Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-476/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X2 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və məhkum X4 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Məmmədrza oğlunun iştirakı ilə, 16 sentyabr 1980-ci ildə Abşeron şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Xızı rayonu Giləzi qəsəbəsində faktiki yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-74/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə həmin Məcəllən in 42.1.4-cü maddəsinə əsasən onun təqsirliliyinin sübüta yetirilməməsinə görə bəraət verilmiş və o, təqsirsiz hesab olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-471/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), E.G.Rəhimov və M.Ə.Rzayev) apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-74/2024 nömrəli, 16 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün külli miqdarda - 2,534 qram miqdarında narkotik vasitə - heroin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 1,733 qram və 1,981 qram olmaqla cəmi külli miqdarda - 3,714 qram miqdarında psixotrop maddə - metamfetamin əldə edərək əynindəki şalvarın sağ yan cibində üç ədəd bükümdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Rəhimov külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs kimi 5 sentyabr 2022-ci il tarixdə saat 12:10 radələrində, Xızı rayonu Giləzi qəsəbəsində yaşadığı ev in yaxınlığında küçədə saxlanılıb Xızı rayon polis şöbəsinə gətirilərək, onun üzərində həmin tarixdə saat 14:30 dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibində üç ədəd bükümdə qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda - 2,534 qram miqdarında narkotik vasitə - heroin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrıayrılıqda 1,733 qram və 1,981 qram olmaqla cəmi külli miqdarda - 3,714 qram miqdarında psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avq ust 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmə gəldiyi nəticələri əsaslandırarkən sübut kimi istifadə etdyi təqsirləndirilən şəxs Ramil Rəhimovun ifadəsini iş üzrə digər sübutlarla birlikdə əlaqəli şəkildə təhlil edib onun mötəbərliyi baxımından ona sübut kimi qiymət verməli olduğu halda birtərəfli, sanki müdafiə tərəfinin mövqeyindən hərəkət etmiş, həmin ifadənin özü-özlüyündə, eləcə də, digər sübutlarla ziddiyyət təşkil etməsinə baxmayaraq həmin ifadə gəldiyi qənaətin əsasında durmuşdur. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hadisəni görmüş şəxslərin dairəsini yalnız ailə üzvləri ilə məhdudlaşdırmış, həmin şahidlərin polislərin onu döydüyü zaman gördüyünü bildirmiş və məhkəmə tərəfindən həmin hal özünü müdafiə taktikası kimi qiymətləndirilməmiş, təqsirləndirilən şəxsin səmimi ifadələri kimi qiymətləndirilmişdir. Qeyd edilən hüquqi nəticə əsassız olmaqla, həmin halın təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə birlikdə, qarşılıqlı təhlil edilməsini tələb edirdi. Təqsirləndirilən şəxsin işgəncələrə məruz qalması ilə bağlı məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasında sübut kimi istinad edilmiş şahidlərin – Şahid4 (təqsirləndirilən şəxsin arvadı) və Şahid5 (təqsirləndirilən şəxsin bacısı) ifadələri ilə bağlı qeyd edilməlidir ki, əvvəla, həmin şəxslər maraqlı şəxslər, yəni təqsirləndirilən şəxsin ən yaxın qohumları, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin mənafeləri lehinə qərar qəbulunda bu və y a digər formada maraqlı şəxs olmuşlar ki, onların ifadələri iş üzrə mötəbər sübut mənbəyi kimi qəbul edilə bilməz. CPM-nin şahidlə bağlı normalarının ruhu ondan ibarətdir ki, şahid iş üzrə marağı olmayan şəxs olmalı, tərəf olmamalıdır ki, hazırki iş üzrə həmin şahidlər şahidə məxsus olan bu əlamətlərdən məhrumdur. Bununla yanaşı məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 (təqsirləndirilən şəxsin arvadı) və Şahid5 ifadələrində polis əməkdaşları tərəfindən Ramilin qulağına zərbələr enidirldiyini bildirsələr də, məhkəmə-tibb ekspertizasının rəyində qulaq nahiyyəsində hər hansı xəsarət aşkar edilməmişdir, belə bir halın olmaması özlüyündə reallıqda Ramil Rəhimova qarşı polis əməkdaşlarının zorakılıq etməməsinin göstəricisidir. Belə olan halda, toplanmış qeyd edilən sübutlar, yəni qeyd edilən şah id ifadələri cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb olmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, qərarın qüvvədə saxlanılması barədə bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasi ya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində əsasən “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəti cəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və icti mai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlər – polis əməkdaşlarının ifadələri, bəraət almış şəxsin xeyrinə ifadə vermiş şahidlər Şahid4 və Şahid5 ifadələri, ekspert rəyləri və “şəxsi axtarış və götürmə aparılması haqqında” 05 sentyabr 2022-ci il tarixli protokolu tədqiq edilmişdir. Sözügedən protokol, şahid ifadələri və digər sənədlər əlaqəli şəkildə tədqiq edildikdə X4 əməlində cinayət tərkibinin olmasın a əsas verəcək mötəbər sübutlar müəyyən edilməmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, R.Rəhimova əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X1 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 2,534 qram miqdarında narkotik vasitə - heroini və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli mi qdarda - 3,714 qram miqdarında psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, X4 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan X6 CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər. Belə ki, bəraət almış şəxs X8 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 5 sentyabr 2022-ci il tarixdə təxminən saat 10:30-10:40 radələrində yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində olan evdə yatarkən səs-küy eşitmiş və oyandıqda təxminən 6 nəfər polis əməkdaşı yaşadığı evə daxil olaraq onu yatdığı otaqdan əllərinə arxa tərəfdən qandal vurmaqla tutmuşlar və döymüşlər. Bundan sonra, onlar narkotik vasitə və silah verməyini tələb etmişdirlər. Xüsusi icazəsi olan ov tüfəngini və ona aid sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları süd və süd məhsullarınının satışından əldə etdiyi yaşadığı evdə olan 980 manat məbləğində pulu da götürmüşlər. Sonra onu Xızı Rayon Polis Şöbəsinə aparmışlar, orada Şahid1 adlı polis əməkdaşı onu aldadaraq, narkotik vasitələrin ona məxsus olacağını etiraf edəcəyi təqdirdə buraxılacağını demişdir. Daha sonra, Gəray adlı təhqiqatçı çantasında narkotik vasitələri gətirmiş, Şahid1 onun gətirdikləri narkotikləri bükümlər formasında düzəltmiş, həmin büküm halına salınmış narkotiklər onun sağ cibinə qoyulmuş, evdən polislərin götürdükləri mobil telefon və sürücülük vəsiqəsi isə onun sol cibinə qoyulmuşdur. Buna etiraz etmək istədikdə isə polis əməkdaşları tərəfindən döyülmüşdür. Bundan sonra, müdafiəçi gəlmiş və onun iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təzyiq altında olduğu və döyüldüyü üçün polis əməkdaşlarının dediklərini təkrar etmiş və üzərində narkotik olduğunu demişdir. Daha sonra verilən suallara cavab olaraq Ramil Rəhimov göstərdi ki, polislər tərəfindən döyülmə nəticəsində onda xəsarətlər olmuş, həmin xəsarətlər barədə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə, istintaq təcridxanasında, prokurorluğun əməkdaşlarına məlumat vermiş, onda narkotik olmadığını və döyüldüyünü demişdir. Həmin vaxt Seymur və Rövşən adlı polis əməkdaşları tərəfindən döyülmüşdür. Bədənində müxtəlif xəsarətlər olmuş, o cümlədən böyrəyi şişmiş, başında, ayaqlarında, belində və qulağında xəsarətlər olmuşdur. Daha sonra o, göstərdi ki, arabir narkotik vasitə marixuana və heroindən istifadə etsə də, psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Bundan başqa, o, qeyd etdi ki, polis əməkdaşları tərəfindən evdən aparılarkən orada həyat yoldaşı Şahid4, oğlu X9, qızı X10 və bacısı Şahid5 olmuşlar. İstifadəsində ***-***-**-** saylı mobil telefon olmuşdur. Həmçinin polis əməkdaşları ondan tələb etmişlər ki, narkotikləri guya Pərviz adlı şəxsdən almasını desin. İstintaq boyu müstəntiq ona bir çox sənədlərə imza etdirmiş, hansıları ki, o, oxumadan imzalamışdır. Bundan başqa, “Mən ağılsız deyiləm ki, sentyabr ayında qəsəbə ərazisində ayaqyalın gəzim” deyən Ramil Rəhimov göstərmişdir ki, polis əməkdaşları tərəfindən evindən aparılarkən o, ayaqyalın olmuşdur. Sonra isə ona Xızı RPŞ-də rezin tapoçkalar verilmişdir. İstintaq zamanı verdiyi ifadəsini döyülmə və işgəncə altında verdiyi üçün həmin ifadələrini təsdiq etmir. X4 ibtidai istintaq zamanı etirafedici ifadələri işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək verdiyi ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər. Məhkəmələrin X4 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X4 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında verdiyi ifadələri cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşmasını əsa s tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin əsası qismində qeyd etdiyi, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində hadisəni görmüş şəxslərin dairəsini yalnız ailə üzvləri ilə məhdudlaşdırması, həmin şahidlərin polislərin onu döydüyü zaman gördüyünü bildirməsi və məhkəmə tərəfindən həmin halın özünü müdafiə taktikası kimi qiymətləndirilməməsi, təqsirləndirilən şəxsin səmimi ifadələri kimi qiymətləndirilməsinə dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsinin istintaqı zamanı verdikləri ifadələri ilə bağlı isə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Ramil Rəhimova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz. Təqsirləndirilən şəxsi tutaraq ona qarşı sübut toplayan, ittihamın təsdiq olunmasında maraqlı olan, eləcə də vəzifələrinə uyğun olaraq biri-digərinə tabe olan p olis əməkdaşlarının verdikləri ifadələr qərəzsiz və obyektiv ifadə kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr Ramil Rəhimova vеrilmiş ittihamın təsdiqi ilə yanaşı, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının da təsdiqi vasitəsidir. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, təhqiqatçı əməliyyat qrupunun üzvü kimi əməliyyat qrupuna daxil edilmiş, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, əməliyyat qrupunun rəhbəri olan əməliyyat müvəkkili Şahid1 tabe olmuş, onun göstəriş və tapşırıqlarını yerinə yetirmişdir. Göründüyü kimi hazırkı iş üzrə ilkin təhqiqatı aparmış təhqiqatçı işdə maraqlı olan, etiraz ed ilməli şəxs olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “təqsirləndirilən şəxsin işgəncələrə məruz qalması ilə bağlı şahidlər – Şahid4 (təqsirləndirilən şəxsin arvadı) və Şahid5 (təqsirləndirilən şəxsin bacısı) ifadələri ilə bağlı həmin şəxslərin maraqlı şəxslər, yəni təqsirləndirilən şəxsin ən yaxın qohumları, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin mənafeləri lehinə qərar qəbulunda bu və ya digər formada maraqlı şəxs olmuşlar ki, onların ifadələri iş üzrə mötəbər sübut mənbəyi kimi qəbul edilə bilməz” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir. Belə ki, videoçəki lişdə və ilkin izahatında Ramil Rəhimov göstərmişdir ki, narkotik vasitə və psixotrop maddəni 3-4 gün əvvəl 200 manat müqabilində tanışı Pərviz adlı şəxsdən almışdır. Halbuki, sonradan Xızı RPŞ-nin müstəntiqinə təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəyə əsasən X18 adlı şəxsdən narkotik vasitə və psixotrop maddə almasının yalan olduğunu deməklə, bu halı təkzib etmiş və narkotik vasitə və psixotrop maddəni yerdən tapdığını bildirmişdir. Qeyd edilən hal X11 ilə Ramil Rəhimov arasında keçirilən istintaq hərəkəti ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin hökmündə qeyd olunmuşdur ki, polis əməkdaşları ilkin olaraq saxladıqları Ramil Rəhimovu digər iş üzrə cinayət törədilməsində şübhəli bilinərək saxlanılan şəxs Pərviz Qasımova qarşı istifadə et məklə ondan narkotikin satışı ilə bağlı etirafedici ifadələr almaq istəmişlər, lakin hər iki şəxs üzləşdirmə zamanı bir-birinə qarşı ifadə vermədiyindən istintaq orqanı Ramil Rəhimovun ifadəsinə düzəliş etməklə narkotik vasitə və psixotrop maddəni Pərviz Qasımovdan almadığını, yerdən tapdığını yazmışdır. Ramil Rəhimovun istintaq orqanına etiraf xarakterli ifadə vermədiyi, döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xızı Rayon Məhkəməsinin 7 sentyabr 2022-ci il tarixli qərarı ilə də təsdiq olunur. Belə ki, istintaq orqanının tərtib etdiyi təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əsasən 7 sentyabr 2022-ci il tarixdə özünə qarşı ifadə verməklə üzərində narkotik vasitə və psixotrop madd ə olmasını guya etiraf edən Ramil Rəhimov bundan dərhal sonra həmin gün hakim tərəfindən dindirilərkən məhkəmədə aşağıdakıları göstərmişdir: “narkotik vasitə istifadəçisi olsa da, vəsatətdə göstərilən narkotik vasitə ona aid deyildir. Belə ki, 5 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun yaşadığı evə daxil olaraq Xızı RPŞ-yə gətirmişlər. O, polis əməkdaşları tərəfindən saxlanılarkən bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilmiş və narkotik vasitənin guya üstündə olmasını etiraf etməsi tələb olunmuşdur. O, da məcbur olub boynuna almışdır. O, əvvəllər Pərviz Qasımovdan narkotik vasitələr alsa da, aşkar olunmuş narkotik vasitəni sonuncudan almamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur ”. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin işgəncələrə məruz qalması ilə bağlı qeyd edir ki, işə baxan məhkəmələr həmin halı araşdırmış və bununla bağlı ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Belə ki, iş materiallarından olan məhkəmə-tibbi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 30 №-li rəyindən görünür ki, X4 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşağıdakı xəsarətlərin olması müəyyən edilmişdir: başın ənsə, bel nahiyəsinin və hər iki ayaq pəncələrinin sıyrıqları küt əşya təsirindən törənmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının rəisinin Xızı rayon prokuroruna göndərdiyi 13 sentyabr 2022-ci il tarixli “Xüsusi məlumat”dan göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Xızı RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən təcridxanaya gətirilən X8 tibbi-sanitar hissədə müayinə edilərkən onda belin ön səthində 2 ədəd sıyrıq və qarnın sol yan səthində şişkinlik aşkar olunmuşdur. X12 Daxili İşlər Nazirliyinə və Prokurorluğa ünvanlandığı müxtəlif tarixli ərizələrdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən evində tutularaq döyülməyə və işgəncəyə məruz qalmış, bunun nəticəsində onda xəsarətlər olmuş, narkotik vasitə olmadığı halda polis əməkdaşlarının onun üzərinə qoyduqları narkotik vasitəni boynuna almağa məcbur edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, göründüyü kimi, Ramil Rəhimovun bədənində aşkar edilmiş xəsarətlərin məhz onun saxlanılmasından sonra polis əməkdaşları tərəfindən yetirildiyi müəyyən olunmuş, bu hal öz növbəsində Ramil Rəhimovun təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqla rından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar. Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə ə saslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X8 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. İnsan Hüquqları Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X5rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığın ın zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini d övlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq R.Rəhimovun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olu nmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X8 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-476/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-476/2025
21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver