Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-474/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avq ust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Telman Hüseynov (sədrlik edən və məruzəçi), Fikrət Qəribov və Əli Məmmədov) 20 may 2022-ci il tarixli, 1(101)-224/2022 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Abşeron rayonu Ceyranbatan qəsəbə ərazi dairəsi Ceyranbatan qəsəbəsində qeydiyyatda olan və Ceyranbatan qəsəbəsi Yeni Məhəllə ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan tiryək əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 66,132 qram “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr’’in İ siyahısına daxil olan narkotik vasitə tiryəki əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliy i Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 07 iyul 2021-ci ildə saat 13:00-da yuxarıda qeyd olunan ünvanda etibarnamə ilə idarə etdiyi “Chevrolet Aveo” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 15:16-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sol ön cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümündə ümumilikdə təmiz çəkisi 66,132 qram təşkil edən külli miqdarda narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Habil Məmmədov) 1(103)-1410/2022 nömrəli 10 avqust 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum istintaqın sonrakı mərhələsində özünü təqsirli bilməmiş, onun zorla tutulmasını və idarəyə gətirilməsini, ona işgəncə verilməsini bildirərək ilkin ifadələrindən imtina etmişdir. Həmçinin o, məhkəmə iclasında da özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs tutulan anda, yəni avtomaşınından düşürülüb tutulan andan onun üzərində narkotik vasitənin olmasına dair şübhələr olub. Beləliklə, təqsirləndirilən şəxs şübhəli şəxs statusuna malik olub və müdafiəçi ilə təmin olunmaq hüququ olub, lakin o, bu hüququndan məhrum edilib, tutulduğu zaman müdafiəçiyə malik olmayıb, onun hüquqi yardımından istifadə edə bilməyib, müdafiəçinin iştirakı bir neçə saatdan sonra rəsmiləşdirilib. Onun tutulduğu zaman şəxsi axtarışın keçilməməsini başa düşmək olmur, istintaq orqanı buna aydınlıq gətirməyib. Məhkəmə iclasında dindirilən polis əməkdaşla rı da buna izah verməmişlər. Hazırki iş üzrə istintaq sənədlərindən görünür ki, təqsirləndirilən tutulduqdan 2 saat sonra üzərində şəxsi axtarış keçirilib. Bu müddət ərzində o, bütünlüklə polisin nəzarəti altında olub və narkotik vasitənin onlar tərəfindən təqsirləndirilən şəxsə “verilməsi” ehtimalları güclənmiş olur. Buna görə də hətta təqsirləndirilən şəxsin göstərilən saatda tutulması və üzərinə axtarış keçirilməsinə dair istintaq orqanının versiyasını qəbul etsək, “aşkar edilmiş” narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması variantı daha real və ağlabatandır. Çünki təqsirləndirilən şəxsin tutularkən niyə dərhal üzərinə baxış və ya axtarışın aparılmaması səbəbi izah edilməyib. İşin bu halları, həmçinin istintaq orqanının təqdim etdiyi onun tutulub idarəyə gətir ildikdən sonra rəsmiləşdirilmiş protokol qanunun tələblərinə uyğun olmadığından, ilkin ifadələri təhdid və işgəncə altında verildiyindən sübut kimi qəbul edilə bilməz Digər tərəfin istintaq orqanının hüquqlarını müdafiə etdiyi şəxsə heç bir sübut təqdim etmədən məhz satış kimi ittiham verməsi ona qarşı qərəzli münasibətdən xəbər verir və ümumilikdə ittihamın qanunsuz olmasına dəlalət edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protesti nə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi ndə təqsirsiz olduğuna baxmayaraq barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Onun etirafedici ilkin ifadələri təzyiq altında alınmış və sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, tutulduğu anda məhkum müdafiəçiyə malik olmamış, müdafiəçinin hüquqi yardımından istifadə edə bilməmişdir. Məhkumun üzərində axtarış tutulduğu yerdə deyil, 2 saatdan sonra polis idarəsində aparılması onun üzərində aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması variantı daha real və ağlabatandır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansi ya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsa sən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr y alnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun üzünün, Şahid1, Şahid2, Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, ap ellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən 07 iyul 2021-ci il tarixdə saat 13:00-da saxlanılmış və polis idarəsinə gətirilmişdir. Polis İdarəsində təhqiqatçı tərəfindən Məhkum müdaf iəçi təyin edilmiş və müdafiəçinin iştirakını təmin etdikdən sonra həmin gün saat 14:40-da Məhkum barəsində şübhəli şəxs qismində tutulması barədə protokol tərtib edilmiş və bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Məhkum könüllü olaraq 66,132 qram çəkisi olan narkotik vasitə tiryək təqdim etmişdir. Məhkum birinci instansiya məhkəməsində özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü polis işçiləri onu idarə etdiyi maşınına arxa oturacağa mindirmiş və döyərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə ona qarşı təzyiq və təhqirlər etməklə, cinayəti boynuna götürməyini, əks halda ona qarşı təhqiredici hərəkətləri davam etdirəcəklərini bildirmişlər. Məcbur olaraq polis əməkdaşlarının dediyi kimi etmişdir. Narko tikdən anlayışı yoxdur. Hətta narkotik vasitənin necə qəbul edildiyini bilmir. Əlavə olaraq bildirmişdir ki, “X3”nın üzvüdür. 2019-cu ildə yaşadığı ərazi üzrə bələdiyyə seçkilərində öz namizədliyini irəli sürmüşdür, 2020-ci ildən narkomaniyaya qarşı maarifləndirmə işi aparmışdır. Tutulmağının ilk səbəbi onun narkomaniyaya qarşı maarifləndirmə tədbirləri həyata keçirməyi, məktəblərə, bağçalara, müxtəlif yerlərə narkomaniyaya qarşı posterlər yapışdırmağı olmuşdur. İbtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, əvvəl narkotik maddə olan tiryək istifadə etmişdir. Tutulduqdan üç gün əvvəl Ruslan adlı şəxsdən 150 manata tiryək almışdır. 07 iyul 2021-ci il tarixdə saat 13 radələrində polis işçiləri onu saxlamış və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə onun üzərində şəxsi axtarış aparılmış və tiryək aşkar edilərək götürülmüşdür. Tiryəki özünün istifadəsi üçün almışdır. Məhkəmə iclasında Məhkum göstərmişdir ki, ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri təsdiq etmir, polis əməkdaşları onu döymüş, həmin ifadələr təzyiq altında vermişdir. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqs irləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Belə ki, Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən döyülməsi və təzyiq edilməsi barədə göstərməsi ilə əlaqədar Nərimanov rayon prokurorluğu tərəfindən yoxlama aparılmışdır. Yoxlama nəticəsində həmin faktlar təsdiq olunmamış və material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan görünür ki, onun barəsində məhkəmə-tibbi ekspertiza keçirilmiş və bədəninin səthində hər hansı xəsarət aşkar edilməmişdir. Həmin qərar Məhkum göndərilmiş, ona şikayət vermək hüququ izah edilmiş, qərar cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin Məhkum və onun müdaf iəçisi həmin qərardan nə yuxarı prokurora, nə məhkəməyə şikayət verməmişlər. Bundan başqa, Məhkum ilkin ifadəsinin təzyiq altında verilməsini göstərsə də, onun təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadəni müdafiəçinin iştirakı ilə vermiş, ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, yəni onun satış məqsədi ilə cinayət əməlini törətməsi barədə ittihamın sürülməsi ilə razı olmamış və bunun səbəbi da izah etmişdir. Bu hal Məhkum ifadəni təzyiq altında verməsi barədə dəlillə uzlaşmır və onun ifadəni öz iradəsi ilə verdiyini göstərir. Bununla yanaşı, Məhkum məhkəmə iclasında verdiyi ifadəsində onun tərəfindən verilmiş ilkin ifadəni təkzib edərək göstərmişdir ki, o ümumiyyətlə narkotik vasitə qəbul etmir, narkotiklərə qarşı mübariz ə və təbliğat aparmış və məhz buna görə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 26 iyul 2021-ci il tarixli rəyindən isə görünür ki, Məhkum qanında və sidiyində tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu heroin aşkar edilmişdir. Kassasiya şikayətinin Məhkum müdafiə hüququnun pozulması barədə dəlili də cinayət işinin materialları ilə uzlaşmır. Belə ki, Məhkum tutulduqdan sonra ona müdafiəçi təyin edilmiş və bütün prosessual və istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə keçirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun pozulması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız Məhkum olduğu yeri müəyyən edilmiş, o tutulmuş və polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prose ssual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istinta q, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya şikayətinin Məhkum ictimai siyasi fəaliyyətlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməsi barədə dəlili cinayət işinin materiallarına əsaslanmır. Cinayət işinin materiallarına hətta məhkumun hər hansı bir ictimai-siyasi fəaliyyətlə məşğul olmasını təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Yuxarı da qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yax ud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-474/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-474/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver