Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-475/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və Məhkum iştirakları ilə, Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 195.1 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Ağcabədi Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) 14 iyul 2021-ci il tarixli hökmü ilə xx.xx.1973-cü il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki az yaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkd ə təqsirli bilinib, CM-in 195.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 308.2-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti cəza olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, 02 (iki) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şə rti hesab edilmiş, üzərinə sınaq müddəti dövründə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulması, onun cəza çəkmə müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.2-ci maddələri ilə, məhkum olunmasına dair cinayət işi üzrə Ağcabədi Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli hökmü dəyişdirilm ədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri verilən ittihama əsasən o,fərdi sahibkar kimi maliyyə vəziyyəti barədə bilə-bilə məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 25 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmaqla öz adından sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması, öhdəliklər götürülməsi və digər təşkilatisərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq əlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi vergi bəyannamələrinə əsasən 2014-cü ildə hər hansı bir dövriyyəsi olmadığı halda şəxsi ticarətini genişləndirmək təyinatı üzrə ona kredit verilməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs ASC-nin “Ağcabədi” filialı tərəfindən aparılan maliyyə vəziyyətinin analizi zamanı aylıq gəlirinin 5.000 manat olmaqla, həmin vəsaitin 1.000 manatının xərclərə sərf edilməsindən sonra 4.000 manat gəlirinin olması barədə, yəni maliyyə vəziyyətinə dair 17 noyabr 2014-cü il tarixli Kredit Komitəsi üçün Memoranduma daxil edilməsi üçün bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla özü arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 8668 №-li “kredit müqaviləsiüzrə 24 ay müddətinə, illik 24 % dərəcəsi ilə 120.000 (bir yüz iyirmi min) manat məbləğində kredit xəttinin açılmasına nail olub, həmin kredit üzrə 5 fevral 2015-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin “Ağcabədi” filialında olan AZ 98ZAMİ00004400AGCAZMC00014 nömrəli hesabına köçürülmüş 60.000 manat məbləğdən 300 manat bank xidməti, 594 m anat isə sığorta haqqı üzrə silindikdən sonra qalan 59.106 manatı həmin tarixli kassa məxaric orderi əsasında nağd qaydada Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs ASC-nin “Ağcabədi” filialında olan həmin hesabından şəxsən çıxarmaqla, həmçinin, qeyd edilən kredit üzrə 16 fevral 2015-ci il tarixdə həmin hesaba köçürülmüş 60.000 manat məbləğdən 300 manat bank xidməti üzrə silindikdən sonra qalan 59.700 manatı həmin tarixli kassa məxaric orderi əsasında nağd qaydada bankın “Ağcabədi” filialında həmin hesabından şəxsən çıxarmaqla, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 120.000 (bir yüz iyirmi min) manat məbləğdə qanunsuz kredit alaraq Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda ziyan vurmuş, həmin kre ditdən əsas borc üzrə 42.571,33 manat, faiz borcu üzrə 27.970,09 manat ödəniş edib 01.09.2019-cu il tarixinə 77.428,67 manat əsas, 49.495 manat isə faiz borcunu qəsdən ödəməməklə hüquqi şəxs olan Zərərçəkmiş şəxs ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətllə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestində göstərmişdir ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərək onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, qanunsuz kredit alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törədən, törətmiş olduğu cinayət əməlləri az ağır cin ayətlər olmaqla iqtisadi fəaliyyət qaydaları əleyhinə və qulluq mənafeyi əleyhinə olan cinayətlər kateqoriyalarına aid olan Məhkum ona təyin edilmiş cəzanı real olaraq çəkməsi ədalətli olmasına baxmayaraq, əsassız olaraq barəsində şərti məhkum etmə tətbiq etmiş və təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını CM-in 70-ci maddəsini tətbiq etməklə şərti hesab etmiş, apellyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamışdır. Bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinay ətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Məhkum törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aiddir. Onun götürdüyü kreditin bir hissəsini qaytarmaması törətmiş olduğu cinayətlərin ictimai təhlükəliliyini artıran hallar hesab olunmalı idi. Göründüyü kimi, Məhkum iqtisadi münasibətlərin iştirakçılarının qanuni mənafelərini, bütövlükdə maliyyə sisteminin əsaslarını təmin edən ictimai münasibətlərə və dövlət orqanlarının normal fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-in 195.1 və 308.2-ci maddəsində nəzərdə tutulan, az ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hab elə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsini şərtləndirən amillərdir. Lakin, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə CM-in 70-ci maddəsinə əsasən Məhkum barəsində şərti məhkum etmə haqqında qərar qəbul edərkən təqsirləndirilən şəxsin əməlini etiraf etməklə səmimi peşman olmasını, yaşayış yerindən müsbət xara kterizə olunmasını, himayəsində 2 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apelyasiya intansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Məhkəmə məhkumun törətdiyi cinayəti etiraf edərək əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Məhkum ona qarşı irəli sü rülmüş ittihamlar üzrə ümumiyyətlə özünü təqsirli bilməmiş, törətdiyi cinayət əməllərini etiraf etməmiş, cinayət məsuliyyətindən yayınmaq üçün ziddiyyətli ifadələr verməklə özünü qeyri-səmimi aparmış, məhkəmələr də onun ifadələrinə tənqidi yanaşaraq iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirmişlər. Ona görə də məhkəmə onun törətdiyi cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda tam haqsız olmuşdur. Bundan başqa, məhkəmə Məhkum yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, demək olar ki, hər bir cinayət işində rastlaşılan, formal xarakterli xasiyyətnaməyə belə qərarda istinad etmədən həmin xasiyyətnamənin təqsirləndir ilən şəxsin şəxsiyyətinin fərdi-mənəvi keyfiyyətlərini tam ortaya qoyması nəticəsinə gəlmişdir. Məhkəmənin şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alması da əsassız olmaqla yanaşı CM-in tələbinə zidd olmuşdur. Belə ki, məhkəmə nəzərə almamışdır ki, CM-in 59.1.4-cü maddəsində himayəsində yetkinlik yaşına çatmayan uşağın olması deyil, himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Sadalananlardan göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək təyin edilmiş cəzanı şərti hesab etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və Məhkum şəxsiyyətini, onun tərəfindən törədilən cinayətlərin başa çatmış cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aid edilməsini, eləcə də bu cür əməli, yəni qanunsuz kredit alma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayət əməllərini törədən Məhkum azadlıqdan məhrum edilməklə cəzaçəkmə müəssisəsində cəza çəkmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhini və Ali Məhkəmənin tövsiyyələrini nəzərə almamış, apellyasiya instansiya məhkəməsi də bu əsassız və qanunsuz nəticə ilə razılaşmışdır. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 195.1 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmaqla şərti hesab olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfin dən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məh kəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiy ac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021 -ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəra itinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin x arakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzasını yüngülləşdirilən halları, yəni əməlini etiraf etməklə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət x arakterizə olunmasını və himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə təyin etdiyi azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və Məhkum həmin cəzanı çəkmədən də islah olunması qənaətinə gələrək onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyünü və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətlə ndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum et mə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Belə ki, cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Bu baxımdan kassasiya protestinin Məhkum təyin olunmuş cəzanın şərti tətbiq olunmasının onun isla h olunması məqsədinə cavab verməməsi, cəzanı real çəkməsinin məqsədəmüvafiq olması barədə dəlilləri əsassızdır. Şərh olunanlara əsasən kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-475/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-475/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver