Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-474/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İkəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Bəraət verilmiş şəxs X5, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil İsayev Sami r Nadir oğlu və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Bağırova Janna Mirzə qızının iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş X5 və həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuş Məhkum barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.İ.Paşayev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibd ə) xx xxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış X5 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 06 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusuüzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətənda şı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi,ev 269A ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 06 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusuüzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən ha kim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş, Məhkum CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, CM-nin 206.3.2-ci maddəsi ilə 06 il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 10 il müddətə az adlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmünün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə X5 və Məhkum haqqında ittiham hömü çıxararkən belə nəticəyə gəlmişdir ki, X5 və Məhkum 2018-ci aprel ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqə sinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, xx xxxxx 2018-ci il tarixdə Tehran şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən külli miqdarda, 1020 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edərək, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3 ədəd üzərinə “Kalleh Cream” sözləri yazılmış qaymaq və 1 ədəd üzərinə “Rouzaneh Fresh White Cheese” sözləri yazılmış pendir qutularında daşımış və həmin gün, saat 03 radələrində J2 9006 saylı Tehran-Bakı aviareysi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıdarkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəmə kollegiyası tərəfindən X5 barəsində əsassız bəraət hökmü çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, məhkəmə gəldiyi nəticəni kifayət qədər əsaslandırmadığından hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Mübahisələndirilən hökmdən görünür ki, apellyasiya instansiyası məhkəməsi ibtiadi istintaq və məhkəmə baxışı zamanı toplanmış sübutları lazımınca araşdırmadan bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən həlledici şəkildə ona əsaslanmışdır ki, məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Məhkum xx xxxxx 2018-c i il tarixdə X5 ilə birlikdə İran islam Respublikasının Tehran şəhərində olarkən tanışı X adlı şəxsdən aldığı özünün istifadə etməsi üçün içərisində narkotik vasitə heroin olan qaymaq, peçenye və sair ərzaq məhsulları olan torbanı Tehran hava limanında sərhəd nəzarətindən keçirməsi, Bakı şəhərinə çatdıqda o, həyəcanlandığı üçün əlindəki narkotik vasitə olan çantanı kömək etməsi üçün X5 verməsi, X5in həmin çantanın içərisində narkotik vasitə olması barədə məlumatı olmaması barədə, həmçinin X5in analoji ifadə verərək Tehran şəhərindən təyyarə ilə Azərbaycana çatıb təyyarədən düşəndə Məhkum ondan çantasını aparmağa kömək etməsini xahiş etməsi, yol yoldaşı kimi onun əlindən çantasını alıb daşıması, çantanın içərisində yalnız ərzaq və şirniyyat məhsulları olması barədə məlumatı olması, gömrük p ostunda çantada olan əşyalara baxış keçirilərkən qaymağın içərisində narkotik maddə olduğu aşkar edilməsi, Məhkum verdiyi həmin çantanın içərisində narkotik vasitə olması barədə məlumatı olmaması barədə ifadələr vermişdir. Məhkəmə istintaqında X5 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyinən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü X5 CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum “ X adlı şəxsin içərisində qaymaq olan paketi X5 çatdırması üçün ona verməsi”nə dair ifadəsi, hava limanında əl yükü gömrük nəzarətindən keçərkən, çantada şübhəli cizgilər aşkar olunduğu vaxt Məhkum narahatlıq keçirərək gömrük əməkdaşının diqqətini yayındırmağa çalışması, eləcə də X5in həmin vaxt onun yanında dayanmış Məhkum şübhəli çanta ilə bağlı heç nə deməməsi və elə oradaca həmin çantanın sonuncuya məxsus olduğunu bildirməməsi, Məhkum sakitcə onun yanından keçib getməsi, X5in gömrük əməkdaşlarına çantanın ona məxsus olmadığını çantada olan əşyalar gömrük postunda bir-bir çıxarılaraq yoxlanılarkən deyil, yalnız digər otağa aparılıb narkotik vasitə aşkar edildikdən sonra bildirməsi həm X5, həm də Məhkum əvvəldən həmin paketin içərisində narkotik vasitə olmasını bildiklərini təsdiq edir. B u hal iş üzrə toplanmış digər sübutların məcmusu ilə də təsdiq olunur. Odur ki, məhkəmə haqlı olaraq təqsirləndirilən şəxslərin ifadələrini özünümüdafiə xarakterli ifadələr və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirmişdir. Həmçinin burda bir hala da diqqət yetirilməsi zəruridir ki, gömrük postunda yoxlama zamanı X5dən çantasında nə olması soruşularaq monitor vasitəsilə yoxlama aparıldıqdan sonra sonuncunun yanında Məhkum olmasına və öz əlindəki çantasını gömrük əməkdaşının önünə qoyub fikrini yayındarmağa cəhd etməsinə baxmayaraq X5in gömrük əməkdaşına çantanın Məhkum məxsus olmasını bildirməyərək içərisində dəqiq nələrin olmasını həmin şəxsdən soruşulmamasını təklif etməməsi də bir daha sübut edir ki, X5 öncədən çantanın içərisində narkotik vasitənin olmasından məlumatlı olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Bəraət verilmiş şəxs X5 müdafiəçisi İsayev Samir Nadir oğlu və Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı kassasiya protestinə etiraz verərək protestin təmin edilməməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya prote stinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət verilmiş şəxs və müdafiəçilərin apellyasiya protestinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmə dən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM- nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutl arın məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) X5 verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət etmir. Kassasiya protestində apellyasiya məhkəməsinin X5 barəsində əssasız bəraət hökmü çıxardığı və buna görə də, apellyasiya məhkəməsinin hökmünün ləğv edilərək cinayət işinin yenidən apellyasiya məhkəməsi baxışına qayt arılması iddia olunur. Apellyasiya məhkəməsinin hökmündə X5 əməlinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Belə ki, Bakı Apellyasiya Məhkəməsində məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 və X4 birlikdə karqo işi ilə məşğul olmuşlar. xx xxxxx 2018-ci il tarixdə X4 onun evinə gəlmiş və X5 birlikdə İran İslam Respublikasına gedib mal gətirməyi təklif etmişdir. X5 həmin vaxt Yaşma qəsəbəsində olduğu üçün onlar birlikdə Yaşma qəsəbəsinə gedib, X5 görüşmüş və elə həmin gecə yola çıxmaq qərarına gəlmişlər. O, internet vasitəsi ilə iki ədəd bilet sifariş vermiş, onlar xx xxxxx 2018-ci il tarixdə Tehran şəhərinə çatmış, həmin gün Tehranda qeyri-iş günü olduğundan heç bir mal tapmamış və səhəri gün satmaq üçün bəzi mallar alıb Bakıya yola salmaq barədə razılığa gəlmişlər, səhər o, mal almaq fikrindən daşınmış və X5 birlikdə bazara getməkdən imtina etmişdir, lakin X5 onunla birlikdə bazara getməyi xahiş etmiş, o da razılaşaraq onunla birlikdə bazara getmişdir. Bazarda onlara lazım olan malı tapmışlar, lakin, mal sahibi yerində olmadığına görə X5 bazarda qalıb mal sahibini gözləmiş, o isə otelə getmişdir, həmin gün saat 12:30-da onun təyyarəyə bileti olmuş, lakin təyyarəyə gecikmişdir. O, həmin vaxt artıq gecə saatlarına yeni təyarə bileti almış, daha sonra X4 telefonla danışdıqda X4 ona X5 də online təyyarə bileti almağı tapşır mışdır. Bundan sonra o, X5 də bilet almışdır. Daha sonra onlar otelin qarşısındakı çayxanada oturub çay içmişlər. O, siqaret çəkmək üçün küçəyə çıxdıqda orada X adlı köhnə tanışı ilə rastlaşmışdır, o, həmin hüseyn adlı şəxsdən özünün istifadə etməsi üçün narkotik vasitə almış və onlar bir qədər söhbət edib ayrılmışlar, ayrılarkən X ona şəffaf paketin içərisində də ərzaq sovqatı vermişdir, həmin paketdə içərisində narkotik vasitə heroin olan qaymaq, peçenye və sair ərzaq məhsulları olmuşdur. O, Xdən paketi götürüb otelə getmişdir, X5 ondan əlində nə olduğunu soruşmuş, o isə paketdəkinin qaymaq olduğunu demiş və X5 istəyib- istəmədiyini soruşmuşdur, X5 isə istəmədiyini demişdir. O, otağa daxil olduqdan sonra əşyalarını toplayıb yola düşmüşlər, onun əlində rentgen kağızı olmuş, o, həmin kağız ı da X-in verdiyi şəffaf paketin içərisinə qoymuşdur. Tehran hava limanında o, sərhəd nəzarətindən keçmiş, həmin vaxt Hüseynin verdiyi narkotik vasitə olan çantası onun əlində olmuş, heç bir monitor onun çantasında qeyri-qanuni əşya olmasını göstərməmişdir. Bakı şəhərinə çatdıqda o, həyəcanlandığı üçün əlindəki həmin içərisində X adlı şəxsdən aldığı narkotik vasitə olan çantanı kömək etməsi üçün X5ə vermişdir. X5 gömrük nəzarətindən keçərkən onun narkotik vasitə olan çantasının yoxlandığını görüb gömrük əməkdaşlarını X5dən yayındırmaq üçün öz əlində olan çantasının yoxlanmasını gömrük əməkdaşlarına təqdim etmiş, lakin ona çıxıb getməsi bildirildiyindən, o, X5in yanından keçərək bayıra çıxmışdır. O, bayırda oğlu ilə maşında oturub X5i gözləmiş, lakin X5 gəlməmişdir. Bir qədər sonra X5 ona z əng edib həyəcanlı şəkildə “ məni tutdular, niyə tutdular?” demiş, həmin vaxt onun telefonunun enerjisi bitdiyi üçün sönmüşdür. O, X5 nömrəsini əzbər bilmədiyi üçün oğlunun telefonundan X4 zəng edib, olanları danışaraq X5in nömrəsini soruşmuşdur. X4 onlara qarşı yəqin ki, əməliyyat qurulduğunu deyib, ona hava limanından çıxmağını məsləhət görmüşdür. Bundan sonra o, hava limanından çıxıb X4 ilə görüşmüşdür. O, X4dən X5in məsələsinin necə olacağını soruşmuş, X4 isə “səhər açılsın, baxaq görək nə edirik” demişdir. Səhər açılanda olanlar barədə X5in ailəsinə xəbər vermək üçün X2 adlı taksi sürücüsü ilə birlikdə X5in evinə getmişdir. O, X5in həyat yoldaşına X5in narkotik vasitə ilə tutulduğunu, çantanın ona məxsus olduğunu, içərisində nə olmasından X5in xəbəri olmadığını demişdir. Təxminən dörd -beş gün sonra X5in arvadı ona zəng edib, pula ehtiyacları olduğunu demiş, buna görə də o, X5gilə gedib onun arvadına 1.500 ABŞ dolları pul vermişdir. Həmin vaxt orada əməliyyatçılar onu tutmuşlar. X5 olan çantasından aşkar edilmiş narkotik vasitədən X5 xəbəri olmamış, həmin narkotik vasitə ona məxsus olmuşdur, yəni, X5 onunla əlbirliyi olmamışdır, bu barədə birinci instansiya məhkəməsində verdiyi ifadəsində də göstərmiş, məhkəmədə səmimi ifadə verərək, narkotik vasitənin ona məxsus olmasını, X5 həmin narkotik vasitədən məlumatının olmamasını, gömrük nəzarətindən keçərkən, həyacanlandığından çantanı X5 vermişdir. Onun əməlində narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda nark otik vasitələri daşıma cinayətinin tərkibi vardır, yəni, onun heç bir əsas olmadan bu cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsində ittiham edilməsi, ona nəzərdə tutulmuş cəzadan da ağır cəza təyin edilməsinə səbəb olmuşdur. O, çantanın içərisində narkotik vasitə olmasını bildiyindən, həmin çantanı X5ə vermişdir, çünki, X5 çantada narkotik vasitə olmasını bilmədiyinə görə, onun həyacanlanmayacağını, onun özünün isə həmin çantada narkotik vasitə olduğunu bildiyi üçün həyacanlandığından özünü biruzə verəcəyini düşünmüşdür, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X5 əsassız olaraq məhkum olunmuşdur. O, həmin narkotik vasitəni satış məqsədi ilə daşımamışdır, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu 1 tarixli 1(101 )-413/2019 saylı hökmü ilə Azərb aycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi əsassızdır, ona görə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilərək, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən isə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddələrlə ona ən yüngül cəza təyin edilməsi, eyni zamanda, X5 müdafiəçisi İsayev Samir Nadir oğlunun apellyasiya şikayətinin təmin olunaraq X5 əməlində cinayət tərkibi olmadığından, X5 barəsində bəraət hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Məhkum ilə təxminən iki il əvvəl Yasamal rayonunda çayxanaların birində tanış olmuşdur. xx xxxxx 2018-ci il tarixdə, Məhkumla birlikdə İran İslam Respublikasına mal gətirməyə getmiş, xx xxxxx 2018-ci il tarixdə Tehran şəhərinə çatmışlar, həmin gün Tehranda qeyri-iş günü olduğundan onlar mal ala bilməmişlər, səhər onlar bazara gedib bəzi mallar almışlar. Daha sonra Məhkum ona günorta saatlarına bilet aldığını, buna görə də otelə qayıtmalı olduğunu demişdir. O, Məhkuma pulunun az qaldığını demiş, buna görə də Məhkum ona yol pulu kimi 50 manat vermişdir. Məhkum otelə getmiş, o isə bazarda qalıb aldıqları malları götürüb otelə getmişdir. Otelə getdikdə otelin işçisindən Məhkumun gedib-getmədiyini soruşmuş, həmin şəxs Məhkumun namaz otağında namaz qıldığını bildirmişdir. O, çayxanada oturmuş, az sonra Məhkum gəlmiş və o, Məhkumdan nə üçün getmədiyini soruşmuşdur. Məhkum ona təyyarəyə gecikdiyini bildirmiş, o da Məhkuma axşam birlikdə avtobusla qayıtmağı təklif etmişdir, lakin Məhkum hər ikisinə təyyarəyə bilet sifariş verdiyini bildirmişdir. O, Məhkuma təyyarə ilə getmək istəmədiyini, hava limanından yaşadığı Qobustan qəsəbəsinə getməyin çətin olduğunu demişdir, lakin Məhkum oğlunun onları qarşılayacağını və onu Lökb atan dairəsinə qədər aparacağını demişdir, buna görə də o, Məhkumun 50 manat pulunu özünə qaytarmışdır. Həmin vaxt Məhkum artıq öz otağını təhvil vermiş və çantalarını onun otağına qoymuşdur, o, çayxanada oturmuş, Məhkum isə bazarlıq etmək üçün aşağı düşmüşdür. Məhkum yuxarı qalxanda əlində bir paketlə qayıtmış, o, Məhkumdan həmin paketdə nə olmasını soruşmuş, o isə paketdə şirniyyat və qaymaq olduğunu, bazardan aldığını demişdir. Məhkum paketi otağa qoyub yenidən onun yanına çayxanaya qayıtmışdır. Məhkumun həmin paketi arvadının rentgen kağızı olan paketə qoymasından onun xəbəri olmamışdır. Sonra onlar oteldən çıxıb hava limanına getmişlər və Azərbaycana çatıb təyyarədən düşəndə Məhkum ondan çantasını aparmağa kömək etməsini xahiş etmiş, o da yol yoldaşı kimi onun əlindən çantasını alıb d aşımışdır. Gömrük postunda monitorda çantaya baxış keçiriləndə gömrük əməkdaşı ondan çantada nə olduğunu soruşmuş, o isə çantada qaymaq və pendir olduğunu bildirmişdir. Çantada olan əşyalara baxdıqdan sonra onu başqa bir otağa aparmışlar və yoxlama zamanı qaymağın içərisində narkotik maddə olduğu aşkar edilmişdir. Yoxlama keçirilməmişdən əvvəl o, çantanın ona məxsus olmadığını, həmin çantanın Məhkuma məxsus olduğunu demiş, gömrük əməkdaşları Məhkumu tapmaq üçün otaqdan çıxmışlar, lakin həmin vaxt artıq Məhkum gömrükdən keçib getmişdir. O, Məhkuma məxsus paketdə narkotik vasitə olmasını bilməmişdir, həmçinin X adlı şəxsi tanımır, ona görə də, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək onun barəsində bəraət hökmü çıxarılmasını, Məhkum apellyasiya şikayətinin və müdafiəçisi Janna Bağırovanın apellyasiya şikayətinə əlavəsinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı iş materiallarında olan video müşahidə kameralarının görüntülərinə baxış keçirilmiş, həmin görüntülərdə Beynəlxalq aeroportun gömrük buraxılış postunda X5 təqdim etdiyi əl yükünün içərisindəki malların gömrük əməkdaşları tərəfindən bir-bir çıxarılaraq yoxlanılması, həmçinin orada olan Məhkum narahatçılıq keçirməyə başlayaraq, gömrük əməkdaşının diqqətini yayındırmaq məqsədilə öz əl yükünü gömrükçüyə tərəf uzatması, sonra isə oranı tərk etməsi müşahidə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından təqsirləndirilən şəxslərin ifadələrindən və şahid ifadələrindən göründüyü kimi, X5 Məhkum və digər şəx slə 2018-ci aprel ayının əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, saxlaması, daşıması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi ibtidai istintaq zamanı və məhkəmə kollegiyasının həm birinci instansiya məhkəməsindəki, həm də apellyasiya instansiyasındakı məhkəmə iclaslarında öz təsdiqini tapmamış və X5 təqsirliliyi sübuta yetirilməmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətləri üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya şikayətlərinin təmin edilməsi barədə X5, Məhkum və onların müdafiəçilərinin, apellyasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama birinci instansiya məhkəməsi mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlar əsasında hökm çıxardığından, birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla X5 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə ibtidai istintaq orqanının ehtimalları öz təsdiqini tapmadığından və araşdırılmış sübutlarla X5 təqsirliliyi sübuta yetirilmədəiyindən, məhkum X5 müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli,, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019- cu il tarixli hökmü ləğv edilməli, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilməli, X5 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir....”. Kassasiya protestində X5 əsassız olaraq bəraət verildiyi və buna görə də, apellyasiya məhkəməsinin qərarının ləğv edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya protestinin dəlilləri əsassızdır və ittiham tərəfinin göstərdiyi dəlillər ittiham tərəfinin mövqeyini heç cür əsaslandırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. Göründüyü kimi, apellyasiya məhkəməsi X5 təqsirinin sübuta yetirilməməsi ilə bağlı iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə uyğun ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Həmin qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsin ə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqs irli olubolmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, mə hkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin349-cu maddəsinin tələbinə əsasən məhkəmənin hökmü (o cümlədən bəraət hökmü) qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmi ş sübutlara əsaslandıqda, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab edilir. Məhkəmə kollegiyasi kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən X5 təqsirliyinin sübuta yetirilməməsi əsası ilə tamamilə düzgün olaraq bəraət verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi X5in barəsində ittiham hökmü çıxararkən sübutları CPM-nin 143-146-cı maddələrini tələblərinə uyğun olaraq araşdırmamış, gəldiyi nəticəni kifayət qədər əsaslandırmadan şəxsin barəsində əsassız olaraq ittiham hökmü çıxarmışdır. Belə ki, apellyasiya məhkəməsində tədqiq olunmuş sübutlardan X5in və Məhkumun ifadələrindən, şahid ifadələrindən və digər iş materiallarından görünür ki, sübutla r X5in təqsirli hesab edilməsi üçün kifayət etmir,X5 əməli ilə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqəni aşkar etmək mümkün deyil. Belə olan halda, ittiham hökmünü mülahizələr əsasında çıxarmaq cinayət və cinayət prosessual qanunvericiliyin prinsiplərinin pozulması hesab edilməlidir. Belə ki, ittihamda göstərildiyi kimi X5 külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması, daşıması və qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömük nəzarətindən gizli olaraq keçirməsi ilə bağlı hallar mötəbər, əsaslı və qanuni sübutların məcmusu ilə təsdiq olunmur. İş materiallarında elə bir mötəbər sübuta rast gəlinməmişdir ki, X5 həmin əməlləri törətməsini sübut etməyə kifayət etsin. X5 Məhkum tərəfindən ona verilən çantanın iç ərisində ərzaq mallarından başqa qeyri-qanuni əşya olması barədə məlumatının olmaması, gömrük postunda yoxlama zamanı Məhkumun şübhəli halları, X5 törədilmiş əməldən xəbərsiz olması tədqiq olunmuş sübutlarla bir daha öz təsdiqini tapmışdır. Odur ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur Bundan başqa, iş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi nə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş X5 və həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuş Məhkum barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-474/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-474/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver