Məhkəmə qərarları › İş №1(102)-480/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-480/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-480/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi i lə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən hakim X13) 31 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olub ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq və məhkəmə dövründə həbsdə (ev dusta qlığında) olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək "həbs” qətimkan tədbirinə dəyişdirilməsi və dərhal məhkəmə iclası zalından həbs edilməsi, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi) X8 və X7 ibarət tərkibdə) 7 iyul 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyas iya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli 1(043)-9/2022 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 4,661 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və 13,53 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən nam əlum vaxtda və şəraitdə əldə edib qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın 1,957 qramını bir bükümdə qablaşdırıb 20 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X1, qalan 11,573 qramını ayrı-ayrılıqda 5,558 qram və 6,015 qram olmaqla iki ədəd kibrit qutularında, qeyd edilən çəkidə narkotik vasitə tiryəki ayrı-ayrılıqda 2,054 qram, 1,757 qram və 0,850 qram olmaqla üç ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün saat 20:00-da Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti ilə X18 prospektinin kəsişməsində saxlanılaraq Gənc ə şəhəri Kəpəz RPİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 4,661 qram narkotik vasitə olan tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 2,054, 1,757 və 0,850 qram olmaqla üç ədəd bükümdə və ümumi təmiz çəkisi 11,573 qram narkotik vasitə olan qurudulmuş marixuana 5,558 qram və 6,015 qram olmaqla iki ədəd kibrit qutularında olmaqla əynindəki gödəkçənin sol iç yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən X4 17 fevral 2021 -ci il tarixdə saat 12:00-da Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində saxlanılaraq Gəncə şəhəri Kəpəz RPİnə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun Məhkum əldə etdiyi ümumi təmiz çəkisi 1,957 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın ön sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qənaətinə görə Məhkum tanışı X3 narkotik maddə satması və üzərindən aşkar edilmiş ayrı-ayrı növdə olmaqla 3 bükümdə ümumi təmiz çəkisi 4,661 qram narkotik vasitə olan tiryəki və 2 kibrit qutusunda ümumi təmiz çəkisi 11,573 qram narkotik vasitə olan qurudulmuş marixuananı saxlamaqda onları satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Gəncə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərarda ona uyğun əsaslandırma aparmışdır. Lakin məhkəmə tərəfindən ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsi və əməlin tövsifi ilə bağlı motivlər tam əsaslandırılmamış, sübutlar bir-biri ilə müqayisəli səkildə təhlil edilməmiş, isin faktiki hallarına uyqun olmayan yanlış nəticəyə gəlinmişdir. Paşayev X10 Məmmədovun üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni ona 20 manat pul müqabilində satmış, üzərindən aşkar edilmiş digər iki növdə ayrı-ayrı xırda bükümlərdə olan narkotik vasitələrin qalan hissəsini isə satış məqsədi ilə saxlamışdır. Məhkəmədə şahid qismində ifadəsi alınmış X4 təqsirləndirilən şəxs Məhkum müdafiə xarakterli ifadə verərək, guya üzərindən aşkar edilmiş narkotik vasitəni Məhkum pulla almadığını, tutulan zaman polislər tərəfindən cibinə qoyulduğunu göstərmiş, məhkəmə isə həmin ifadəyə tənqidi yanaşmamışdır. Məhkəmə hökmdə təqsirləndirilən şəxsin əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edərkən göstərmişdir ki, guya Şahid6 məhkəmə iclasında verdiyi ifadədən müstəqil şəkildə götürüldükdə belə, onun ibtidai istintaqda verdiyi ifadəsi daxilən ziddiyyətlidir. Həmin ziddiyyətin nədən ibarət olmasını hökmdə əsaslandıra bilməyən məhkəmə guya əvvəllər bir yerdə narkotik istifadə edən və Kəmaləddin Məmmədova təmənnasız narkotik vasitə verən Məhkum sonuncu dəfə Kəmaləddin Məmmədova bir büküm marixuananı 20 manat pul müqabilində satmasının sual doğurması qənaətinə gəlmişdir. Məhkəmə narkol oji ekspertizasının rəyinə əsasən müayinə zamanı Məhkum yalnız çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunmuşdur. Saxlanılan zaman isə sonuncunun üzərində qurudulmuş marixuana ilə yanaşı ayrı-ayrılıqda 2,054 qram, 1,757 qram və 0,850 qram olmaqla 3 ədəd bükümdə narkotik vasitə olan tiryək də aşkar olunaraq götürülmüşdür. Məhkəmə gəldiyi nəticədə iki növdə aşkar edilmiş narkotik vasitənin Məhkum üzərindən aşkar edilməklə sonuncuya məxsus olduğunu qəbul etsə də, nədənsə qurudulmuş marixuanadan istifadə etdiyi halda Məhkum üzərində nə məqsədlə əlavə olaraq 3 bükümdə narkotik vasitə olan tiryəki saxlayıb gəzdirməsi faktını hökmdə əsaslandırıb qiymət verə biməmişdir. Bundan başqa məhkəmə nəzərdən qaçırmışdır ki, istə r Məhkum istərsə də Kəmaləddin Məmmədov ibtidai istintaq zamanı ifadələri alınarkən hər iki şəxs müdafiəçi ilə təmin edilmiş və onlar müdafiəçilərinin iştirakı ilə ifadə vermişlər. İbtidai istintaq zamanı həmin şəxslərdən heç biri, həmçinin onların müdafiəçiləri ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum yaxud Kəmaləddin Məmmədovun saxlanılan zaman hər hansı təzyiqə məruz qalması, yaxud onlara qarşı fiziki zorakılıq göstərilməsi ilə bağlı hər hansı dövlət qurumuna müraciət etməmişlər. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi ifadə ilə bağlı yəni, tutulduğu zaman təzyiqə məruz qalması və ifadə verməyə məcbur edilməsi ilə bağlı Gəncə səhəri, Kəpəz rayon məhkəməsinin cinayət prosessual qanunvericiliyinin tələbinə əsasən ibtidai araşdı rmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərdiyi məlumat əsasında Bakı səhəri Nərimanov Rayon Prokurorluqunda araşdırma aparılmış və araşdrma zamanı Məhkum Bas Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması xususatı öz təsdiqini tapmadığından 26 yanvar 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə həmin faktı qəbul edib təqsirləndirilən şəxsin tutulduğu zaman üzərində heç bir narkotik vasitənin olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyqun olmayan ifadə hesab etsə də, nədənsə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni məhz elə satış məqsədilə saxladığını inandırıcı hesab etməmiş bu qənaətə gəlmə səbəbini isə hök mdə əsaslandıra bilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaət ə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ Məhku m törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığını n şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirin i müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gədiyi yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, satış məqsədi ilə qanunsuz olaraq 4,661 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və 13,53 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın 1,957 qramını bir bükümdə qablaşdırıb 20 manat pul müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X1, qalan 11,573 qramını ayrı-ayrılıqda 5,558 qram və 6,015 qram olmaqla iki ədəd kibrit qutularında, qeyd edilən çəkidə narkotik vasitə tiryəki ayrı-ayrılıqda 2,054 qram, 1,757 qram və 0,850 qram olmaqla üç ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istintaq orqa nı tərəfindən Məhkum narkotik vasitənin satışı barədə irəli sürdüyü dəlillər heç də inandırıcılıq və yetərlilik tələblərinə cavab verməmişdir. Həm Məhkum, həm də Kəmaləddin Məmmədov bir-birindən xəbərsiz olaraq məhkəmə istintaqında dindirilərkən hər ikisi polis tərəfindən guya Kəmaləddinin Rəşaddan narkotik vasitəni pulla alması barədə ifadə verməyə məcbur edildiklərini bildirmişlər. Onların hər ikisinin eyni vaxtda və eyni xarakterli ifadələr verməsi həqiqətən hər ikisinin də ifadələrinin “formalaşdırıldığı”na dəlalət edir. Onların son dövrlər mobil telefon əlaqələrinin olması polis tərəfindən müəyyən edilmiş, eyni zamanda onlar ilkin təhqiqat zamanı dindirilərkən bir-birlərini tanıdıqlarını qeyd etmiş və birlikdə narkotik vasitə istifadə etdiklərini bildirmiş, məhz onların bu səbəbdən is tintaq orqanı onların birinin digərindəın narkotik vasitəni pul müqabilində alması barədə yanlış nəticəyə gəlmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum əməlində narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak üçün əldə etməsi sonuncunun barəsində narkoloji ekspertizanın rəyi, özünün narkotik vasitələrdən istifadə etməsi barədə etirafedici ifadəsi, onun barəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallarla təsdiqini tapmışdır. Apellyasiya intansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xara kterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının 17 fevral 2021-ci il tarixli 7/195 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Məhkum üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri: 5,558 qram, 6,015 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 11,573 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2021-ci il tarixli 6/686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Məhkum üzərindən aşkar olunmuş...” yazısı olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,054 qr, 1,757 qr, 0,850 qr ümumi təmiz çəkisi 4,661 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bükümdəki tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Məhkəmə-bioloji ekspertizasının 19 fevral 2021-ci il tarixli 7/202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Məhkum üzərindən götürülmüş 2 ədəd kibrit qutusunda olan mar ixuanalarla X2 üzərindən götürülmüş bir ədəd gümüşü rəngli kağız bükümdəki marixuana tərkiblərinə görə eynidir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 527/K nömrəli ekspert rəyindən görünür ki, Məhkum götürlmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən "Kannabinoid” aşkar edilmiş, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, fenilalkilamin qrupu törəmələri, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. "Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, X3 məxsus bir ədəd "Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üzrə əhəmiyyətli hallar, narko tik vasitələrin alqı-satqısına dair hər hansı məlumat aşkar edilməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini F.Vəliyevin 30 mart 2021-ci il tarixli məktubundan görünür ki, istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığının icrası zamanı Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, cinayətkar əlaqələrini, onun Şahid6 və digər şəxslərlə əlbirliklərinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 957 nömrəli rəyindən gö rünür ki, Məhkum çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. "Diskə baxış keçirilməsi haqqında” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə "Bakcell” MMC-dən daxil olmuş 01 ədəd diskdə Məhkum istifadə etdiyi ******-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və telefon nömrələrinin sahiblərinə dair məlumatlara baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyətli hallar, narkotik vasitələrin alq ı-satqısı ilə bağlı məlumatlar aşkar edilməmişdir. Məhkum məhkəmə iclasında verdiyi ifadəsində tutulduğu zaman ümumiyyətlə onun üzərində narkotik vasitə olmadığını bildirmiş, məhkəmələr həmin ifadəyə tənqidi yanaşaraq hesab etmişlər ki, təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrinin hamısını təkzib edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibət bildirmiş, məhkəməyə verdiyi ifadədə tutulduğu zaman təzyiqlərə məruz qaldığını, nəyə imza etdiyini və nə üçün imza etdiyini bilmədiyini, ibtidai istintaqdakı ifadəsinin təzyiq altında alındığını bildirmişdir Cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş X2 ifadəsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ibtidai istintaq mərhələsində ona polis əməkdaşları tərəfindən təzyiq edilməsi, habelə ona Məhkum videogörüntüsünün göstərilərək Rəşadın onun adını çəkdiyi və ona narkotik vasitəni satdığını deməsinin bildirilməsi nəticəsində məcbur qalaraq həqiqətə uyğun olmayan ifadə vermiş, əslində isə təqsirləndirilən şəxs Məhkum ona narkotik vasitə satmamışdır. Kəmaləddin Məmmədov həm ibtidai istintaqda, həm də məhkəmə iclasında verdiyi ifadələrində əvvəllər bir neçə dəfə Məhkumlə birlikdə qurudulmuş marixuanadan istifadə etdiklərini, narkotik vasitəni R əşadın tapıb gətirdiyini, lakin narkotik vasitə üçün ondan pul almadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin ittihamın əsasını təşkil edən şahidin ibtidai istintaq zamanı verdiyi Məhkum 20 manat pul müqabilində narkotik vasitə alması barədə ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyyət mövcud olması, bu səbəbdən həmin şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi barədə qənaəti əsaslıdır. Belə ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir başqa sübut mövcud deyil, onun yaşadığı mənzilə baxış keçirilsə də, yaşadığı mənzildən heç bir qanunsuz predmet, narkotik vasitə, narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Bütün bunlar isə Məhk um üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana və tiryəkin ümumi miqdarı və bükümlərdəki maddələrin ayrı-ayrılıqda çəkisi onun narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi barədə ibtidai istintaqda verdiyi ifadəsinin inandırıcılığına dəlalət edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq zamanı Bakı istintaq təcridxanasına daxil olan təqirləndirilən şəxs Məhkum bədən səthində müəyyən xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətlərin polis tərəfindən zorakılığa məruz qalarkən və istintaqın ilk günlərində alındığını iddia etmişdir. Bu faktın özü də Məhkum və Kəmaləddin Məmmədovun ibtidai istintaq dövründə verdikləri ifadələrin mötəbərliyini əsaslı şübhə altına alır. Belə ki, ibtidai istintaq orqanı iddia edir ki, təqsirləndirilən şəx s istintaq vaxtı etirafedici ifadə verərək Kəmaləddin Məmmədova narkotik vasitə satdığını bildirmişdir, lakin istintaq orqanı aydınlıq gətirə bilməmişdir ki, əgər təqsirləndirilən şəxs narkotik vasitə satdığını həqiqətən etiraf etmişdirsə, hansı səbəbdən onun bədəni üzərində xəsarətlər yaranmışdır. Təqsirləndirilən şəxsin “etirafedici” ifadəsi əslində həqiqəti əks etdirməmişdir. Belə ki, təqsirləndirilən şəxsin xəsarət alması faktı üzrə prokurorluq tərəfindən araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarında prokurorluq göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum üzərində olan xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən edilmir, bu səbəbdən cinayət işinin başlanması rədd olunmalıdır. Göründüyü kimi prokurorluq orqanı təqsirləndirilən şəxsin üzərində ol an xəsarətlərin mövcudluğu faktı ilə razılaşsa da bu xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi müəyyən olunmadığına görə cinayət işinin başlanmasını rədd etmişdir. Bouyid Belçikaya qarşı iş üzrə 8 oktyabr 2014-cü il tarixli X15 Hüquqları Məhkəməsi qeyd etmişdir ki, həmin işdə hökumət bildirib ki, ərizəçilər tərəfindən təqdim edilən tibbi arayış nə xəsarətin sillə nəticəsində əmələ gəldiyini, nə də ərizəçilərə xəsarətin polis əməkdaşları tərəfindən yetirildiyini qeyd edilib və sözü gedən polis əməkdaşları da belə bir hərəkətə yol vermədiklərini hər zaman bildiriblər. Onlar əlavə ediblər ki, istintaq zamanı toplanan sübutların heç biri onların bu hərəkətə yol verdiyini təsdiq etməyib. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum istintaq altında və polis idarəsində n əzarət altında olduğu vaxt onda xəsarətlərin yarandığı ekspert rəyi ilə təsdiq edildiyinə görə onun istintaq vaxtı verdiyi “etirafedici” ifadəsinin sübut kimi qəbul oluna bilməməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin “ibtidai istintaq vaxtı etirafedici ifadəsi”ni sübut kimi qəbul etməmiş və onun məhkəmə istintaqı zamanı verdiyi və obyektiv gerçəkliyi əks etdirən ifadəsini əsas götürmüş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu mövqe ilə razılaşmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddələri məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. «Narkotik vasitələrin, psixotro p maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Kassasiya məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və toplanmış sübutlarn müqayisəli təhlilinə əsasən qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilsə də, aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək, məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar araşdırılmış və bu sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, məhkumun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edib həmin maddə ilə təq sirli bilməklə, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit e dildiyini nəzərə alaraq, Məhkum şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının, həmçinin narkotik vasitəni satmasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu i lə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsir li olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respub likası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin norma ları düzgün tətbiq edilmişdir. Buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2u tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar