Məhkəmə qərarları › İş №1(102)-476/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-476/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-476/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum, onun müdafiəçiləri X3 və Müdafiəçi iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, X8 və X1 ibarət tərkibdə) 25 iyul 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1993-cü ildə Beyləqan rayonunun Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, Beyləqan rayonunun 2ci Şahsevən kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikasın ın Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuş, davranışı üzərində nəzarətin Beyləqan rayon Probasiya Şöbəsi tərəfindən həyata keçirilməsi, təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqqında ilti zam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X4 ibarət tərkibdə) 12 oktyabr 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101)-1350/2022 saylı hökmü məhkum edilmiş Məhkum barəsində verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101)1350/2022 saylı hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları xaric edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum iş üzrə ibtidai araşdırma zamanı həbsdə saxlanıldığı 27 mart 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixə qədər olan müddət, cəmi 02 (iki) ay 28 (iyirmi səkkiz) gün bir günə bir gün hesabı ilə hesablanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 1(101)-1350/2022 saylı hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Məhkum üzərində 02 (iki) il 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbs edilmiş və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanılması Penitensiar Xidmətin Bakı İstintaq Təcridx anasına həvalə edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Hökm Məhkum barəsində qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna həvalə edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə verilən ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, nişanlısı Şahid3 Azər qızına söz ataraq sataşdığı üçün 25 mart 2021-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs yaşadığı Bakışəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu əra zisində yerləşən nömrəsiz fərdi evin qarşısına gedib sonuncu ilə mübahisə edib dalaşaraq idarə etdiyi “Daweo Gentra” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapısının cib hissəsində olan cərrah bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona Vİ qabırğanın kəsilməsi, sol ağciyərin zədələnməsi və boynun və sol saidin kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vuran, sol tərəfli hemopnevmotoraksla müşaiyət olunan sol kürəkaltı nahiyənin sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, hüquqlarını müdafiə etdiyi X5 əməlində cinayət tərkibi yoxdur. Məhkum nişanlısı Şahid3 Azər qızına söz ataraq sataşdığı üçün 25 mart 2021 -ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən nömrəsiz fərdi evin qarşısına gedib sonuncu ilə mübahisə edib dalaşaraq idarə etdiyi “Daweo Gentra” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq qapısının cib hissəsində olan cərrah bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirmişdir. Əməli törədərkən affekt vəziyyətində olmuşdur. Belə ki, əməldə şəxsin ehtiyatsızlıq və ya qəsd formasında təqsiri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ailəlidir. Fərdi əmək ilə məşğul olur və barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq olunduğu təqdirdə aliment ödənişlərini etməsi mümkün olmayacaq. Bununla da maddi cəhətdən çətin vəziyyətə düşmüş olacaq. Lakin məhkəmə cəza təyin edərkən işin hallarına qərəzli yanaşmış və nəticədə ədalətsiz cəza təyin etmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1752/2022 saylı cinayət işi üzrə 12 oktyabr 2022-ci il tarixli qərarını ləğv edilməsini, Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum kassasiya şikayətində bildirir ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinin qeyri-mümkünlüyü barədə qənaətini onunla əsaslandırmışdır ki, o yalnız cəzanı re al çəkmələ islah oluna bilər. Məhkəmə hansı səbəblərdən bu nəticəyə gəlməsini əsaslandırmamışdır. O hadisə baş verəndən dərhal sonra zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərmiş, onun bütün müalicə xərclərini ödəmişdir. Zərərçəkmiş şəxslə barışmış və sonuncu notarial qaydada təsdiq olunmuş ərizə verərək ona qarşı heç bir şikayət və iddiasının olmadığını bildirmişdir. Himayəsində bir azyaşlı övladı vardır. Həyat yoldaşı, vəfat etmiş bacısının iki yetkinlik yaşına çatmayan övladı ilə onun himayəsindədir. Ailənin yeganə qazanc gətirən şəxsi olmuşdur. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1752/2022 saylı cinayət işi üzrə 12 oktyabr 2022-ci il tarixli qərarını ləğv edilməsini, barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmün dəyişdirilmədən saxla nılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müra ciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya sı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəli llərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diq qət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bi lməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərində Məhkum təqsirlilik məsələsi və həmçinin ona təyin edilmiş cəza mübahisələndi rilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşk ar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə kollegiyası Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirlilik məsələsi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmiş, mahiyyət etibarı ilə törətdiyi cinayətin halları haqda (baş vermə yeri, vaxtı, ardıcıllığı ilə bağlı) hökmün təsviri h issəsinə uyğun ifadələr vermişdir. Məhkum insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması məhkum edilmiş şəxsin etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxsə məhz sonuncunun hərəkətləri nəticəsində qəflətən baş vermiş ruhi həyəcan vəziyyətində (affekt) xəsarət yetirilməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət qanunvericiliyinə əsasən təqsirkarın əməlinin CM-in 129.1-ci maddəsi (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma) ilə tövsif olunması üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əksər hallarda qəflətən yaranan güclü ruhi həyəcan vəziyyəti dərhal ölümlə nəticələnir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir qayda olaraq, əməlin qisas motivi ilə adam öldürmə kimi tövsif edilməsinə əsas verir. Təqsirkarda güclü ruhi həyəcan vəziyyətinin yaranması üçün CM-in 129.1-ci maddəsinin dispozisiyasında göstərilən səbəblər olmalıdır. Həmin səbəblərə aiddir: zərərçəkmiş şəxsin zorakılığı, ağır təhqiri, sair qanunsuz və ya əxlaqsız hərəkətləri (hərəkətsizliyi); zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum hərəkətlərinin qəsdən sağlamlığa ağır zərər vurmaya görə məsuliyyət nəzərdə tutan cinayət maddəsinin tərkibini yaratması barədə əsaslı nəticəyə gə lmiş və onun əməli düzgün olaraq CM-in 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 126.1ci maddəsində nəzərdə tutulan cinay ət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hök mü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin ə lamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Müdafiəçinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin edilmiş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-h üquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinay ət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş c əzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olu nmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd edərək, Məhkum azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, özünü təqsirli bilərək səmimi peşman olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi və cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilmiş əməlin motivini diqqətdə saxlayaraq, həm də bu zaman təqsirləndirilən şəxsin nişanlısına dəfələrlə söz atmış şəxslə mübahisənin gedişində ağır xəsarət yetirməklə nəticələnmiş cinayətkar davranışına özünün də haqq qazandırmadığını da nəzərə almış və sonuncuya CM-in 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda yuxarıda göstərilən halların məcmusunu, qanunun ədalət və human izm prinsiplərini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını, bununla da cinayət qanunvericiliyi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail oluna biləcəyini mümkün saymış və Sübhan.Rüstəmova münasibətdə Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu yekun nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Məhkum əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsini n 23 oktyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Bundan başqa, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 -ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Göründüyü kimi Məhkum hazırda üzərində məhkumluğu olmasa da, əvvəllər törətdiyi az ağır cinayətlər kateqoriyasına daxil ola n cinayətlərə görə 2 dəfə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq yuxarıda sadaladığı faktı cəzanı ağırlaşdıran hal kimi deyil, məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən, əvvəl təyin olunmuş güzəştli institutun Məhkum islah etmək, yeni cinayətlərdən çəkindirmək baxımından nə dərəcədə səmərəli olduğunu göstərən xüsusat kimi nəzərə alınmasını vacib hesab etmişdir. Göstərilən hallar isə Məhkum tərəfindən hazırki iş üzrə qəsdən ağır cinayət əməlinin törədilmiş olması faktı ilə birlikdə qiymətləndirildikdə, sonuncu tərəfindən ona daha öncə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilməklə islah olunması üçün verilmiş şanslardan düzgün faydalanmadığı barədə qənaətə gəlməyə əsas verir. Apellyasiya məhkəməsi düzgün o laraq hazırki cinayət işi ilə bağlı Məhkum cəza təyin edilərkən bu hala birinci instansiya məhkəməsi tərəfindən lazımi diqqət yetirilməməsini və nəticədə Məhkum münasibətdə cəzanın məqsədlərinə nail olunmasına kifayət etmədiyi faktiki olaraq təsdiqini tapmış bir təcrübədən təkrar istifadə edilməklə, yanlış nəticəyə gəlməsini qeyd etmişdir. Halbuki, cəzanın məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 2 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında da qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında da birmənalı şəkildə qeyd edilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etməklə qeyd edir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil və onun cəza çək mədən islah olunmasının mümkünlüyü halları müəyyən edilməməklə təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab vermir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunmasının məqsədəmüvaf iq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə əhatə olunan qəsdən ağır cinayət əməlinə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını real olaraq çəkmədən islah olunması, habelə cəzanın yuxarıda sadalanan digər məqsədlərinə nail olunmasının mümkün olmaması, buna görə də onun barəsində azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasına dair müddəaların (CM-in 70 maddəsi) birinci instansiya məhkəməsinin hökmündən xaric olunması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətlərinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrıliqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar