Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-482/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Günay Hüseynxan qızı Məmmədlinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Ra yon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və müdafiəçisi- vəkil X4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü il (sədrlik edən hakim X12) Təqsirləndirilən şəxs- xx xxxx 1986-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ə vvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonu, 6 saylı qəsəbə, ev 202-də məskunlaşmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2019cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin pulunu ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə (AR FHN XRXXƏ) xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi 2014-cü ilin may ayından 2017-ci ilin fevral ayının 23-dək olan müddət ərzində, qulluq mövqeyindən istifadə edərək, t amah niyyəti ilə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə xilasedici vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Binəqədi yolunda yerləşən “VİP” çay evində sənədləşmənin aparılması bəhanəsi ilə 500 manat, 2016-cı ilin sentyabr ayında vəzifəyə qəbul olunması bəhanəsi ilə həmin ünvanda yerləşən “VİP” çay evinin qarşısında 3000 manat pulunu ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azər baycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə (AR FHN XRXXƏ) xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə, qulluq mövqeyindən istifadə edərək, təkrarən, özgənin əmlakını aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünün yuxarı dairələrdə tanışlarının olduğunu və 10.000 manat verəcəyi təqdirdə Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə ünvan 1 saylı ünvanda yerləşən “Elit” Ticarət Mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs2 4000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan b aşqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyində qohumunun olmasını və 12000 manat verəcəyi təqdirdə sonuncunu Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində növbə rəisi vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxxx 2016-cı il tarixdə Sumqayıt şəhəri ünvan 2 ünvanında yerləşən “Asan Xidmət” mərkəzində Zərərçəkmiş şəxs3 arvadı Şahid2 ilə aralarında gələcəkdə yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlatdıraraq, etibarından sui-istifadə e dib, notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs3 7000 manat pulunu ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə (AR FHN XRXXƏ) xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə, qulluq mövqeyindən istifadə edərək, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X14 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, özünün Fövqəladə Hallar Nazirliyində tanışlarının olduğunu Zərərçəkmiş şəxs4 bildirərək, 4500 manat verəcəyi təqdirdə sonuncunun qardaşı X8 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbay can Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxx 2016-cı il tarixdə ünvan 3 ünvanda yerləşən “BEGOC” biznes mərkəzinin qarşısında 3500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxxx 2016-cı i l tarixdə sonuncunun qohumu Zərərçəkmiş şəxs4 vasitəsi ilə ünvan 4 ünvanda yerləşən “Hilton Baku” otelinin qarşısında 4000 manat, xx xxxxxxx 2016-cı il tarixdə ünvan 5 ünvanda yerləşən “BEGOC” biznes mərkəzinin qarşısında 2000 manat pulunu ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs5 6000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 sonuncunun qardaşı oğlu X6 Xidmətində işləyən qohumu vasitə si ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 2016-cı ilin oktyabr ayının axırlarında ünvan 6 ünvanda yerləşən 146 saylı orta məktəbdə Zərərçəkmiş şəxs6 aid xidməti iş otağında 2000 manat, 2016-cı ilin noyabr ayının əvvəllərində isə qeyd olunan ünvanda 2500 manat, 2016-cı ilin noyabr ayının ortalarında yenidən həmin ünvanda 1000 manat pulunu ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs6 5500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah n iyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 sonuncunun oğlu Şahid4 Etibar oğlunu Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə ünvan 7 ünvanda yerləşən 51 saylı X10 Şahverdizadə ilə aralarında gələcəkdə yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlatdıraraq, etibarından sui-istifadə edib, notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs7 5000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizam layıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs8 sonuncunun oğlu X9 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə ünvan 8 ünvanda yerləşən 21 saylı Notariat Kontorunda Zərərçəkmiş şəxs8 ilə aralarında gələcəkdə yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlatdıraraq etibarından sui-istifadə edib, notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs8 4500 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X14 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs9 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə sonuncunu işlədiyi Zərdab rayonundan Bakı şəhərində yerləşən orta məktəblərdən birinə köçürdəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə ünvan 9 ünvanda yerləşən 24 saylı Notariat Kontorunda Şahid5 ilə aralarında gələcəkdə yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlatdıraraq, etibarından sui-istifadə edib, notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs9 7000 manat pulunu ələ keçirməklə xeyl i miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, özgənin əmlakını aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs10 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə ünvan 10 ünvanda yerləşən 11 saylı Notariat Kontorunda aralarında gələcəkdə yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlatdıraraq etibarından sui-istifadə edib, notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs10 3000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan savayı, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə etmək və aldatma yolu ilə sonuncunun qızının iş yerini dəyişdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2016-cı il tarixdə ünvan 11 ünvanında fəaliyyət göstərən 11 saylı notariat kontorunda reyestrdə 3M-926 № ilə qeydə alınmış, gələcəkdə yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlayaraq etibarından sui-istifadə edib, notariat kontorunun qarşısında Zərərçəkmiş şəxs11 5000 manat pulunu ələ keçirib ma ddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası FHN XRXXƏ-nin xüsusi riskli xilasetmə və mühafizə taborunun Komendant tağımının mütəxəssis-nizamlayıcısı işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə özünün yuxarı dairələrdə tanışlarının olmasını, 10.000 manat verəcəyi təqdirdə Zərərçəkmiş şəxs12 Dövlət Təhlükəsizlik Xidmətində işləyən qohumu vasitəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rabitə şöbəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, xx xxxxxx 2017-cı il tarixdə sonuncunun qohumu Zərərçəkmiş şəxs4 vasitəsi ilə ünvan 12 ünvanda yerləşən “Sərin” kafesində Zərərç əkmiş şəxs12 5000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: İ.M.Murquzov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və müdafiəçisi- vəkil X4 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə Təqsirləndirilə n şəxs barəsində ittiham hökmü çıxararkən barışığın əldə olunmaması, ziyanın tam şəkildə ödənilməməsi, cinayətin qrup halında vəzifə səlahiyyətlərindən suiistifadə etməklə onlara külli miqdarda ziyan vurmaqla törədilməsi nəzərə alınmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxslər kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxararkən barışığın əldə olunmaması, ziyanın tam şəkildə ödənilməməsi, cinayətin qrup halında vəzifə səlahiyyətlərindən suiistifadə etməklə onlara külli miqdarda ziyan vurmaqla törədilməsi nəzərə alınmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək Təqsirləndirilən şəxs barəsində ağır cəza təy in edilməsini xahiş etmişlər. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə vurulmuş zərər qanunla müəyyən edilmiş xeyli miqdar həddindədir. Ona görə də kassasiya şikayətində göstərilən vurulmuş zərərin külli miqdarda olması barədə dəlillər əsassızdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməlindən səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs1 vurulmuş zərəri tam və digər zərərçəkmiş şəxslərə isə vurulmuş zərəri qismən ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cinayətin xarakterini və ictimai təhlükə lilik dərəcəsini, məhkumun şəxsiyyətini nəzərə aldığını hökmdə göstərmiş və sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Zərərçəkmiş şəxslərin məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması barədə kassasiya şikayətlərinin dəlilləri ancaq onlara vurulmuş zərərin ödənilməməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin mənasına görə isə cəzanın məqsədi yalnız cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini nəzərdə tutmur, eyni zamanda cinayət törətmiş şəxsin islah olunmasını, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini də nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi əsasları da nəzərə alınmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasım hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayət işinin faktiki halları və Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3cü maddələrinin tələbləri nəzərə alınaraq qanuni və əsaslı cəza tyin edilmişdir. Ona görə də cəzanın ağırlaşdırılması barədə zərərçəkmiş şəxslərin kassasiya şikayətləri əsassız hesab edilərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilm əsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və müdafiəçisi- vəkil X2 birgə kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-482/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-482/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver