Məhkəmə qərarları › İş №1(102)-475/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-475/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-475/2023 06.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının,iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 1(10 3)-285/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 21 avqust 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 1(101)-1094/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. Hökmdən məhkum edilmiş şəxsin Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti verilmi şdir

4. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2022ci il tarixli, (103)-285/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 1(101)-094/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş və İbrahimov Oxan Nüsrəddin oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2022-ci il tarixli, (103)-285/2022 nömrəli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən kassasiya protesti ver ilmişdir. 6.Azərbaycan Respunblikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli, (102)-786/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 1(103)-285/2022 saylı hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 7.Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir.

8. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublik ası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

10. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının və məhkumun müdafi əçisinin çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2022-ci il tarixli,1(103)-285/2022 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 1(103)-285/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar