Məhkəmə qərarları › İş №1(102)-478/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-478/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-478/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, Məhkum1 və onun müdafiəçisi X5 iştirakları ilə, Şirvan Apelyasiya Məh kəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarından Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər hakim Nizami Quliyev (sədrlik edən və məruzəçi), Xamməd Nuriyev və Aqil Musayevdən ibarət tərkibdə) 1(099)451/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1996-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 180.2.4 və 180.2.5ci maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 05 iyun 2019-cu il tarixdən hesablanmış, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2019-cu il tarixdən hesablanmışdır. Hökmlə həmçinin F.T.İlyasov və M.Y.Tağızadə də təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2019-cu ilin mart ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə, saat 21 radələrində, tanışı 08 aprel 2005-ci il təvəllüdlü, 14 yaşına çatmamış - X3 ilə birlikdə ünvan 2 ünvanında yaşayan Mələkxanım Tağızadənin nənəsi X4 evində olarkən, Mələkxanım Tağızadə ona evin yataq otağında nənəsi Esmira Nəcəfovaya məxsus pulları oğurlamaq istədiyini və ona görə Esmira Nəcəfova ilə söhbət edərək diqqətini yayındırmağı tapşırdıqda n sonra, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə evin mətbəxində Esmira Nəcəfova ilə söhbət edib sonuncunun diqqətini yayındırarkən Mələkxanım Tağızadə yataq otağında yumşaq oyuncağın içərisində olan Esmira Nəcəfovaya məxsus xeyli miqdar hesab edilən 6000 manat pulu götürərək əldə etdiyi əskinazları gözə yarı iki hissəyə bölüb, bir hissəsini cibinə, qalan hissəsini isə onun gödəkcəsinin cibinə qoyaraq bu barədə ona bildirmiş, lakin həmin vaxt otağa daxil olub pulunun götürüldüyünü görən X9 Tağızadədən pulunu tələb etdikdə, Mələkxanım Tağızadə mənzilin qapısını açıb qaçmaqla mənzildən uzaqlaşmış, o da həmin vaxt gödəkcəsini götürüb evdən çıxarkən Esmira Nəcəfova gödəkcəsinin cibində pul olduğunu bilib gödəkcəni onun əlindən almaq istəsə də, o, Esmira Nəcəfovaya həyat və sağlamlığ ı üçün təhlükəli olmayan zor tətbiq edərək Esmira Nəcəfovanı itələyib mənzilin pəncərəsindən tullanıb qaçaraq oradan uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən, 30 may 2019-cu il tarixdə Lənkəran şəhərində tanışları X3, Məhkum1 və X10 ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Mələkxanım Tağızadənin cinayəti törədən zaman tanınmamaq və zərərçəkmiş şəxsdə vahimə yaratmaqdan ötrü aldığı 4 ədəd tibbi maskadan birini özünə götürüb, saat 23:45-də ünvan 3 ünvanında yerləşən çoxmənzilli, beşmərtəbəli binanın qarşısına gələrək həmin binanın birinci mərtəbəsində yerləşən X4 yaşadığı 67 № -li mənzilə yaxınlaşıb, əvvəlcədən razılaşdıqları kimi onunla və digər iştirakçılarla eyni niyyətlə hərəkət edərək cinayətdə tətbiq etmək üçün cib bıçağı ilə silahlanmış Fərman İlyasov qapını döymüş, Esmira Nəcəfova mənzilin qapısını açdıqdan sonra Fərman İlyasov yaşayış sahəsinə qanunsuz olaraq girib əlindəki bıçağı Esmira Nəcəfovanın boğazına tutub həyatı üçün təhlükəli zor tətbiq etməklə hədələyərək əli ilə ağzını sıxıb köməyə çağırmaq və müqavimət göstərmək imkanından məhrum etdiyi zaman, o, Mələkxanım Tağızadə, Məhkum1 ilə birlikdə zərərçəkmiş şəxsə məxsus 2.000 manat pulu ələ keçirmək məqsədi ilə mənzilə üzlərində maska ilə daxil olmuş, mənzildə Məhkum1 zərərçəkmiş şəxsi tutub saxlamaqda Fərman İlyasova kömək etdiyi zaman, Mələkxanım Tağızadə evin mətbəxindən götürdüyü tava ilə Esmir a Nəcəfovanın başına zərbə vurandan sonra mənzili axtarıb, yataq otağında paltar dolabının içərisində asılmış gödəkcənin cibindən 200 manat pul və həmin otaqda masanın üstündən, üzərindəki ***-***-**-** nömrəli simkartla birlikdə qiyməti 353 manat olan «Samsung» markalı mobil telefonu ələ keçirib binanın arxa tərəfinə çıxan eyvanın pəncərəsindən mənzili tərk edərək, Esmira Nəcəfovaya sağ bazu oynağı nahiyəsinin yumşaq toxumaların əzilməsi-qansızma, başın təpə nahiyəsində qansızma, sol bazu nahiyəsində qançırdan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ümumilikdə 553 manat ziyan vurmaqla quldurluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 30 may 2019-cu il tarixdə Bakı şəhərində tanışları X3, X10 ilə Lənkəran şəhərinə gedib orada özgənin əmlakını yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq yolu ilə ələ keçirmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, həmin gecə Lənkəran şəhərinə gələndən sonra tanışı Məhkum2 cinayət törətmək niyyətini bildirib onun da quldurluqda iştirakı barədə razılığını alıb qabaqcadan əlbir olub bir qrup halında birləşəndən sonra, Mələkxanım Tağızadənin cinayəti törədən zaman tanınmamaq və zərərçəkmiş şəxsdə vahimə yaratmaqdan ötrü aldığı dörd ədəd tibbi maskadan birini özünə götürüb saat 23:45-də ünvan 3 ünvanında yerləşən çox mənzilli beşmərtəbəli binanın qarşısına gələrək həmin binanın birinci mərtəbəsində y erləşən X4 yaşadığı 67 №-li mənzilə yaxınlaşıb, əvvəlcədən razılaşdıqları kimi onunla və digər iştirakçılarla eyni niyyətlə hərəkət edərək cinayətdə tətbiq etmək üçün cib bıçağı ilə silahlanmış Fərman İlyasov qapını döymüş, Esmira Nəcəfova mənzilin qapısını açdıqdan sonra Fərman İlyasov daxil olub Esmira Nəcəfovanın bıçağı boğazına tutub həyatı üçün təhlükəli zor tətbiq etməklə hədələyərək əli ilə ağzını sıxıb köməyə çağırmaq və müqavimət göstərmək imkanından məhrum etdiyi zaman, o, Mələkxanım Tağızadə, Məhkum2 ilə birlikdə zərərçəkmiş şəxsə məxsus 2000 manat pulu ələ keçirmək məqsədi ilə mənzilə üzlərində maska ilə daxil olandan sonra zərərçəkmiş şəxsi tutub saxlamaqda Fərman İlyasova kömək etmiş, Mələkxanım Tağızada mətbəx otağından götürdüyü tava ilə Esmira Nəcəfovanın başına zərbə vura ndan sonra mənzili axtarıb, yataq otağında paltar dolabın içərisində asılmış gödəkcənin cibindən 200 manat pul və həmin otaqda masanın üstündən üzərindəki ***-***-**-** nömrəli simkartla birlikdə qiyməti 353 manat olan “Samsung” markalı mobil telefonu ələ keçirəndən sonra, binanın arxa tərəfinə çıxan eyvanın pəncərəsindən mənzili tərk edərək, Esmira Nəcəfovaya sağ bazu oynağı nahiyəsinin yumşaq toxumaların əzilməsi-qansızma, başın təpə nahiyəsində qansızma, sol bazu nahiyəsində qançırdan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ümumilikdə 553 manat ziyan vurmaqla quldurluq etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamil Bəş irov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 1(106)-45/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli hökmü Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum2 müdafiəçisi X8 və Məhkum1 və onun müdafiəçisi X6 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum2 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilərək təqsirli bilindiyi maddələr üzrə aşağı həddən də az cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Məhkum1 kassasiya şikayəti verərək Şirvan Ape lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində təqsirli bilindiyi maddələr üzrə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Belə ki, aparılmış istintaq materiallarından da açıq-aydın göründüyü kimi, hadisə zamanı onun əməlinin cinayətin digər iştirakçılarının əməli ilə eyni qiymətləndirilməsi mümkün deyil, onun tərəfindən zərərçəkmiş şəxs Esmira Nəcəfovaya heç bir fiziki zorakılıq və ya təzyiq göstərilməmişdir. Bundan əlavə, onun əməlinin Azərbaycan Respublikası CM-in 180.2.4 və 180.2.5-ci maddələrini ehtiva etdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmadığını nəzərə alaraq, təqsirli bilindiyi maddələr üzrə aşağı həddə (CM-in 62-ci maddəsinin tətbiq edilməsi) cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarı qanunsuzdur. Belə ki, onun hər hansı şəxsə qarşı quldurluq cinayəti törətməsinin həqiqətdən uzaq olduğunu qeyd etmiş, cinayət hadisəsinin təqsirləndirilən şəxslərdən Mələkxanım Tağızadə tərəfindən törədildiyini, zərərçəkmiş şəxsə xəsarətin məhz onun tərəfindən yetirildiyini, təqsirləndirilən şəxsin özünün də bu cinayəti etiraf etdiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmadığını, əvvəllər məhkum olunmadığını, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxsə qarşı heç bir fiziki zorakılıq tətbiq etmədiyini, cüzi miqdarda maddi ziyan vurduğunu bildirmiş, yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nə ticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməllərinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 180.2.4, 180.2.5, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə və Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəz ərdə tutulan cinayətin tərkibini yaratdığı onların əməllərinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum2 kassasiya şikayətinin başlıca dəlili onun əməlləri Azərbaycan Respublikası CM-in 180.2.4 və 180.2.5-ci maddələri ilə əhatə olduğundan Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, zərərçəkmiş və təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrdən görünür ki, Məhkum2 digər məhkum M.Tağızadə ilə birlikdə 2019-cu ilin mart ayının ortalarında zərərçəkmiş şəxs Esmira Nəcəfovaya qarşı soyğunçuluq törətdikdən sonra 30 may 2019-cü il tarixdə məhkumlar X3, Məhkum1 və X10 ilə zərərçəkmiş şəxs Esmira Nəcəfovayanın evinə qanunsuz olaraq girməklə onun əmlakının talaması barədə qabaqcadan əlbir olmuşlar, öz cinayət niyyətini həyata keçirərək məhkum Fərman İlyasov zərərçəkmiş şəxsin mənzilinə daxil olduqdan sonra zərərçəkmiş şəxs Esmira Nəcəfovanın boğazına bıçağı tutub həyatı üçün təhlükəli zor tətbiq etməklə hədələyərək əli ilə ağzını sıxıb köməyə çağırmaq və müqavimət göstərmək imkanından məhrum etdiyi zaman Məhkum2 digər məhkumlarla birgə hərəkətlər edərək zərərçəkmişə məxsus pul talaması üçün mənzilə daxil olmuş, mənzilə daxil olduqdan sonra məhkum M.Tağızadə F.İlyasova kömək edərək mətbəx otağından götürdüyü dəmir tava ilə zərərçəkmiş şəxsin başına zərbə vurmuş və mənzili axtarıb zərərçəkmişə məxsus 200 manat pul və mobil tele fonu götürmüşdür. Bundan sonra məhkumlar hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, zərərçəkmiş X4 bədəni üzərində sağ bazu oynağı nahiyəsində yumşaq toxumaların əzilməsi-qansızma, başın tərə nahiyəsində qansızma, sol bazu nahiyəsində qançır aşkar edilmişdir. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Məhkəmə kollegiyası işi hallarına əsaslanaraq nəticəyə gəlir ki, birinci və apelyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün qiymət verib əsaslı olaraq Məhkum2 bu əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5ci maddələri ilə tövsif etmişlər. Ona görə də məhkəmə kollegiyası Məhkum2 kassasiya şikayətinin onun 30 may 2019-cu il tarixdə törətdiyi əməlin Azərba ycan Respublikası CM-in 180.2.4 və 180.2.5-ci maddələri əhatə olduğundan həmin maddə ilə tövsif edilməsi barədə dəlili əsassız hesab edir. Məhkum2 cəza Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi barədə dəlillə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və y a məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Məhkum2 törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Həmçinin birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alaraq, ona CM-in 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələri ilə isə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edilmiş və qəti olaraq Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbayca n Respublikası CM-in 180.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 181.2-ci maddəsində səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr Məhkum2 cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halların və həm də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin başlıca dəlili isə hazı rkı cinayət işi üzrə təqsirsiz olduğu halda barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum1 məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, onun irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, onun özünün və digər təqsirləndirilən şəxslərin ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum1 məhkəmədə verdiyi ifadəsini işin fakti ki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası Məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməlinin törətməsinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun t əqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin həmin maddə ilə tövsif edilməsini və onu həmin maddələrlə təqsirli bilinməsini məhkəmə kollegiyası düzgün sayır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində ai diyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apelyasiya instansiyası məhkəməsində tam sübuta yetirilmiş və barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, ara şdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya in stansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apelyasiya məhkəməsi apelyasiya şıkayətlərinə baxaraq, həmin kassasiya şikayətlərinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni məhkum Məhkum1 cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini, habelə Məhkum2 əməlinin tövsifinin əsaslılığını obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət lərin təmin edilmədən, Məhkum2 və Məhkum1 barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 oktyabr 2020-ci il tarixli Məhkum2 və Məhkum1 haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar