Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-480/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.4-cü maddəsi ilə nəzə rdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1(104)-372/2024 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1995-ci ildə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyətilə özgənin əmlakını etibard an sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs MMC-də icraçı vəzifəsində işləyən və Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Şahid1 ilə 2022-ci ilin dekabr ayının ilk ongünlüyündə, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb özünün müştərilərinin olmasını, tez bir zamanda Zərərçəkmiş şəxs MMCyə məxsus texniki çiyid məhsullarını satıb satışdan əldə olunacaq pulu yaxın müddətdə ona verəcəyinə yalandan vəd verib inandırmaqla Şahid1 etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib aldatmaqla 14 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından 1 (bir) kiloqramının dəyəri 0,37 qəpik olan 133 60 kq çəkidə ümumi dəyəri 4.943 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, həmin tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19480 kq çəkidə ümumi dəyəri 7.207 manat 60 qəpik məbləğində texniki çiyid məhsulunu, 15 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19560 kq çəkidə ümumi dəyəri 7.237 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, 17 dekabr 2022-ci il tarixdə, gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarında n kisələrə yığılmış formada bir kiloqramının dəyəri 0,38 qəpik olan 14280 kq çəkidə ümumi dəyəri 5.426 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu, 19 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 13740 kq çəkidə ümumi dəyəri 5.083 manat 80 qəpik məbləğində texniki çiyid məhsulunu və eyni tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 17720 kq çəkidə ümumi dəyəri 6.556 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdar hesab edilən 36.454 manat 60 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir.
3. Bərdə Rayon Məhkəməsinin (sədrlik edən hakim: X3) 24 aprel 2024-cü il tarixli, 1(021)45/2024 nömrəli hökmü ilə Məhkum CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, cəza çəkməsinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş “p olisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
4. Hökmdən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 10 sentyabr 2024-cü il tarixli, 1(104)372/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 1(021)-45/2024 nömrəli hökmünün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1(104)-372/2024 nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edərək, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi onları təkrarlamaqla, məhkumla barışmadıqlarını, ondan şikayətçi olmalarını, müəssisəyə vurulan ziyanın məhkum tərəfindən deyil, iş üzrə şahid qismində cəlb edilən Şahid1 tərəfindən ödənildiyini qeyd edərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21 maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1(104)372/2024 nömrəli qərarının dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan məhkum tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X12 qızı kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib -edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qay dasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın dəyişdirilməsini və Məhkum təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsini n tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1(104)-372/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətl i cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü i l tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstər ən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkə mənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
20. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
21. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
22. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması ded ikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
23. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
24. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasi ya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
25. Kassasiya şikayətində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
26. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
27. Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, yəni təqsirli hesab edildiyi cinayət qanunu maddəsi üzrə sanksiya daxilində olan cəza təyin edilmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum yaşayış yerindən müsbət xarakterizə olunması, bundan başqa “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmas ına görə” medalları ilə təltif edilməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.
29. Bununla da, əmələ görə CM-in 178.2.4-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməlidir.
30. Bu səbəbdən əsassız cəzanı yüngülləşdirən halların nəzərə alınması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.
31. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
32. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittih amçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 sentyabr 2024-cü il tarixli, 1(104)-372/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 1(104)-372/2024 nömrəli qərarı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 kassasiya şika yətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.