Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-479/2019 05.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-479/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 05 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 201 8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-cimaddəsiilə bəraət verilmiş X12 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X15) X20 – 13.08.1964-cü ildə ********** şəhərində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsiilə təqsirsiz bilinib bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22 1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, 20.08.2017-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adına parkın yaxınlığında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş davranış, birgə yaşayış və ictimai qaydalarını kobud surətdə pozaraq özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə əxlaq və mənəviyyat normalarına qarşı açıqca hörmətsizlik ifadə edərək, heç bir əsaslı səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətlərinə səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinəəsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X3 və X8 ibarət tərkibdə) 16 oktyabr 2018-ci il tarixli qərarı ilə apelyasiyaprotesti təminedilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə düzgün olmayaraq belə qənaətə gəlmişdir ki, N6 tərəfindən Zərərçəkmiş şəxs avtomobilin qabaq sol qapısı ilə zərbə endirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam təkzib olunmuş, əksinə sübuta yetmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs avtomobilə avtomobilin qabaq sol qapısı tərəfdən deyil, tamamilə əks tərəf olan arxa sağ qapı tərəfdən yaxınlaşmış və həmin vaxt sükan arxasında əyləşmiş N6 tutaraq onunla mübahisə etməyə başlamışdır. Zərərçəkmiş şəxs, İ6 və Ə6 tərəfindən həmin vaxt onların olduqları yeri idarə etdiyi avtomobillə tərk etməyə çalışan N6 qarşısı məcbu ri qaydada alınmışdır. Cinayət işinin materiallarından görünür ki, N6 ictimai yerdə, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adına parkın yaxınlığında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək zərərçəkmiş şəxsi vuraraq yüngül dərəcəli bədən xəsarətlərinə səbəb olan xuliqanlıq cinayəti törətmişdir. Belə ki, məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin xeyrinə ifadə vermiş şahid ifadələri əsas götürülmüş, ibtidai istintaq zamanı qeyd olunan şahidlərin verdiyi ifadələrə tənqidi yanaşılmamış, hansı səbəblərdən məhz məhkəmə istintaqı zamanı verdikləri ifadələri mötəbər sübut növü kimi qəbul etməsini əsaslandırmamışdır. Bir sübuta digərindən daha çox üst ünlük verməsinin səbəbini göstərməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 1034 nömrəli, 24.08.2017-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətləri- sağ mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudliyi ilə müşaiyət olunan qançırı, sağ saidin, sol saidin, sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 20.08.2017-ci il tarixdə törənməsi mümkündür və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Lakin məhkəmə tərəfindən qeyd edilən rəy ekspert dindirmədən, təkrar ekspertiza təyin etmədən ancaq ifadələrə əsaslanaraq Zərərçəkmiş şəxs xəsarət almasına əsassız olaraq qiymət vermişdir. Məhkəmə ba xışı zamanı N6in ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zərərçəkmiş şəxsi sillə ilə sifətinə vurması ilə müşayiət olunan hərəkətlər edərək sağlamlığa zərər vurmayan xəsarət yetirməklə xuliqanlıq cinayəti törətməsi tam sübuta yetirilmişdir. Buna baxmayaraq, məhkəmə xuliqanlıq cinayəti törətmiş N6 barəsində bəraət hökmü çıxararkən heç bir mötəbər sübuta əsaslanmamış, səthi, formal mülahizələrə istinad etmişdir. Eyni zamanda, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin ona ibtidai istintaq zamanı verilmiş ittiham üzrə təqsirliliyini təsdiq edən toplanmış sübutlar olsa da, məhkəmə göstərilənləri nəinki nəzərə almamış, hətta onları ifşa edən iş üzrə toplanmış sübutları özünün mövqeyinə uyğunlaşdırmağa çalışmışdır. Ona görə də, hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsind ə və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestinin dəlilləri X16 əsassız olaraq bəraət verildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi cinayət tərkibi nəzərdə tutulmuşdur. Elan edilmiş ittihama görə X20, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, 20.08.2017-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adına parkın yaxınlığında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş davranış, birgə yaşayış və ictimai qaydalarını kobud surətdə pozaraq özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə əxlaq və mənəviyat normalarına qarşı açıqca hörmətsizlik ifadə edərək, heç bir əsaslı səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətlərinə səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikasi konstitusiya Məhkəməsi Ple numunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütlə qdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni m ənafelərinə toxunan hərəkətləridir. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. KonstitusiyaMəhkəməsiPlenumununAzərbaycan Respublikası Cin ayət Məcəlləsinin 221.3-cümaddəsinin şərhedilməsinə dair 20 may 2011-ciiltarixliqərarında şərhedilirki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq həmin qərarında şərh etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal hə yat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Baxılan cinayət işi üzrə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanınkobud surətdə pozulmasına dəlalət edən N6in hərəkətlərinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxsin hadisə zamanı idarə etdiyi “Mersedes E-220” markalı **--*** dövlət nömrə nişanlı avtomobili 14 və 15 yaşl arında olan F8 və Ə8 bacılarının üzərinə sürməklə onlarda qorxu və narahatçılıq hissinə səbəb olmasına, onlara və ətrafdakılara açıqca hörmətsizlikdə ifadə olunanictimai qaydanın kobud surətdə pozulmasına dəlalət edən halların mövcudluğuns dair yetkinlik yaşına çatmayan F8 və Ə8 bacılarının, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs və digər şahidlərin ifadələri qərar qəbul edilərkən nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs X20 işin bu halı ilə əlaqədar məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, “Mersedes E-220” markalı **--*** dövlət nömrə nişanlı avtomobili idarə etməklə keçərkən maşının sürət qutusunu yoxlamaq üçün 45 nömrəli marşrutun sonuncu dayanacağına qalxmaq istəmişdir. Bu zaman yolu iki nəfər azyaşlı uşaq asta addımlarla keçdiyi üçün o, əsəbləşərək başını çıxarıb onlardan yolu bir qədər tez keçməyi tələb etmişdir. Məhkəmə iclasındakı şahid ifadəsində X17göstərmişdir ki,16.08.2017-ci il tarixdə saat 16 radələrində evlərinin yanında yerləşən “Aboyev” parkında bacısı Ə8 ilə itini gəzdirirmişlər, həmin vaxtı orda əvəllər tanımadıqları 50-55 yaşlı bir kişi, yəni sonradan şəxsiyyəti onlara bəlli olmuş N6 velosiped sürmüşdür. Onlar parkda gəzən zaman həmin şəxs onların dalına düşmüş və daha sonra həmin şəxs onlara velosipedlə yaxınlaşaraq rusca onlara qəşəng qızlar olduqlarını deyib, istəsələr, onları avtomobillə gəzdirə biləcəyini demişdir. Onlar buna rədd cavabı verib, N6 çıxıb getməyi xahiş etmişlər. Bununla belə N6 yenə getməyib və onlara dənizə aparmağı təklif etmişdir. Bu zaman itini N6 üstünə qısqırtmış və N6 çıxıb getmişdir. Onlar qorxularından e və qayıtmış və bu barədə analarına danışmışlar. Bu hadisədən sonra bir neçə gün onlar parka getməsələr də, 19.08.2017-ci il tarixdə saat 19 radələrində o, bacısı Ə8 ilə birlikdə yenidən həyətə düşmüş, parkın yanında yerləşən 46 nömrəli mağazanın yanında olarkən N6 yenə velosipedlə onlara yaxınlaşıb onların arxasınca gəldiyini deyib gəzməyi təklif etmişdir. Buna görə o bacısı ilə çox qorxduğuna görə, orada parfumeriya mağazasına girib satıcının telefonundan analarına zəng vurub həmin şəxsin onların arxasınca düşdüyünü demişlər. Anası mağazadan çıxmamalarını onu gözləmələrini tapşırmış və təxminən 5-6 dəqiqədən sonra anaları dayısı ilə oraya gəlmişlər. Bu zaman N6 anası ilə dayısını görən kimi velosipedi sürüb getmişdir. Səhəri gün, yəni 20.08.2017-ci il tarixdə saat 20 radələrində bacısı il ə evdən çıxıb hazırlığa gedirmişlər, parka çatmamış N6 «Mersedes» markalı maşınla onlara yaxınlaşmış və modellik biznesində işlədiyini onların şəkillərini çəkmək istədiyini demiş və onlara maşına əyləşməyi təklif etmişdir. O bacısı ilə çox qorxub qaçıb evə gəlmişlər, ataları evdə olduğundan, bu barədə sonuncuya demişlər, ataları, anaları və dayıları ilə birlikdə evdən çıxıb parka getmişlər. Onlar bir qədər qabaqda getmiş, N6 yenə parkın yanında maşınla yuxarı tərəfə qalxdığını görmüşlər. N6 onları görən kimi maşının işıqlarını yandırıb-söndürmüş və maşını onların üstünə sürmüşdür, maşının şüşəsini açıb onlara maşına əyləşməyi təklif etməyə başlamışdır. Birinci instansiya məhkəməsi iclasında yetkinlik yaşına çatmamış X18 da şahid X5 ifadəsinə uyğun ifadə vermişdir. İşin bu faktiki halı həm də zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər X6 və X13 ifadələri ilə də təsdiq edilmişdir. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən X20 tərəfindən ictimai qaydanın kobud surətdə pozulub-pozulmamasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, bu cinayət ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla onun qəsd etdiyi əsas obyekt ictimai qaydadır. N6 öz hərkətləri ilə yetkinlik yaşına çatmayan F8 və Ə8 baçılarının ictimai yerdə, insanların istirahət etdiyi prkda və insanların hərəkət etdiyi küçədə normal istirahətini və davranışını pozaraq onlarda qorxu və həyəcan hissləri yaratmasını tam, hərtərəfli və obyektiv yoxlamamışdır. N6 idarə etdiyi avtomobili cəmiyyətin yetkinlik yaşına çatmayan iki üzvünə qarşı açıqca hörmətsizlik edərək ü zərinə sürmüşdürmü, bu zaman yetkinlik yaşına çatmayan qızlar olmalarına baxmayaraq onlara əxlaqsız təkliflər etmişdirmi suallarına dəqiq, birmənalı cavab verilməmişdir. Onun bu hərkətləri təsdiq edildikdə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər olmasına düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda X23 və F8 qarşı avtomobili üzərilərinə sürməkdə ifadə olunan zor tətbiq etmə hədəsi kimi ictimai qayda əleyhinə olan hərkətlərinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə ona yüngül dərəcəli bədən xəsarətləri yet irməsi hərkətləri edib-etməməsinə də düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə göstərilir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, N6 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməmişdir. Belə çıxır ki, məhkəmə N6in ona elan edilmiş ittihamda təsvir edilən hərəkətləri etməsini qəbul etsə də, onun bu hərəkətləri təqsirsiz olaraq etdiyini göstərmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxslərin qorxu hisslərini keçirmələrinə səbəb olan hallara yol verilməsi özlüyündə cəmiyyət tərəfindən haqlı olaraq kəskin tənqid olunan və yolverilməz haldır, bu kimi əməllərə yol vermiş şəxslərin barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi zəruridir. B ununla belə, hazırki iş üzrə təqsirləndirilən şəxsin bu kimi hərəkətlərə yol verməsi araşdırılmadan bu kimi hərəkətlərə yol verməsi ehtimalını ortaya qoyub bu ehtimalı qabartmaqla onun təqsirli olaraq törədilmədiyi cinayətlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunması da, yolverilməz və qanunvericiliyin, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olan haldır. Buna görə də, hazırki iş üzrə təqsirləndirilən şəxs N6 ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirsiz hesab edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi bir tərəfdən N6in yetkinlik yaşına çatmayan şəxslərin qorxu hisslərini keçirmələrinə səbəb olan hərəkətlərə yol verilməsini cəmiyyət tərəfindən haqlı olaraq kəskin tənqid olunan və yolverilməz hal hesab etmişdir, bu kimi əməllərə yol verm iş şəxslərin barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi zəruri hesab etmişdir. Digər tərəfdən məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin bu kimi hərəkətlərə yol verməsini araşdırmadan bu kimi hərəkətlərə yol verməsi ehtimalını ortaya qoyub bu ehtimalı qabartmaqla onun təqsirli olaraq törədilmədiyi cinayətlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını yolverilməz hesab etmişdir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri əsasında X12 20.08.2017-ci il tarixdə saat 20 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, «Aboyev» adına parkın yaxınlığında idarə etdiyi avtomobillə gedərkən onun qızlarına əxlaqsız təkliflər etməsini Zərərçəkmiş şəxs ehtimalı kimi qiymətləndirmişdir. Baxma yaraq ki bu hallar Gahan Xramovanın və onun qızlarının biri digərini tamamlayan ifadələri ilə sübut edilir. Birinci instansiya məhkəməsi N6in hərkətlərinin qarşısının alınması üçrə yetkinlik yaşına çatmayan qızların valideynlərinin hərkətlərini, Zərərçəkmiş şəxs N6 avtomobilinə arxa sağ qapıdan daxil olaraq onun tutub saxlamağa çalışması, bu zaman sonuncunun əri X7rdaşı X2 tərəfdən avtomobilə müdaxilə edərək sükandan tutmaqla, açarı çıxarmaqla və tutub saxlamaqla N6i polisə təhvil verməyə çalışması hərkətlərinin X16 qarşı baş verdiyini vurğulayaraq, onun qəsdən ictimai qaydanı kobud surətdə pozmadığı, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol vermədiyi nəticələrinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticələri cinayət işinin faktiki hal larına uyğun olmayan nəticələr hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və X9 rayon şöbəsinin 24.08.2017-ci il tarixli 1034 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ mil-bilək oynağının şişkinliyi və hərəkət məhdudluğu ilə müşaiyət olunan qançırı, sağ saidin, sol saidin, sol baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 20.08.2017-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, ayaq və.s) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər əl çatan nahiyyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarına olan 20.08.2017-ci il tarixli 1/3120 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X20 həmin gün müayinə olunaraq orta dərəcəli sərxoşluq vəziyyətində olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilkin ərizəsində Namiq adlı şəxsin onu söyüb təhqir edə rək əli ilə zərbə endirdiyini, məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunarkən yumruq və təpik zərbələri ilə ona xəsarət yetirildiyini, zərər çəkmiş şəxs qismində ifadə verərəkən avtomobilin qapısını açmaqla onu vurduğunu, məhkəmə iclasında isə əli ilə vurduğunu, şahid Ə8, İ6 və Ə6, habelə Ə8 və F8 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində X24 Xramovanı avtomobilinin qapısı ilə bir neçə dəfə vurduğunu göstərsələr də, Ə8, İ6 və Ə6 məhkəmə iclasında həmin xüsusatları təkzib edərək X24 ı əli ilə vurduğunu, F8 isə məhkəmə iclasında ümumiyyətlə X24 vurması anını görə bilmədiyini göstərərək məhkəməyədək icraat zamanı və məhkəmə iclasında göstərdikəri arasındakı qeyd edilən ziddiyyətləri izah edə bilməmişlər. Məhkəmə hesab edir ki, belə olan halda Zərərçəkmiş şəxs xəsarət yetirilməsi ilə əlaqədar iş üzrə zərər çəkmiş şəxs və şahidlərin göstərdikləri xüsusatlar mötəbər dəlil kimi qəbul edilə və təqsirləndirilən şəxsə irəli sürülümüş ittihamda göstərilən əməlin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən və ittihamın əsasını təşkil edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə bu qənaətə qələrkən nəzərə alır ki, zərər çəkmiş şəxs və onun yaxın qohumları olan şahidlər məhkəməyədək zərər çəkmiş şəxsin xəsarət alması xüsusatı ilə əlaqədar təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi avtomobilin qapısı ilə bir neçə dəfə vurmasını göstərdikləri halda, məhkəmə iclasında ifadələrini dəyişib təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə əli ilə zərbə endirməsini bildirmələri, bu şəxslərin məhkəməyədək icraat zamanı sövdələşərək bir cür, məhkəmə baxışı gedi şatında isə sövdələşərək başqa cür oxşar ifadələr vermələrini istisna etməyi mümkünsüz edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunan sübutlar əsasında bu ziddiyyətin aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı da, bu ziddiyyətləri aradan qaldırmadan N6ə qeyri-dəqiq bir ittiham irəli sürməklə kifayətlənmişdir ki, bu da, bir daha N6in onun ittiham olunduğu hadisə zamanı qəsdən Zərərçəkmiş şəxs xəsarət yetirməsini təsdiq edən mötəbər sübutların olmadığını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv tədqiq etmədən N6in ittiham olunduğu hadisə zamanı Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirməsini təsdiq edən mötəbər sübutların olmadığı nəticəsinə gəlmişdir. Cinayət işinin materiallarında olan 24.08.2017-ci il tarixli məhkəmıə-tibb ekspertizasının rəyi ilə xəsarətlərin mövcudluğu, 20.08.2017-ci il tarixdə əmələ gələ bilməsi, insan bədəninin hissələri (əl, ayaq və.s) ilə endirilmiş zərbənin təsirindən əmələ gələ bilməsi, xəsarətlər əl çatan nahiyyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsinin az inandırıcı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, zərər çəkmiş şəxs və onun yaxın qohumları olan şahidlər məhkəməyədək zərər çəkmiş şəxsin xəsarət alm ası xüsusatı ilə əlaqədar təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi avtomobilin qapısı ilə bir neçə dəfə vurmasını göstərdikləri halda, məhkəmə iclasında ifadələrini dəyişib təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə əli ilə zərbə endirməsini bildirmişlər. Məhkəmə bu şəxslərin məhkəməyədək icraat zamanı sövdələşərək bir cür, məhkəmə baxışı gedişatında isə sövdələşərək başqa cür oxşar ifadələr vermələri nəticəsinə gəlmişdir. Nə istintaq orqanı, nə də işə baxan məhkəmələr zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin yaranma mexanizmi barədə onun və şahidlərin ifadələrində göstərdiklərinin hansının həqiqətə uyğun olduğunu yoxlamaq üçün ifadələrin yerində yoxlanmsı, istintaq və ya məhkəmə eksperimenti keçirməmişdir. İstintaq eksperimenti keçirildiyi halda N6un idarə etdiyi avtomobili Ə8 və F8 üz ərinə sürdüyü hal da dəqiq müəyyən edilə bilərdi. Azərbaycan Respublikası CPM-nin 260.1-ci maddəsinə əsasən ifadələrin yerində yoxlanılması şahidin, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxslərin dəqiq məlum olan yerdə baş vermiş hadisə ilə bağlı ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədi ilə aparılır. CPM-nin 262.1-ci maddəsinə əsasən cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər. Göstərilənlərlə yanaşı həm də Azərbaycan Respublikası CPM-nin 336-cı maddəsində məhkəmə baxışı zamanı istintaq eksperimentinin məhkəməyədək icraat üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə keçirilməsi də nəzərdə tutulmuşdur. Lakin, nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri hadisənin həqiqi vəziyyətini, ifadələrin həqiqiliyini yoxlamaq üçün ifadələrin yerində yoxlanması və ya istintaq eksperimentinin keçirilməsi qanunda nəzərdə tutulduğu halda keçirilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş və şahidlər ifadə verməmişdən əvvəl yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsi zərərçəkmiş və şahidlər yalan ifadə vermişlərsə onların cinayət məsuliyyəti həll edilməlidir. Məhkəmələ r bu hallara da hüquqi qiymət verməmişlər. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ciil tarixli qərarı ləğv edilməli və qərarın təsviri hissəsində göstərilən, məhkəmə iclasında tədqiq edilməmiş sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun araşdırılaraq hüquqi qiymət verilməli olduğundan cinayət işi yeni apellyas iya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsiilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2018-ciil tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-479/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-479/2019
05.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver