Məhkəmə qərarları › İş №1(102)-475/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-475/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-475/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı İlqar Həsənov tərəfindən verilmiş kassasi ya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin (sədrlik edən hakim Füzuli Pənahov) 1(056)90/2023 saylı 14 iyun 2023-cü il tarixli hökmü ilə xx xxxxxxx 2005-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sabirabad şəhəri M.S.ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 242-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istifadə etdiyi özünə məxsus “Redmi Not 11” markalı mobil telefonla yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 2 ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 50 *** ** ** abonen t nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2022-ci ilin sentyabr ayında orada “Qozumakimi” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyata keçirilməsi prosesləri göstərilən video görüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qa nunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “Qozumakimi” adlı kanalda 2022-ci ilin sentyabr ayından 2022-ci ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 12 800 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Bundan başqa, Məhkum təkrarən istifadə etdiyi özünə məxsus “Redmi Not 11” markalı mobil telefonla yaşadığı Sabirabad şəhəri, M.S.ünvan 2 ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 50 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2022-ci ilin oktyabr ayında orada “İfsahub” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağ lam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyini yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyata keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “İfsahub” adlı kanalda 2022-ci ilin oktyabr ayından 2022-ci ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 2 0 00 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə təkrar yaymışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və İlkin Abdullayev) 1(106)593/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 1(056)-90/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısının apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 ka ssasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərarını əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM- in 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrumetmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Göründüyü kimi, hər iki instansiya məhkəmələri yuxarıda qeyd edilən qərarın və cinayət qanununun tələblərini düzgün təhlil etmədiyindən, nəticədə həm qərarın və həm də cinayət qanununun tələblərini düzgün tətbiq etməmişlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən, yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ild ən yuxarı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Bu tələbə əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxsə cəza təyin edilərkən, CM-in müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın müddəti və ya miqdarının aşağı həddi CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddindən yuxarı olduğu halda CM-in 85-ci maddəsində nəzərdə tutulmuş cəza növünün yuxarı həddi (azadlıqdan məhrum etmədə 10 il, cərimədə 600 manat) təyin edilərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Lakin bu iş üzrə hər iki instansiya məhkəmələri CM-in 62-ci maddəsini tətbiq etmədən Məhkum 600 deyil, 500 manat miqdarda cəza təyin etməklə cinayət qanunu və Ali Məhkəmə Plenumunun 25 iy un 2003-cü il tarixli 4 saylı Qərarının 10-cu bəndinin tələblərini pozmuşlar. Belə ki, Məhkum təqsirli bilindiyi CM-in 242-ci maddəsinin sanksiyasında cərimə cəzasının aşağı həddi iki min manat olduğu halda, ona 500 deyil, 600 manat miqdarında cərimə cəzası təyin olunsaydı, bu halda CM-in 62-ci maddəsinin tətbiqinə ehtiyac olmazdı. Beləliklə, məhkəmə, CM-in 62-cı maddəsini tətbiq etmədən Məhkum CM-in 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən də aşağı həddə cəza təyin etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti qismən təmin olunmalı, apell yasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı s übutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya protestində əməlin tövsifi məsələsi mübahisələndiri lməmişdir. Dövlət ittihamçısı2 kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təqsirli bilindiyi maddə üzrə cəza təyin edilərkən cinayət qanunvericiliyi normasının tələbinin pozulmasıdır. Məhkəmə kollegiyası bildirir ki, dövlət ittihamçısının kassasiya protestində qeyd etdiyi dəlil əsaslıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 85.1.1. cərimə; 85.1.2. ictimai işlər; 85.1.3. islah işləri; 85.1.3-1. azadlığın məhdudlaşdırılması; 85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə al tı yüz manatadək miqdarda təyin edilir. Göründüyü kimi, cinayət qanunu yetkinlik yaşına çatmayanlara təyin edilməli olan cəzanın fərqli qaydalarını və hədlərini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-in 85.2-ci maddəsinə görə belə kateqoriyadan olan təqsirləndirilən şəxslərə cərimə cəzası 600 manatadək təyin olunur. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 242-ci maddəsində cərimə növündə cəza iki min manatdan dörd min manatadək miqdarında müəyyən olunmuşdur. Beləliklə, cinayət qanununun yuxarıda qeyd edilən normaları ilə CM-in 242-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş yetkinlik yaşına çatmayan şəxslər üçün cərimə cəzasının həm yuxarı, həm də aşağı həddi 600 manat miqdarında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum CM-in 242-ci maddəsi ilə təqsirli bilinib cinayət qanunu ilə müəyyən edilmiş aşağı həddən də az - 500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu M əcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi cinayət törətməkdə təqsirli bilinən şəxsə onun təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddən də az cəza yalnız CM-in 62-ci maddəsində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunun tələblərinə görə məhkəmə yetkinlik yaşına çatmayan məhkuma CM-in 242-ci maddəsində (CM-in 85.2-ci maddəsinin tələblərə əsasən) müəyyən edilmiş aşağı həddən də az cəza yalnız CM-in 62-ci maddəsinə əsasən təyin edilə bilər. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri il ə razılaşaraq hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən cinayət qanununun normalarını pozmuşlar. Belə ki, həm birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərək, həm apellyasiya instansiyası məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı qanuni və əsaslı hesab etməklə həmin cəzanın məhz CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi barədə qeyd etməyərək, CM-in 58.1-ci maddəsinin tələblərini pozmuşlar. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı və «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Qərarlarına istinadən Məhkum Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etmədən 500 manat miqdarında cərimə cəzasının təyin edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, Ali Məhkəmə Plenumunun həmin qərarlarında məhkəmələrə izah edilmişdir ki, şəxsə Cinayət Məcəlləsinin Ümumi Hissəsinin maddələrinin tələblərinə uyğun təyin edilə biləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi həmin Məcəllənin Xüsusi Hissəsinin maddələrində müəyyən edilmiş aşağı həddən də az olduqda həmin cəzanın təyin edilməsi zamanı CM-in 62-ci maddəsinə istinad edilməsi tələb olunmur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Plenumunun bu mövqeyi cəzanın CM-in 58.1-ci maddəsinə əsasən, yəni CM-in Xüsusi Hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə təyin edilməsini inkar etmir. Ona görə də, Cinayət Məcəlləsinin Ümumi Hissəsinin maddələr inin tələblərinə əsasən təyin edilə biləcək cəzanın yuxarı həddi və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin müvafiq maddələrində müəyyən edilmiş cəzanın aşağı həddindən də az olduqda, bu hədd həmin maddələrdə müəyyən edilmiş cəzanın aşağı həddi və ya həcmi kimi qəbul edilməli və həmin həddən və ya həcmdən də az cəza yalnız CM-in 62-ci maddəsinə istinadən tətbiq edilə bilər. Azərbaycan Respublikası CPM-in 416.1.9-cü maddəsinə əsasən məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza tətbiq etməklə ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hal mövcuddur. Bununla yanaşı məhkəmə kollegiyası CM-in 62.2-ci maddəsinə əsasən məhkumun yetkinlik yaşına çatmayan şəxs olmasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş digər cəzanı yüngülləşdirən hallarla yanaşı müstəsna hal hesab etməklə Məhkum CM-in 62-ci maddəsinə əsasən CM-in 85.2-ci və 242-ci maddələrində müəyyən edilmiş cərimə cəzasının aşağı həddən də az miqdarında təyin edilməsi mümkün, habelə qanun tələblərinə və cəza məqsədlərinə uyğun hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq protestin qismən təmin edilməsini, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərar ının dəyişdirilməsini əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.22 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum təqsirli bilindiyi CM-in 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar