Məhkəmə qərarları › İş №1(102)-482/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-482/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-482/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-ni n 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 320.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X43 (sədrlik edən), X40 və X25 ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Masallı rayonu Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 320.1, 320.2 və 32. 4,312.2-ci maddələri ilə təqsirli bilinərək, M-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, CM-nin 66.3-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının xx xxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X2 (sədrlik edən), X26 və X34 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü guya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək X16 övladı X35 “ASAN xidmət” mərkəzində nəzarətçi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib 2017-ci ilin avqust ayında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən 2 saylı “ASAN xidmət” mərkəzinin inzibati binasındakı çayxanada ondan 3.000 manat pulunu aldatma yolu ilə alıb, bundan sonra qeyd olunan işin alınmadığını bildirərək X X Xi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “Vətəndaşların qəbulu şöbəsində mütəxəssis” vəzifəsinə işə qəbul etdirəcəyi barədə eyni üsulla yalandan vəd verib 2017-ci ilin noyabr ayında Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Bizim market”in qarşısında ondan əlavə olaraq 1.300 manat, vahid niyyətlə cəmi 4.300 manat pulunu - əmlakını alıb sonuncunu inandırmaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi ev 248-də yerləşən mənzilində özünə məxsus kompüterdə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək hazırladığı hüquq verən rəsmi sənəd olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri tərəfindən verilməsi görüntüsü yaradan 6.2.5/Z-095 saylı, xx.xx.2017-ci il tarixli Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində çalışan digər dövlət orqanları əməkdaşlarının “İş təlimatı”nın təsdiq edilməsi barədə Əmri və X27 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Vətənda şların qəbulu şöbəsində mütəxəssis kimi işləməsinə dair xx.xx.2018-ci il tarixli “ASAN xidmət” mərkəzlərində xidmət göstərən dövlət orqanları əməkdaşlarının 00001 №-li İş təlimatını Yetər Xaya təqdim etməklə istifadə edib özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Yetər Xanı təhrik etmiş, hüquq verən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək hazırlayıb ondan istifadə etmiş və özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmi yyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə özbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin oktyabr ayının sonlarında X3 övladı X28 “ASAN xidmət” mərkəzinə baş mühasib vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 6.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığında ondan 3.000 manat pulunu alıb ələ keçirmiş, sonradan Hə H Ha aldadıldığını başa düşüb qalan məbləği verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib onun 6.000 manat məbləğində pulunu tam həcmdə ələ keçirə bilməyərək aldatma yolu ilə təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməyə cəhd etmiş, habelə istədiyi məbləğin bir qismini aldatma yolu ilə ələ keçirməyə nail olaraq təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Hə H Hanı təhrik etmiş, təkrarən özbaşına öz ünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə özbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhər sakini X44 onu “ASAN xidmət” mərkəzlərindən birinə baş məsləhətçi vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərini n) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 7.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, görəcəyi işə inam yaratmaqla Q Q Qdən pulu almaq üçün həmin tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı Notariat kontorunda qəsdən kredit müqaviləsi kimi rəsmiləşdirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan 7.000 (yeddi min) manat məbləğində pulu alıb xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirərək dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Q Q Qi təhrik etmiş, tək rarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə özbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhər sakini X4 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə sektor müdirinin müavini vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səla hiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 6.500 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, görəcəyi işə inam yaratmaqla T T Tovdan pulu almaq üçün xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 115/9 ünvanında yerləşən 52 saylı Notariat kontorunda qəsdən kredit müqaviləsi kimi rəsmiləşdirərək aldatma və etibardan suiistifadə etmə yolu ilə ondan 6.500 manat məbləğində pulu, vahid niyyətlə cinayət əməlini davam etdirərək T T Tovun bacısı X1 həmin mərkəzdə baş mühasibin köməkçisi vəzifəsinə eyni üsulla maddi nemət olan 5000 manat pul verilməsi müqabilində işə düzəldəcəyi barədə yalan dan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq, görəcəyi işə inam yaratmaqla T T Tovdan pulu almaq üçün xx xxxxxx 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 5 saylı notariat kontorunda qəsdən kredit müqaviləsi kimi rəsmiləşdirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan 5.000 manat məbləğində pulu, vahid niyyətlə cəmi 11.500 manat pulu aldatma yolu ilə alıb xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə T T Tovu təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Pre zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin dekabr ayının əvvəllərində Mingəçevir şəhər sakini X13 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə mühafizəçi kimi, arvadı X29 isə həmin mərkəzdə qeydiyyatçı kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqəda r onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan 3.500 manat pul, arvadı Z.U U üçün isə 2.000 manat pulun verilməsi müqabilində həll edəcəyini bildirib x xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında ondan ilkin olaraq 1.000 manat, 2018-ci ilin yanvar ayında Bakı şəhərində yerləşən “20 yanvar” metrostansiyasının yaxınlığında 2.000 manat, bundan bir neçə gün sonra isə həmin yerdə 2.500 manat, vahid niyyətlə cəmi 5.500 manat məbləğində pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasit əçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə G G Gi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhər sakini X30 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə sü rücü kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.500 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, görəcəyi işə inam yaratmaqla Fərid Fərəcovdan pulu almaq üçün həmin tarixdə Mingəçevir şəhərində yerləşən 1 saylı Notariat kontorunda qəsdən kredit müqaviləsi kimi rəsmiləşdirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ondan ilkin olaraq 3.000 manat, x xxxxxx 2018-ci il tarixdə isə Fərid Fərəcov tərəfindən Mingəçevir şəhərində yerləşən 8 saylı poçt şöbəsi vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 500 manat məbləğində pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən poçt məntəqəsindən şəxsən götürüb, vahid niyyətlə cəmi 3.500 manat məbləğində pulu aldatma yolu ilə alıb özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Fərid Fərəcovu təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azə rbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək Mingəçevir şəhər sakini X31 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə zəruri avadanlıqların alınmasından ötrü 3.000 manat məbləğində pulun mərkəzin hesabına köçürülməsi müqabilində onu sürücü kimi işə düzəldəcəyi barədə yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla özünün vasitəsilə həll edəcəyini bildirib həmin məbləğdə pulu istəyib xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhərində yerləşən doğum evinin qarşısında özünün icarə əsasında idarə et diyi “Audi Q7” markalı avtomobilin salonunda ondan ilkin olaraq 1.000 manat və həmin gün Mingəçevir şəhəri, Tibb kollecinin qarşısında yenidən 1.000 manat, eyni niyyətlə cəmi 2000 manat pulunu alıb ələ keçirmiş, sonradan Elşad Tağıyev aldadıldığını başa düşüb qalan məbləği verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onun 3.000 (üç min) manat məbləğində pulunu tam həcmdə ələ keçirə bilməyib aldatma yolu ilə təkrarən dələduzluq etməyə cəhd etmiş, habelə istədiyi məbləğin bir qismini aldatma yolu ilə ələ keçirməyə nail olaraq təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə dolayı yolla vasitəçidən istifadə etməklə xeyr inə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Elşad Tağıyevi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə özbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin dekabr ayının ortalarında Mingəçevir şəhər sakini X17 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə sürücü kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, görəcəyi işə inam yaratmaqla C.Sadıqovdan pulu almaq üçün qəsdən xx xxxxxx 2017-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 32 saylı Notariat kontorunda sonuncunun atası X36 ilə öz arasında kredit müqaviləsi kimi rəsmiləşdirərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cəmil Sadıqovdan 2.000 manat məbləğində pulunu alıb ələ keçirmiş, sonradan isə Cəmil Sadıqov aldadıldığını başa düşüb qalan məbləği verməkdən imtina etdiyinə görə bilavasitə cinayət t örətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onun 3.000 manat məbləğində pulunu tam həcmdə ələ keçirə bilməyib aldatma yolu ilə təkrarən dələduzluq etməyə cəhd etmiş, habelə istədiyi məbləğin bir qismini aldatma yolu ilə ələ keçirməyə nail olaraq təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Cəmil Sadıqovu təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhər sakini X8 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə bağban kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib həmin gün Mingəçevir şəhəri, Natəvan küçəs ində yerləşən Doğum evinin (köhnə) qarşısında ondan ilkin olaraq 1.000 manat məbləğində pulunu alıb, xx xxxxxx 2017-ci il tarixdə isə Hörmət Məhərrəmov tərəfindən Mingəçevir şəhər Mərkəzi poçt şöbəsi vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 1.000 manat məbləğində pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən poçt məntəqəsindən şəxsən götürüb, vahid niyyətlə onun cəmi 2.000 manat məbləğində pulunu ələ keçirmiş, sonradan isə Hörmət Məhərrəmov aldadıldığını başa düşüb qalan məbləği verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib onun 3.000 manat məbləğində pulunu tam həcmdə ələ keçirə bilməyərək aldatma yolu ilə ilə təkrarən dələduzluq etməyə cəhd etmiş, habelə ist ədiyi məbləğin bir qismini aldatma yolu ilə ələ keçirməyə nail olaraq təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Hörmət Məhərrəmovu təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentli yinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin dekabr ayının ortalarında Mingəçevir şəhər sakini X14 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə sürücü kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib vədinə əməl etmək niyyətində olmayaraq, görəcəyi işə inam yaratmaqla Təbriz Savxanovdan pulu almaq üçün xx xxxxxx 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 19 saylı Notariat kontorunda qəsdən kredit müqaviləsi kimi rəsmiləşdirərək aldatma və etibardan sui-istifa də etmə yolu ilə ondan 2.000 manat məbləğində pulunu alıb ələ keçirmiş, sonradan isə Təbriz Savxanov aldadıldığını başa düşüb qalan məbləği verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib onun 3.000 manat məbləğində pulunu tam həcmdə ələ keçirə bilməyərək aldatma yolu ilə təkrarən dələduzluq etməyə cəhd etmiş, habelə istədiyi məbləğin bir qismini aldatma yolu ilə ələ keçirməyə nail olaraq təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Təbriz Savxanovu təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilmə sində ifadə olunan hərəkətləri ilə "ASAN xidmət" mərkəzlərinin struktruna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin dekabr ayının sonlarında X45 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzində sürücü kimi işə düzəldəcəyi barədə yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib həmin tarixdə Şəki şəhəri ərazisində yerləşən “Qaqarin” adlandırılan kafedə ondan 3.000 manat məbləğində pulunu alıb ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Rəhman Əliyevi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hü quqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2017-ci ilin dekabr ayının sonlarında X51 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzində sürücü kimi işə düzəldəcəyi barədə yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 2.500 (iki min beş yüz) manat pul verilməsi müqabilində həll edəcəyini bildirib ilkin olaraq xx xxxxxx 20 18-ci il tarixdə Abbas Əliyev tərəfindən Bərdə şəhər Mərkəzi poçt şöbəsi vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 1.000 (bir min) manat, eyni tarixdə qardaşı Rəhman Əliyev tərəfindən Şəki şəhər Mərkəzi poçt şöbəsi vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 1.000 (bir min) manat, xx xxxxxx 2018-ci il tarixdə yenidən Rəhman Əliyev tərəfindən Şəki şəhər Mərkəzi poçt şöbəsi vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 500 (beş yüz) manat məbləğində pulu, vahid niyyətlə cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən poçt məntəqələrindən şəxsən götürüb özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istif adə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Abbas Əliyevi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin yanvar ayının ortalarında Mingəçevir şəhər sakini X18 onu Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzi ndə sektor müdiri vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 9.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində “Dənizkənarı Milli Park”da ondan ilkin olaraq 4.500 manat məbləğində pulu şəxsən alaraq, xx xxxxxx 2018-ci il tarixdə Şaiq Abdullayevin arvadı Dilarə Abdullayeva tərəfindən “xxxx” ASC-nin Mingəçevir filialı vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.420 manat və eyni gündə qeyd olunan bank vasitəsi ilə eyni qaydada göndərilmiş 80 manat məbləğində pulunu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən bankın müxtəlif filiallarından şəxsən götürüb, vahid niyyətlə Şaiq Abdullayevə məxsus cəmi 9.000 manat məbləğində pulu aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Şaiq Abdullayevi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin yanvar ayının ortalarında Kəlbəcər rayon sakini X6 onu Gəncə şəhərində yerləşən Gəncə “ASAN xidmət” mərkəzində işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 8.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib xx xxxxxx 2018-ci il tarixdə İqbal Musazadə tərəfindən “xxxx” ASC-nin Goranboy filialı vasitəsi ilə Bakı şəhərinə onun adına gön dərilmiş 7.000 manat məbləğində pulu, xx xxxxxx 2018-ci il tarixdə isə həmin bankın Kəpəz filialı vasitəsilə yenidən onun adına göndərilmiş 1.000 manat pulu, cəmi 8.000 manat məbləğində pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən bankın müxtəlif filiallarından şəxsən götürməklə, həmin ayın sonlarında isə işin alınmadığını, əlavə olaraq 1.000 manat pulun da verilməsinin zəruriliyini yalandan bildirib İqbal Musazadənin Bakı şəhərində ona verilməsi üçün göndərdiyi həmin məbləğdə pulu alıb, vahid niyyətlə cəmi 9.000 manat məbləğində pulu aldatma yolu ilə alıb xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə İqbal Musazadəni təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə "ASAN xidmət" mərkəzlərinin struktruna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin fevral ayının əvvəllərində Mingəçevir şəhər sakini X19 övladı X7 şəhərində açılacaq “ASAN xid mət” mərkəzində sektor müdirinin müavini vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 7.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib x xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Bayıl qəsbəsində yerləşən “Bayraq meydanı”nda ondan ilkin olaraq 7.000 manat, səhəri gün isə İbrahim Abdullayevin yaşının və iş stajının az olmasına görə əlavə olaraq 1.000 manat pulun da ödənilməsinin zəruriliyini bildirib həmin gün qardaşı Şaiq Abdullayev tərəfindən “xxxx” ASC-nin Mingəçevir filialı vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 1.000 manat məbləğində pulu Bakı şəhəri ərazisində istinta qla müəyyən edilməyən bankın müxtəlif filiallarından şəxsən götürməklə, vahid niyyətlə Abid Abdullayevə məxsus cəmi 8.000 manat məbləğində pulu aldatma yolu ilə alıb xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Abid Abdullayevi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə "ASAN xidmət" mərkəzlərinin struktruna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə po zulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin fevral ayının əvvəllərində Mingəçevir şəhər sakini X20 övladı X24 şəhərində açılacaq “ASAN xidmət” mərkəzində yönəldici kimi işə düzəldəcəyi barədə yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 4.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib xx xxxxxx 2018-ci il tarixdə D D D D tərəfindən Mingəçevir şəhər Mərkəzi poç t şöbəsi vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 4.000 manat məbləğində pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən poçt məntəqələrindən şəxsən götürməklə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə D D D Du təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına ö zünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin fevral ayının əvvəllərində Mingəçevir şəhər sakini X21 arvadı X9 Mingəçevir şəhərində açılacaq “ASAN xidmət” mərkəzinə yönəldici kimi işə düzəldəcəyi barədə yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində yerləşən Bakı Beynəlxalq Avtovağzalının qarşısında ondan 3.000 manat məbləğində pulunu alıb ələ keç irərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə X X Xi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin fevral ayının sonlarında Mingəçevir şəhər sakini X10 onu Mingəçevir şəhərində açılacaq “X72”nda sektor yönəticisi vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 5.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib x xxxx 2018-ci il tarixdə Bəhruz Babayev tərəfindən “xxxx” ASC-nin Mingəçevir filialı vasitəsi ilə Bakı şəhərinə onun adına göndərilmiş 2.900 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.930 manat və eyni gündə qeyd olunan bank vasitəsi ilə göndərilmiş 70 manat məbləğində pulu Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən bankın m üxtəlif filiallarından şəxsən götürməklə ələ keçirərək, vahid niyyətlə Bəhruz Babayevə məxsus cəmi 5.000 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Bəhruz Babayevi təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə öbaşına özünü Azərbaycan Respublikasın ın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin mart ayında Saatlı rayon sakini X11 onu 1 saylı Bakı “ASAN xidmət” mərkəzində nəzarətçi vəzifəsinə işə düzəldəcəyi barədə yalan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 1.500 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib Valeh Hüseynov tərəfindən xx xxxx 2018-ci il tarixdə istintaqla müəyyən edilməyən taksi sürücüsü vasitəsilə Saatlı rayonundan Bakı şəhərinə ona göndərilmiş 500 manat məbləğində pulu Bakı şəhərində, xx xxxx 2 018-ci il tarixdə isə Sabirabad rayonu ərazisində “Qlobus” dairəsi deyilən ərazidə görüşərək 1.000 manat pulu şəxsən alaraq, vahid niyyətlə Valeh Hüseynova məxsus cəmi 1.500 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxsə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Valeh Hüseynovu təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa, o, təkrarən, eyni niyyətlə özbaşına özünü Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək 2018-ci ilin aprel ayında Qəbələ rayon sakini X22 onu Qəbələ rayonunda yerləşən Qəbələ Regional “ASAN” Xidmət Mərkəzinə hüquq sektoruna məsləhətçi kimi işə düzəldəcəyi barədə yalandan vəd verib, qeyd edilən məsələni səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özünün vasitəsilə maddi nemət olan – 3.000 manat pul verilməsi müqabilində həll edəcəyini bildirib xx xxxxx 2018-ci il tarixdə Aygün İsrafilova tərəfindən Qəbələ şəhər Poçt Şöbəsi vasitəsilə sinif yo ldaşı olmaqla cinayətdən xəbərsiz olan tanışı X32 adına göndərilmiş 2.700 manat məbləğində pulu sonuncunun ünvan 6 ünvanında yerləşən Masallı rayon Mərkəzi Poçt şöbəsindən eyni tarixdə götürərək həmin şöbənin inzibati binasında ona təqdim etməsi ilə alıb ələ keçirmiş, sonradan Aygün İsrafilova aldadıldığını başa düşüb qalan məbləği verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib onun 3.000 manat məbləğində pulunu tam həcmdə ələ keçirə bilməyərək aldatma yolu ilə təkrarən dələduzluq etməyə cəhd etmiş, habelə istədiyi məbləğin bir qismini aldatma yolu ilə ələ keçirməyə nail olaraq təkrarən dələduzluq etmiş, təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifəli şəxs ə birbaşa yolla vasitəçidən istifadə etməklə xeyrinə hərəkətin edilməsi müqabilində rüşvət verməyə Aygün İsrafilovanı təhrik etmiş, təkrarən özbaşına özünün vəzifəli şəxs qismində təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəmiyyətdə nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq düzgün aparılmamış, məhkəmələr tərəfindən cinayət-pro sessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, onun barəsində CM-nin 32.4, 312.1-ci maddəsi ilə əsassız yerə ittiham irəli sürülmüşdür. O heç kimə rüşvət verməmiş, heç kimlə bu barədə sövdələşməmişdir. Məhkum ailəli olmasını, himayəsində iki azyaşlı övladının olmasını, yaşadıöı yer üzrə müsbət xarakterizə olunmasını, ailə vəziyyətinin ağır olduğunu vurğulayaraq, əməlinin düzgün tövsif olunması və barəsində yüngül cəza təyin edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, ona işin yeni Apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər h ansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirsiz bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarından görünür ki, Məhkumin CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsi Məhkumin ö z ifadəsi ilə yanaşı zərərçəkmiş şəxlər və şahidlərin ifadələri, iş materiallarında olan protokollar, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsi istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 320.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini tam şəkildə təsdiq etmişdir. İş materiallarında olan, Məhkum ibtidai istintaqda verdiyi ifadəsində görünür ki, “X5 və övladı O Oni tanıyır, belə ki, Hə H Ha sevgilisi K K Knın anası J U U ilə iş yoldaşı olmuşdur. Onlara da özünü 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi təqdim edərək ondan oğlu O Oni “ASAN xidmət”mərkəzinə baş mühasib vəzifəsinə işə düzəldəcəyi barədə yalandan vəd verib, guya yuxarı dövlət orqanlarında mötəbər vəzifədə işləyən kiməsə 6000 manat pul verib bu işi həll edəcəyini demişdir. Lakin Hə ilə aralarında olmuş razılığa əsasən əvvəlcə 3000 manat pul verməli, qalan 3000 manatı isə guya O O Oişə başlayandan sonra verəcəkdir. Beləcə 2017-ci ilin oktyabr ayının axırlarında Bakı şəhəri Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığında Hədən 3000 manat pulunu alıb öz şəxsi ehtiyacları üçün xərcləmiş, qalan 3000 manat pulu isə Hə H Ha vermədiyi üçün ala bilməmişdir.” İş materiallarında olan, birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən X37 qeyd etmişdir ki, “Məhkum ilə 2018-ci ilin yanvar ayının əvvəllərində qohumu G G Gin vasitəsi ilə tanış olmuşdur. Belə ki, 2018-ci ilin yanvar ayının əvvəllərində G G G ona Məhkum adlı şəxslə tanış olduğunu, özünü, arvadını və bir neçə Mingəçevir şəhər sakinini Mingəçevirdə açılacaq “ASAN xidmət” mərkəzinə işə düzəldəcəyini, istəyəcəyi təqdirdə onu da həmin mərkəzə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra X50 Mürsəlovun telefon nömrəsini alaraq onunla əlaqə saxlamışdır. Məhkumla telefon söhbət zamanı o, özünü Bakı şəhərində 1 saylı “ASAN xidmət” mərkəzində sektor müdiri kimi təqdim edərək yaxın vaxtlarda Mingəçevir şəhərində “ASAN xidmət” mərkəzinin açılacağını, onu da həmin mərkəzdə sektor müdiri vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. Xin deməsinə gör ə guya sektor müdiri kimi işə düzələndən sonra 1000-1200 manat maaş alacaqdır. Söhbət zamanı X ona Mingəçevirdə açılacaq “ASAN xidmət” mərkəzinə sektor müdiri kimi işə düzəltmək üçün ona 9000 manat pul vermək lazım olduğunu, dayısının guya hansısa mötəbər yuxarı dövlət orqanırında vəzifədə çalışdığını, onu dayısının vasitəsi ilə işə düzəltdirəcəyini və pulun da ona çatacağını söyləmişdir...” İş materiallarında olan, birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən X15 qeyd etmişdir ki, “2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində yaşayan dostu vasitəsi ilə Məhkumla tanış olmuşdur. Dostundan Məhkum mobil telefon nömrəsini alaraq 2018-ci ilin yanvar ayında onunla danışmışdır. Məhkum onu Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzinə işə düzəldə bilib-bilməyəcəyini s oruşmuşdur. X də telefonda ona həqiqətən də Bakıda “ASAN Xidmət” Mərkəzində mötəbər vəzifədə işlədiyini və onu Gəncədəki “ASAN xidmət” mərkəzinə işə düzəldə biləcəyini bildirmişdir. Söhbət zamanı X ona bunun üçün, yəni onu “ASAN xidmət” mərkəzində işə düzəltməsi üçün 8000 manat pul vermək lazım olduğunu demişdir. Məhkum deməsinə görə guya ondan alacağı pulu hansısa mötəbər vəzifədə çalışan kiməsə verəcəyini və həmin adamın vasitəsi ilə onu işə düzəldəcəyini bildirmişdir...” Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya to planmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası məhkumun CM-nin 32.4, 312.2-ci maddələri ilə təqsirsiz hesab edilməsinə dair kassasiya şikayətində qeyd etdiyi müddəaları əsassız hesab edərək məhkəmələr tərəfindən məhkumun Məhkumin əməlinin düzgün olaraq CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə tövsif olunduğunu vurğulayaraq qeyd edir ki, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkumnin təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cin ayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsi nin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkumnin düzgün olaraq məhkəmələr tərəfindən CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinməsini vurğulayaraq qeyd edir ki, məhkəmələr məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2, 29,178.2.4, 310, 320.1, 320.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar