Məhkəmə qərarları › İş №1(102)-479/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-479/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-479/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 0 4 oktyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cavid Səfərli (sədrlik edən və məruzəçi) Cəlil Nəbiyev və Müşfiq Məmmədov) 08 iyul 2022-ci il tarixli 1(099)-421/2022 nömrəli hökmü ilə xx xxxx 1972-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Qızılağac kəndində qeydiyyatda olan və yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-i n 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmış, xx xxxxxx 1984-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı şəhəri Qarabağ küçəsi ev 9/34-də qeydiyyatda qeydiyyatda olmaqla Məhkum1 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsir li bilinərək CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qarşı ittiham irəli sürülmüşdür ona görə ki, onlar İran İslam Respublikası vətəndaşı olması güman edilən “İranna” kimi tanıdıqları şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və metadon həbləri, həmçinin psixotrop maddə metamfetaminin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər və bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda 1 ədəd bağlamada 1000 qram, bir ədəd gümüşü rəngli bükümdə, ümumi təmiz çək isi 2,115 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 5,545 qram olan psixotrop maddə metamfetamin, 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram (bir həbdə 0,04 qram) olan metadon həblərini Lənkəran şəhəri Vağzal küçəsində yerləşən Lənkəran Dəmiryol Vağzalının arxa hissəsində qoyulmuş dəmir lövhənin yanında gizlədilməsi barədə İran İslam Respublikası vətəndaşları olmaları güman edilən “İranna” adı ilə tanıdıqları şəxs tərəfindən onlara məlumat verməsindən sonra, 02 mart 2022-ci il tarixdə Məhkum2 və İlkin Məhkum1 idarə etdiyi “Kia Rio” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd olunan ünvana, Lənkəran Dəmiryol Vağzalının qarşısına gedərək, orada aralarında olan razılaşmaya əsasən Məhkum 1 ətrafı müşahidə etmək üçün gözləmiş, Məhkum2 isə qeyd olunan dəmir lövhənin yanına gedib satış məqsədilə qanunsuz olaraq həmin külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlədildiyi – onlara məlum olan yerdən əldə edib üzərində daşıyaraq onun yanına gəlib bir ədəd bükümdə, təmiz çəkisi 5,545 qram olan psixotrop maddə metamfetamini ona vermiş, qalan narkotik vasitələri isə Məhkum2 üzərində saxlamış, daxil olmuş məlumat əsasında 02 mart 2022-ci il tarixdə saat 21:30 radələrində DİN-in Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı hər ikisi ünvan 2 ünvanında olan polis şöbəsinə gətirilmiş, Məhkum2 üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd bağlamada, təmiz çəki si 1000 qram olan narkotik vasitə heroin və 2 ədəd konvalyutda, təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram (bir həbdə 0,04 qram), ümumi sayı 20 ədəd olan metadon həbləri, sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 2,115 qram olan narkotik vasitə heroin, Məhkum1 şalvarının sağ yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 5,545 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyev) 04 oktyabr 2022-ci il tarixli, 1(106)-804/2022 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 1(099)-421/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum2 əməli təqsirli bilindiyi CM-in 32.5,206.3.2-ci maddəsindən CM-in 32. 5,206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə qismən toplanmaqla Məhkum2 qəti ilaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 əməli təqsirli bilindiyi CM-in 32.5,206.3.2-ci maddəsindən CM-in 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və həmin Maddə ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə qismən toplanmaqla Məhkum1 qəti olaraq 8 (səkkiz ) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və onun əməlinin CM-in 206-cı maddəsi ilə düzgün tövsif olunmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələr üzrə aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilməsi və onun barəsində olan cinayət işinə bəraəverici əsaslarla xitam verim verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsas landırmışdır ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206-cı maddəsi ilə verilmiş ittiham əsassız və sübutsuzdur. Məhkəmə qərar qəbul edərkən onun şəkərli diabetin ağır formasından əziyyət çəkməsini, onun ilk məhkumluğunu, sol ayağının cərrahiyə əməliyyatı olunduğundan yataq xəstəsi olmasını nəzərə almamışdır. Bundan əlavə işin faktiki hallarına baxarkən onun üzərinə baxış zamanı 5,46 qram narkotik vasitə aşkarlamasının, sərhəddə tutulmamasını, əməlinin CM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmamasını nəzərə alıb, ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi üzrə ibtidai istintaq çox səthi və birtərəfli aparılmışdır. Ona qarşı irəli sürülmüş ibtidai istintaq və məhkəmə prosesi z amanı prosessual pozuntularla müşahidə olunmuşdur. İbtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etmir. Onun elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarlıa təsdiq olunmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr onun tərəfindən polis əməkdaşlarının təzyiqi altında verilmişdir. Ona görə də ona elan edilmiş ittiham üzrə barəsində bəraət verilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və Məhkum2 çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı dır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəb lərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkum1 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, onun üzərində aşkar edilmiş narkotik vasitənin miqdarı 5,46 qram olmuş, qaçaqmalçılıq cinayəti törətmədiyi halda onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkum2 kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, o, CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməmiş, ilkin etirafedici ifadə polis əməkdaşların təzyiqi altında vermiş, onun barəsində ittiham hökmü əsassız və qanunsuz olaraq çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlilləri müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü ma ddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə mü qayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhk əmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından görünür ki, həmin maddələr ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyi halda yaranır. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum1 və Məhkum2 tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi təsdiq edilmişdi r. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq hesab edir ki, məhkəmələr düzgün nəticəyə gəlmişlər, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar məhkumların CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, məhkəmə iclasında Məhkum2 özünü narkotik vasitələr və psixotrop maddələr qanunsuz əldə edilməsi və saxlanmasında təqsiri bilməsə də, cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadədə həmin cinayət əməllərinin onun tərəfindən törədilməsini etiraf etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadə cinayət işi üzrə digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkum2 məhkəmə iclasında verdiyi ifadə isə cinayət işi üzrə sübutlarl a, o cümlədə digər məhkum İ.F.Tağıyevin məhkəmə iclasında verdiyi ifadə ilə təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları B.Ə.Bağırzadə və Şahid2 göstərmişlər ki, İ.F.Tağıyevin və Məhkum2 qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş narkotik vasitələri qəbul edərək realizə etmə istəmələri barədə daxil olmuş məlumata əsasən onlar tərəfindən İ.F.Tağıyev və Məhkum2 02 mart 2022-ci iol tarixdə Lənkəran şəhərinin vağzal ərazisində saxlanılmış və onların üzərində axtarış zamanı heroinə və metafetaminə bənzər kütlələr, habelə metadon həbləri aşkar edilmişdir. Məhkumları üzərində axtarış zamanı hökmdə qeyd edilmiş narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi faktı həmçinin cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında proto kolla, narkotik vasitənin və psixotrop maddənin növləri və miqdarı isə cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Məhkum1 ibtidai istintaq zamanı verdiyi ifadələrindən başqa, məhkəmə iclasında da göstərmişdir ki, vağzala çatanda o, Məhkum2 narkotik vasitələrin dalınca gəlməsini bildirmiş və Məhkum2 özü maşından düşərək narkotik vasitəni götürmüşdür. Məhkum1 onun üzərində aşkar olunan narkotik vasitənin miqdarının 5,46 qram olması barədə məhkəmə iclasında verdiyi ifadə də yuxarıda qeyd edilən sübutlarla təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr məhkumların ifadələrinə qiymət verərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, onların cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələr digər sübutlarla təsdiq olduğundan həqiqə tə uyğun və doğru ifadələrdir. Beləliklə iş materiallarından görünür ki, məhkəmələr ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 hökmdə təsvir edilmiş şəraitdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etməsi və saxlaması təsdiq olunmuşdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüqu qi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İş materialından görünür ki, Məhkum1 və Məhkum2 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddənin dispozisiyasında olan tərkib əlamətləri olmuş, həmin əlamətlər sübutlar əsasında müəyyə n edilmişdir. Ona görə də məhkumların əməllərinin həmin maddələrlə tövsif edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı həmin Məcəllənin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi ilə əlaqədar qeyd edilməlidir ki, apellyasiya məhkəməsi bu barədə nəticəyə gələrək Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında verilmiş tövsiyələrə əsasən cinayət işinin hallarını düzgün qiymətləndirmişlər. Belə ki, Ali Məhkəmə Plenumunun yuxarı qeyd edilən qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətl əndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 2 06.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Cinayət işinin materiallarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 narkotik vasitələrin İran ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilənədək İran vətəndaşına həmin narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisində gizlənildiyi yerdən götürüb təyinat üzrə çatdırılmasını vəd etməklə narkotik vasitənin qaçaqmalçılığında köməkçi funksiyasını yerinə yetirmişlər. Başqa sözlə işdəki sübutlardan görünür ki, nə Məhkum1, nə də Məhkum2 narkotik vasitələrin sərhəddən bilavasitə keçirilməsində iştirak etməmiş, narkotik vasitələrin sərhəddən bilavasitə keçirildiyi məqamda hansısa köməkçi funksiyasını yerinə yetirməmiş, onlar yalnız artıq sərhəddən keçirilmiş narkotik vasitəni qəbul edəcəkləri və İrandan sonr adan veriləcək göstəriş əsasında lazımi ünvana çatdıracaqları barədə ümumi cinayətin İrandakı təşkilatçısına vəd verərərək qaçaqmalçılıq cinayətində narkotik vasitəni sərhəddən bilavasitə keçirən şəxsin köməkçisi qismində iştirak etmiş, beləliklə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 əmələri CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və məhkumların əməllərinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəmələri yuxa rıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz s übutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkum1 oğlunun kassasiya şikayətinin daha bir digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndiril ən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olma sını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən toplanılmaqla qəti olaraq üzərində 8(səkkiz) il 9(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlamışdır. Məhkumlar Məhkum1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərd ə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi Məhkum1 cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmış təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə uyğundur. Ona görə də kassasiya şikayətinin cəzanın öz sərtliyinə görə ədalətsiz olması barədə dəlili ilə razılaşmaq olmur. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq kassasiya şikayətlərinin təmin edilmədən, Şirvan A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar