Məhkəmə qərarları › İş №1(102)-478/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-478/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-478/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli hökmünə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2022-ci il tarixli qərarından məhkum X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Z.B.Qasımov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanovdan ibarət tərkibdə) 21 fevral 2018-ci il tarixli hökmü ilə 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplanılmaqla ona qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə cəzasının əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum2 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə cəzasınm əvvəlinin xx.xx.2016-cı il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həmçinin onların hər üçünün barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, eləcə də hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli, 1(104)-431/2022 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökm ü dəyişdirilərək, Məhkum2 əməli CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrində CM-in 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilərək həmin maddələrlə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 qabaqcadan 02 noyabr 2016-cı il tarixdə saat 13 radələrində Bakı şəhərinin, Nizami rayonu ərazisində yaşayan tanışları Məhkum3, Məhkum1 və qeyrisi ilə qeyrisinin təklifi ilə Goranboy rayonunun Azad kəndində yaşayan sonuncunun qohumu Zərərçəkmiş şəxs2 xeyli miqdarda 10000 manat məbləğində əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, razılaşmaya əsasən qeyrisi tanınmaması və ev sahiblərini müşahidə etmək üçün evə girməyərək axırıncıların da iştirak edəcəyi Göygöl rayonunda ola n yas mərasiminə getmiş, o, Məhkum3 və Məhkum1 isə 03 noyabr 2016-cı il tarixdə saat 05:00 radələrində Bakı şəhər avtovağzalından 40 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə Azad kəndinə gələrək qeyrisinin verdiyi istiqamətə uyğun olaraq saat 09:30-da Zərərçəkmiş şəxs2 evini müəyyən etdikdən sonra saat 10:00-da Məhkum3 və Məhkum1la birlikdə qaz borularının üstündən hasara çıxıb oradan isə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə düşüb binanın arxası ilə yaşayış sahəsinin qarşı tərəfindəki pilləkənlərdən eyvana keçib açıq vəziyyətdə olan qapıdan evin zalına qanunsuz daxil olarkən ev sahibi Zərərçəkmiş şəxs2 onları görüb üzərlərinə gələn zaman onlar özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbi q etməklə Məhkum3 Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxdıqdan sonra otuzduraraq evdə olan qızıl və pulların yerini soruşmuş, Zərərçəkmiş şəxs2 pul və qızıl olmadığım bildirdikdə Məhkum3 Zərərçəkmiş şəxs2 yanında durmuş, o və Məhkum1 isə evləri axtarmış, həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs2 Məhkum3 ayaq nahiyəsindən tutub yıxmaq istəsə də bunu bacarmamış, ona görə də Məhkum1 və Məhkum3 birlikdə Zərərçəkmiş şəxs2 sifət və baş nahiyəsindən yumruq və sillə ilə vurararaq qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarətləri yetirdikdən sonra yenidən otaqlarda pul və qızıl-zinət əşyalarının axtarışını davam etdirmiş, o, özləri ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən dəmir açar ilə yataq otağında saxlanc yeri olan sandığın qıfılını sındırıb orada olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 qızına məxsus 1600 manat məbləğində nağd pulu, 3100 manat dəyərində qızıl-zinət əşyalarını və Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd "Nokia 1600" markalı 40 manat dəyərində mobil telefonu, cəmi 4740 manat dəyərində özgə əmlakını ələ keçirdikdən sonra, zərərçəkmiş Zərərçəkmiş şəxs2 əlini və ayaqlarını bağlayaraq Bakı şəhərinə qayıtmış, həmin puldan 900 manatını qeyrisinə verdikdən və qızıl-zinət əşyalarını isə 1600 manata sataraq hər birinə 350 manat məbləğində nağd pul götürüb qalan pulu isə ev kirayəsi və yeyib içməklərinə sərf etməklə soyğunçuluq etmişlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli, 1(104)-431/2022 saylı qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassator kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi əməlin tövsifində səhvə yol vermiş və nəticədə məhkum edilmiş şəxsə ağır cəza təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilərək yüngül cəza təyin edilməsini xahiş etmişdir. 16 fevral 2023-cü il tarixdə Məhkum2 cəza çəkdiyi Az ərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassa siya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsindəki Gəncə Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisiMüdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar