Məhkəmə qərarları › İş №1(102)-476/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-476/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-476/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Zərərçəkmiş şəxs, Məhkum, Müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ağayev Mənsi Zülfi oğlunun işti rakları ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim T.Qurbanov) xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlanıldığı 02 gün nəzərə alınmaqla üzərində 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 01 gün hissəsi ilə hazırki cəza qismən toplanılmaqla Məhkum qəti olaraq 03 il müddətə azadlığın məhdudlaşdırılması cə zasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxx 2017-ci il tarixdə saat 13 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri ünvan2-də yerləşən 72 saylı mənzilə əvvəlcədən əldə etdiyi mənzilin qapısının kilidinə aid açarlarla açaraq yaşayış sahəsinə qanunsuz daxil olmuş, mənzilin anbarı kimi istifadə olunan otağında asılqandan asılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus paltarın cibindən 5200 manat məbləğində nəğd pulu, həmin otaqda olan rəfin üstünə qoyulmuş içərisində 50 qəpiklik sikkələrdən ibarət 110 manat məbləğində pul olan 800 qramlıq şüşə balonu, rəfin üstündə olan çamadanın içərisindən ümumi çəkisi 10 qram olan 750 əyarlı qızıldan hazırlanmış 3000 manat dəyərində brilyant qaşlı boyunba ğı-bilərzik-üzük-sırğa dəstini, 1 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış 25 manat dəyərində üzərində gözmuncuğu olan aralığı, 1 ədəd üzərində «585» damğası olan 2,60 qram kütləli 583/585 əyarlı qızıldan küstar üsulla hazırlanmış qaşları qiymətli qaşlara aid olmayan 130 manat dəyərində üzüyü, 1 ədəd 2,30 qram kütləli 583/585 əyarlı qızıldan kustar üsulla hazırlanmış qaşları qiymətli qaşlara aid olmayan 115 manat dəyərində üzüyü, evin yataq otağındakı balışın altından 10 manat məbləğində nəğd pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 8590 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının xx xxxxxx 2019-cu il tarixli qərarı əsassız olmaqla ləğv edilməlidir. Belə ki,istər birinci instansiya məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlış olmaqla Azərbaycan Respublikası CM-nin 28,124,125,144146-ci tələbləri pozulmaqla, işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamaqla əldə edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusundan görünür ki, Məhkum heç bir oğurluq hadisəsi törətmədiyi, mötəbər sübutlar olmadan ibtidai istintaq zamanı toplanmış əsassız sübutlara əsaslanaraq onun barəsində ittiham hökmü çıxarılmışdır. Məhkum Zərərçəkmiş şəxs ilə qonşu olmaqla münasibətləriyaxşı olmuş, bir-birinə gediş-gəlişləri olmuşdur. Məhkum onun evindən oğurluq etməmişdir və həmin cinayət barədə məlumatıyoxdur. Cinayət işi tam əsassız ol maqla həmin cinayət işi üzrə onun təqsirliliyini sübut edəcək heç bir hal mövcud deyildir.Məhkəmə istintaqı zamanı həmin oğurluqla bağlı Məhkum heç bir əlaqəsi olmadığı müəyyən edilsə də, məhkəmə işin hallarını qiymətləndirməmiş, əsassız olaraq onun barəsində ittiham hökmü çıxartmışdır. İkinci əsas sübhə ondan ibarətdir ki, zərərçəkmişlər Zərərçəkmiş şəxs və X1 həm hadisə yerinin müayinəsi zamanı, həm də ifadələri alınarkən evindən oğurlanmış sadalanan qızıl əşyalarının brilliant qaşlı olmalarını israrla bildirmişlər. Lakin, axtarış zamanı onun mənzilindən tapılmış iki ədəd qızıl üzüklərin hər ikisi brilliant qaşlı deyil sadə qaşlı olmuşdur. Məhkum xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixə kimi heç bir sübut olmadan şübhəli şəxs qismində saxlanılmışdır. xx xxxxxx 2017-ci il tarixdə barəsinə həbs qətimkan tədbiri seçilməsi üçün istintaq orqanı vəsatətlə məhkəməyə müraciət etmiş,lakin kifayət qədər sübut və əsas olmadığı üçün vəsatət Qaradağ Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən sərbəst buraxılmışdır. Bundan sonra xx xxxxxx 2017-ci il tarixdə onu evindən sahə rəisi Polis İdarəsinə aparmış və orada əvvəlcə xoşluqla cinayəti boynuna götürməsini tələb etmiş, sonra isəişgəncə və təzyiqlər nəticəsində etmədiyi cinayət hadisəsini boynuna götürməyə məcbur olmuşdur. Odur ki, müdafiə tərəfi olaraq, göstərilənləri nəzərə almaqla, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə Məhkum bəraət verilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kas sasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yo xlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısı və zərərçəkmiş şəxsin isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla bağ lı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, axtarış və götürmə protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkib i ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum kassasiya şikayətində göstərilən ittihamların onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, buna görə də, ona bəraət verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə və ittiham tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(002) - 200/2019 saylı hökmü dəyişdirilmədən, məhkum edilmiş şəxs Məhkum apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, hökmdən verilmiş apellyasiya şikayətindən göründüyü kimi, Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirərək əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. İş materiallarından və hökmdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum verilimiş ittiham üzrə təqsirililik məsləsinə qiymmət verərkən məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı verdiyi, işin faktiki hallarına uyğun gələn etiraf edici ifadəsi ilə yanaşı Zərərçəkmiş şəxs, şahidlər X1, X2, X3, X4, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadələrinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxx 2017-ci il tarixli 15936 nömrəli və xx.xx.2019-cu il tarixli, 9555/9556 nömrəli rəylərinə, iş materiallarında olan axtarış və götürmə protokoluna və video görüntüyə baxışa və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara və iş üzrə toplanmış digər sübutlara əsaslanmış, həmin sübutların mötəbər və qanuni yolla əldə olunmasına şübhə olmaması qənaətinə gələrək ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiqi üçün bu sübutları kifayət hesab etmişdir. Apelyasiya icraatı qaydasında işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət qanuni və əsaslıdır və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla işin faktiki halları düzgün müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət Prosessual Məcəllənin 145.1-ci və 145.2-ci maddələrinə əsasən hər bir sübut məsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, m üstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası işin yuxarıda şərh olunan hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmiş və ittiham olunduqları cinayə t əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla onlara sübut olunduğu üçün Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edərək, onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqında təqsirləndirilən şəxs Məhkum müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkum həm ibtidai istintaq zam anı, həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında irəli sürülən ittihamı qəbul etməyərək heç bir oğurluq hadisəsi törətmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını tələb etsə də, cinayət işində mövcud olan və biri-digərini tamamlayan sübutlar (zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaq hərəkətlərinin protokolları və s.) vasitəsi ilə onun bu formada ifadə verməklə məqsədinin cinayət məsuliyyətindən yayınmaq olduğu müəyyən olunur, ona görə də, məhkəmə kollegiyası onun verdiyi ifadələrə tənqidi yanaşaraq onları həqiqətdən uzaq və müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası məhkumun apelyasiya şikayətinin, eləcədə məhkum və onun müdafiəçisinin bilavasitə məhkəmə iclasında göstərdikləri məhkuma bəraət verilməsind ən ibarət dəlilərilə bağlı qeyd etmişir ki, Məhkum ona qarşı irəli sürülən itihamda qeyd olunan cinayət əməlini törətməməsi barədə həm özünün, həm də müdafiəçisinin göstərdikləri xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Əksinə, məhkəmə iclasında araşdırılmış sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibinin olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və Məhkum bəraət verilməsi üçün işdə heç bir əsas yoxdur. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, iş üzrə şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələr və iş üzrə toplanmış digər sübutlar bir-birini tamamlayır, sübutlar arasında heç bir ziddiyyət yaranmır. Bu da onu göstərir ki, sübutların mənbəyinin mötəbərliyinə heç bir şübhə yoxdur. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülən ittihamda təsvir olunan cinayət əməlini törətmişdir və ona görə də, ona məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməsi üçün işdə heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının fikrincə bəraət verilməsi üçün heç bir halın hazırkı cinayət işində aşkar edilməməsi və müdafiə tərəfinin apelyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası ape lyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib belə qənaətə gəlir ki, buna əsaslar olmadığı üçün məhkum edilmiş şəxsin apelyasiya şikayəti təmin edilmədən, Məhkumhaqqında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 1(002) - 200/2019saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır....” Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb yalnız hüquq məsələləri üzrə cinayət qanununun və cinayət prosessual məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdı r. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini və ona bəraət verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəy yən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin d əlili əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sü but edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, ekspertiza rəylərindən görünür ki, Məhkum ona qarşı irəli sürülən cinayət əməllərini törətmişdir. Ona ittiham olunduğu CM-in 177.2.3, 177.2.4-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Kassasiya şikayətinin bütün dəlilləri əsassızdır. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. Məhkuma cəza təyini ilə əlaqədar maddi hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq məhkəmə kollegiyası müəyyən etdi ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasan cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah ediiməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Habelə, həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və cinayətin təsnifat üzrə hansı kateqoriyaya aid edilməsi ndən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, cinayətin törədilməsində təqsirkarın rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar