Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-481/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 2024-cü il 12 sentyabr tarixli, 1(107)-106/2024 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ucar rayon Məhkəməsinin (X9) 27 sentyabr 2023-cü il tarixli, 1(063)- 5/2023 saylı hökmü ilə, xx xxxxxx 1982-ci ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC- nin Mərkəzi Aran X5 və Satışı İdarəsinin Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla orada yaşayan, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürovdаn ibarət tərkibdə) 2024-cü il 12 sentyabr tarixli, 1(107)-106/2024 nömrəli hökmü ilə hökm ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Məhkum üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı, yəni, axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulmuşdur. İŞİN HALLARİ: Apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum 30 aprel 2015-ci il tarixdən "xxxx" ASC-nin Mərkəzi Aran X5 və Satışı İdarəsinin Ucar Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyərkən "xxxx" ASC-nin X5 və Satışı idarəsinin rayon elektrik şəbəkəsinin baş mühəndisinin peşə təlimatı ilə üzərinə qoyulmuş vəzifələri, yəni elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını, illik qrafik üzrə hava xətlərinin əsaslı və cari baxım-təmir işlərinin aparılmasını, hava kabel xətlərinin normal vəziyyətdə olmasını, avadanlıqların dəyişdirilməsinə və onların yeniləşdirilməsinə dair təklif hazırlayıb, hava xətlərində baxış keçirilməsini təmin etməli olduğu halda, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək və ya lazımi qaydada yerinə y etirməyərək Ucar rayonu, Alpout kəndi ərazisindən keçən 0,4 kV-luq hava xəttinin etibarlı işləməsini təmin etmək üçün profilaktik yoxlama və ölçmələr aparılmaqla naqillərin vəziyyətini yoxlamadığına, mövcud qüsurların aradan qaldırılması, naqillərarası məsafənin və naqillərin sallanma dərəcəsini təmin etmədiyinə görə həmin vəzifə təlimatının 6, 13, 15, l6 və 21-ci bəndlərinin, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.7, 1.2.3.8, 1.2.3.11, 1.2.3.12, eləcə də “Elektrik qurğularının quraşdırılması qaydası”nın 2.4.4.2 və 2.4.4.3-cü maddələrinin tələblərini pozduğundan 3 sentyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində küləkli hava şəraitində Ucar rayonu, Alpout kəndi ərazisində X2 məxsus fərdi yaşayış evinin yaxınlığından keçən, 10 kV-luq “Quşçuluq” elektrik hava xəttindən qidalanan 0,4 kV-luq hava xətlərinin bir-birinə toxunaraq həmin xətlərdən ayrılan qığılcımlar evin dam örtüyünün yanar materiallarının üstünə tökülərək alışdırması nəticəsində baş vermiş yanğın hadisəsi zamanı fərdi yaşayış evinin yanaraq məhv olması ilə sonuncuya 25420,30 (iyirmi beş min dörd yüz iyirmi manat, otuz qəpik) manat və fərdi yaşayış evinin içərisində olan 1 ədəd 300 (üç yüz) manat dəyərində “BOSCH” markalı soyuducu, 1 ədəd 130 (yüz otuz) manat dəyərində “LG” markalı tozsoran, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində “LG” markalı paltaryuyan maşın, 1 ədəd 50 (əlli) manat dəyərində “LG” markalı şirəcəkən, 1 ədəd 50 (əlli) manat dəyərində ətçəkən maşın, 1 ədəd 30 (otuz) manat dəyərində 6 metrlik kovralit xalça, 1 ədəd 50 (əlli) manat dəyərində “LG” markalı ütü, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində “Eurolux” markalı televizor, 1 ədəd 70 (yetmiş) manat dəyərində “Saratov” markalı soyuducu, 2 ədəd, hər biri 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində 400 sm x 300 sm ölçülü, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində 600 sm x 400 sm ölçülü, 1 ədəd 80 (səksən) manat dəyərində 200 sm x 200 sm ölçülü “Gəncə” xalçaları, 1 ədəd 80 (səksən) manat dəyərində qaz plitəsi, 12 ədəd hər biri 60 (altmış) manat olmaqla ümumilikdə 720 (yeddi yüz iyirmi) manat dəyərində qoyun yunundan hazırlanmış döşək, 12 ədəd hər biri 20 (iyirmi) manat olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində qaz tükündən hazırlanmış yastıq, 1 ədəd 500 (beş yüz) manat dəyərində mətbəx mebeli, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində geyim dolabı, 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində ağ rəngli şkaf, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində künc şkafı, 1 ədəd 600 (altı yüz) manat dəyərində kamut, 1 ədəd 650 (altı yüz altı) manat dəyərində yataq mebeli, 1 ədəd 400 (dörd yüz) manat dəyərində televizor altlığı, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində şkaf, 2 ədəd, hər biri 300 (üç yüz) manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində kreslo, 1 ədəd 500 (beş yüz) manat dəyərində divan, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində jurnal stolu, 12 ədəd hər biri 7,50 (yeddi manat, əlli qəpik) manat olmaqla ümumilikdə 90 (doxsan) manat dəyərində çexol, 12 ədəd hər biri 7 (yeddi) manat olmaqla ümumilikdə 84 (səksən dörd manat dəyərində hamam dəsmalı, 1 ədəd 150 (yüz əlli) manat dəyərində yataq mebeli, 2 ədəd hər b iri 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat dəyərində geyim dolabı, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində 3 qapılı servant, 2 ədəd hər biri 125 (yüz iyirmi beş) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində kreslo, 1 ədəd 200 (iki yüz) manat dəyərində divan, 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd stol və 8 ədəd stul dəsti, eləcə də, 350 (üç yüz əlli) manat dəyərində 12 ədəd stul və 1 ədəd dəyirmi formalı stol dəstinin yanaraq məhv olması ilə zərərçəkmiş şəxs X2 ümumilikdə 36274,30 (otuz altı min iki yüz yetmiş dörd) manat 30 (otuz) qəpik məbləğində ağır nəticələrə səbəb olan maddi ziyan vurmaqla səhlənkarlıq cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qey d etmişdir ki, toplanmış sübutlar tamamilə bir-biriləri ilə ziddiyyət təşkil edən, mötəbər olmayan xüsusatlardır. Məhkum edilmiş şəxsin təqsirləndirilməsinə dair cinayət işi üzrə təqdim edilən ekspert rəyləri natamamdır və mötəbər hesab olunmamalıdır. Belə ki, həmin rəylər cinayət işi üzrə təqsiri müəyyən edə biləcək rəylər deyildir. Keçirilən ekspertizalar formal xarakter daşımış, qoyulmuş suallara hərtərəfli cavab verilməmişdir. Həmçinin ekspertlər qarşısında qoyulmuş suallar istintaq orqanının saxta ssenarisinə xidmət etmişdir. Belə ki, sözügedən ekspertizanın ekspert qarşısında qoyulan suallardan ekspertiza zamanı tədqiq olunan əyani material-foto-şəkillərə qədər tamamilə qərəzli bir tədqiqat olduğu tam müşahidə olunur. Həmin iş üzrə ekspert qarşısında qoyulan ilk suallar yanğının mənb əyi, ardıcıllığı və səbəbi ilə əlaqədardır. İş üzrə dördüncü sual isə tamamilə yönləndirici və istiqamətverici xarakter daşımaqdadır. Ekspert rəyi hazırlayarkən istinad etdiyi sübutlara nəzər yetirdikdə isə şahidi olur ki, rəydə olan elektrik naqillərinin fotoşəkilləri ev yanğınından əvvəl kol-koslu sahədə baş vermiş yanğın nəticəsində yanıb yararsız hala düşmüş, eləcə də evin daxili şəbəkəsində olan mis naqillərin fotoşəkilləridir. İstinad olunan əyani materiallar bunlar olduqda heç bir əsaslı ekspertiza tədqiqatından söhbət gedə bilməz. Həmçinin istintaq orqanının ekspertə verdiyi suallarda ərazidəki ilk yanğın hadisəsi ilə bağlı heç bir məqama toxunmaması da olduqca şübhə yaradan məqamlardandır. Ekspertiza rəyinin nəticə hissəsində suallara cavab olaraq bildirilmişdir ki, yanğın fərdi y aşayış evinin yaxınlığından keçən 10 kv-luq hava xəttindən qidalanan 0.4 kv-luq elektrik hava xətlərinin bir-birinə toxunması nəticəsində yaranan qığılcımların evin dam örtüyünün yanan materiallarının üstünə tökülərək alışdırmasım qeyd etmişdir. Ekspert rəyinə diqqət yetirdikdə isə ekspertizanın yanğının evin harasından başlamasını, yanğının yüksələn xətt istiqamətində inkişaf etdiyini müəyyən etdiyini görürük. Lakin nəyə əsasən evin naqillərdən tökülən qığılcımlardan alışdığını əsaslandırmasını görmək mümkün deyildir. Bu faktın isə yalnızca bir açıqlaması mövcuddur ki, ilkin kol-kos yanğınından sonra elektrik xətləri gərginlikdən ayrılmış, bu səbəbdən də xətlərdə gərginlik olmadığı kimi hər hansı bir qığılcımlaşma da mümkün deyildir. Yuxarıda da qeyd etdiyim kimi ərazidəki ilk kol-kos yan ğınından sonra xətlərdəki gərginlik söndürmə işlərini apara bilməzdilər. Eyni zamanda bildirirəm ki, ev yanan zaman kol - kosun yanması nəticəsində qırılmış naqillər bərpa edilməmiş qalmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs hadisə yerində olmuşdur, həmçinin bunu sübut edən videoçəkiliş də mövcuddur. Evin yanması kol-kosda baş vermiş yanğının tam söndürülməməsi, havanın küləkli olması nəticəsində həmin ocaqdan qaynaqlanmışdır. İbtidai istintaqı aparan FHN Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısı təhqiqatı obyektiv aparmamış, eyni qurumun digər idarəsi olan Ucar YMH-nin məsuliyyətsizliyini ört-basdır etmək məqsədilə məsuliyyəti Elektrik Şəbəkəsinin üzərinə atmış, rayon Prokurorluğu da qeyri-obyektiv şəkildə işi bu istiqamətdə davam etdirmişdir. Hər iki instansiya Məhkəməsi də b ütün qeyd edilən proseslərin davamı kimi Ucar YMH-nin məsuliyyətsizliyini tədqiq etməmiş, birinci instansiya məhkəməsi həmin şəxsləri şahid kimi formal olaraq dindirmiş və onlarla bağlı olan hissənin yekunlaşdığını hesab etmişdir. Bundan başqa, zərərçəkmiş kimi tanınmış X3 2019-cu ildən, ümumiyyətlə, qeyd olunan ünvanda yaşamır. Müvafiq qurumlara (Azəriqaz, Azərişıq və s.) sorğu verməklə bunu müəyyən etmək mümkündür. Sözügedən ünvanda ümumiyyətlə yaşayış olmamışdır. Həmçinin həmin şəxslə barışıq əldə edilmişdir. Bununla bağlı notariat qaydada ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə öz subyektiv mülahizələri əsasında dolayısı ilə şəxsin vəziyyətini ağırlaşdırmışdır. Bundan başqa məhkumun himayəsində 4 azyaşlı övladı var. Bu xüsusat da məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Məhkumun m üdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(107)-106/2024 nömrəli hökmünün ləğv edilməsi və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM -in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uy ğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. C inayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkum ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, alov külək əsməsi nəticəsində elektrik naqillərinin, düzgün texnoloji qulluq edilmədiyi üçün, bir-birinə dəyməsi nəticəsində yaranmış, bu qığılçımlar nəticəsində naqillər də yarasız vəziyyətə düşmüş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, evin alışaraq yanması evin dam hissəsindən başlanmışdır. Məhkum elektrik naqillərinin istismarı ilə bağlı qaydaların tələblərinə dəqiq əməl edilməsinə məsul şəxs kimi, bütün baş verən ağır nəticələrə cavabdeh şəxs olmuşdur. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mə hkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında alternativ qaydada nəzərdə tutulmuş ən yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası, sanksiyanın ən aşağı həddində təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 12 sentyabr tarixli, 1(107)-106/2024 nömrəli hökmü, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-481/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-481/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver