Məhkəmə qərarları › İş №1(102)-481/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-481/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-481/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1980-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, ATF şirkətlər qrupunda montajçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 may 1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), E.İ.Rüstəmov və X.H.Səmədov) Məhkum1 - Azə rbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4. 1 və 234.4.3-cü maddələri ilə isə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanılmaqla üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 18 aprel 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), Ç.B.Məmmədov və T.A.Muxtarov) apellyasiya şikayətləri qismən təmin edilmişdir. İş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü Məhkum1 Vahib oğlunun və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə ləğv edilmiş, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılmış, cəza hissəsində isə dəyişdirilmişdir. Məhkum1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edi lmiş, hökmdən Məhkum1 və Məhkum2 cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi ilə əlaqədar CM-in 66.3-cü maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmişdir. İşin halları: Məhkum1 İran İslam Respublikasında (bundan sonra - İİR) yaşayan digər şəxslə və tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlmiş, bu məqsədlə digər İİR-dan Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi narkotik vasitə və psixotrop maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə kömək lik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə digər şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 1158,001 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumilikdə təmiz çəkisi 877,497 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Biləsuvar rayonu ərazisində yerləşən körpünün altında yerləşdirib bu barədə Məhkum2 mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonu ncu bir ədəd sellofan torbada 1158,001 qram çəkidə narkotik vasitə heroini və 877,497 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Məhkum1 anası X3 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, bundan sonra Məhkum1 və Məhkum2 evin həyətyanı sahəsindəki toyuq hinində narkotik vasitə heroini bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 532,914 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 535,516 qram, bir ədəd şəffaf rəngli polietilen torbada təmiz çəkisi 89,571 qram, psixotrop maddə metamfetamini bir ədəd şəffaf rəngli polietilen torbada 505,002 qram və bir ədəd şəffaf rəngli polietilen torbada 372,495 qram olmaqla ayrı-ayr ı bükümlərə bölüb satış üçün əvvəlcədən hazırlamış, daha sonra əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə «şərti alıcı» Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid5 təklif etmiş, bu barədə razılıq əldə edildikdən sonra bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırdığı 532,914 qram narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen torbada qablaşdırdığı 505,002 qram psixotrop maddə metamfetamini 18 aprel 2020-ci il tarixdə Məhkum2lə birlikdə sonuncunun idarə etdiyi VAZ 21074 markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə daşıyaraq həmin gün saat 20:00 radələrində Gə ncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən «KürXəzər» Əyləncə mərkəzinin qarşısında əməliyyat qrupunun üzvü Şahid7 iştirakı ilə «şərti alıcı» Şahid5 16.000 (on altı min) manat müqabilində qanunsuz olaraq satmış, bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum1 saxlanılıb Regional Şöbədə üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış 16.000 manat pul onun əynindəki göy rəngli gödəkcənin sol iç cibindən, həmçinin 532,914 qram narkotik vasitə heroin və 505,002 qram psixotrop maddə metamfetamin tədbirdə «şərti alıcı» qismində iştirak etmiş Şahid5 təqdim etdiyi bir ədəd tünd rəngli sellofan kisədəki iki ədəd şəff af rəngli polietilen torbadan aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 19 aprel 2020-ci il saat 00:20-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 535,516 qram və 89,571 qram narkotik vasitə heroin, 372,495 qram psixotrop maddə metamfetamin, həmçinin bir ədəd elektron tərəzi Məhkum1 anası X3 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxa tərəfindəki tikilinin arasından, ağacdan asılı vəziyyətdə olan sellofan torbada üç ədəd şəffaf rəngli polietilen torbalarda aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 1 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması xahiş olunur. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 ilə endirilməsi xahiş olunur. Məhkum hesab edir ki, ona cəza təyin olunarkən törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Mə mmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərində işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın ağır olması qeyd edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə – beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hall ar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmə t edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xa rakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrüb əsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maari f və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkum еdilmiş şəхslər Məhkum1 və Məhkum2 cəzа təyin еdil məsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini müzаkirə еdib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhku m1 və Məhkum2 barələrində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, Məhkum2 himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Məhkum1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanu ni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki,, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2021-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respubl ikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2021-ci il tarixli hökmü məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar