Məhkəmə qərarları › İş №1(102)-475/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-475/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-475/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hö kmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Fəqan Rövşən oğlu) x1- xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ü1 saylı mənzildə qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhku m edilmiş, cinayət üzrə mülki iddia qismən təmin edilmiş, təqsirləndirilən şəxs x1 tərəfindən cinayət əməli nəticəsində vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat pulun ondan tutularaq mülki iddiaçı x2 ödənilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 əvvəllər əri ilə görüşdüyünə görə ona irad tutmuş qonşuluqda yaşayan x2 xx.xx.2018-ci il saat 12 radələrində ü1 ünvanda küçədə görüb özünün müstəsna şəxsiyyət olmasını və başqalarından fərqlənməsini təsdiq etmək, yəni xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan yumruğu ilə iki dəfə onun üz nahiyyəsindən, yerə yıxıldıqdan sonra isə sağ said nahiyyəsindən təpiklə vuraraq axırıncıya qəsdən burun sümüyünün yerini dəyişən, qapalı sınığı, sağ göz yuvasıətrafı nahiyyənin dərialtı hematoması və sağ saidin qançırı i lə müşaiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır xəsarət yetirmişdir. Hökmdən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.K.Əkbərov (sədrlik edən və məruzəçi), F.A.Qasımov və Q.X.Babayevdən ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından x1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: x1 kassasiya şikayəti verərək bildirmişdir ki, özünü qəsdən sağlamlığa az ağır xəsarət yetirməklə təqsirli bilsə də, onu xuliqanlıq niyyəti ilə etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsi evin içində vurmaq istəyərkən özünün yıxıldığı barədə həm ibtidai istintaq zamanı, həmdə məhkəmə istintaqı zamanı bildirsə də nə istintaq aparan şəxs, nə də məhkəmələr onu nəzərə almamışdır. Məhkəmələr həmçinin 2 azyaşlı uşağının olmasını, 300 manat məbləğində alimentlə uşaqları saxlamağa məcbur olduğunu, uşaqlarının azyaşlı olduğu üçün işləmədiyini nəzərə almadan mənəvi ziyana görə 500 manat pulun ondan alınması barədə qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ədalətsiz olduğu üçün ləğv edilməsini və işin yeni baxışa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya ş ikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının p redmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayətin xuliqanlıq niyyəti ilə törədilmədiyi və mənəvi ziyana görə 500 manat tutulması münahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 2004-cü il 23 mart tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xul iqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. x1 qonşuluqda yaşayan x2 küçədə görüb özünün üstünlüyünü, müstəsna şəxsiyyət olmasını və başqalarından fərqlənməsini nümayiş etdirmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan yumruğu ilə iki dəfə onun üz nahiyyəsindən, yerə yıxıldıqdan sonra isə sağ said nahiyyəsindən təpiklə vuraraq axırıncıya qəsdən burun sümüyünün yerini dəyişən, qapalı sınığı, sağ göz yuvası ətrafı nahiyyənin dərialtı hematoması və sağ saidin qançırı ilə müşaiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır xəsarət yetirmişdir. Yəni göstərilən cinayət əməlini xuliqanlıq niyyəti ilə törətmişdir. Hadisə zamanı x2n münaqişəyə təşəbbüs göstərməsini, x1nı vurmasını və ya itələməsini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Ona görə də, x1nın cinayət əməlinin hüquqi tövsifi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin bu barədə dəlilləri isə əsassız olduğundan təmin edilməməlidir. x1 ifadələrində saç ustası kimi işlədiyini, kişilərin saçını düzəltdiyini göstərmişdir. Ona görə də məhkumun kassasiya şikayətində göstərdiyi azyaşlı uşaqlarını 300 manat alimentlə saxladığı barədə dəlilləri, onun faktiki olaraq işləməsi və qazancının olması faktı ilə uyğuncuzluq təşkil edir. Cinayət işinin materiallarımda olan “xxx” tər əfindən verilmiş epiqrizə əsasən x1 həmin hospitalda xx.xx.2019-cu il tarixdə “Burun sümüklərinin repozisiyası”əməliyyatı keçirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2018-ci il tarixli, 1865 saylı rəyindən görünür ki, x1nda burun dəliklərindən tənəffüsün pozulmasına səbəb olan burun sümüyünün yerdəyişən, qapalı sınığı, sağ göz yuvası ətrafı nahiyənin dərialtı hematoması və sağ saidin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Birinci instansiya məhkəməsin in mülki iddia ilə əlaqədar gəldiyi nəticəyə görə x1 təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 5.000 manat tutulmasını xahiş etsədə həmin maddi ziyan nədə öz əksini tapmasını göstərə bilməmiş, buna dair məhkəməyə sübut təqdim etməmiş, mülki iddiaya əlavə edilmiş kassa mədaxil orderinin qəbzlərində ödənilən pul məbləğlərinin isə hazırki əməllə birbaşa əlaqəsinin olması sübuta yetirilməmişdir. Mülki iddianın mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, x1 xəstəxanada olduğu müddətdə keçirdiyi mənəvi əziyyət, narahatlıq, həyəcan, iztirab və sarsıntılara görə tələb olunan məbləğdən 500 manatın tutulması yetərli hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Məh kəmə kollegiyası hesab edir ki, məhkəmələrin mülki iddia üzrə gəldikləri nəticələr də əsassız olmamışdır. Ona görə də bu barədə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum x1nın müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədə n qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: x1nın kassasiya şikayəti təmin edilməsin. x1nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı x1nın kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar