Məhkəmə qərarları › İş №1(102)-481/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-481/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-481/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Zaqatala rayon Vəkil Bürosunun vəkili Şərifov Samir Cuma oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli 1(091)-42/2022 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1995-ci ildə x rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respubl ikası CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 3 avqust 2021-ci il tarixindən hesablanması, mülki iddiaçı Zərərçəkmiş şəxs 32551 (otuz iki min beş yüz əlli bir) manat maddi və mənəvi ziyanın mülki cavabdeh Məhkum onun xeyrinə tutulmasına dair mülki iddiasının baxılmamış saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, iş üzrə məhkəmə məsrəfi və maddi sübutların taleyi həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəf indən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli 1(107)-291/2022 nömrəli (hakimlər: Abbasov Gündüz Qasım oğlu (sədrliyi), Cavadova Günay İsmayıl qızı və Eyvazov Akif Məhərləm oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmünə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdə saat 23 radələ rində ailə üzvləri ilə birlikdə X rayonu X kəndində yaşayan bacısı Şahid2 evinə getmiş, orada sonuncunun qonşusu Zərərçəkmiş şəxs evin içərisində zalda kreslonun arxasında gizlənmiş vəziyyətdə aşkar etmiş, daha sonra Zərərçəkmiş şəxs bacısı ilə intim əlaqədə olduğunu zənn edərək qısqanclıq zəminində Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə seyvanda olan ailə üzvlərini yola salıb, ağac götürərək evin içinə-zala qayıtmış, həmin ağacla və daha sonra yumruqla Zərərçəkmiş şəxs sifətinə zərbə endirmiş, Zərərçəkmiş şəxs qaçmağa cəhd göstərsə də, onu tutaraq seyvana çıxarmış, burada mətbəx bıçağı ilə bir dəfə onun sağ sağrı nahiyəsinə zərbə endirmiş, lakin bıçağın tiyəsi qırılmış, Zərərçəkmiş şəxs yenidən qaçmaq istəsə də, buna imkan verməyərək onu evin pilləkənlərinin qarşısın a yıxmış, burada termonun üzərində olan kasa ilə onun başına bir dəfə zərbə endirmiş, bundan sonra isə sapı taxtadan olan beli götürərək Zərərçəkmiş şəxs ağrı və iztirab çəkməklə yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək sonuncunun başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirmiş, daha sonra məişət təyinatlı qayçı ilə sağ sağrı nahiyəsinə zərbələr vuraraq ona hər iki gözün buynuz qişasına qansızma, başın sol və sağ gicgah, sol təpə, ənsə nahiyəsinin, alnının sağ yuxarı hissəsinin, burnunun, üzün hər iki almacıq nahiyəsinin, sağ bazunun arxa aşağı 1/3-nin, sağ dirsək nahiyəsinin, sol əlin üst səthinin, sağ mil bilək oynağının bayır tərəfinin, döş qəfəsinin sağ yuxarı nahiyəsinin, sağ çiyninin ön səthinin, sol kürək, omba və bel na hiyəsinin, sol dizin bayır tərəfinin, sol baldırın ön yuxarı, orta, aşağı və bayır aşağı 1/3-nin sıyrıqları, başın sağ və sol təpə nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən 21 ədəd, üzün və başın dərialtı hematoması, burnun, sağ baldırın ön yuxarı 1/3-nin əzilmiş yarası, sağ sağrı nahiyəsinin 5 ədəd deşilmiş-kəsilmiş yaraları kimi birlikdə və ayrı-ayrılıqda ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan 8 ədəd, hər iki almacıq sümüyünün, üst çənənin yerdəyişən sınıqları, orbitanın alt və yan divarının sınığı, burun sümüyünün yerdəyişən sınığı, sol İX qabırğanın sınığı kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır z ərər vurmaya aid olan 6 ədəd, baş beynin əzilməsi, baş beynin qişalarına və yan mədəciklərinə qansızma, pnevmahemotoraks, ağ ciyərlərin əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan 4 ədəd, ümumilikdə 39 ədəd xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs öldüyünü zənn edib oradan uzaqlaşmış, lakin sonuncu vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən o öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Şərifov Samir Cuma oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhku m barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, nə ibtidai, nə də məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlər Məhkum Zərərçəkmiş şəxs öldürməyə yönəlmiş hərəkətləri etməsini bildirməmişlər. Məhkum niyyəti Zərərçəkmiş şəxs öldürməyə yönəlmiş olsa idi, onun qarşısında heç bir maneə yox idi və o öz niyyətinə çata bilərdi. Lakin, Məhkum Zərərçəkmiş şəxs xəsarətlər yetirdikdən sonra oranı tərk etmişdir. Məhkum niyyəti Zərərçəkmiş şəxs öldürmək olsa idi, sonuncunun həyatı əhəmiyyətli orqanlarından birinə (və yaxud bir neçəsinə) xəsarət yetirərdi və sonuncunun ölümünü dəqiqləşdirdikdən sonra oranı tərk edərdi və yaxud Zərərçəkmiş şəxs ayağından pilləkənin dirəyinə kəmərlə bağlamaqla ölümə tərk etmək istəsə idi, sonuncunun əlini də bağl ayardı ki, o heç bir yerə gedə bilməsin və nəticədə ölsün. Zərərçəkmiş şəxs aşkarlanmış istintaq orqanının və məhkəmənin ittihamın sübutların biri kimi yanaşdıqları 39 xəsarətə gəldikdə isə, həmin xəsarətlərin yalnız 4 (dörd) ədədi ağır xəsarətləri aiddir. Xəsarətlərdən 21-nin isə ümumiyyətlə dərəcəsi təyin edilmir. Qeyd olunanlara əsasən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Şərifov Samir Cuma oğlu çıxış edərək, məhkumun zərərçəkən şəxsi öldürmək niyyətində olmadığını, bunun iş materiallarında olan şahid ifadələrində də aydın göründüyünü bildirib, məhkumun əməlini CM-in 29,120.2.4-cü maddəsindən, həmin Məcəllənin 126-cı maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılm asını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Mə hkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci maddəsində (məhkəmə tör ədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnı z törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətlən dirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir ci nayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə d air” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə a ktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə a lmaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həm çinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhl il edərək, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanılmış digər sübutlarla öz təsdiqini tapması barədə nəticəyə gəlir. Kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 28 iyul 2021-ci il tarixli 34 nömrəli rəyindən görünür ki, Zə rərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, baş beyinin qişalarına və yan mədəciklərinə qansızma, hər iki almacıq sümüyünün, üst çənənin yerdəyişən sınıqları, orbitanın alt və yan divarının sınığı, burun sümüyünün yerdəyişən sınığı, üzün və başın dərialtı hematoması, pnevmahemotoraks, ağ ciyərlərin əzilməsi, sol İX qabırğanın sınığı, hər iki gözün buynuz qişasına qansızma, burunun, sağ baldırın ön yuxarı 1/3-nin əzilmiş yarası, başın sol və sağ gicgah, sol təpə, ənsə nahiyəsinin, alının sağ yuxarı hissəsinin, burunun üzün hər iki almacıq nahiyəsinin, sağ bazunun arxa aşağı 1/3-nin, sağ dirsək nahiyəsinin, sol əlin üst səthinin, sağ mil bilək oynağının bayır tərəfinin, döş qəfəsinin sağ yuxarı nahiyəsinin, sağ çiyinin ön səthinin, sol kürək, oma və bel nahiyəsinin, sol dizin bayır tərəfinin, sol baldırın ön yuxarı, orta, aşağı və bayır aşağı 1/3-nin sıyrıqları başın sol və sağ təpə nahiyəsinin qançırı, sağ sağrı nahiyəsinin 5 ədəd kəsilmiş-deşilmiş yaraları kimi xəsarəti vardır. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər 39 ədəddir, yerləri morfoloji xüsusiyyətləri yuxarıda göstərildiyi kimidir. Birlikdə ağırlıq dərəcəsi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş faktiki halları, yəni məhkum olunmuş şəxs Məhkum Zərərçəkmiş şəxs başına və bədənin müxtəlif nahiyələrinə kasa və taxtadan olan bel ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə məişət təyinatlı qayçı ilə ümumilikdə 39 ədəd xəsarətl ər yetirərək sağ qalma ehtimalının olmayacağına əmin olduğu xəsarətləri yetirməsini, niyyətinin müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib və bunu arzu edərək sonuncunu xüsusi amansızlıqla həyatdan məhrum edilməsinə yönələn cəhd kimi qiymətləndirir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələr kən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəti cəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkumun əməli Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif edildikdən sonra onun barəsində aşağı həddə cəza təyin edilməsi və CM-in 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə qiymət verərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarix li Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hü quqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələ nin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, himayəsində iki nəfər azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı şikayət və tələbinin olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud d eyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Şərifov Samir Cuma oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar