Məhkəmə qərarları › İş №1(102)-481/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-481/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-481/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, bəraət almış şəxs Məhkum və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunan Məhkum bəraət almasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Müstəcəb Əliyev tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü (sədrlik edən hakim T.X.Nəsrullayeva, hakimlər R.A.Allahverdiyeva və N.A.Kərimovdan ibаrət tərkibdə) Məhkum - xx xxxxxx 1964-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhə ri, Nəsimi rayonu M.A.Əliyev küçəsi, dalan 8, ev 2-də yaşamış Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrarlıqla ələ keçirərək dələduzluq törətmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında “xxxx” MTK” tərəfindən bünövrəsi qoyulmaqla yeni inşa edilən binadan mənzil verəcəyinə dair yalandan verib aldadaraq faktiki olaraq sonuncuya məxsus dəyəri 35.000 manat olan “Shacman” markalı AZ**-AD-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini xx xxxxxxx 2014-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində öz adına alqı-satqı müqaviləsi bağlanmasına nail olaraq həmin əmlaka dair hüquqlara malik olduqdan sonra xx.xx.2016cı tarixdə həmin avtomobili ələ keçirməklə, Zərərçəkmiş şəxs2 35.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 bir il müddətində hər kub metri 65 manat olmaqla cəmi 1.300 kub metr həcmində “350-B-25” markalı beton məmulatı verəcəyinə dair yalandan vəd verib aldadaraq faktiki Zərərçəkmiş şəxs2 məxsus olmaqla bibisi oğlu X5 adına sənədləşdirməklə aldığı azərbaycan manatına məzənnə ilə 144.995 manat təşkil edə n 85.000 ABŞ dolları dəyərində “BMV 750 Alpina B7” markalı AZ10-00-929 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanda yerləşən 32 saylı notariat kontorunda xx xxxxxx 2015-ci tarixdə baş etibarnamə verməklə faktiki alqı-satqı yolu ilə alıb həmin avtomobilə olan hüquqlara malik olub ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 144.955 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Ukrayna Respublikasından tikinti materialı olan 39.000 manat dəyərində 70 ton həcmində 12-20 diametrlik tikinti materialı olan dəmir armatur gətizdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 2015-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Bin əqədi rayonu, 9-cu mikrorayon A.Məmmədov küçəsinin Yusifzadə küçəsi ilə kəsişdiyi yerdə 267 saylı orta məktəbin qarşısında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ofisdə 39.000 manat məbləğində pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və E.Y.Şamayevdən ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ( sədrlik edən hakim Ə.S.Seyfəliyev, hakimlər H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi apelyasiya şikaytinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibd ə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Müstəcəb Əliyev tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarında yeni apelyasiya baxışı zamanı zərərçəkmiş şəxslərin ifadələrində göstərilən xüsusatların, ifadə lər arasındakı ziddiyyətlərin, Məhkum ifadələrində göstərilən halların səbəbli araşdırılmadığını vurğulayaraq həmin halların yenidən araşdırılması tövsiyyə edilsə də apelyasiya instansiyası qeyd olunmuş göstərişlərin icra olunması üçün məhkəmə baxışının qismən istintaqla aparılması barədə qərar qəbul etmiş, işin uzun müddətdə icraatda olmasına baxmayaraq məhkəmə kollegiyası yalnız Məhkum əvvəllər verdiyi ifadəni təsdiq etməsi ilə bağlı fikrini, zərərçəkmiş şəxslərin qısa ifadələrinin alınması və «xxxx» MTK-nın sədri M.Nəcəfovun ölməsi barədə şəhadətnamənin surətinin işə əlavə edilməsi ilə kifayətlənərək əməldə cinayət tərkibi olmaması ilə bağlı yekun nəticəyə gəlmiş, əslində Ali Məhkəmə kollegiyasının verdiyi göstərişlərin icrası təmin olunmadan qərar qəbul edilmişdir. Bununla belə, Məhkum tərəfindən CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi apellyasiya baxışı zamanı verilmiş ifadələr və iş üzrə toplanmış mötəbər sübutlarla öz təsdiqini bir daha tapmışdır. Məhkum istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamami verilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, “Shacman” və “BMV 750 Alpina B7” markalı avtomobilləri Zərərçəkmiş şəxs1la birlikdə tikəcəyi tikintiyə qoyduğu sərmayənin qarşılığı olaraq satmasına dair ifadə vermişdir. Lakin Məhkum həmin ifadəsi birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cinayət işi üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşməyən, mötəbər sübutlarla təkzib olunan ifadə kimi qəbul edilmiş və həmin ifadəni təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirm işdir. Məhkəmə kollegiyası, həmçinin, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1 39.000 manat alaraq dəmir armatur gətirməyinə dair vəd verməməsi ilə bağlı ifadəsini də əsas götürərək həmin ifadənin Zərərçəkmiş şəxs1 ifadəsi ilə təkzib olunması ilə yanaşı, digər Zərərçəkmiş şəxs2 və xx xxxx 2016-cı il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında" prolokollarla tam ziddiyyət təşkil etməsini nəzərə almamışdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin, əlavə şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini, tədqiq edilmiş sənədləri mümkünlüyü və mənsubiyyəti üzrə bir-biri ilə habelə təqsirləndirilən şəxsin ifadəsi ilə müqayisə edərək təqsirləndir ilən şəxsin ifadəsində göstərdiyi halların cinayət işi üzrə təqdim edilmiş və məhkəmədə araşdırılmış hallarla təkzib olunduğuna görə sübut növü qəbul etməyərək qeyd olunan ifadələri, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini və sənədləri təqsirləndirilən şəxs Məhkum törətdiyi əməllərin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakı və törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş qeyd olunan sübutların məcmusu Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayətini törətməsini tam təsdiq etmişdir. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxs Məhkum işin digər faktiki halların a uyğun olmayan ifadələrini mötəbər sübut kimi qəbul edib, zərərçəkmiş şəxslərin ifadələrini qərəzli ifadələr kimi qiymətləndirməklə əsassız qənaətə gəlmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli hökmü əsassızdır, işin faktiki hallarına ziddir, sübutların toplanılması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi prinsiplərini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla qəbul edildiyindən ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da ayrıayrılıqda kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün toplanmış sübutlara qiymət v erilmədən, yalnız apelyasiya şikayətində qeyd edilən və işin faktiki hallarına aid olmayan mülahizələrə əsaslanaraq qəbul edildiyindən ləğv olunmasını və cinayət işinin yenidən apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətlərnin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçisnin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnı z hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üz rə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü əsassız olmaqla işin faktiki hallarına zidd olduğundan, sübutların toplanılması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi prinsiplərini tənzimləyən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla qəbul edildiyindən ləğv edilməsi, cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərində toplanmış sübutlara qiymət verilmədiyi, yalnız apelyasiya şikayətində qeyd edilən və işin faktiki hallarına aid olmayan mülahizələrə əsaslanaraq qəbul edildiyindən apellyasiya instansiyası məh kəməsinin hökmünün ləğv olunmasını və cinayət işinin yenidən apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. Cinayət işi üzrə Ali Məhkəmənin Cinayət Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Shacman” avtomaşını ilə bağlı epizodla əlaqədar qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs2 ona veriləcək iki mənzilin müqabilində “Shacman” avtomaşını ilə birlikdə həm də daş sexini Zərərçəkmiş şəxs1 sözü ilə Məhkum adına rəsmiləşdirmiş və sonradan həmin sexə Məhkum adına olan sənədlərin mülki icraat qaydasında etibarsız hesab edilməsi barədə iddia qaldırsa da, avtomaşının sənədlərinin etibarsız hesab edilməsi və əvvəlki sahibinə qaytarılması məsələsinin mülki icraat qaydasında həll olunmasına təşəbbüs göstərməmişdir. Zərərçəkmiş şəxs2 bunun səbəblərinə aydınlıq gətirməmiş, birinci instansiya məhkəməsi də bu istiqamətdə tədbirlər görməmiş, sonuncuya bunlarla bağlı sual belə verməmişdir. Məhkum “BMW” markalı avtomaşınının dələduzluq yolu ilə ələ keçirməsinə dair ittihamla bağlı ilk növbədə qeyd olunmalıdır ki, ittihamın məzmununa görə bu avtomaşına hüquqlar Məhkum xx xxxxxx 2015-ci il tarixli etibarnaməyə əsasən keçmişdir. İş materiallarından da görünür ki, həmin avtomaşın Məhkum adına rəsmiləşdirilməmiş və sonuncu tərəfindən xx xxx 2016-cı il tarixli etibarnamə ilə X4 verilmişdir. İttihamda isə Məhkum aldığı “BMW” markalı avtomaşının müqabilində 1.300 kub beton verəcəyini Zərərçəkmiş şəxs2 vəd verdiyi və bu vədinə əməl etmədiyi göstərilmişdir. İttihamda göstərilən bu hallar Zərərçəkmiş şəxs2 ifadəsinə əsaslanır (bu da qeyd olunmalıdır ki, ittihamda və Zərərçəkmiş şəxs2 ifadəsində Məhkum vədinə görə betonun nə vaxt verilməli olduğu göstərilməmişdir). Belə olan halda aydın deyildir ki, özünü aldadılmış hesab edən (“BMW” markalı avtomaşınla əlaqədar) Zərərçəkmiş şəxs2 artıq 2015-ci ilin aprel ayından “Shacman” avtomaşını (həm də daş sexinin) ona qaytarmayan, bu baxımdan da özünə olan inamı artıq elə həmin vaxt itirmiş Məhkum verilən, “BMW” markalı avtomaşına etibarnaməni qanunla nəzərdə tutulmuş qaydada ləğv edilməsi və avtomaşının öz sahibinə qaytarması üçün (YPX vasitəsi ilə) müvafiq tədbirləri uzun müddət ərzində (2015ci ilin yanvar və ya aprel ayından 2016-cı ilin may ayının sonunadək) görməmişdir. Birinci instansiya məhkəməsi də buna əhəmiyyət verməmiş, münasibət bildirməmiş, bunlara aydınlıq gə tirilməsi, zərərçəkmiş şəxsin belə hərəkətlərinin səbəblərinin müəyyən edilməsi üçün müvafiq tədbirlər görməmiş, hətta Zərərçəkmiş şəxs2 bunlarla bağlı sual belə verməmişdir. Məhkum isə həmin avtomaşının etibarnamə əsasında ona verilməsinin, avtomaşını müvafiq etibarnaməyə əsasən (xx xxx 2016-cı il tarixli) digər şəxsə verdiyinin səbəblərini ifadəsində izah etmiş, birinci instansiya məhkəməsi isə onun bu məsələyə dair göstərdiklərini kifayət qədər ətraflı yoxlamamışdır. Məhkum Zərərçəkmiş şəxs2 çınqıl (şeben) və digər tikinti materialları verdiyini və avtomaşının bunun müqabilində ona verildiyini göstərmişdir. Məhkum həmin maşına etibarnamə verdiyi K.Süleymanov isə onun adına avtomaşına etibarnamənin onun işlədiyi müəssisənin rəhbərliyinin göstərişi ilə verildiyini göstərmiş və qeyd etmişd ir ki, bildiyinə görə, həmin avtomaşın rəhbərləri tərəfindən tikinti materiallarının verilməsi ilə bağlı yaranmış borc (30.000 ABŞ dolları) hesabına alınmışdır. Birinci instansiya məhkəməsi bu halları da araşdırmamış, hətta “BMW” markalı avtomaşının tikinti materialları əvəzinə verildiyi beton zavodunun rəhbərliyinin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətini heç bir əsas göstərmədən rədd etmişdir. Bundan başqa, “BMW” markalı avtomaşın və 39.000 manat vəsaitin Məhkum tərəfindən ələ keçirildiyinə dair ittiham hər bir epizod üzrə yalnız zərərçəkmiş şəxslərin (Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1) ifadələrinə əsaslanır (Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı digər ifadələr sonuncunun sözlərindən verildiyinə görə Azərbaycan Respublikası CPM-nın 126.3-cü maddəsinə əsasən sübut kimi qi ymətləndirilə bilməz). Məhkum isə birinci instansiya məhkəməsində cinayət törətmədiyini göstərmiş, zərərçəkmiş şəxslərin ona qarşı ifadə verməsinin səbəblərini də izah etmiş, bunu onunla əlaqələndirilmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyata keçirdiyi tikintilərə qoyduğu sərmayədən və bununla əlaqədar gəlirdən (qazancdan) onu məhrum etmək məqsədi ilə ona şər atıldığını bildirmişdir. Məhkum tikintiyə sərmayə qoyması ilə bağlı müvafiq aktları da təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə bu məsələləri də araşdırmamış, aktlar üzrə müvafiq çarpaz dindirmələr aparmamış, akta “xxxx” MTK-nın sədri kim imza etmiş Müslət Nəcəfov adlı şəxsi müəyyən edib dindirməmiş, zərərçəkmiş şəxslərin Məhkum sonuncunun sərmayə qoyması ilə əlaqədar və ya hər hansı digər səbəblərdən borclar ı olub-olmadığını araşdırmamışdır. Cinayət işinə yeni apelyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edərək aşağıdakı əsaslarla Məhkum barəsində bəraət hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Shacman” markalı avtomaşınla bağlı epizod üzrə zərərçəkmiş şəxslər özləri Məhkum “Shacman” markalı avtomaşını almaq niyyətində olduğunu, əvəzində 2 mənzil verməyi vəd etdiyini, avtomaşının məhz ona bu şərtlərlə verildiyini, avtomaşının onun adına rəsmiləşdirilməsi təklifini də onun özünün verdiyini göstərməmişlər, əksinə, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində birmənalı olaraq bildirmişlər ki, Zərərçəkmiş şəxs2 maşını almağı məhz Zərərçəkmiş şəxs1 təklif etmiş, müqabilində mənzillər verməyi də sonuncu vəd vermiş, avtomaşının Məhkum adına rəsmiləşdirilməsi də Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə həyata keçirilmişdir. Zərərçəkmiş şəxslər belə rəsmiləşdirmənin səbəblərini də izah etmişlər (həmin izahdan da Zərərçəkmiş şəxs2 məhz Məhkum aldatması görünmür). Yəni sözügedən avtomaşın Məhkum adına rəsmiləşdirilərkən məhz sonuncunun Zərərçəkmiş şəxs2 mənzil verməyi vəd etməmiş, onu aldatmamış və ya etibarından sui-istifadə etməmiş, istintaq orqanının hansı əsasla bu nəticəyə gəlməsi iş materiallarından görünmür. Başqa sözlə, “Shacman” markalı avtomaşın Məhkum adına rəsmiləşdirilməzdən öncə və bundan sonra və ümumiyyətlə sonuncunun Zərərçəkmiş şəxs2 hər hansı əmlakını, o cümlədən sözügedən avtomaşınını ələ keçirmək niyyəti olmamış, o Zərərçəkmiş şəxs 2 şəxsən birbaşa və ya bilavasitə hər hansı vəd verməmiş, bütün bunlar Zərərçəkmiş şəxs1 təklifi və təşəbbüsü ilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticənin qanuni olduğu ilə razılaşaraq hesab edir ki, abtomobilin alqı-satqısı mülki əqdlərin bir növüdür, həmin alqı-satqı ilə əlaqədar Məhkum üzərinə götürdüyü hər hansı öhtəliyi yerinə yetirməmişsə əqdin etbarsız hesab edilməsi və ya ləğv edilməsi barədə mülki-mühakimə qaydasında məsələ qaldırıla bilərdi. Bundan başqa avtomobilin alqı-satqısı müqavilə ilə rəsmiləşdirildiyi halda həmin müqaviləni bağlamış şəxslər arasında müqavilədə nəzərdə tutulmayan hansısa öhdəliyin tərəflərdən birinin üzərinə qoyulması ağlabatan deyil. Apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, Məhkum “BMW750 Alpina B7” markalı avtomaşını dələduzluq yolu ilə ələ keçirməsinə dair ittihamla bağlı isə qeyd olunmalıdır ki, ittihamın məzmununa görə bu avtomaşına hüquqlar Məhkum xx xxxxxx 2015-ci il tarixli baş etibarnaməyə əsasən keçmişdir. Baş etibarnamənin özündə sərəncam vermək hüququnun ehtiva etdiyi də nəzərə alınarsa, iş materiallarından göründüyü kimi Məhkum sözügedən etibarnamə əsasında həmin avtomaşını mülkiyyət hüququ üzrə özünün mənafeyinə uyğun olan üçüncü şəxsin adına rəsmiləşdirilməmiş, Məhkum həmin avtomaşını dələduzluq yolu ilə talamaq məqsədilə onu özünə yaxın bir şəxsin mülkiyyətinə keçirməyə ümumiyyətlə cəhd etməmişdir. Məhkum tərəfindən sözügedən avtomobil xx xxx 2016-cı il tarixli etibarnamə ilə X4 verilmişdir. İttihamda isə Məhkum aldığı “BMW” markalı avtoma şının müqabilində 1.300 kub beton verəcəyini Zərərçəkmiş şəxs2 vəd verdiyi və bu vədinə əməl etmədiyi göstərilmişdir. İttihamda göstərilən bu hallar yalnız Zərərçəkmiş şəxs2 ifadəsinə əsaslanır. Belə olan halda özünü aldadılmış hesab edən (“BMW” markalı avtomaşınla əlaqədar) Zərərçəkmiş şəxs2 artıq 2015-ci ilin aprel ayından “Shacman” avtomaşınını (həm də daş sexinin) artıq ona qaytarmayan, bu baxımdan da özünə olan inamı artıq elə həmin vaxt itirmiş Məhkum verilən, “BMW” markalı avtomaşına etibarnamənin qanunla nəzərdə tutulmuş mülki qaydada ləğv edilməsi o qədər də mürəkkəb prosedur olmamaqla bunun üçün və avtomaşını öz sahibliyinə qaytarması üçün (YPX vasitəsi ilə) müvafiq tədbirləri uzun müddət ərzində (2015-ci ilin yanvar və ya aprel ayından 2016-cı ilin may ayının sonunadək) görməmiş dir. Məhkum həmin avtomaşının etibarnamə əsasında ona verilməsinin, avtomaşını müvafiq etibarnaməyə əsasən (xx xxx 2016-cı il tarixli) digər şəxsə verdiyinin səbəblərini ifadəsində izah edərək, Zərərçəkmiş şəxs2 çınqıl (şeben) və digər tikinti materialları verdiyini və avtomaşının bunun müqabilində ona verildiyini göstərmişdir. Məhkum həmin maşına etibarnamə verdiyi Kənan Süleymanov isə onun adına avtomaşına etibarnamənin onun işlədiyi müəssisənin rəhbərliyinin göstərişi ilə verildiyini göstərmiş və qeyd etmişdir ki, bildiyinə görə, müəssisənin rəhbərliyi tərəfindən həmin avtomaşın tikinti materiallarının verilməsi ilə bağlı yaranmış borc (30.000 ABŞ dolları) hesabına alınmışdır. Göründüyü kimi, “BMW-750 Alpina B7” markalı avtomaşına dair Məhkum adına etibarnamə verilməmişdən öncə və bunda n sonra və ümumiyyətlə sonuncunun Zərərçəkmiş şəxs2 hər hansı əmlakını, o cümlədən sözügedən avtomaşınını ələ keçirmək niyyəti olmamış, o, Zərərçəkmiş şəxs2 bununla bağlı hər hansı vəd verməmişdir və belə olan halda münasibətlər mülki xarakterli və mülki qaydada həll olunmalı münasibətlər kimi qiymətləndirilməlidir. Sözügedən epizod üzrə istintaq orqanının mövqeyinin işin faktiki hallarına uyğun olmamasını göstərən bir hal da odur ki, iş üzrə xx xxxxx 2017-ci il tarixli, 9277 saylı ekspert rəyinə əsasən “BMW-750 Alpina B7” markalı avtomobilin 2015-ci ilin yanvar ayına nəzəri qaydada orta bazar qiyməti təxminən 66.000 manat, rəy verilən tarixə isə 68.000 manat müəyyən olunduğu halda, istintaq orqanı həmin avtomobilin dəyəri mübahisəli olmaqla onun dəyərini 144.995 manat məbləğində qiymətlən dirməklə əsassız nəticəyə gəlmişdir, birinci instansiya məhkəməsi isə obyektivlik naminə bu hala lazımınca qiymət verməmişdir. Məhkəmə kollegiyası işin bu epizodu üzrə də mülki-mühakimə qaydasında etibarnamənin mübahisələndirilməli olduğu barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Daha sonra apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, “BMW” markalı avtomaşın və 39.000 manat vəsaitin Məhkum tərəfindən ələ keçirildiyinə dair ittiham hər bir epizod üzrə yalnız zərərçəkmiş şəxslərin (Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1) ifadələrinə əsaslanır. Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı digər ifadələr sonuncunun sözlərindən verildiyinə görə Azərbaycan Respublikası CPM-nın 126.3-cü maddəsinə əsasən sübut kimi qiymətləndirilə bilməz. Məhkum Zərər çəkmiş şəxs1 39.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı nəticəyə gələrkən istintaq orqanı yalnız Zərərçəkmiş şəxs1 ifadəsinə əsaslanmışdır və nə istintaq orqanı, nə də ki, zərərçəkmiş şəxs bununla bağlı başqa bir sübut təqdim etməmişlər. Başqa sözlə, prosessual qanunvericiliyin tələblərinə görə, hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi üçün zərərçəkmiş şəxsin ifadəsi yetərli deyil, bu hal başqa sübutlarla əhatə olunmalı və təsdiq olunmalıdır. Bu cür sübutların əldə edilməsi və təqdim edilməsi hər bir halda ittiham tərəfinin üzərinə düşür. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi Məhkum və Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanında yerləşən “xxxx” MTKya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885.528 AZN və ayrı-ayrı istehsal sah ələrinə 341.800 AZN və 97.342 AZN məbləğində sərmayə qoymuşlar (işdə olan xx xxxxxx 2015-ci il tarixli aktlar). Yəni xx xxxxxx 2015-ci il tarixdə tikintiyə və istehsal sahələrinə böyük məbləğlərdə sərmayə qoymuş Məhkum cəmi bir neçə gündən sonra, yəni 2015-ci ilin mart ayının əvvəllərində öz şəriki Zərərçəkmiş şəxs1 39.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi və bununla da “cinayət törətməklə” özünün və qoyduğu böyük sərmayənin gələcək taleyini təhlükə altına qoyması inandırıcı və “ağlabatan” görünmür. Göründüyü kimi, bu epizod üzrə Məhkum təqsirliliyini təsdiq edən əsaslı sübutlar mövcud deyil və epizod onun təqsirliliyi sübuta yetirilmir. Məhkəmə kollegiyası hesab edir ki, 39.000 manat vəsaitin Məhkum 70 ton həcmində 12-20 diametrlik tikinti materialı olan dəmir armatur gətizdi rəcəyi adı ilə verildiyinə dair zərərçəkmiş şəxsin iddiası da başqa hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nın 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməllərində cinayət tərkibinin olması sübut olunmamış, onun təqsirsizliyinə dair irəli sürdüyü dəlillər ittiham tərəfindən təkzib olunmamışdır. Kassasiya protestində və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərində göstərilən dəlillər də cinayət işinin materialları və apellyasiya instansiyası məhkəməsinin qərarında gəldiyi nəticələrlə təkzib olunur. Ona görə də kassasiya protesti və zərərçəkmiş şəxslərin kassasiya şikayətləri təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətlə rinin və kassasiya protestinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri və kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar