Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-477/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏ R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X6, müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tari xli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.2.7 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: N.A.Kərimov (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və A.Zərərçəkmiş şəxs2 ibarət tərkibdə) Məhkum- xx xxxx 1994-cü ildə Naxçıvan MR-in Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 29,120.2.7 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 29,120.2.7-ci maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 185.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın çəkilməsinin başlanğıcının xx xxxxxx 2017-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Məhkum xx xxxxxxx 2017-ci il tarixdə başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan Zərərçəkmiş şəxs2 “Baku Rent a Car 555” şirkətindən idarə etmə k üçün icarəyə götürdüyü “Toyota Camry” markalı, Az **-XT-*** dövlət nömrə nişanlı avtomobili Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mübariz İbrahimov küçəsində yerləşən “Neftçi” kafesinin qarşısından qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa o, xx xxxxxx 2017-ci il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə ü1 ünvanında yerləşən “Qartal” kafesində olarkən, tanışı Zərərçəkmiş şəxs1 çağırışı ilə kafeni tərk edib küçəyə çıxaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə görüşmüş, söhbət zamanı sonuncular ona xx xxxxxxx 2017-ci il tarixdə “Baku Rent a Car 555” şirkətinə məxsus “Toyota Camry” markalı Az-**-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qanunsuz olaraq ələ keçirib idarə etdiyi zaman avtomobilin mexaniki hissələrini sıradan çıxararaq nasaz vəziyyətə saldığından h əmin şirkətə dəymiş 700 AZN məbləğində maddi ziyanın ödənilməməsini irad bildirmələri nəticəsində aralarında baş vermiş mübahisə zəminində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ayrı-ayrılıqda qəsdən öldürmək qərarına gəlib, söhbət zamanı Zərərçəkmiş şəxs2 sanitar qovşağına getməsindən istifadə edib Zərərçəkmiş şəxs1 üzərinə qəflətən hücum edib üstündə gəzdirdiyi zavod üsulu ilə hazırlanmış qatlanan turistik-səyahət bıçağı ilə vurub sonuncuya sol daxili vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sol yarısının yan səthinə bir ədəd ağır dərəcəli bədən xəsarəti yetirmiş, sonra isə kafenin arxasında olan Zərərçəkmiş şəxs2 üzərinə qəflətən hücum edib qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla bədən səthinə ardıcıl zərbələr vuraraq böyük piyliyin yaralanması ilə müşayiət olunan qar ının ön divarının boşluğuna keçən bir ədəd ağır dərəcəli, qarının sol yarısının qarın boşluğuna keçməyən bir ədəd, boyun nahiyəsinə bir ədəd, sol bazu oynağı nahiyəsinə bir ədəd, döş qəfəsinin sol yarısına beş ədəd, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib insanların toplaşması ilə bağlı yaxalanacağını dərk edərək hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 3 saylı Şəhər Kliniki Xəstəxanasında ixtisaslı tibbi yardım göstərilərək həyatlarını xilas etmək mümkün olduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şika yətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığı əsası ilə Məhkum bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclası protokolunda təsbit olunandan fərqli ifadələrini göstərməklə Məhkum zərərçəkmiş şəxslər Zə rərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olmadığını, buna cəhd etmədiyini, məqsədi onları öldürmək deyil, onların zərbələrindən yayınmaq və özünü müdafiə etmək olmuş onların əllərindən qurtarmaq üçün üzərində olan bıçaqla onlara qorxu gəlmişdir. Daha sonra kassasiya şikayətində göstərilmişdir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Həmin cinayətin obyektini Zərərçəkmiş şəxs2 məxsus mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhəti isə İbrahimin sahibliyində olan **-XT-*** dövlət qeydiyyat nişanlı “Tayota Camry” markalı avtomobilin qanunsuz ələ keçirilməsində ifadə olunur. Məhkum və şahidlərin ifadələrinə diqqət yetirdikdə görə bilərik ki, Məhkum sonuncu dəfə həmin avtomobili X1 üçün təhvil almışdır. Təhvil a larkən də əmin olmuşdur ki, qeyd olunan avtomobil Zərərçəkmiş şəxs2 tərəfindən könüllü olaraq sürmək üçün xə verilmişdir. Buradan da belə nəticə çıxır ki, Məhkum istinad edilən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti, yəni Zərərçəkmiş şəxs2 məxsus avtomobili qanunsuz ələ keçirmə əlaməti mövcud deyildir. Bu cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilən cinayətdir. Əgər təqsirləndirilən şəxsin əməlini qeyd olunan cinayətin subyektiv cəhəti üzrə təhlil etsək görərik ki, o Zərərçəkmiş şəxs2 məxsus avtomobili qanunsuz ələ keçirməyi arzu etməmişdir. O, həmin avtomobili x xlidə görərkən soruşmuşdur ki, bu avtomobili siz nəyə görə sürürsünüz. x isə cavabında ona bildirmişdir ki, x2 özü həmin avtomobili ona sürməyə vermişdi r. x2 isə bundan əmin olduqdan sonra avtomobilə oturmuş və həmin avtomobili sürməyə başlamışdır. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkum Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyi nə dərk etmiş, nə də onu törətməyi arzu etmişdir. Daha sonra kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən təhlil etsək belə nəticəyə gələ bilərik ki, Məhkum əməlində həmin cinayət əməlinin tərkibi mövcud deyil. Kassasiya şikayətinin müəll ifi işin bu hissəsinə aid bəzi sübutları şərh etmiş, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1la Elvin Qafarov arasında ehtimal olunan telefon danışığının səs yazısında əks olunan hallara istinad edərək hesab etmişdir ki, hadisə zamanı Məhkum zərərçəkmiş şəxsləri ödürmək niyyəti olmayıb, buna cəhd etməyib, özünü zəruri müdafiə vəziyyətində zərərçəkmiş şəxslərə xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiy a instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətində məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclası protokolunda təsbit olunandan fərqli ifadələrini göstərməklə Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək niyyətinin olmadığını, buna cəhd etmədiyini, məqsədi onları öldürmək deyil, onların zərbələrindən yayınmaq və özünü müdafiə etmək olmuş, onların əllərindən qurtarmaq üçün üzərində olan bıçaqla onlara qorxu gəlmişdir. Cinayət işinin materiallarından birinci instansiya məhkəməsinin məhkəmə iclası protokoluna müdafiəçi və y a təqsirləndirilən şəxs tərəfindən qeyd verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 51.7-ci maddəsinə əsasən məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclası protokoluna qeyd verilməmişsə və həmin qeydlər məhkəmə tərəfindən qəbul edilməmişsə məhkəmə iclası protokolunda əks etdirilməyən ifadələrə istinad edilməsi qanunun tələbinə uyğun hesab edilmir və ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri əsassız hesab edilir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Həmin cinayətin obyektini Zərərçəkmiş şəxs2 məxsus mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhəti isə İbrahimin sahibliyində olan **-XT-*** dövlət qeydiyyat nişanlı “Tayota Camry” markalı avtomobilin qanunsuz ələ keçirilməsində ifadə olunur. Məhkum və şahidlərin ifadələrinə diqqət yet irdikdə görə bilərik ki, Məhkum sonuncu dəfə həmin avtomobili X1 üçün təhvil almışdır. Təhvil alarkən də əmin olmuşdur ki, qeyd olunan avtomobil Zərərçəkmiş şəxs2 tərəfindən könüllü olaraq sürmək üçün xə verilmişdir. Buradan da belə nəticə çıxır ki, Məhkum istinad edilən Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti, yəni Zərərçəkmiş şəxs2 məxsus avtomobili qanunsuz ələ keçirmə əlaməti mövcud deyildir. Bu cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilən cinayətdir. Əgər təqsirləndirilən şəxsin əməlini qeyd olunan cinayətin subyektiv cəhəti üzrə təhlil etsək görərik ki, o Zərərçəkmiş şəxs2 məxsus avtomobili qanunsuz ələ keçirməyi arzu etməmişdir. O, həmin avtomobili x xlidə görərkən soruşmuşdur ki, bu avtomobili siz nəyə gör ə sürürsünüz. x isə cavabında ona bildirmişdir ki, x2 özü həmin avtomobili ona sürməyə vermişdir. x2 isə bundan əmin olduqdan sonra avtomobilə oturmuş və həmin avtomobili sürməyə başlamışdır. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkum Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyi nə dərk etmiş, nə də onu törətməyi arzu etmişdir. Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir ola n bir qrup şəxs tərəfindən törədildikdə cinayət tərkibi nəzərdə tutulmuşdur. Müdafiəçi kassasiya şikayətində Məhkum elan edilmiş ittihamın Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinə dair hissəsi üzrə öz mövqeyini əsaslandırarkən məhkəmə iclas protokolunda əks etdirilmiş, rəsmiləşdirilmiş ifadələrə deyil özünün tərtib etdiyi və əsil ifadə kimi qiymətləndirdiyi ifadələrə istinad etmişdir. Məhkəmə kollegiyası belə yanaşmanın qanunun tələbinə uyğun olmadığını yuxarıda şərh etmişdir. Eləcə də təqsirləndirilən şəxsin özünün məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaqdakı xx xxxxxx 2017-ci il tarixli şübhəli şəxs qismində ifadəsində göstərmişdir ki, “söhbət zamanı x gödəkçəsini götürmək üçün x idarə etdiyi dövlət nömrə nişanını xatırlamadığım “Tayota Camriy” markalı avtomobilin aça rlarını istədi və götürərək bayıra çıxdı. Mən də x2a gözləməyini bildirib xin arxasınca bayıra çıxdım və ondan avtomobilin açarını verməyi tələb etdim. x əvvəlcə açarı vermək istəmədi. Lakin sonradan məndən qorxaraq açarları verdi və mənimlə birlikdə avtomobilə əyləşdi. Mən avtomobilin sükanı arxasına əyləşərək oradan tərpəndim və bir az irəli sürərək xdən düşməyi tələb etdim. x avtomobildən düşdükdən sonra mən yoluma davam etdim və səhərə qədər həmin avtomobili şəhərdə sürdüm. Səhərə yaxın avtomobilin benzini qurtardı və mən avtomobili Gənclik tərəfdə saxlayaraq piyada oradan uzaqlaşdım”. Məhkum təqsirləndirilən şəxs qismində xx xxxxxx 2017-ci il tarixli ifadəsi də eyni məzmunlu olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la üzləşdirmə protokollarından m üəyyən edilir ki, ifadəsində qismən dəyişiklik etsə də, yenə də ona Azərbaycan Respublikası CMnin 185.2.1-ci maddəsi ilə elan edilmiş ittihamın əsaslılığını təsdiq edən ifadə vermiş və göstərmişdir ki, söhbət zamanı x gödəkçəsini götürmək üçün x idarə etdiyi “Tayota Camry” markalı avtomobilin açarlarını istədi və götürərək bayıra çıxdı. Həmin vaxt x ilə birlikdə yanımıza gələn tanışımız x1 də bayıra çıxdı. Mən də x ilə birlikdə oradan çıxıb yaxınlıqda olan başqa çayxanaya yollandıq. Elə üstündən 5-6 dəqiqə keçmişdir ki, x2 həyacanlı vəziyyətdə bizin arxamızca gələrək xin avtomobili qaçırdığını bidirdi. Bundan sonra x2 bizdən ayrılaraq harasa getdi, mən də x taksiyə minərək Zabrat yolunda yerləşən dönər evinə getdik. Orada təsadüfən xin x1 ilə birlikdə x2ın avtomobilində əyləşdiklərini görd üm mən onlara yaxınlaşaraq avtomobili mənə verməklərini, özümün x2a qaytaracağımı bildirdim. Belə ki, x2 mənə 50 manatı verməli imiş. x də mənə etiraz etməyib açarları verdi, mən sükan arxasında əyləşərək dördümüz yola düşdük. Mən yolda xi və x1i evlərinə düşürdüm. Sonradan isə x ilə birlikdə avtomobildə əyləşib səhəri gözlədim, səhər açılandan sonra özümdə telefon olmadığı üçün yoldan keçən bir nəfər tanımadığım şəxsin telefonu ilə x3 ilə əlaqə saxlamaq istədim ki, x2ın nömrəsini öyrənib zəng edib avtomobili qaytarım. Lakin x3ın nömrəsinə də zəng çatmadı. Mən də x ilə birlikdə avtomobili axşama qədər şəhərdə gəzərək idarə etdim. Axşam isə yorulduğum üçün avtomobili Gənclik metrostansiaysının yaxılığında saxladım. Bir qədər keçdikdən sonra tanımadığım şəxslər mənə yaxınlaşaraq avtomobilin onlara məxsus şirkətə məxsus olduğunu bildirdilər və avtomobili məndən təhvil aldılar. Üzləşdirmələr zamanı verdiyi ifadəsindən də görünür ki, Məhkum avtomobilin qaçırıldığını bildiyi halda avtomobili xdən alaraq, avtomobilin qaçırılmasını davam etdirmişdir. Daha sonra kassasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən təhlil etsək belə nəticəyə gələ bilərik ki, onun əməlində həmin cinayət əməlinin tərkibi mövcud deyil. Kassasiya şikayətinin müəllifi işin bu hissəsinə aid bəzi sübutları şərh etmiş, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1la Elvin Qafarov arasında ehtimal olunan telefon danışığının səs yazısında əks olunan hallara istinad edərək hesab etmişdir ki, hadisə zamanı Məhkum zərərçəkmiş şəxsləri öd ürmək niyyəti olmayıb, buna cəhd etməyib, özünü zəruri müdafiə vəziyyətində zərərçəkmiş şəxslərə xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən səs yazısını həm ibtidai istintaq zamanı və həm də məhkəmə iclasında tədqiq edilərək hazırkı cinayət işinə aidiyyətinin olmaması, cinayətin Məhkum tərəfindən törədilməsini təkzib edəcək hər hansı sübuti əhəmiyyətinin olmaması təsdiq edilmiş və hazırkı iş üzrə sübut kimi qəbul edilməmişdir. Hadisə zamanı Məhkum zərərçəkmiş şəxslərə qarşı hərəkətləri zəruri müdafiə vəziyyətində olmamışdır. Onun və zərərçəkmiş şəxslərin aldığı xəsarətlərin xarakteri, ağırlıq dərəcəsi və lokalizasiyası da bu dəlilləri bir daha təkzib edir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Məhkum İmamverdi oğlu barəsindəki Məhkəmə-tibbi ekspert izasının 18 noyabr 2017-ci il tarixli 1708 nömrəli rəyinə görə onda sağ said nahiyyəsinin qançırı, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməmiş, xarekterlərinə və lokalizasiyalarına görə, xəsarətin yıxılma nəticəsində törənməsi inkar olunmuş, həmin xəsarətlərin həm onun özü tərəfindən özünə, həm də kənar şəxs tərəfindən ona yetirilə bilməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 barəsində məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 1709 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 qarının ön divarından qarın boşluğuna keçən, böyük piyliyin yaralanmasına səbəb olan 1 ədəd, qarının sol yarısının qarın boşluğuna keçməyən 1 ədəd, boyun nahiyyəsinin 1 ədəd, sol bazu oynağı nahiyyəsi nin 1 ədəd, döş qəfəsinin sol yarısının 5 ədəd deşilmiş-kəsilmiş yaraları – cəmi doqquz (9) ədəd xəsarətələrin olması, xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənməsi, həmin xəsarətələrin qərarın təsviri hissəsində götərilən şəraitdə bıçaqla yetirilə bilməsinin mümkünlüyü, dərəcəsinə görə qarının ön divarından qarın boşluğuna keçən, böyük piyliyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yara, həyat üçün təhlükəlli olan sağlamlığa ağır zərərvurmaya, qarının sol yarısının qarın boşluğuna keçməyən bir ədəd, boyun nahiyyəsinin bir ədəd, sol bazu oynağı nahiyyəsinin 1 ədəd, döş qəfəsinin sol yarısının 5 ədəd deşilmiş-kəsilmiş yaraları - cəmi səkkiz(8) ədəd ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olması, xarekterlərinə və lokalizasiyalarına görə, xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunması məhkum edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Zərərçəkmiş şəxs1 barəsindəki Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 1710 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 sol daxili vidacı venanın yaralanmasına səbəb boyunun sol yarısının yan səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarasının olması, xəsarətin deşici-kəsici alətin təsirindən törənməsi, xx xxxxxx 2017-ci il tarixə uyğun gəlməsi və dərəcəsinə görə həyat üçün sağlamlığa ağır zərərvurmaya aid olması,xarekterlərinə və lokalizasiyalarına görə, xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunması müəyyən olundu. Azərbaycan Respubl ikası CM-nin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Hadisə zamanı zərərçəkmiş şəxslər tərəfindən Məhkum həyatını, sağlamlığını və hüquqlarını təhlükə altına alan hər hansı qəsdən hərəkətlər edilməsi müəyyən edilməmiş, ona qarşı silah qismində hər hansı alət tətbiq edilməmişdir. Məhkum elan edilmiş hər iki ittihamlar üzrə cinayət əməlləri cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 143-146-cı maddələrinə uyğun toplanıb tədqiq edilmiş, qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yek un nəticəyə gəlməyə imkan verən həddə sübutların məcmusu ilə sübut edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən və qərar dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edi lənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 və 185.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-477/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-477/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver