Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-48/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İbrahimov Hafiz Beykəs oğlunun, Bəraət almış şəxs və onun müdafiəçisi Əyyubzadə Fuad Azad oğlunun, Bəraət almış şəxs 2, Məhkum 1 və müdafiəçisi Ağayev Mənsi Zülfi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 1(103)-92/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 1(002)20/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim T.Ə.Qurbanov) xx.xx.1967-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "Qaradağ-SC” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmiş, xx.xx.1954-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "Qaradağ-SC Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin mühafizəsi və elektrik təsərrüfatı üzrə direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, xxx ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmiş, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, "Qaradağ-SC” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, x ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən, M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş 02 (iki) il müddətə texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı Ramazanov Əsədulla Qəzənfər oğlu tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-c ü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixli əmr və əmək müqaviləsi əsasında "Qaradağ-SC” MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə müvafiq dövlət orqanları tərəfindən "Qaradağ” ASC-nin istifadəsinə və xx.xx.2021-ci i l tarixli müqavilə əsasında "Qaradağ-SC” MMC-nin idarəetməsinə (icarəsinə) verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, "Qızıldaş-1” əhəngdaşı yatağında, müəssisənin rəhbəri olaraq bilavasitə məsuliyyət daşıdığı halda, əmək vəzifələrini yerinə yetirməyib yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsini, istehsalın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq, müəssisədə işçilərlə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim, təlimatlandırma və peşə hazırlığının, faktiki olaraq işçilərin biliklərinin yoxlanılmasının keçirilməsini təmin və təşkil etməyərək, kombaynın istismarına dair işlərin təhlükəsiz görülməsinə cavabdeh olan məsul şəxs (şəxslər) təyin etsə də müəssisənin rəhbəri olaraq işçiləri müvafiq qaydada tərtib olunmuş əməyin mühafiz əsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla təmin etməyək, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrənməyərək, işə xüsusi ixtisas hazırlığı olmayan şəxsləri buraxaraq, işçiləri xüsusi geyim və qorunma vasitələri ilə təmin etməyərək, təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialları tətbiq etməyərək, işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasının təmin olunması üçün müşahidələr aparmayaraq və bunu mütəmadi təşkil etməyərək "Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qayları”nın 84-cü bəndinin, "Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı "Tikinti norma və qaydaların”nın 3.33-cü bəndinin və "Yerin təki haqqında” Azərbaycan Resp ublikası Qanununun 9, 22-ci maddələrinin tələblərini pozmuş, nəticədə 08 və ya xx.xx.2021-ci il tarixindən etibarən daşkəsən maşının (kombaynın) maşinisti vəzifəsinə sərbəst işə buraxılmış X7 xx.xx.2021-ci ildə saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, 4-cü sahədə hərəkətdə olan daşkəsən maşının (kombaynın) mühərrikinə bağlanmış sürətlər qutusu ilə reduktor arasındakı vala ilişib sıxılıb-dartılaraq aldığı sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasından İbarət həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlərdən və kəskin daxili qanitirm ədən baş vermiş travmatik və hemorragık şokdan hadisə yerində ölmüş, bununla da əməyin mühafizəsi qaydalarını pozaraq ehtiyatsızlıqdan X3 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixli əmr və əmək müqaviləsi əsasında "xxxx" MMC-nin direktor müavini vəzifəsində işlədiyi dövrdə müvafiq dövlət orqanları tərəfindən "xxxx" ASC”nin istifadəsinə və xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin idarəetməsinə (icarəsinə) verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, müəssisənin istehsal, elektrik təsərrüfatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə direktor müavini olaraq bilavasitə məsuliyyət daşıdığı halda, əmək vəzifələrini yerinə yetirməyib yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməs ini, istehsalın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq, müəssisədə işçilərlə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim, təlimatlandırma və peşə hazırlığının, faktiki olaraq işçilərin biliklərinin yoxlanılmasının keçirilməsini təmin və təşkil etməyərək, kombaynın istismarına dair işlərin təhlükəsiz görülməsinə cavabdeh olan şəxs olaraq işçiləri müvafiq qaydada tərtib olunmuş əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla təmin etməyək, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrənməyərək, işə xüsusi ixtisas hazırlığı olmayan şəxsləri buraxaraq, işçiləri xüsusi geyim və qorunma vasitələri ilə təmin etməyərək, təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialları t ətbiq etməyərək, işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasınm təmin olunması üçün müşahidələr aparmayaraq və bunu mütəmadi təşkil etməyərək “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 84-cü bəndinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4- 80 saylı “Tikinti norma və qaydaları”nın 3.33-cü bəndinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 22-ci maddələrinin tələblərini pozmuş, nəticədə 08 və ya xx.xx.2021-ci il tarixindən etibarən daşkəsən maşının (kombaynın) maşinisti vəzifəsinə sərbəst işə buraxılmış X7 xx.xx.2021-ci ildə saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, 4-cü sahədə hərəkətdə olan daşkəsən maşının (kombaynın) mühərrikin ə bağlanmış sürətlər qutusu ilə reduktor arasındakı vala ilişib sıxılıb-dartılaraq aldığı sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasmdan ibarət həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlərdən və kəskin daxili qanitirmədən baş vermiş travmatik və hemorragik şokdan hadisə yerində ölmüş, bununla da əməyin mühafizəsi qaydalarını pozaraq ehtiyatsızlıqdan X3 ölümünə səbəb olmuşdur. Məhkum müvafiq dövlət orqanları tərəfindən "xxxx" ASC-nin istifadəsinə verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağının xx.xx.2021-ci il tarixli müqavilə əsasında idarəetməyə (icarəyə) götürmüş "xxxx" MMC direktorunun xx.xx.2021-ci il tarixli əmri və əmək müqa viləsi əsasında həmin tarixdən 4-cü sahənin rəisi vəzifəsində işlədiyi dövrdə əmək vəzifələrini yerinə yetirməyərək “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 4-7 və 84-cü bəndlərinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.19 bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili Ümumi tələblər” 12.0.004-90 DÜST (dövlət standartının) 3.1, 4.4, 7.1, 7.2, 7,3 bəndlərinin tələblərini pozub yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsini təmin etməyərək X5 işə qəbulu barədə əmr verilmədən və onunla əmək müqaviləsi bağlanmadan, müvafiq proqramlar əsasında peşə hazırlığı və təlim keçmədən, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrətmədən, komissiya tərəfi ndən bilikləri yoxlanılıb qiymətləndirilmədən, xüsusi geyim və qorunma vasitələri ilə təmin etmədən, sağlam və təhlükəsiz iş şərait yaratmadan və buna nəzarət etmədən, istismar edilən daşkəsən maşının (kombaynın) saz vəziyyətdə olmasını, yəni işarəverici, işıqlandırma və əyləc vasitələrlə, hərəkətdə olan hissələrini qoruyucu vasitələrlə təmin etmədən və yoxlamadan 08 və ya xx.xx.2021-ci il tarixindən etibarən daşkəsən maşının (kombaynın) maşinisti vəzifəsinə sahə rəisi olduğu Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında 4-cü sahədə sərbəst işə buraxmış, nəticədə X7 xx.xx.2021-ci İl tarixdə, saat 17:30 radələrində həmin sahədə hərəkətdə olan daşkəsən maşının (kombaynın) mühərrikinə bağlanmış sürətlər qutusu ilə reduktor arasındakı vala ilişib sıxılıb-dart ılaraq aldığı sağ tərəfli N-MMV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasından ibarət həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlərdən və kəskin daxili qanitirmədən baş vermiş travmatik və hemorragik şokdan hadisə yerində ölmüş, bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan X3 ölümünə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi sübuta yetirilməməsi və əməllərində cinayət tərkibi olmaması barədə nəticəyə gəlib, onlara həmin maddə ilə irəli s ürülmüş ittiham üzrə bəraət vermiş, Məhkum isə yuxarıda sadalanmış əməllərin törədilməsində təqsirli bilərək sonuncunun CM-in 162.2-ci maddəsi ilə məhkum edilməsi barədə qənaətə gəlmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum ibtidai istintaq zamanı verdikləri ifadələrlə, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və sair sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirlilikləri kifayət qədər sübut olunduğu halda, məhkəmələr sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünümüdafiə xarakterli ifadələri, eyni zamanda ziddiyyətli ekspertiza rəyləri əsasında təqsirliliklərinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib onlara bəraət vermişlər. Dövlət ittihamçısı iddia edir ki, aşağı instansiya məhkəmələri işin faktiki hallarını araşdırmadan, təqsirləndirilən şəxs Məhkum istintaq və məhkəmə zamanı verdiyi ifadələrini təhlil etmədən, onun yalnız digər təqsirləndirilən şəxslərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la uzlaşan ifadələrini üstün tutmaları, eyni ilə hərtərəfli araşdırmaya və obyektiv əsaslara söykənməyən qiymətləndirmə aparmaları - ədalət mühakiməsinin şərtlərinə uyğun qənaət sayıla bilməz. Məhkəmələr Məhkum işə gö türməsilə bağlı MMC-nin direktoruna məlumat verməməsi qənaətinə gələrkən bunun nə üçün həmin rəhbər şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas olmadığını açıqlamamışlar, hansı qanunvericilik normasına əsasən, hadisə baş verən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə münasibətdə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını təmin etmək öhdəliklərinin olmamasını, bu halda məsuliyyətin yalnız Məhkum üzərinə düşdüyünü əsaslandırmamışlar. Bununla da, məhkəmə istintaqı zamanı əldə edilmiş xx.xx.2023-cü il tarixli təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizası və xx.xx.2023-cü il tarixli, 10/2525 nömrəli təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının əsassız və qanunsuz rəylərinə üstünlük vermişdir. Kassasiya protestinin müəllifi hesab ed ir ki, məhkəmələr ibtidai istintaq orqanı tərəfindən toplanılmış sadalanan həmin sübutlarda öz əksini tapan dəlilləri cinayət işi üzrə toplanmış bütün sübutların məcmusu ilə əlaqəli şəkildə deyil, sadəcə Məhkum istintaq zamanı sonradan verdiyi və digər təqsirləndirilən şəxslərin ifadələri ilə uzlaşan ifadəsinə istinadən yolverilməz sübutlar hesab etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçi si Ağayev Mənsi Zülfi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün əsasların (Qarabağ Müharibəsi veteranı, himayəsində dörd uşağı olmaqla onlardan biri yetkinlik yaşıma çatmamış, biri isə azyaşlı olması, ailədə yeganə qazanc gətirən şəxs olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi, CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması kimi məsuliyyəti yüngülləşdirən halların) olmasına baxmayaraq, məhkəmələr onu Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişlər, nəticədə o həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkumun müdafiəçisi kas sasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə gös tərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ağayev Mənsi Zülfi oğlu kassasiya şikayətində birinci instansiya məhkə məsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən (CM-in 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkumun cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında birinci instansiyası məhkəməsinin hökmünü qüvvədə saxlamaqla səhv nəticəyə gəldiyini, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələb ləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə əsassız bəraətin verilməsi ilə bağlı dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi c inayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada tə sbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəy ə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparı lmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Xüsusi ilə nəzərə alınmalıdır ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində (bəraət almış şəxslərin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, məhkum edilmiş şəxs Məhkum və şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və 30 aprel 2024-cü il tarixli ekspert rəyləri ilə, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olması sübuta yetirilməməsi əsası ilə onlara Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsinin t əqdim olunmuş sübutların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, beləliklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyinin sübuta yetirilməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir, kollegiya isə apellyasiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklikl ər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə b axışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən (məhkəmə tərəfindən dövlət ittihamçısının vəsatəti əsasında yenidən ekspertiza keçiri lmiş, yekun rəydə yalnız "xxxx" MMC-nin sahə rəisi Məhkum tərəfindən pozuntulara yol verildiyi göstərilmişdir), kassasiya protestində apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, hazırkı kassasiya müraciətində irəli sürülmüş dəlilərə geniş şərh vermədən, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşaraq onların təsdiqi ilə kifayətlənmək mümkündür. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya prot estinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlunun kassasiya şikayəində irəli sürülmüş Məhkum cəzasının həddindən artıq ağır olması, sonuncu barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi haqqında iddialara və cəzanın yüngülləşdirilməsinə dair tələblərə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblərlə də razılaşmaq üçün əsas görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halları na və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yün gülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhk um münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında müdafiə tərəfinin iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsinə dair iddia sonuncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddələri 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, b irinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən yüngülləşdirən hal kimi hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin et mişdir. Göründüyü kimi müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, apellyasiya şikayətində irəli sürülmüş cəzanın şərti məhkum etmənin tətbiq edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətinin dəlilləri birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair m əhkumun, bəraət almış şəxslərin və müdafiəçilərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 1(103)-92/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protesti, habelə Məhkum müdafiəçisi Ağayev Mənsi Zülfi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 1(103)-92/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-48/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-48/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver