Məhkəmə qərarları › İş №1(102)-479/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-479/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-479/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilmiş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Sadıqov Mirlətif Süleyman oğlu) 06 fevral 2000-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayarı, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmi ş, 16 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək iki gün şübhəli şəxs qismində saxlanılma müddətinin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Cəfərov Rafiq Musa oğlu Əliyev Elşad ibiş oğlu və Bəşirov Kamil Sücəddin ibarət tərkibdə) 20 sentyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin qism ən edilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki o, 16 noyabr 2020-ci il tarixdə saat 18:30-da Saatlı şəhərində M.Müşfiq küçəsində 2018-ci ilin aprel ayında hərbi xidmətdə olduğu müddətdə aralarında baş vermiş anlaşılmamazlığa görə sonradan onun barəsində xoşagəlməz ifadələr işlətməsini və bu səbəbdən 2020-ci ilin oktyabr ayının sonunda Saatlı şəhərində aralarında yaranmış mübahisəni əsas tutaraq içtimai yer hesab olunan küçədə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən - yəni insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, ə xlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən üstündə gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla 8 dəfə X4 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sifətin sol yarısında sol qulaqaltı çeynəmə nahiyəsində bir ədəd, sol çiyin qurşağı proyeksiyasında bir ədəd, sol qoltuqaltı nahiyədə bir ədəd, sol qoltuqaltı xətt üzrə 6-cı qabırğa səviyyəsində bir ədəd, sol arxa qoltuqaltı xətt üzrə 7-ci qabırğa səviyyəsində bir ədəd, sol arxa qoltuqaltı xətt üzrə 9-10-cu qabırğalar səviyyəsində bir ədəd, sol kürək xətti üzrə 8-ci döş fəqərəsi səviyyəsində bir ədəd və 2-ci bel fəqərəsi səviyyəsində bir ədəd dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zər ər vurmaya aid xəsarətləri yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə hər bir cinayət əməlini araşdırarkən onun tərkibinin düzgün müə yyən edilməsi və düzgün tövsif edilməsi ilə bağlı vəzifələri yerinə yetirməyərək təqsirləndirilən şəxsə istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmişdir. Belə ki, iş materialları ilə Məhkum ictimai yerdə, avtomobillərin və piyadaların daimi keçdiyi yolun kənarında, heç bir əsası olmadığı halda, yalnız öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə, güya 1-2 il əvvəl Böyükxan Abaslı tərəfindən onun dalınca hansısa bir şəxsin yanında nalayiq ifadələr işlətməsini əsas tutaraq Böyükxan Abaslını təqib etmiş və növbəti dəfə onu gördükdə, silah qismində istifadə etdiyi bıçaqla həyat üçün vacib olan, ürək yerləşdiyi, Böyükxan Abaslının döş qəfəsinin sol yarsına 8 zərbə endirmişdir. Bu da, yəni öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə başqa şəxsi təqib edib, ictimai yerdə, digər şəxslərin gözü önündə silah qismində istifadə edilən əşya ilə zərər çəkmiş şəxsə xəsarətlər yetirmək, Məhkum əməlində CM-in 221.3-cü maddəsinin əlamətlərinin olmasına birbaşa dəlalət edir. Lakin, apellyasiya instansiyası məhkəməsi formal mülahizələrə əsaslanmaqla Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə əməlini CM-in 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum zərər çəkmiş şəxs xx qarşı xuliqanlıq hərəkətləri etməməsi, onun əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün vacib olan üç əlamətdən yalnız biri-vətəndaşlar üzərində zor tətbiq olunması ilə (zərərçəkmiş şəxsə bıçaqla yüngül dərəcəli bəd ən xəsarəti yetirilməsi) müşayiət edilən əlamətin mövcud olması, işin faktiki hallarına uyğun olmayan nəticəyə gələrkən həmin nəticənin əsassız və yalnış olmasını birbaşa təsdiq edən yuxarıda sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməmişdir. Sağlamlığa zərər vurmanı müşayiət edən həmin faktiki halları həqiqət kimi qəbul edən apellyasiya instansiya məhkəməsinin nəyə görə Məhkum hərəkətlərində xuliqanlıq cinayətinin əlamətlərinin olmaması haqqında nəticəyə gəlməsi aydın deyildir. Odur ki, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya ins tansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq Məhkum törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edildiyi, həmçinin, əsassız olaraq CM-nin 73.2-ci maddəsi ilə ba rəsindəki cinayət işinin icraatına xitam verildiyi iddia edilmiş edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya prot estinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarında və apellyasiya məhkəməsinin qərarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum verilmiş silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin edilməsi ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Əksinə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin apellyasiya məhkəmə istintaqı zamanı verdiklə ri ifadələri, habelə iş üzrə şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələri ilə Məhkum zərərçəkmiş şəxs xx şəxsi münasibətlər zəminində intiqam almaq səbəbi ilə mübahisə gedişində sağlamlığına zərər yetirməsi sübuta yetirilmişdir. Apellyasiya məhkəmə baxışı zamanı tədqiq edilmiş mötəbər, bir-birini tamamlayan və bir-birilə uzlaşan sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum xx xəsarət yetirməsi ilə hər hansı ictimai qaydanı pozan, cəmiyyətə hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozan hərəkətlər etməsi öz təsdiqini tapmış hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qar şısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərd ə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası göstərilənlərə əlavə olaraq qeyd edir ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud ş əkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilir, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda və yaxud məhkəmələrin hökmdə (yekun qərarda) müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilmir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilmir, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə, və yaxud onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşır. Baxılan işin müəyyən olunmuş faktiki halları araşdırılarkən xx uzun müddətdən bəri cəmiyyətdə bərqərar olmuş və mövcud olan etik davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq nümayiş etdirməklə, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, xuliqanlıq cinayətinin subyektiv cəhətinin zəruri elementi olan xuliqanlıq motivinin Məhkum əməlində mövcud olması sübutların məcmusu öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum, zərərçəkmiş şəxs X8, şahidlər X14, X6 və X1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışlarında verdikləri ifadələrindən, habelə digər sübutlardan aydın olur ki, hadisə 16 noyabr 2020-ci il tarixdə axşam saat 18.30-19.00 radələrində - qaranlıq vaxtı küçədə baş vermiş, həmin vaxt onlardan başqa, hadisə yerində və yaxınlıqda heç kim olmamışdır. Məhkum hərəkətləri nəticəsində ictimai qayda pozulmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmamış, vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə və narahatçılıq hissi yaranmamışdır. Şahidlər xx və xx hadisə yerinin yaxınlığından birlikdə avtomobillə keçərkən küçədə iki nəfərin (Məhkumlə xx) dalaşmasını görüb onlara yaxınlaşmışlar. Həmin vaxt dalaşmanı dayandıran Məhkum həmin şəxslərə xx xəsarət aldığını, “onu xəstəxanaya aparın” demişdir. Odur ki, xx şəxsi münasibətlər zəminində mübahisədən sonra zərərçəkmiş şəxsə xəsarət yetirməsi, cinayət əməlinin ictimai yerdə, ictimai qaydanın kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Bundan əlavə işin faktiki hallarına əsasən müəyyən olunur ki, “X8 ilə 2018-ci ilin aprel ayından iyun ayına kimi hərbi xidmətdə 3 ay bir yerdə xidmətdə olmuşlar. Hərbi xidmətdə olarkən mübahisələri yaranmış və dalaşmışlar. Bu hadisədən sonra hərbi xidmətdəki əsgər yoldaşlarından biri X11 Mirzəyevin arxasınca xoşagəlməz sözlər danışdığını, bu məsələni aydınlaşdırmaq istədiyi...” təsdiqini tapmışdır ki, bu da öz nöbəsində tərəflər arasında uzun müddətdir şəxsi münasibətlər zəminində mübahisə olduğunu, baş vermiş hadisənin də məhz həmin şəxsi münasibətlərdən qaynaqlandığı təsdiq edir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi lə tövsif etməklə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya protestinin dəlilləri isə apellyasiya məhkəməsinin qərarını şübhə altına almağa imkan vermir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin t ələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. A pellyasiya məhkəməsinin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Məhkum zərərçəkmiş şəxs B.Abaslı ilə barışmasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini nəzərə alaraq, CM-nin 73.2-ci maddəsini tətbiq etməklə Məhkum cinayət məsuliyyətindən azad etməsi və cinayət işi üzrə icraata xitam verməsi ilə bağlı gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən s axlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kol legiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilmiş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar