Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-477/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 27 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən Etibar Hümbətov) 12 iyul 2023-cü il tarixli, 1(032)-106/2023 nömrəli hökmü ilə, xx xxxx 1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Şirvan şəhəri sürücülük məktəbinin yataqxanasında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə tütün məmulatları satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən “Zəhra” mağazasında xeyli miqdarda, yəni 5500 (beş min beş yüz) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X1 yalan vəd verərək, sonuncuya dəyərindən aşağı qiymətə “Redbull” iç kisi satacağını bildirib, sonuncudan 2021-ci ilin iyun ayında vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhəri, G.Şıxabalaoğlu küçəsində yerləşən mağazasında 4000 (dörd min) manat pul alıb, verdiyi vədə əməl etməyərək dələduzluq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəşirov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və İlkin Abdullayev) 27 sentyabr 2023-cü il tarixli 1(106)-611/2023 nömrəli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(032)-106/2023 saylı hökmü dəyişdirilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 75.1.1-ci maddəsi ilə müddət keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə əsasən CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilmiş, Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətinə aza dlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum istər işin ibtidai istintaq mərhələsində, istər işin birinci instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı, istərsə də apellyasiya məhkəməsində özünü təqsirli bilməmişdir. O, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımadığını, onu birinci dəfə Şirvan Şəhər Məhkəməsində gördüyünü, ondan hər hansı pul almadı ğını, ümumiyyətlə Zərərçəkmiş şəxs2 ərizəsində qeyd etdiyi dövrdə Zərərçəkmiş şəxs2 heç bir mağaza işlətmədiyini, hər hansı mağazada işləmədiyini bildirsə də, işin cinayət təqibini həyata keçirən heç bir orqan bu ziddiyyətli məqamı aradan qaldırmaq üçün heç bir hərəkət etməmiş, apellyasiya məhkəməsi isə, birinci instansiya məhkəməsində məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından apellyasiya məhkəməsində məhkəmə istintaqının tam aparılması və apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi, bunun üçün birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum tərəfindən təqdim olunmuş, lakin tədqiq olunmamış təqsirləndirilən şəxs Məhkum ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qardaşı ilə telefon danışı ğını əks etdirən diskin tədqiq olunması barədə vəsatət verilsə də, məhkəmə tərəfindən hər hansı əsaslandırma göstərilmədən vəsatət təmin olunmamışdır. Məhkəmə zərərçəkmişlərin məhkəməyə gətirilməsinin təmin olunacağının və müdafiə tərəfinin onlara suallarının verilməsinə şərait yaradılacağını bildirsə də, guya zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 məhkəməyə gətirilməsini təmin etməmiş, işə baxılmasını tez başa vurub yekun qərar qəbul etmişdir. Əgər işin hansı mərhələsində olursa olsun müdafiə tərəfinin təqdim etdiyi tərəflərin telefon danışığını əks etdirən disk və digər sübutlar tədqiq olunsaydı, ittihamın əsassız olduğu üzə çıxacaq. Apellyasiya məhkəməsi, zərərçəkmiş şəxs kimi göstərilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə gətirilməsinə ümumiyyətlə lüzum görməmiş, sübut olaraq, zərər çəkmiş ş əxsin ifadəsinin daha üstün sübut olması prinsipini həyata keçirmişdir (lakin cinayət prosessual qanunvericiliyində belə prinsipə rast gəlinmir). İbtidai İstintaq orqanı bu ziddiyyətin aradan qaldırılması üçün ən azından tərəflərin üzləşdirilməsi hərəkətini edə bilərdi, lakin nəyə görə isə bunu etməmişdir. Qeyd olunmalıdır ki, Məhkum digər zərərçəkmiş şəxs kimi göstərilmiş Zərərçəkmiş şəxs1 5500 manat pul almasını etiraf etsə də, həmin pulu 20 faizlə qaytaracağı müqabilində aldığını bildirmiş, pulu aldıqdan sonra 1 il 2 aya yaxın müddət ərzində o, Zərərçəkmiş şəxs1 800 manata yaxın pul qaytardığını bildirmiş, sonradan maddi imkansızlığı ucbatından pulu qaytara bilməmiş, Həqiqət həmin pulun 4000 manatının Zərərçəkmiş şəxs2 qardaşına məxsus olduğunu bildirmiş, Ceyhunun Xalidin qardaşı İlə çoxsaylı telefon danışığı olmuş, Xalidin qardaşı Xəyal da Həqiqət tərəfindən Ceyhuna verilmiş 5500 manat pulun 4000 manatının onlara məxsus olmasını, dövrüyyəyə buraxılmış, yəni faizə verilmiş pul olmasını səmimi etiraf etmiş, lakin işin qeyd olunan halı cinayət təqibi orqanı tərəfindən nəzərə alınmamış, qeyd olunan faktlar araşdırılmamışdır. İş üzrə zərər çəkmiş şəxs kimi göstərilmiş Zərərçəkmiş şəxs1 ifadəsinin özü belə ziddiyətlidir, hansı ki, ittiham onun ifadəsinə əsasən verilmişdir. Belə ki, o, birinci instansiya məhkəmədəsindəki ifadəsində Məhkum guya Cahan holdinqdə kompaniya olması ilə əlaqədar maya dəyərindən aşağı qiymətə əlavə hədiyyəsi ilə birlikdə onu tütün məhsulları və Redbull içkisi ilə təmin edəcəyi adı ilə pul almasını qeyd etsə də, apellyasiya məhkəməsində isə Məhkum on a yalnız ucuz qiymətə tütün məhsulları verəcəyini vəd etməsini göstərmişdir. Aparılmış istintaqlar zamanı bu ziddiyyətlər araşdırılmamış, holdinqin işçiləri İş üzrə dindirilməmiş, Məhkum tütün məhsullarının satışı üzrə deyil, Redbull İçkisinin satışı üzrə ekspeditei olmasına hüquqi qiymət verilməmiş, müdafiə tərəfinin bununla bağlı təqdim etdiyi sübutlar tədqiq olunmamışdır. məhkəməsində iştirak etsə də, qərarın giriş hissəsində onun adı qeyd olunmamışdır. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum iş üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını müəyyən edən diskin tədqiq olunmasından imtina etmiş, apellyasiya məhkəməsi isə məhkəmə istintaqının tam aparılması və apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi barə də müdafiə tərəfinin verdiyi vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumun kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesinin iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübut lar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun əməli əsassız olaraq CM-in 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinərək b arəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yeti rilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutları araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittiham üzrə tə qsirli olması, yəni aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 5500 məbləğində və X1 məxsus 4000 manat məbləğində pulu ələ keçirməklə dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin əməlin tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkumu əməlini CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilməkdə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmiş dir ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin başlıca dəlili Məhkum barəsində bəraətverici əsaslarla cinayətişinə xitam verilməsi barədə dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiy asında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərar ından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilik də nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun təqdim etdiyi telefon danışıqlarını əks etdirən CD diskin məhkəmələr tərəfindən əsassız olaraq tədqiq edilməsindən imtina edilməsi barədə dəlili də əsaslı hesab etmir. Belə ki, cinayət işinə əlavə edilmiş məhkəmə iclas protokollarından görünür ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında məhkum və onun müdafiəçisi bildirmişlər ki, onların məhkumun müdafiə etməkdən ötrü əlavə sübutları yoxdur. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı müdafiə tərəfi əlavə sübutların təqdim edilməsi üçün birinci instansiya məhkəməsi qarşısında məhkəmə iclasının təxirə salınması barədə vəsatəti qaldırsa da və məhkəmə hə min vəsatətə əsasən məhkəmə iclasını təxirə salsa da, birinci instansiya məhkəməsinə tədqiq edilməsi üçün heç bir əlavə sübut, o cümlədən kassasiya şikayətində göstərildiyi CD diski təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1. cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə. Cinayət işi üzrə apellyasiya icraatı zamanı Müdafiəçi3 məhkumun təqdim etdiyi telefon danışıq larını əks etdirən CD diskin tədqiq edilməsi barədə vəsatətini əsaslanaraq, qeyd etmişdir ki, müdafiə tərəfi həmin diski birinci instansiya məhkəməsinə təqdim etmiş, lakin məhkəmə onu tədqiq etməmişdir. Yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan isə görünür ki, müdafiə tərəfi birinci instansiya məhkəməsinə əlavə sübutların tədqiq edilməsi barədə vəsatət qaldırmamışdır. Həmdə qeyd edilməlidir ki, Müdafiəçi3 apellyasiya məhkəməsi qarşısında CD diskin yeni sübut kimi tədqiq edilməsi barədə vəsatət qaldıraraq, onun birinci instansiya məhkəməsinə təqdim edilməməsini müdafiə tərəfindən asılı olmayan səbəblərlə əsaslandırmamışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Müdafiəçi3 yeni sübutun tədqiq edilməsi barədə vəsatətinin əsassız təmin edilməməsi barədə kassasiya şikayətinin dəlili ilə razılaşmır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclas protokollarından görünür ki, məhkəmə istintaqı zamanı verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarları qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarlar qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozunt usuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyə n edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-477/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-477/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver