Məhkəmə qərarları › İş №1(102)-48/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-48/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-48/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: O.Y.Cəlilov (sədrlik edən və məruzəçi), X.A.Nuriyev və N.F.Quliyevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum - xx xxxxxx 1995-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, məhkumluğu olmayan, fərdi balıqçılıqla məşğul olan, Ünvan1-də qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bil inərək, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzalarına, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. Həmin hökmlə X5 da təqsirli bilinib məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, X6 oğlu öz aralarında, habelə İran İslam Respublikasının ərazisində olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun İran İslam Respublikasının ərazisində olan üzvləri əldə etdikləri külli miqdarda-1755 qram narkotik vasitə olan heroini xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Xəzər dənizində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib dəniz suyunda əvvəlcədən razılaşdırılmış koordinat üzrə sahəyə qoyduqdan sonra bu barədə Məhkum məlumat verilmişlər. Bundan sonra Məhkum və XX əldə edilmiş razılığa və ümum i cinayətkar niyyətə uyğun olaraq birlikdə həmin narkotik vasitəni götürmək məqsədi ilə xx xxxxxxxx 2018-ci il tarixdə səhər saatlarında, XXun istifadəsində olan «Taxta» tipli «Mariner-75» markalı mühərriklə təchiz olunmuş qayıqla Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub şöbəsinin Astara rayonunda yerləşən 2-ci yanalma körpüsündən müvafiq qaydada Xəzər dənizinə çıxıb dəniz suyunda gizlədilmiş iki ədəd bağlamada külli miqdarda-1755 qram narkotik vasitə olan heroini götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamış və həmin narkotik vasitəni qayıqla sahilə daşıyarkən saat 09 radələrində ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən hərəkətlərinin müşahidə edildiklərini gördükdə Məhkum iki ədəd bağlamada olan narkotik vasitən i suya atmış və onlar qayıqla istiqamətlərini dəyişib dənizin dərinliyinə bir az getdikdən sonra geri, sahilə çıxdıqdan sonra Sahil Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılmışlar, həm də Məhkum suya atıldığı iki ədəd bağlamada dəniz suyana atdığı külli miqdarda-1755 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.İ.Novruzov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və F.K.Soltanovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və barəsində obyektiv qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona elan edilmiş ittiham sübuta yetirilməmişdir, cinayət işinin faktiki halları araşdırılmamışdır. Cinayət qanunun normaları düzgün tətbiq edilməmiş, ona ağır cəza təyin edilmişdir. Ona görə də kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhk əməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmun da hüquqi qiymət vermişdir. Məhkum kassasiya şikayətini mücərrəd dəlillərlə əsaslandıraraq göstərmişdir ki, ona elan edilmiş ittiham sübuta yetirilməmişdir, cinayət işinin faktiki halları araşdırılmamışdır, cinayət qanunun normaları düzgün tətbiq edilməmiş, ona ağır cəza təyin edilmişdir. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq qrupun İran İslam Respublikasının ərazisində olan üzvləri əldə etdikləri külli miqdarda-1755 qram narkotik vasitə olan heroini xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Xəzər dənizində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib dəniz suyunda əvvəlcədən razılaşdırılmış koordinat üzrə sahəyə qoyduqdan sonra bu ba rədə Məhkum məlumat vermişlər. Bundan sonra Məhkum və XX əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq birlikdə həmin narkotik vasitəni götürmək məqsədi ilə xx xxxxxxxx 2018-ci il tarixdə səhər saatlarında, XXun istifadəsində olan «Taxta» tipli «Mariner-75» markalı mühərriklə təchiz olunmuş qayıqla Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub şöbəsinin Astara rayonunda yerləşən 2-ci yanalma körpüsündən müvafiq qaydada Xəzər dənizinə çıxıb dəniz suyunda gizlədilmiş iki ədəd bağlamada külli miqdarda-1755 qram narkotik vasitə olan heroini götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamış və həmin narkotik vasitəni qayıqla sahilə daşıyarkən saat 09 radələrində ərazidə xidmət aparan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən hərəkətl ərinin müşahidə edildiklərini gördükdə Məhkum iki ədəd bağlamada olan narkotik vasitəni suya atmış və onlar qayıqla istiqamətlərini dəyişib dənizin dərinliyinə bir az getdikdən sonra geri, sahilə çıxdıqdan sonra Sahil Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılmışlar, həm də Məhkum suya atıldığı iki ədəd bağlamada dəniz suyana atdığı külli miqdarda-1755 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkumun kassasiya şikayətində göstərdiyi ona elan edilmiş ittihamın sübuta yetirilməməsi, cinayət işinin faktiki hallarının araşdırılmaması və cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi barədə mücərrəd dəlillər əsassızdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum etirafedici ifadələr verərək ona elan edilmiş ittihamın məzmununa tam uyğun ifadə vermişdi r. Onun cinayət əməlləri digər təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirlərinin və istintaq hərkətlərinin protokolları ilə sübut olunmuş, sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edilmişdir. Toplanmış və ittihamın əsası kimi məhkəmənin hökmündə şərh edilmiş sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində məhkum ona ağır cəza təyin edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsinin hökmündə göstərilir ki, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğun un yoxlanmasına dair tələbnamə, məhkəmə hökmünün surəti və Astara rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışı ilə müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmiş, “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1.5-ci bəndinə əsasən Məhkum xx xxxx 2014-cü il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab etmişdir ki, xx xxxx 2014-cü il tarixli hökm üzrə Məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Astara rayon İHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Məhkum ünvan 1 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallara uyğun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci v ə 234.4.1, 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının nisbətən aşağı həddində ona cəza təyin etmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şik ayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar