Məhkəmə qərarları › İş №1(102)-48/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-48/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-48/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Rəşad Əliyev (sədrlik edən), Fəhmin Hümbətov (məruzəçi) və Hafiz Əliyev) 1(124)-34/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxxx 1986-cı ildə xxxx rayonunun, xxxx kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum tutu lduğu, həbsdə və evdə dustaqlığında saxlanıldığı ümumilikdə 6 (altı) ay 23 (iyirmi üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmış və qəti olaraq 5 (beş) il 5 (beş) ay 7 (yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 7 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Məhkum «xxxx» şirkətinin baş direktoru vəzifəsində işləyərkən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək, ona "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binada qazlaşdırma işlərini apardığını, bunun üçün vəsaitinin çatmadığını və qazlaşdırma işləri yekunlaşdıqda ödəniş qismində tikinti şirkəti tərəfindən ona veriləcək 63 kv/m sahəsi olan 1 otaqlı mənzilin hər bir kv. metrini 1.000 manata hesablamaqla Zərərçəkmiş şəxs3 sata biləcəyini yalandan vəd verib onu inandırmışdır. Bu məqsədlə həmin şirkət tərəfindən qazlaşdırma işləri yekunlaşanadək girova qoyulmuş qeyd edilən mənzilin girovsaxlayanı qismində Zərərçəkmiş şəxs3 olduğunu qeyd etdirməklə 11 may 2018-ci il tarixli girov müqaviləsinin bağlanılmasına nail olub, binanın qazlaşdırması özü tərəfindən yekunlaşdırıldıqdan sonra mənzilin Zərərçəkmiş şəxs3 sahibliyinə keçəcəyinə dair sonuncuya vəd verməklə onu aldatmış, bununla yanaşı girovla bağlı müqaviləni pərdələmək və sonradan öz dələduzluq hərəkətlərini mülki mübahisə kimi qələmə vermək üçün eyni gündə, yəni 11 may 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 36 ünvanında yerləşən 38 saylı notariat ofisinin inzibati binasında həmin dövrün məzənnəsi ilə 61.200 manat təşkil edən 36.000 ABŞ dollarının Zərərçəkmiş şəxs3 almasına dair yalan əqd kimi borc müqaviləsi bağlamaqla həmin məbləğdə pulu ələ keçirmişdir. Bundan sonra, Məhkum guya həmin mənzilin bahalaşdığını və hər bir kv. metri üçün ona artıq 1.000 deyil, 1.500 manat təklif olunduğunu əsas gətirərək, mənzili baha qiymətə sataraq Zərərçəkmiş şəxs3 pulunu qaytaracağına dair yalan vəd verib Zərərçəkmiş şəxs3 həmin mənzildən Şahid7 xeyrinə imtina etməsinə nail olmuş və qeyd edilən mənzili 30 oktyabr 2018-ci il tarixdə Şahid7 68.000 manata sataraq, nəticədə Zərərçəkmiş şəxs3 61.200 (altmış bir min iki yüz) manat məbləğində külli miqdarda pulunu dələduzluq yolu ilə talamışdır. Bundan başqa o, «xxxx» şirkətinin baş direktoru vəzifəsində işləyərkən təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MTK-nın direktoru olan Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, xxxxx rayonu, xxxx şəhəri, xxxx məhəllədə inşa edilmiş çoxmərtəbəli binalara hər birinin dəyəri 88,58 manat olan 20 mm. diametrli "xxxx" ASC-nin laboratoriyasından keçmiş mexaniki su sayğaclarının bir ədədini 50 manata alacağına və mənzillərə quraşdırılmaqla təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq onu inandırmış, sonra isə 18 noyabr 2019-cu il tarixdə həmin ünvanda yerləşən "xxxx" MTK-nın ofisində, 300 ədəd su sayğacı üçün cəmi 15.000 (on beş min) manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda pulunu dələduzluq yolu ilə talamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 1(105)189/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-34/2022 saylı, 15 dekabr 2022-ci il tarixli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin 03 may 2023-cü il tarixli 1 (105)-189/2023 saylı qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində cinayət işinin araşdırılması “Xalq-City" MTK-nın direktoru olan Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında başlamışdır. Sonradan Abşeron RPİ-nə Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə müraciət etmiş və təqsirləndirilən şəxsin onu aldadaraq 2300 manat məbləğində pulunu mən imsədiyini bildirmişdir. Üçüncü şikayət edən şəxs isə Zərərçəkmiş şəxs3 olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 ilə Məhkum arasında olan pul məsələlərinin Abşeron rayonuna ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Belə ki, işin hallarından da görünür ki, bu iki şəxs arasında borc müqaviləsi Bakı şəhəri Nərimanov rayon ərazisində bağlanmış və pul da həmin ərazidə verilmişdir. Mübahisəli ev isə Bakı şəhəri Xətai rayonu ərazisindədir. Yəni işin heç bir halı Abşeron rayonuna aid deyil. Əfsuslar olsun ki, bu cinayət işinin ibtidai istintaqı zamanı bu nəzərə alınmamış və iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində araşdırılmalı olduğu halda, əsassız olaraq Abşeron RPİ-də istintaqı aparılmışdır. Bununla da həm ibtidai istintaq orqanı tərəfindən, hə m də işin bu hallarını nəzərə almayan məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-in 216-cı maddəsinin tələbləri pozulmuşdur. Cinayət işinin materiallarından da görünür ki, hər üç fakt üzrə Məhkum ilə olan münasibətlər mülki xarakter daşıyır. Belə ki, birinci şikayətçi olan “Xalq-City" MTK-nın direktoru Zərərçəkmiş şəxs2 ilə Məhkum arasında 300 ədəd su sayğacının alınması və quraşdırılması barədə müqavilə bağlanmış və bu müqavilə əsasında da ilkin işlər görülmüşdür. Lakin sonradan həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi onun iradəsindən asılı olmayan obyektiv səbəblərdən baş tutmamışdır. Lakin əfsuslar olsun ki, həm ibtidai istintaq orqanı, həm də məhkəmə onun bu əməlini dələduzluq kimi qiymətləndirmişdir. Eyni zamanda məhkəmə "xxxx" MTK-nın direktoru ilə Məhkum arasında 1 ə dəd su sayğacının dəyərinin 50 manat dəyərində razılaşdırılmasını, lakin ‘Azərsu” ASC-nin əməkdaşları tərəfindən 2020-ci ildə tərtib edilmiş hesab-fakturada isə 88 manat 58 qəpik olmasını və Məhkum niyyətinin əvvəldən pulu mənimsəmək olduğu qənaətinə gəlməsi kimi göstərilmişdir. Kassator hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Məhkəmə 2-ci epizod üzrə, yəni Zərərçəkmiş şəxs1 ilə əlaqədar düzgün nəticəyə gəlmiş və həmin epizodu mülki xarakterli iş kimi qəbul etmişdir. Əfsuslar olsun ki, 3-cü şikayətçi olan Zərərçəkmiş şəxs3 ilə Məhkum arasında olan münasibətlər mülki xarakterli olduğu halda, həm ibtidai istintaq orqanı, həm də məhkəmə həmin halı dələduzluq kimi qəbul etmiş və bu da əsassız olaraq Məhkum edilməsinə səbəb olmuşdur. İşin hallarından da görünür ki, Məhkum ilə Zə rərçəkmiş şəxs3 2004-cü ildən bir-birini tanıyırlar və aralarında dostluq, yoldaşlıq münasibətləri olmuşdur. Məhkum da ondan aylıq faizlər ödəmək şərti ilə kreditə pul götürmüş və borcunun xeyli hissəsini ödəmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən də işin bu halları nəzərə alınmamış və yenə də Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi qənaətinə gəlinmişdir. İşin bütün bu halları Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılmadığı kimi, Sumqayıt Apelyasiya Məhkəməsində də ətraflı araşdırılmamış və yenə də əsassız olaraq Məhkum dələduzluq cinayətini törədilməsi qənaətinə gəlinmişdir. Məhkəmə Məhkum barəsində ittiham hökmü çıxarmaqla həm Azərbaycan Respublikası CM-in, həm Azərbaycan Respublikası CPM-in, həm də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bu qərarında da göstərilir ki, fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan məsələlər dələduzluq kimi qiymətləndirilə bilməz və həmin məsələlərə mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan iba rətdir ki, Məhkum əməlləri mülki xarakter daşıyır, lakin məhkəmələr əsassız olaraq həmin əməlləri dələduzluq cinayəti kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili əsaslı hesab etmir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələ n, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göründüyü kimi kredit, borc və ya müəyyən xidmətlərin göstərilməsi barədə müqavilələrin mövcüdluğu həmin müqavilələr üzrə pulun əldə edilməsi ilə əlaqədar əməlin dələduzluq kimi qiymətləndirilməsini istisna etmir. Belə olan halda dələduzluq cinayət əməllərinin mülki münasibətlərdən fərqlənən əsas amil ondan ibarətdir ki, şəxs həmin müqavilə üzrə pul alarkən niyyəti həmin pulun müqabilində müqaviləyə uyğun olaraq üzə rinə götürülmüş öhdəliyin yerinə yetirməsi deyil, həmin pulun əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun. Cinayət işinin materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərdən pul alıb onları aldadaraq, həmin pulların müqabilində üzərinə götürülmüş öhdəliklərin yerinə yetirmək niyyətində olmamış, öhdəliklərin yerinə yetirməsi ilə əlaqədar işlərin görülməsi barədə görüntü yaratmaq üçün onlarla müqavilə bağlamışdır. Məhkum Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadələri ilə təqsirləndirilən şəxsin ifadələrinin müqayisəli təhlili ilə yanaşı, şahidlərin ifadələri və digər sübutlarla, istintaq hərəkətlərinin protokolları ilə təsdiq edilir. Belə ki, Məhkum ifadələrində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün Z ərərçəkmiş şəxs3 müraciət etmiş və sonuncu ona 2018-ci ilin may ayında faizləri ilə ödənilməsi şərti ilə 36.000 ABŞ dolları məbləğində borca pul vermiş, borc müqaviləsi notariat kontorunda təsdiq olunmuşdur. Bu zaman Zərərçəkmiş şəxs3 dərhal ondan 6.000 ABŞ dollarını faiz kimi almış, sonra isə o, Zərərçəkmiş şəxs3 nağd şəkildə bir neçə dəfəyə 8.000 manat pul qaytarmışdır. Həmin vaxtlar "xxxx"-nin MMC-nin ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binalarının qazlaşdırmasını apardığı üçün həmin şirkət ilə müqavilə bağlamış və görüləcək işlər müqabilində şirkət girova qoymaqla ona 1 otaqlı 63 kvadrat metr sahəsi olan mənzil verilməsini təklif etmişdir. O, Rafisə bu haqda məlumat vermiş və Rafis ona həmin evi almaq istədiyini demiş buna görə də mənzilin girov müqaviləsinə əsasən Rafisin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Rafislə belə razılaşmışlar ki, Rafis həmin mənzil üçün verilməli olan 100.000 manat pulun onun Rafisə qalan 25.000 ABŞ dollarını çıxdıqdan sonra qalan 57.500 manat şirkətə ödəyəcək və sonra həmin ev Rafisə qalacaq. Lakin, Rafis həmin məbləğin çox olduğunu fikirləşdiyindən mənzildən notarial qaydada imtina etmişdir. Onun Rafisə 25.000 ABŞ dolları məbləğində pul borcu qalmış, lakin maddi imkanı olmadığından həmin məbləğdə pulu ödəməmişdir. Məhkumun hər iki zərərçəkmiş şəxsdən görəcəyi iş və ya xidmətə, verəcəyi əmlaka görə pul aldığı təsdiq olunur. Məhkum həmin pulların qaytarmamasını isə maddi imkanın olmaması ilə izah etmişdir. Məhkum tərəfindən Zərərçəkmiş şəxs3 6.000 ABŞ dolları və 8.000 manat məbləğində pul verməsini qeyd etsə də, pul məbləğlərinin qaytarılmasına dair hər hansı bir əsaslı şübhə yaratmayan mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, Məhkum tərəfindən Zərərçəkmiş şəxs3lə bağlanmış borc müqaviləsi və girovsaxlayan kimi Zərərçəkmiş şəxs3 adına bağlanmış qırov müqaviləsinin rəsmiləşdirilməsi eyni tarixdə, yəni 11 may 2018-ci il tarixdə baş vermişdir. Bu isə bir daha Məhkum ifadəsində guya borc müqaviləsi bağlandıqdan bir müddət sonra qalan borcunun müqabilində həmin mənzili Zərərçəkmiş şəxs3 təklif etməsinin və sonuncunun baha olması səbəbindən mənzildən imtina etməsinin yalan olmasının aşkar sübutudur. Məhkum dələduzluq yolu ilə, Zərərçəkmiş şəxs3in pulunu ələ keçirmək niyyətinin olmasının daha bir sübutu onun həmin mənzilin dəyərinin guya 100.000 manata yaxın olması və həmin qiymətə satacağını Zərərçəkmiş şəxs3 bild irməklə onun həmin mənzilə girovsaxlayan hüquqlarından imtina etməsinə nail olması və sonradan mənzili 68.000 manata digər şəxsə, yəni Şahid7 satması olmuşdur. Məhkum mənzil satandan sonra da əldə edilmiş puldan borcu qaytarmaması onun Zərərçəkmiş şəxs3 pullarını dələduzluq yolu ilə əldə etmək niyyətini təsdiq edir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Məhkum tərəfindən "xxxx" ASC-nin laboratoriyasından keçmiş su sayğaclarının dəyərindən aşağı qiymətə alıb təhvil verəcəyini vəd etməsi aldatmadan ibarət dələduzluq cinayətinin üsulu olmuşdur. Belə ki, təqsirləndirilən şəxs podratçı kimi sifarişçiyə hər hansı bir iş yerinə yetirməmiş və bu işin yerinə yetirilməsi üçün hər hansı bir real addım belə atmamışdır. O, yerinə yetirilməsi mümkün olmayan, yəni 01 ədədinin dəyəri 8 8,58 manat olan su sayğacının 50 manata alacağını vəd edərək zərərçəkmiş şəxsi aldatmış və onun niyyəti belə yolla Cabir Əliyevin pulunun ələ keçirilməsi olmuşdur. İşin bu halları açıq göstərir ki, Məhkum zərərçəkmiş şəxslərlə müqavilələr bağlanarkən həmin müqavilələrin şərtlərini icra etmək niyyətində olmamış, həmin müqavilələri zərərçəkmişlərin etibarı qazanmaq, onları aldatmaq və bu yolla onların pullarını əldə etmək məqsədi ilə bağlamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum əməlləri əsaslı olaraq dələduzluq kimi qiymətləndirilmiş və kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Kassasiya şikayətinin digər dəlili hazırki cinayət işi üzrə ibtidai istintaq aidiyyətinin pozulması ilə əlaqədardır. Belə ki, kassator hesab edir ki, hazırki cinayət işi üzrə istintaq aidiyyəti ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 216-ci maddəsinin tələbləri pozulmuş, Məhkum barəsində olan cinayət işi üzrə ibtidai istintaqın Abşeron Rayon Polis İdarəsində aparılması qanunsuz olmuşdur. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, cinayət işinin materiallarından və Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, o Rafiz Şəfiyevə qarşı dələduzluq əməli 2018-ci ildə Bakı şəhəri Nərimanov rayonunun ərazisində, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq əməli 18 noyabr 2019-cu il tarixdə Abşeron rayonu Xırdalan şəhərində törətmişdir. Göründüyü kimi hazırki cinayət işi üzrə ibtidai istintaqın sonuncu cinayətin törətdiyi yer üzrə, yəni Abşeron Rayon Polis İdarəsində aparılması qanuna zidd olmamış, kassasiya şikayətinin bu barədə dəlili əsass ızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara ha nsı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bil məsə də, onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübu tlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıd a göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yo xdur. Məhkum əməllərinin tövsifi ilə əlaqədar kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında bu kateqoriya cinayət işlərinə baxan məhkəmələrə verilmiş izahlara tam uyğundur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya koll egiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəzasını yüngülləşdirən (59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olması və 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs2 vurulmuş 15.000 manat məbləğində maddi ziyanın tamamilə ödənilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi) halların olmasını və cəzasını ağırlaşdıran halların isə olmaması qənaətinə gəlmiş və Məhkum cəza təyin edərkən həmin halları nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı nı kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cin ayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar