Məhkəmə qərarları › İş №1(102)-476/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-476/2019

17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-476/2019 17.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 476/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "17" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 avqust 2018-c i il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənova Şəhla Akif qızı) xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, ictimai qaydanı kobut surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 29.12.2017-ci il tarixdə, saat 18 radələrində bacısı X4 ilə birlikdə sonuncunun idarə etdiyi “Nissan Sunny” markalı, **-SC-*** dövlət nömrə nişanlı avtomaşınla ünvan 1 ünvanda yerləşən ödənişli dayanacağa gəlmiş bacısı Sevda Əliyeva idarə etdiyi “Nissan Sunny” markalı, 90SC-132 dövlət nömrə nişanlı avtomaşını dayanacağın əsas giriş hissə sində saxlayaraq mağazaya gedən zaman Məhkum sükan arxasına keçərək əyləşmiş, həmin dayanacağa daxil olmaq istəyən vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Corsa” markalı, **- GD-*** dövlət nömrə nişanlı avtomaşına yol vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, “Opel Corsa” markalı, AZ**-GD-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs digərlərinin gözü qarşısında nalayiq söyüşlər söyərək təhqir etmiş, yumruq və təpiklə onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sol üst göz qapağın n səthi cırılmış yarası və qançırı, sol gözün ağlı qişasına qansızma, sol və sağ gözaltı nahiyələrin, sol bud nahiyəsinin qançırları, burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançırı, sol gicgah və boyun nahiyələrinin sıyrıqları. başın ənsə nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Səfərov Rizvan Kamal oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 21 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum daha ağır cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsində təyin edilmiş cəza ədalətsiz olmaqla, işin hallarına, məhkumun törətdiyi cinayət əməlinə, cinayət anı və sonrakı dövrdəki hərəkətlərinə adekvat deyil. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə u yğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-cı il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai tə hlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cinayət işinin materiallarında cəzanı ağırlaşdıran hallar olmadığı kimi, cəzanı yüngülləşdirən hallar da yoxdur. Ancaq buna baxmayaraq cinayət hadisəsi zamanı davamlı olaraq zərərçəkmiş şəxsə xəsarət yetirməkdə ifadə olunan xuliqanlıq hərəkətlərinə görə məhkum olunmuş şəxsə cərimə cəzasının və üstəlik aşağı həddində cəza təyin edilməsi ədalətli hesab oluna bilməz. Beləliklə, Məhkum törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış və tədqiq edilmiş sübutlarla tam təsdiq olunduğundan onun əməlinin tövsifi və təqsirlilik məsələsi mübahisə doğurmur. Məhkəmə onun təqs irli bilindiyi maddə üzrə onun daha yüngül cəza təyin etmişdir. Məhkəmə cəza təyini zamanı təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş əməlin ictimai təhlükəliliyini və xarakterini, o cümlədən əməlini qismən etiraf etməsini, əməlindən peşman olmamasını düzgün qiymətləndirməyərək cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir ki, bu da məhkəmənin qərarının dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxs apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum daha ağır cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı isə zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin no rmanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində Məhkum təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Həmin şikayətdə təyin edilmiş cəzanın yüngül olması iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəsini qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında göstərilmişdir ki, “...məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, apell yasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisinin, hökmün dəyişdirilmədən və apellyasiya şikayətinin təmin olunmadan saxlanılması barədə dövlət ittihamçısı X1 çıxışlarını dinləyərək hesab edir ki, hökm zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, məhkumun ittiham olunduğu cinayət əməli özünün qismən etirafı ilə, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermişdir, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Məhkum cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir. Məhkum cinayətinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, işdə olan cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla məhkum olunduğu maddə ilə şəxsiyyətinə və cinayətinin ağırlığına uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə iş materiallarında Məhkum cəzasının ağırlaşdırılması ilə bağlı əsasların mövcud olmadığı qənaətinə gəlir və buna görə də onun apellyasiya şikayətini təmin etmir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin hal larına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin hallarına və qanunun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, bu məsələdə qanun pozuntusuna yol verilməmişdir (cəzanın Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin və digər normaların tələbləri, habelə onun CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə nail olmasına xidmət etməsi baxımından yüngül olması qənaətinə gəlməyə əsas yoxdur). Belə nəticəyə gələn məhkəmə kollegiyası həm də "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının izahlarını da nəzərə alır. Kassasiya şikayətinin də lilləri ilə əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şikayətdə isə belə bir dəlilə istinad olunmamışdır ki, məhkəmələr tərəfindən cəza məsələsi həll edilərkən hər hansı bir məsuliyyəti ağırlaşdıran halların nəzərə alınmadığı və ya yüngülləşdirən halların qanunsuz olaraq nəzərə alındığı qənaətinə gəlməyə əsas versin. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının izahları na istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin izahlarla ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı Zərərçəkm iş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar