Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-479/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X4 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli 1(100)-6/2023 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 23 avqust 1972-ci ildə Ermənistan Respublikası, Mehri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, x rayonu x qəsəbəsində qeydiyyatda olmamaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsini n 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 fevral 2021-cil il tarixdən hesablanması, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X13 tərəfindən Məhkum münasibətdə verdiyi mülki iddialar üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) X13 tərəfindən Zərərçəkmiş şəxs2 və "X" ASC-yə münasibətdə verilmiş mülki iddiaların baxılmamış saxlanılması müəyyən edilmişdir. Hökmdən zərərçəkmiş şəxslərin hüquqi varisləri X13 və X10, Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə, zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(104)-17/2024 nömrəli (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və mə ruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri, apellyasiya şikayətinə əlavə və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X10, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X13, Məhkum müdafiəçisi İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2024-cü il tarixli 1(102)-1392/2024 nömrəli (hakimlər: Nəsibov Hafiz Qənbər oğlu (sədrlik e dən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət məhkəmə tərkibində) qərarına əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X10, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin hüquqi varisi X13, Məhkum müdafiəçisi İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından həmçinin dövlət ittihamçısı tərəfindən də kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur, o na görə ki, o, 16 avqust 2020-ci il tarixdə saat 09:56-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət edərək yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçməməli olduğu halda, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 6-cı hissəsinin tələblərinə riayət edərək yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən artıq olan nəqliyyat vasitəsinin hərəkətinin xüsusi qaydada həyata keçirilməsini, yəni iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, hərəkət vaxtı və hərəkət surətinə münasibətdə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla və hökmən müşayiət avtomobili ilə müşayiət edilməli olduğu halda həmin tələblərə əməl etməyərək qeyd olunan Nazirliklərlə razılaşdırmadan qabaq hissəsinə bərkidilmiş biçin üçün nəzərdə tutulmuş qurğu ilə birlikdə eni 3,85 metr olmaqla 1.1 üfiqi nişanlama xəttini (bütöv ağ xətti) kəsib keçən, Zərərçəkmiş şəxs2 məxsus, etibarnamə və AB XXXX nömrəli sürücülük vəsiqəsi əs asında idarə etdiyi “NEW Holland TC 5050” markalı, **-*-*** dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsi ilə müşayiət avtomobili ilə müşayiət edilmədən Samux-Gəncə avtomobil yolunun Çobanabdallı kəndindən keçən 4-cü kilometrliyində, Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən “İnstitut dairəsi” adlanan yerin yaxınlığında onunla əks istiqamətdə, qarşıdan gələn X7 idarə etdiyi “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə X7 ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinciyin, uzunsov beyinin yumşaq qişalarına, beyin mədəciklərinə, baş beyinin yumşaq qişasına, ənsə nahiyəsində qansızmalar, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma, burun sümüklərinin hər iki almacıq, əng, çənə sümüklərinin dişlərin sınması, sağ qaşüstü nahiyənin, hər iki dodaqların əzilmiş yaraları, sağ gözaltı nahiyənin qançırı, boyun nahiyəsinin açıq travması, qırtlaq, nəfəs borusu, yemək borusunun boyun hissəsinin, ümumi yuxu arteriyalarının qopması, əzilmiş yaraları, İ, İİ, İİİ boyun fəqərələrinin qəlpəli sınması, ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sağ tərəfində İ, İİ, İİİ qabırğaların kürək xətti ilə, sol tərərəfdə isə İ, İİ qabırğaların orta körpücük xəttlə, İİİ qabırğanın və ön qoltuqaltı xəttlər üzrə sınması, sol körpücük, sol said sümüklərin orta 1/3 hissədən və sol əlin V barmağın orta falanqasının orta hissəsindən sınması, sol çiyin nahiyəsinin sıyrığı və yarası, sol bazu, sol əl nahiyələrinin əzilməsi ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla başın gövdədən tam, küt, travmatik amputasiyası nəticəsində ehtiyatsızlıqdan X-in ölümünə, “Mersedes Benz C180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş sərnişin X1 təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə nahiyələrdə qansızma, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma, üst çənə, sol almacıq sümüklərinin və dişlərin üst çənədə sınması, döş sümüyü İİİ qabırğa səviyyəsindən köndələn sınması, döş qəfəsinin sol tərəfində İ, İİ, İİİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol əlin İ barmağının dırnaq falanqasından qopması, amputasiyası, sol qaş, alt çənə nahiyələrinin əzilmiş yaraları, sol əl, sol bazu nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sınığı ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağla mlığa ağır zərər vurulmaqla açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Ləman Süleymanzadənin ölümünə, həmçinin “NEW Holland TC 5050” markalı, **-*-*** dövlət qeydiyyat nişanlı kombayn mexaniki nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3-yə 40021,92 manat məbləğində, “Mersedes Benz C-180” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs1 isə 9080 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya p rotestini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ləğv olunmalı və iş yeni apellyasiya baxışın təyin edilməlidir. Belə ki, iş üzrə hər iki zərərçəkmis şəxsin hüquqi varisləri ibtidai istintaqın əvvəlindən hökm çıxarılan günədək təqsirləndirilən şəxsdən şikayətçi olmuşlar. Bununla yanaşı təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirinin olmadığını bildirmişdir. Bu amillər məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmamışdır. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatında da zərərçəkmis Ləman Süleymanzadənin atası olan hüquqi varisi Nazim Süleymanov təqsirləndirilən şəxsə ağır cəza təyin olunmaqla, onun cəzalandırılmasını tələb etmiş, həmçinin iş üzrə digər hüquqi varis cəzaya müna sibət bildirərkən aralarında hər hansı razılığın olmaması, təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən tələb etmişdir. Belə olduğu təqdirdə təqsirləndirilən şəxsə maddənin sanksiyasında minimum olan, cəzaçəkmə müəssisəsinin növünə təsir edən 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi açıq-aşkar təqsirləndirilən şəxsin şəxsiyyətinə, törətdiyi əmələ, həmçinin əmələ olan münasibətinə uyğun olmamışdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varislərdən biri ilə barışması onun barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsini tələb etmir. Hətta hər iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi belə təqsirləndirilən şəxsə maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilməsini mütləq şərtləndirmir. Göründüyü kimi həmin normanın tətbiqi məhkəməyə yalnız əsas cəza kimi 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasından daha ağır cəza təyin etməsini qadağan edir. Beləliklə, məhkəmə Məhkum onun törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X13 çıxış edərək, məhkuma verilmiş cəzadan daha ağır cəza verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tu tulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya protestinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun əd alət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın t əyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş ci nayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini n əzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərə n əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yü ngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Samux rayon İcra hakimiyyəti başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 noyabr 2020-ci tarixli 593 və 614 nömrəli arayışlarından və xasiyyətnaməsindən görünür ki, Məhkum ailə üzvləri X11, X12 və X8 ilə birlikdə Samux rayon İnstitut qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41. 2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestind ə Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPMin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tə rəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittiha mçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 7 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-479/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-479/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver