Məhkəmə qərarları › İş №1(102)-48/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-48/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-48/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Zə rərçəkmiş şəxs iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022ci il tarixli qərarından Dövlət ittihamçısı2 Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X10 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin (sədrlik edən hakim X23) 14 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci ildə Kəlbəcər rayonu Bağlıpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayə sində 3 azyaşlı uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Zümürxan kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasını iş yeri üzrə çəkməklə cəzanın əvvəlinin qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməsi, mülki iddianın qismən təmin olunması, Məhkum 191.587,45 manatın tutulub dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi) X17 və X2 ibarət tərkibdə) 4 aprel 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(021)-1/021 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, (VÖEN: **********) öz adından, eyni zamanda digər vergi ödəyiciləri, o cümlədən fiziki şəxs X12 (VÖEN:**********) və X18 (VÖEN:**********) adından Azərbaycan Respublikasından meyvə və tərəvəz məhsullarının ixracı fəali yyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 96.1, 97.1, 101.3, 130.1, 130.2, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edərək, külli miqdar təşkil edən 2457005,94 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum fərdi sahibkar olaraq həyata keçirdiyi fəaliyyətdən 2016-cı il üzrə ümum i gəliri 23192057,28 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 19326714,40 manat, vergiyə cəlb olunmalı gəliri 3865342,88 manat və bu gəlirdən dövlət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 773068,58 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində qeyd olunan vergini 15000,0 manat məbləğində bəyan edib ödəməklə, külli miqdar təşkil edən 758068,58 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, o, fərdi sahibkar olaraq həyata keçirdiyi fəaliyyətdən 2017-ci il üzrə ümumi gəliri 28485391,50 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 23737826,25 manat, vergiyə cəlb olunmalı gəliri 4747565,25 manat və bu gəlirdən dövlət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 949513,05 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində vergi tutulan dövriyyəsinin olmadığını bəyan edib, 1800,0 manat ödəməklə, külli miqdar təşkil edən 947713,05 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan əlavə, o, X6 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə ümumi gəliri 6732035,82 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 5610029,85 manat, vergiyə cəlb olunmalı gəliri 1122005,97 manat və bu gəlirdən dövlət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 224401,19 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində dövriyyəsinin olmadığını bəyan edib, 95,32 manat ödəməklə, 224305,87 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan əlavə, o, X18 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə ümumi gəliri 15814500,40 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 13178750,34 manat, vergiyə cəlb olunmalı gəliri 2635750,06 manat və bu gəlirdən dövlət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 527150,01 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində dövriyyəsinin olmadığını bəyan edib, 231,57 manat ödəməklə 526918,44 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 18448 nömrəli, xx.xx.2018-ci il tarixli 9724 nömrəli, xx.xx.2018-ci il tarixli 23864 nömrəli, xx.xx.2018-ci il tarixli 24978 nömrəli, xx. xx.2018-ci il tarixli 23867 nömrəli rəyləri ilə Məhkum vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə ödəmələr nəzərə alınmaqla yayındırılmış vergi məbləğinin 2.457.005,94 manat olması öz təsdiqini tapmışdır. Bərdə Rayon Məhkəməsinin qərarına əsasən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının xx.xx.2020-ci il tarixli 24576 nömrəli və xx.xx.2021-ci il tarixli 9/4860 nömrəli ekspert rəyləri verilmiş, həmin rəylərdə yayındırılmış vergi məbləğinin 2.457.005,94 manat deyil, 191.587,45 manat olduğu göstərilmişdir. Məhkəmə, iş üzrə əvvəlki ekspertizalarla sonuncu ekspertizalar arasında ziddiyyət olmasına baxmayaraq xx.xx.2021-ci il tarixli 9/4860 nömrəli ekspert rəyini əsas götürərək hökm çıxarmışdır. Halbuki, təqsirləndirilən şəxs tərəfindən təqdim edilən sənədlərdə olan xə həq iqiliyi və reallığı məhkəmə tərəfindən yoxlanılmadan iş üzrə ekspertiza təyin edilmişdir. Göründüyü kimi, iş üzrə ibtidai istintaq zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2017-ci il tarixli 18448 nömrəli, xx.xx.2018-ci il tarixli 9724 xx.xx.2018-ci il tarixli 23864 nömrəli, xx.xx.2018-ci il tarixli 24978 nömrəli, xx.xx.2018-ci tarixli 23867 nömrəli rəyləri daha inandırıcı və əsaslıdır. Apellyasiya məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə, sübutları qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini CM-in 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı qəbul etmişdir. Dö vlət ittihamçısı kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Mülki iddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi sahibkar Məhkum xərclərinin uçotunu aparmaması işin mübahisəsiz halıdır. Bu xüsusat və Məhkum tərəfindən məhkəmə istintaqı zamanı təqdim olunmuş alış aktlarının saxtalaşdırılmış xərc sənədləri olması ilə sübut olunur. Həmin sənədlərin sonradan tərtib olunmasını və məhkəmə istintaqını yayındırmaq məqsədi daşıdığını sübuta yetirən daha bir fakt isə Məhkum xx.xx.2018-ci il tarixdə vergi orqanına verdiyi izahatında ixr ac etdiyi məhsullara görə malların alışını və məhsulların daşınmasına görə heç bir sənəd almadığını bildirməsidir. Sözügedən sənədlər olduğu halda verilməməsi onun ziyanına olan hal olduğundan həmin sənədlərin mövcüd olmasını istisna edir. Həmçinin nəzərə alınmalıdır ki, qeyd olunan sənədlər ibtidai istintaq zamanı da istintaqa təqdim edilməmiş və təqdim edilə də bilməzdi. Ona görə ki, həmin ciddi uçot blankları 2019- cu il tarixdə çap edilmişdir. Başqa sübutlar olmadan həmin faktın olması onu deməyə əsas verir ki, 2019-cu il tarixdə çap edilmiş ciddi uçot blankının 2 (iki) il əvvəlki tarixə tərtib edilməsi məhkəməni və Ekspertiza Mərkəzini aldatmağa hesablanmışdır. Eyni zamanda həmin səndələrin sonradan tərtib olunmasını və Məhkəmə istintaqını yayındırmaq məqsədi daşıdığını sübuta yetirən daha bir fakt isə Məhkum xx.xx.2018-ci il tarixdə vergi orqanına verdiyi izahatında ixrac etdiyi məhsullara görə malların alışını və məhsulların daşınmasına görə heç bir sənəd almadığını bildirməsidir. Sözügedən sənədlər olduğu halda verilməməsi onun ziyanına olan hal olduğundan həmin sənədlərin mövcüd olmasını istisna edir. Qeyd olunan sənədlər ibtidai istintaq zamanı da ciddi uçot blankları 2019-cu il tarixdə çap edildiyindən təqdim edilə bilməzdi. Bundan başqa, 2016-cı il üçün tərtib olunmuş alış aktında vətəndaş X11 (FİN: 1NT3Y8D) guya 71030 kq pomidor alınması qeyd olunmuş, vətəndaşın 2019-cu il tarixdə yeni aldığı şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilmişdir. Məhkum məhkəmə istintaqı dövründə hazırlayaraq təqdim etdiyi “malların alış aktları” xərc sənədi kimi tanınmaq b axımından qanunvericilik normalarının tələblərinə cavab vermədiyi üçün xərc sənədi kimi qəbul edilməsi yolverilməzdir. Tərəflərindən adları alış aktlarında göstərilən şəxslərin seçmə üsulla məhkəmə prosesində şahid qismində cəlb edilməsinə dair və ekspert rəylərində göstərilən məsələlərin aydınlaşdırılması ilə bağlı təkrar komisyon ekspertizanın keçirilməsi barədə vəsatətləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya məhkəməsi isə bütün bu ziddiyyətələrə aydınlıq gətirilməsi ilə bağlı hər hansı tədbir görməmişdir. Mülki iddiaçı kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgü nlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən n ormanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilm əsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Kassasiya protestində və kassasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsini 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclas ında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliy in tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci mad dəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, istər ittiham tərəfinə, istərsə də müdafiə tərəfinə aid olan proses iştirakçıları təqsirləndirilən şəxsin 2016-2017-ci illərdə fərdi sahibkar kimi öz adından və digər iki nəfər şəxsin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, özünün və onların adından xarici ölkəyə meyvə-tərəvəz göndərməsini, bu fəaliyyətə görə gəlir vergisi ödəməli olmasını, lakin vergiləri ödəməməsini, yəni vergini ödəməkdən yayınmasını mübahisələndirmirlər. Vergi xidməti Məhkum sahibkar kimi fəaliyyət göstərdiyini və 2016-2017-ci illər üzrə vergidən yayındığını iddia edir, təqsirləndirilən şəxs Məhkum isə həqiqətən də həmin illərdə vergi ödəyicisi kimi xarici ölkəyə meyvə-tərəvəz göndərdiyini, həmin illər üzrə vergi ödəmədiyini qəbul edir. Belə olan vəziyyətdə mübahisənin nədən ibarət olması aydınlaşdırılarkən müəyyən edilir ki, yaranmış fikir ayrılığı yayındırılan verginin məbləği ilə bağlıdır. Belə ki, vergi orqanı yayındırılan məbləğin 2.457.005,94 manat olduğunu iddia etdiyi halda birinci instansiya məhkəməsi bu məbləğin 191.587,45 manat olduğu nəticəsinə gəlmişdir. Bununla da, aşağı instansiya məhkəmələri ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmamış və şəxsin əməlini istintaq orqanı tərəfindən elan edilmiş CM-nin 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif etm işlər. Məhkəmələr ibtidai istintaq dövründəki ekspert rəylərinin mötəbər sübut kimi qəbul edilməməsinin səbəblərini bir daha araşdıraraq qeyd etmişdir ki, həmin rəylər araşdırma aparılmadan, yalnız vergi orqanlarının gəldiyi nəticələri təsdiq etdiyinə, habelə rəylərin özündə də göstərildiyi kimi vergi orqanlarının aktlarına əsaslandığına görə işin həqiqi hallarını əks etdirməyən sübutlardır və mötəbər sayılıb qəbul edilə bilməz. Həmçinin bu rəylər və onların əsasını təşkil edən vergi yoxlama aktları ehtimallara əsaslandığına görə ittihamın əsasını təşkil edə bilməz. Cinayət işi üzrə müəyyən edilmiş hallardan aydın olur ki, verilmiş ittihama əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan Məhkum (VÖEN: **********) tərəfindən öz adından həyata keçirdiyi sa hibkarlıq fəaliyyətindən 2016-ci il üzrə 773.068,58 manat, 2017-ci il üzrə 949.513,05 manat məbləğində fiziki şəxsin gəlir vergisi, X6 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə 224.305,87 manat fiziki şəxsin gəlir vergisi, X18 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə 526.918,44 manat fiziki şəxsin gəlir vergisi olmaqla ümumilikdə 2.457.005,94 manat vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırmışdır. Məhkum oğlunun 2016-2017-ci illər üzrə büdcəyə ödənilməli gəlir vergisinin məbləğini xərclərini təsdiq edən sənədlərin (ixrac etdiyi malların alışını təsdiq edən sənədlər) tam olmaması səbəbindən birbaşa müəyyən etmək mümkün olmamış və bu səbəbdən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği Vergi Məcəlləsinin 67.1-ci, 67.14-cü və 83. 9-cu maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarları əsasında şərti rentabellik səviyyəsi 20% götürülərək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 31 avqust 2017-ci il tarixli 18448 saylı ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli akt və şəxsi hesab vərəqəsində göstərilənlər nəzərə alındığı təqdirdə fiziki şəxs Məhkum tərəfindən dövlət büdcəsinə ödəməli olan vergi borcu 775265.63 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mə rkəzindən alınmış 04 dekabr 2018-ci il tarixli 23864 saylı ekspert rəyindən qeyd olunur ki, rəyin tədqiqi hisəsində göstərildiyi kimi, fizki şəxs Məhkum fəaliyyəti üzrə hesablanmış vergi borcu məbləğinin düzgünlüyünün müəyyən edilməsi üçün yuxarıda göstərildiyi kimi, iş materiallarında mühasibat sənədləri (qaimə, faktura, VHF-hər, kassa mədaxil-məxaric orderləri, ödəniş tapşırıqları və s.) gömrük sənədləri (tam olmadığından) və s. öz əksini tapmamışdır. Belə olduğu halda Məhkum fəaliyyəti üzrə vergi orqanı tərəfindən hesablanmış vergilərin düzgünlüyünü müəyyyən etmək mümkün deyildir. Lakin yuxarıda da qeyd olunduğu kimi, istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərilmişdir ki, kameral vergi yoxlaması ilə hesablanmış 934513.05 manat məbləğində gəlir vergisinin hesblanmas ına əsas olmuş dövriyyənin düzgünlüyü baza məlumatlarına əsasən istintaqla sübuta yetirilmişdir. İstintaq düzgünlüyü müəyyən olunmuş dövriyyə məbləği və istintaq orqanının məktubuna əlavə olaraq təqdim olunmuş anoloji vergi ödəyicisi haqqında xidməti məktubda göstərilənlər nəzərə alındığı təqdirdə fiziki şəxs Məhkum fəaliyyəti üzrə cəmi ödənilməmiş vergi borcu 934513.05 manat məbləğində müəyyən oluna bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 dekabr 2018-ci il tarixli 23978 saylı ekspert rəyindən qeyd olunur ki, rəyin tədqiqi hisəsində göstərildiyi kimi, fizki şəxs X18 fəaliyyəti üzrə hesablanmış vergi borcu məbləğinin düzgünlüyünün müəyyən edilməsi üçün yuxarıda göstərildiyi kimi, iş materiallarında mühasibat sənədləri (qaimə, faktura, VHF-hər, kassa mədaxil-məxaric orderləri, ödəniş tapşırıqları və s.), gömrük sənədləri (tam olmadığından) və s. öz əksini tapmamışdır. Belə olduğu halda X18 fəaliyyəti üzrə vergi orqanı tərəfindən hesablanmış vergilərin düzgünlüyünü müəyyyən etmək mümkün deyildir. Lakin yuxarıda da qeyd olunduğu kimi, istintaq orqanının ekspertiza təyini haqqında qərarında göstərilmişdir ki, kameral vergi yoxlaması ilə hesablanmış 526918.44 manat məbləğində gəlir vergisinin hesblanmasına əsas olmuş dövriyyənin düzgünlüyü baza məlumatlarına əsasən istintaqla sübuta yetirilmişdir. İstintaq düzgünlüyü müəyyən olunmuş dövriyyə məbləği və istintaq orqanının məktubuna əlavə olaraq təqdim olunmuş anoloji vergi ödəyicisi haqqında xidməti məktubda göstərilənlər nəzərə alındığı təqdirdə fiziki şəxs X18 fəaliyyəti üz rə cəmi ödənilməmiş vergi borcu 526918.44 manat məbləğində müəyyən oluna bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14 may 2018-ci il tarixli 9724 saylı ekspert rəyindən qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan səyyar vergi yoxlaması ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə hesablanmış 758068.58 manat məbləğində gəlir vergisinin və 02 mart 2018-ci il tarixli vergi borcu aktı, şəxsi hesab vərəqəsi və bəyannamə məlumatlarına əsasən fiziki şəxs Məhkum tərəfindən aprılmış əməliyyatla görə ümumilikdə 771115.95 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməməsi müəyyən edilir. Lakin birinci instansiya məhkəməsindəki icraat zamanı fərdi sahibkar Məhkum 20162017-ci illər ərzində xarici ölkəyə ixrac etdiyi məhsulların, yəni meyvə-tərəvəzin əldə olunma mənbəyinə, qiymətlərinə və ümumilikdə həmin illərdəki dövriyyəsinə dair aliş aktları təqdim etmiş, həmin sübutların əsasında birinci instansiya məhkəməsi məhkəmə ekspertizaları təyin etmiş və vergidən yayındırılan fərqli məbləğlər müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06 iyul 2020-ci il tarixli 24576 saylı təkrar məhkəmə-mühasibatlıq ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Məhkum tərəfindən 2016-2017-ci illər üzrə aparılmış əməliyyatlara görə ümumilikdə dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin 48870.48 manat məbləğində az hesablanması müəyyən olunur. (2016-cı il üzrə 25.361.05 mana t, 2017-ci il üzrə -23.509.43 manat). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 26 fevral 2021-ci il tarixli 9\4860 saylı komission məhkəmə-mühasibatlıq ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təyin edilmiş komission məhkəmə-mühasibat ekspertizası ilə təqdim edilmiş cinayət işi materialları və ekseptlər qarşısında qoyulmuş suallar üzrə aşağıdakılar müəyyən edilir: Birinci sual üzrə: Vergi orqanı tərəfindən vergi ödəyicisi X3 X24 və Məhkum Ocaqveri oğluna aparılmıış yoxlamalar zamanı yoxlamaya xərc sənədləri təqdim edilmədən hesablanmış gəlir vergisi məbləği Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması departamenti tərəfindən təyin edilmiş məhkəməmühasibat eksp ertizaları ilə verilmiş ekspert rəylərindən də göründüyü kimi kameral vergi yoxlaması ilə fiziki şəxslər üzrə hesablanmış gəlir vergisi zamanı yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri təqdim edilmədiyindən vergi orqanı tərəfindən vergiyə cəlb olunan gəliri və bu gəlirdən dövlət büdcəsinə ödənilməli olan gəlir vergisini birbaşa hesablamaq mümkün olmadığına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 və xx.xx.2003- cü il tarixli 42 nömrəli qərarlarına əsasən sahibkarın əldə etdiyi gəlir və bu gəlirdən dövlət büdcəsinə ödənilməli olan gəlir vergisi hesablanmışdır. Həmin Qərarın 1-ci maddəsində qeyd edilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Vergi Məcəlləsinin 67ci maddəsinin tələblərinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır (maddə 67.14). Həmin maddənin 1-ci bəndinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasib at uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsin də olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67-ci maddəsinin 2-ci bəndinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin f əaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eynicinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eynicinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi Həmin maddənin 3-cü bəndinə əsasən isə vergilər əlaqəli məlumatlar və anoloji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğinin anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Göründüyü kimi, vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadıqda ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tələb edilən şərtlərə uyğun hesablamalar aparılmalı, yalnız bu hərəkətlər həyata keçirildikdən sonra vergi ödəyicisinin gəlirlərini və ya xərclərini yenə də müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanmalı idi. Mövcud iş materiallarından göründüyü kimi Vergi Məcəlləsinin 67-ci 'maddəsinin tələblərinə riayət edilməmiş, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməmiş, birbaşa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırl anmış vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına uyğun şərti 20 faiz dərəcə ilə rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. İkinci və üçüncü suallar üzrə: Ekspertizaya təqdim olunmuş alış aktlarına və mövcud iş materiallarına əsasən hər bir vergi ödəyicisində iş cəmi mövcud xərclər illər üzrə göstəricilər aşağıdakı kimidir: Fiziki şəxs Məhkum üzrə: 2016-cı il üzrə cəmi xərclər- 23.065.252,04 manat; 2017-ci il üzrə cəmi xərclər-- 28.367.844,36 manat. Fiziki şəxs X7 üzrə: 2017-ci il üzrə cəmi xərclər - 6.272.508,40 manat. Fiziki şəxs X28 üzrə: 2017-ci il ü zrə cəmi xərclər 15.560.442,96 manat. Dördüncü sual üzrə: Təqdim edilmiş mövcud iş materiallarında olan vergi ödəyiciləri üzrə xərc sənədi (alış aktları) nəzərə alınmaqla gəlir vergisinin məbləği ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən edilir: Fiziki şəxs Məhkum üzrə 2016-cı il üçün: ümumi gəlir- 23.192.057.28 manat, cəmi xərclər -23.065.252.04 manat, vergiyə cəlb olunan gəlir-126.805.24 manat, gəlir vergisi (20%) -25.361.05 manat 2017-ci il üçün: ümumi gəlir-28.485.391.50 manat, cəmi xərclər-28.367.844.36 manat, vergiyə cəlb olunan gəlir-117.547.14 manat, gəlir vergisi (20%) -23.509.43 manat Fiziki şəxs X7 üzrə: ümumi gəlir- 6.732.035.82 manat, cəmi xərclər 6.272.508.40 manat, vergiyə cəlb olunan gəlir 459527.42 manat, gəlir vergisi (20%) 91.905.48 manat Fiziki şəxs X28 üzrə: Ümumi gəlir -1 5.814.500,40 manat, cəmi xərclər- 15.560.442.96 manat, vergiyə cəlb olunan gəlir -254.057.44 manat, gəlir vergisi (20%)- 0.811.49 manat Beşinci sual üzrə: Vergi ödəyiciləri üzrə xərc sənədi nəzərə alınmadan gəlir vergisinin məbləği Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında vergi cinayətlərinin ibtidai araşdırılması depatamentinin istintaq idarəsi tərəfindən təyin edilmiş ilkin məhkəmə- mühasibat ekspertizaları ilə verilmiş fiziki şəxs Məhkum üzrə xx.xx.2018-ci il tarixli, 9724 saylı, fiziki şəxs X12 üzrə xx.xx.2017-ci il tarixli, 18448 saylı, xx.xx.2018-ci il tarixli, 23867 saylı və fiziki şəxs X28 üzrə xx.xx.2018-ci il tarilxli, 24978 saylı ekspert rəylərində öz əksini tapmışdır. Qeyd edilir ki, alış aktlarında göstərilən məhsulun növü yük gömrük bəyannamələrində ixrac edilmiş mə hsulların növü ilə eynilik təşkil edir. Məhkəmə-mühasibat ekspertizalarının qeyd olunan rəylərinin müqayisəli təhlili zamanı ibtidai istintaq və məhkəmə istintaqı zamanı təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri arasında hesablanmış vergi məbləğlərində fərqli rəqəmlərin yaranmasına əsas olmuş və məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticələrinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyləri ibtidai istintaqdan fərqli olaraq müdafiə tərəfinin təqdim etdiyi xərc sənədləri (alış aktları) əsasında verilmişdir ki, bu da hesablanan vergi məbləğlərinin fərqli rəqəmlərlə ifadə olunması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş ə baxan məhkəmələr ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə razılaşmadıqları halda, məhkəmə istintaqı zamanı yenidən təyin edilən təkrar və komisyon ekspertiza rəylərində müdafiə tərəfinin təqdim etdiyi alış aktlarının xərc sənədi kimi qəbul edilməsinin mümkünlüyünü, həmin sənədlərin qanunvericilik aktlarının tələblərinə uyğun olub-olmamasını araşdırmamışdır. Halbuki alış aktları vergi məbləğinin müəyyən edilməsində və bundan asılı olaraq məhkumun əməlinin tövsif edilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, cinayət işinin materiallarında olan və mülki iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki: - 2016-cı il üçün tərtib olunmuş alış aktında vətəndaş X11 (FİN: 1NT3Y8D) 71030 kq pomidor alınması qeyd olunmuş, vətəndaş ın 2019-cu il tarixdə yeni aldığı şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilmişdir. 2016-cı il üçün tərtib olunmuş alış aktında vətəndaş X1 (FİN: 3S0P0YA) 103100 kq xurma alınması qeyd olunmuş, vətəndaşın 2014cü il tarixdə şəxsiyyət vəsiqəsini dəyişdirməsinə baxmayaraq, 2005-ci ildə aldığı şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilmişdir. - xx.xx.2016-cı il tarixli aktda vətəndaş X15 72500 kq nar alındığı əvəzində 108750,0 manat məbləğ ödəndiyi qeyd olunmuşdur. Xaçmaz rayon Ləcət Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli mətubunda qeyd edilir ki, X19 özünə və ailə üzvlərinə məxsus nar bağının olmadığı, lakin mərhum babasına məxsus 2.0 ha pay torpaq sahəsinin onun ailəsi tərəfindən istifadə edildiyi və həmin torpaq sahəsində fındıq bağı əkildiyi bildirilmişdir. Analoji hallar di gər alış aktlarında da müşahidə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən hesablanmış və ibtidai istintaq zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının müvafiq rəyləri ilə müəyyən edilmiş gəlir vergisi məbləği ilə məhkəmə istintaqı zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının rəylərində gəlinən nəticə üzrə hesablanmış vergi məbləğləri arasında fərqin olmasının səbəbi xərc sənədi kimi təqdim edilmiş alış aktlarının məhkəmə istintaqı zamanı və keçirilmiş ekspertizalar zamanı isə ekspertlər tərəfindən xərc sənədi kimi nəzərə alınması olmuşdur. Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar, komisyon ekspertiza rəylərində vergi məbləğlərinin hesablanması üçün əsas olan alış aktlarına isə məhkəmələr tərəfindən yuxarıda qeyd edilən sənədlər baxımından hə r hansı qiymət verilməmiş, göstərilən məsələyə səthi yanaşılaraq araşdırma aparılmamışlar. Ümumiyyətlə işə baxan məhkəmələr iş üzrə keçirilmiş ekspertiza rəyləri arasında ziddiyyətləri aradan qaldırmadan bir sübutun digər sübuta nisbətən üstün qüvvəyə malik olması qənaətinə gəlmiş və bu nəticəyə gəlməyə əsas verən halları kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışlar. Göstərilən hallar isə hazırki cinayət işi üzrə sübut kimi qiymətləndirilən və əməlin tövsifinə təsir edən vergi məbləğlərinin hesablanmasında ekspertlərin istinad etdiyi həmin sənədlərin (alış aktlarının) mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası vergi yoxlamasının əhatə etdiyi dövrdə müdafiə tərəfinin təqdim etdiyi sübutlar (alış aktlarının) mötəbərliyinin və həmin sənədlər əsasında vergi qanunvericiliyin tə ləblərinə uyğun düzgün hesablanmasının aydınlaşdırılmasının hazırki cinayət işi üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılan vergi məbləğlərinin müəyyən edilməsində əhəmiyyətini nəzərə alır və qeyd edir ki, göstərilən məsələyə aydınlıq gətirilməsi təkrar məhkəmə ekspertizasının təyin edilməsi və ekspert qarşısında müvafiq sualların qoyulması yolu ilə mümkündür. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Haki mlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün s übutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində cinayət işi üzrə məhkum məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları, o cümlədən ekspert rəylərini tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən "Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, "...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir - bu qəbul edilən qərarın xarakterindən asılıdır (X20rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərini n əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd o lunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sənədlər müqayisə olunaraq bir daha təhlil edilməli, onlarda olan məlumatların həqiqəti əks etdirib etdirməməsi dəqiqləşdir ilməli və yalnız bundan sonra və nəticəsindən asılı olaraq həmin məsələ həll edilməlidir. Belə ki, apellyasiya məhkəməsi göstərilən məsələyə aydınlıq gətirməmiş və iş üzrə bu barədə mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası bütün qeyd edilənlərə əsaslanaraq hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə işin apellyasiya məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Belə ki, CPM-in 416.1 və 416.1.2-ci maddələrinə əsasən Kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiy ası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, ekspert rəyləri arasında yaranmış yuxarıda şərh olunan ziddiyyətlərin aradanqaldırılması üçün təkrar ekspertizalar müəyyən edilməli, əldə olunmuş və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddə sini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya protesti və kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar