, 1800 manat məbləğində pulunu alıb təkrarən, zərərçəkmiş şəxsə ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, o, İmişli GEM-də baş mühasib vəzifəsində işləyərkən həmin mərkəzdə sanitar həkim köməkçisi işləyən X10 etibarından sui-istifadə edib xəstə arvadının əməliyyat olunması üçün adına kredit götürüb ona verməsini xahiş edərək, götürdüyü kreditin aylıq ödənişlərini özünün ödəyəcəyi barədə yalandan vəd verib aldadaraq, M6 16 iyul 2014-cü il tarixdə “Kapital Bank" ASC-nin İmişli filialından verilmiş 5400 manat kredit pulunu həmin tarixdə ondan alsa da, sonradan kreditin aylıq bank ödənişlərini onun əvəzindən banka ödəməyərək, 5400 manat məbləğində pulunu alıb təkrarən, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçir ib dələduzluq etmişdir. Bundan başqa, Məhkum İmişli GEM-də baş mühasib vəzifəsində işləyərkən həmin mərkəzdə əmək mühafizəsi üzrə mühəndis işləyən X5 etibarından sui-istifadə edib vəfat etmiş atasına ildönümü mərasimi keçirməyi üçün adına kredit götürüb ona verməsini xahiş edərək, götürdüyü kreditin aylıq ödənişlərini özünün ödəyəcəyi barədə yalandan vəd verib aldadaraq, Y6 09 avqust 2014-cü il tarixdə "xxxx" ASC-nin İmişli filialından verilmiş 3400 manat kredit pulunu həmin tarixdə ondan alsa da, sonradan kreditin aylıq bank ödənişlərini onun əvəzindən banka ödəməyərək, 3400 manat məbləğində pulunu alıb, təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakım ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, Məhkum İmişli GEM-də baş mühasib vəzifəsində işləyərkən həmin mər kəzdə təlimata işləyən X11 etibarından sui-istifadə edib arvadının vəziyyəti ağır olduğundan müalicə olunması üçün adına kredit götürüb ona verməsini xahiş edərək, götürdüyü kreditin aylıq ödənişlərini özünün ödəyəcəyi barədə yalandan vəd verib aldadaraq, R6 16 avqust 2014-cü il tarixdə "Kapital Bank” ASC-nin İmişli filialından verilmiş 4200 manat kredit pulunu həmin tarixdə ondan alsa da, sonradan kreditin aylıq bank ödənişlərini onun əvəzindən banka ödəməyərək, 4200 manat məbləğində pulunu alıb, təkrarən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X17 və X13 ibarət tərkibdə) 19 iyun 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən cinayət qanunvericiliyini, humanizm prinsiplərinə, qanunun tələblərinə əməl etməmişdir. Şirvan Apellyasiya Məhkəməsi qərar qəbul edərkən barəsində olan yüngülləşdirən halları, yəni ailə vəziyyətini, iki yetkinlik yaşında olan övladlarından birinin orta məktəbdə oxuduğunu, digərinin isə vətənə hərbi xidmət borcunu yerinə yetirərək hərbi xidmətdə olmasını, həy at yoldaşının işsizliyini, ailəyə maddi gəlir gətirən heç bir şəxsin olmamasını, atasının vəfat etməsini, 65 yaşlı ağbirçək anasının onun himayəsində olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cəza çəkdiyi müddət ərzində bütün daxili intizam qaydalara əməl edərək müsbət xarakterizə olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə almamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışını dinləyib he sab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri Məhkum cəzasının yüngülləşdirilməsi barədədir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş digər hallarla yanaşı cəzanı yüngülləşdirən h allar da nəzərə alınmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Məhkum cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmiş, Məhkum zərərçəkmiş şəxslərə yetirilmiş ziyanın bir hissəsini ödəməsini, zərərçəkmiş şəxslərin böyük hissəsinin ondan şikayət və tələbinin olmamasını, əməlindən peşmançılıq çəkməsini və müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilərək nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran ha llar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayətin ictimai təhlükəsizlik dərəcəsini də nəzərə almaqla məhkəmə Məhkum barəsində 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Apellyasiya instansiya məhkəməsi cəzanın yüngülləşdirilməsi barədə müdafiə tərəfinin dəlillərinin əsaslılığını yoxlamış və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apel lyasiya instansiyasında məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların tələblərinin, məhkumun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti t əmin edilməsin. Məhkum təqsirli bilinməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2017-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-474/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-474/2019
19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver