Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-480/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum ve rdiyi kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim F.N.Mahmudov, hakimlər S.Ə.Əzizov və E.İ.Rüstəmovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1986-cı ildə ünvan2-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məcburi köçkün, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan3-də qeydiyyatda olmaqla ünvan4-də məskunlaşmış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məh rum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması, Məhkum əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının əsas cəzanın çəkildiyi bütün müddə tə və əsas cəzanın çəkilib-qurtarmasından sonra hökmlə müəyyən edilmiş əlavə cəza müddətinə şamil edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ç.B.Məmmədov, hakimlər T.A.Muxtarov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş əsas cəzanın müddəti artırılaraq ona həmin maddə ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən həmin cəza Məhkum hökmlə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavə vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xx xxxxxx 2017-ci il tarixdə, saat 06:15 radələrində özünə məxsus, texniki cəhətdən s az vəziyyətdə olan “VAZ 21072” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan5-də şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərinə əsasən piyadaları vurduqdan sonra hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerində getməməli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtomobili saatda 60 km/saat sürət dən artıq olmayan sürətlə hərəkət etdirməli olduğu halda bunları etməyərək, cinayətkarcasına özünə güvənib, avtomobili 80 km/saat sürətlə hərəkət etdirərkən həmin vaxt asfalt yolu sağ tərəfdən sol tərəfə doğru piyada hərəkət edən X3 və sonuncunun əri, X5 asfalt yolu piyada keçəmələrinə baxmayaraq avtomobili dayandırmayaraq hərəkətinə davam etmiş, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə sonuncuları ehtiyatsızlıqdan vuraraq, X3nın başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası və sağ gicgah nahiyəsinin qançırı, döş qəfəsi nahiyəsinin sıyrıqları, ağ ciyərin yaralanmarı, sol bazu, sol qalça, sol baldır (qamış və incik) sümüklərinin qapalı qəlpəli sınıqları, sol bazu və sol qalça, sağ baldır nahiyələrinin, sol diz oynağı və sol baldır nahiyələrini əhatə edən sahənin qançırları, sol diz oynağ ı və sol baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş sümüyü və çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralamaları nəticəsində baş vermiş kəskin qanitirmə ilə əlaqədar ölümünə, həmçinin, X5in başın sol gicgah nahiyəsində əzilmiş-soyulmuş yara, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar, sol körpücük, İ-İİ-İİİ qabırğaların sınığı, sağ bazu oynağının çıxığı, sağ baldır sümüklərinin qapalı, qəlpəli sınıqları, döş qəfəsi, sol bel, sol bud, sol əl, sol diz oynağı, sol baldır, sol ayaq pəncəsi, sağ ayaq pəncəsi, sağ baldır nahiyələrinin sıyrıqları, sol dirsək oynağı nahiyəsinin əz ilmiş yaraları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid edilən başın küt travması nəticəsində kəllə sümüyünün sınıqları ilə baş beyin toxumasına, qişalarına, mədəciklərinə qansızmalar ilə müşayiət olunmaqla ehtiyatsızlıqdan ölümünə səbəb olmuş və yolnəqliyyat hadisəsi barəsində müvafiq orqanlara xəbər vermədən, xəsarət alanlara yardım göstərmədən, yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmələr, xüsusilə ona hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini artıran apellyasiya instansiyası məhkəməsi tərəfindən onun məsuliyyətini yüngülləşdirən, hətta barəsində Cinayət Məcəlləsinin 62,70-ci maddələrinin təbiqin ə əsas verən hallar, o cümlədən könüllü gəlib təqsirini boynuna alması, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərdən biriinin hüquqi varisi X7 ilə barışması, həmin hüquqi varisin ona qarşı şikayət və tələbinin olmaması, məcburi köçkün olması, himayəsində olmuş ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkən atasının o, cəza çəkdiyi dövrdə vəfat etməsi, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət xarakterizə olunması, əməlindən səmimi peşman olması nəzərə alınmamış, nəticəsə Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi üzrə məsələləri tənzimləyən normalarının tələbləri pozulmuş və o, şəxsiyyətinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Kassasiya şikayətində xüsusilə qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi əsassız olaraq zərərçəkmiş şəxsin hüquqi va risi X6 apellyasiya şikayətini təmin etmiş, o cümlədən guya onun həmin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməməsi barədə dəlillə razılaşmışdır. Halbuki, o və qohumları həmin zərərçəkmiş şəxsin qohumları ilə barışığa cəhdlər etmiş, dəymiş ziyanın ödənilməsi məqsədi ilə 20.000 manat pul, uşaqlara yardım və aylıq pul təminatı təklif olunmuş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi X15 bu təkliflərlə razılaşmayaraq 100.000 manatın ödənilməsi tələb etmişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə zərərçəkmiş şəxslə (zərərçəkmiş şəxsin hüquqi varisi ilə) barışığa görə cəzadan azad edilməni nəzərdə tutan 80-1 -ci maddə əlavə olunduğundan və onun zərərçəkmiş şəxsin hüquqi varisi X7 ilə barışması, sonuncunun şikayət və tələbinin olmaması hökmlə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirildiyindən, o, CM-in həmin maddəsinə əsasən cəzadan azad edilməlidir. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilərək ona təqsirli bilindiyi əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulmuş aşağı həddən də az cəzanın təyin edilməsini və yaxud barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il tarixli Qanununun tətbiq edilməsini və yaxud apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsi nin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə birinci və apellyasiya instansiyası məhkəmələrində cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə yüngüllə şdirilməsi və yaxud “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxx 2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə əlavə edilmiş 80-1-ci maddəyə əsasən cəzadan azad edilməsi və yaxud apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv eddilməklə işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini (əlavə ilə birlikdə) Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını a lmaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağı rlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qayda larına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin nəzərdə tutduğu - CM-in 62.1-ci maddəsində göstə rilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə, habelə CM-in 41.2-ci maddəsində əksini tapmış cəzanın məqsədləri ilə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəx sə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən ka ssasiya şikayətinin və ona əlavənin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, kassasiya şikayətində və ona əlavədə göstərilənlərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi Məhkum cəzasını yüngülləşdirən halları, o cümlədən könüllü gəlib təqsirini boynuna almasını (CM, maddə 59.1.10), himayəsində iki azyaşlı uşağının olmasını (CM, maddə 59.1.4), zərərçəkmiş şəxs X3 hüquqi varisi X8 ilə barışmasını, həmin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını, məcburi köçkün olmasını, atasının ağır şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, yaşayış yerindən verimiş xasiyyətnamədə müsbət xarakteriz ə olunmasını, əməlindən səmimi peşman olmasını nəzərindən qaçırmamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar mövzusunda birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Lakin, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş X5 hüquqi varisi X6 hökmlə təyin olunmuş cəzanın yüngüllüyünə görə mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxarkən təsvir edilən cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, cəzanın təqsirkarın islah olunmasına, başqaları tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri və CM-i n 41.2-ci maddəsində təsbit edilən cəzanın digər məqsədləri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə və cinayətlərin məcmusu üzrə təyin edilmiş müvafiq olaraq 7 (yeddi) il və 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarının onun islah edilməsi, cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi, sosial ədalətin bərpası üçün kifayət etməməsi, Məhkum (əsas cəza olaraq) Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay, bu və CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsi nin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin olunmuş əsas cəzanın müddətini 6 ay (qəti cəzanı 1 il) artırsa da, Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilən Cinayət Məcəlləsinin 59.1.8, 59.1.1059.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardan hər hansı biri olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda cəzanın CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq olmamaq şərti ilə təyin edilməsini təsbit edən normanın tələbini gözləmişdir. Bu qaydada Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-3, 264-cü maddələri ilə ay rı-ayrılıqda və cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar məsuliyyəti yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin pozuntusu kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmış işin hallarını (eləcə də kassasiya şikayətində və ona əlavədə göstərilən digər halları) Məhkum cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarına müvafiq olaraq yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür. Kassasiya şikayətinə əlavədə istinad olunan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasın ın xx xxx 2020-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə əlavə edilmiş 80-1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə” institutuna görə də Məhkum kassasiya tələbləri təmin edilə, o, cəzadan azad edilə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə görə (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsində göstərilən (cinayət məsuliyyətindən azad etmə üçün müəyyən edilmiş) şərt yerinə yetirildikdə, cəza çəkən şəxs sözügedən maddəyə əsasən cəzadan azad edilir. Lakin, Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsində yalnız 263.1-ci maddəsində və ya 263-1.1-ci maddəsində nəzərdə tutulmuş (ehtiyatsızlıqdan zərərçək miş şəxsin sağlamlığına az ağır və yaxud ağır zərərin vurulması ilə nəticələnmiş) cinayətləri törətmiş şəxslərin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi şərti ilə cinayət məsuliyyətindən azad edilməsi təsbit edilmiş, digər nəticələrə səbəb olmuş, o cümlədən Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmamışdır. Odur ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”i, müvafiq olaraq da CM-in 80-1-ci maddəsi Məhkum şamil edilə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya şikayətində və ona əlavədə irəli sürülmüş mübahisələndirilən qərarın ləğvinə və yaxud dəyişdirilməsinə dair tələblərin təmin edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti (əlavəsi ilə birlikdə) təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-480/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-480/2020
02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver