Məhkəmə qərarları › İş №1(102)-48/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-48/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-48/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi – X80nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.M.Abasov, hakimlər M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xxxx xxx 1988-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan3ndə kirayədə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cə zasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 08 may 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən Məhkum 08 may 2018-ci il tarixdə saat 01 radələrində sürücülük vəsiqəsi və nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməsi olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Pajero İO” markalı, ** xx xx xx *** qeydiyyat nişanlı avtomobillə ünvan5də 40 km/saat sürətlə hərəkət edərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şər ait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməməsi səbəbindən idarəetməni itirməsi nəticəsində avtomobil divara dəyərək aşmış, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan X1 almış olduğu alın, təpə və sağ gicgah sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları, baş-beyin qişaları altına, mədəciklərinə və toxumasına qansızmaları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərindən ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim K.H.Əkbərov, hakimlər F.A.Qasımov və S.A.Mirzəyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X4 tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, nəticədə o, Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş ədalət prinsipinin tələblərinə cavab verməyən həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilməsini, Məhkum Cinayət Məcəl ləsinin 263-1.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını xahiş etmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 11 fevral 2020-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə XXXX65nin 11 fevral 2020-ci il tarixli 17/32-433 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Mə hkum ərizəsini nəzərə alıb, dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayəti geri qaytarılsın. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar