Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-479/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Xabarosk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakim R.E.Xəlilov) Məhkum CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 71.5-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə onun barəsində təyin edilmiş 3 il 1 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmənin ləğv edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəza ilə yeni təyin edilmiş cəzanı qismən birləşdirmək yolu ilə ona qəti olaraq 4 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 1 gün təyin edilmiş cəzadan çıxılmaqla, ona qəti olaraq 4 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, Xaç maz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş cəza ilə qismən birləşdirməklə Məhkum 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai araşdırma zamanı tutulduğu 1 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının müddətinə bir gün hesablanaraq təyin olunmuş həmin cəzadan çıxılmaqla Məhkum qəti olaraq 03 (üç) il 05 (beş ) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum sərxoş vəziyyətdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxx 2017-ci il tarixdə gecə saat 02 radələrində Xaçmaz rayonunun Üçgün kəndində yerləşən və Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarından keçməklə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin pəncərəsinin şüşəsini çıxarmaqla içəri qanunsuz daxil olub yataq otağında yerləşən sandıqdan içində 300 manat pul olan süşə qabı gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 6 ay azaldılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ona təyin olunmuş cəzanın müddətini 1 il azaltmışdır, lakin onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmişin ondan şikayətçi olmamasını nəzərə alaraq daha yüngül cəza təyin edə bilərdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən ma ddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlini n ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, gənc olmasını, törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasınd a məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli təd birlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, gənc olmasını, törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CP M-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yu xarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx
Məhkəmə qərarları › İş №1(102)-479/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-479/2020
05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver