Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-482/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 1(066)-54/2023 nömrəli (hakim: Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi) hökmü ilə xx.xx.1990-cı ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Kolin tikinti şirkətinin nəzdində olan DKT şirkətində sürücü işləyən, əvvəllər məhkum olunmamış, xxxx qeydiyyatda olmaqla xxx-da yaşayan X7 Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 6 9.3-cü maddəsinə əsasən X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün Göygöl RPŞ-nin MSY-də saxlanılması, həbsdə saxlamanın bir günü islah işləri növündə cəzanın dörd gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanaraq, ona qəti olaraq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 11 (on bir ) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzasının təyin olunması, X2 cəza çəkməsinin əvvəlinin onun işlədiyi və qazancından dövlət nəfinə ilk tutulmalar aparıldığı vaxtdan hesablanması, X2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Gəncə şəhər Probasiya şöbəsin ə həvalə edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli 1(104)-411/2023 nömrəli (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmü ləğv edilmiş, X3 Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadıqda) əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsi, onun Azər baycan Respublikasının adından təqsirsiz elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş X3 qanunsuz olaraq tutulması, həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz ittiham hökmü çıxarılması nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmi şdir. İŞİN HALLARİ: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, X7 istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patronu əldə edib üzərində olan əl çantasının içərisində gizlədərək saxlamış, 29 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində Kəlbəcər rayonundan Göygöl rayonuna gələn zaman Göygöl rayonu Toğanalı kəndinin inzibati ərazisində yerləşən stasionar postda xidmət aparan Göygöl RPŞ-nin Sarısu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Polis şöbəsinə gətirilmiş və əl çantasına baxış keçirilən zaman əl çantasının içərisində gizlədərək qanunsuz olaraq saxladığı 1 ədəd 7,62 kalibrli olmaqla, həmin kalibrə malik “AK”, “AKM”, “AKMS” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patron aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİ DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən hökm qəbul edilərkən sübutlar 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq X3 bəraət verilməsinə dair əsassız və qanunsuz hökm qəbul edildiyindən, həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası X2 təqsirliliyini təsdiq edən və bir-birini tamamlayan mötəbər sübutların məcmusuna əhəmiyyət verməyərək iş üzrə X-in barəsində bəraət hökmü çıxarmışdır. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə özünü təqsirli bilmiş, lakin məhkəmə kollegiyası bu məsələyə obyektiv qiymət verməmiş, X2 hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, gəzdirmə, daşıma və saxlama əməlləri formal cəhətdən mövcud olmasını, həmin hərəkətləri ilə X-in şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və ya zərər yetirmək təhlükəsi yaratmadığından bu əməlin CM-in 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan az əhəmiyyətli kimi qiymətləndirmişdir. Halbu ki, Cinayət Qanununun mənasına görə bu cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı maddələr, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Qeyd olunan cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Həmin cinayətin predmeti odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardır. Şərh olunan cinayət formal tərkibli olduğu üçün CM-in 228.1-ci maddəsində sadalanan hərəkətlər törədildiyi andan başa çatmış hesab olunur. Cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Qanunun izahına görə CM-in 228.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün hər hansı kri minal nəticələrin baş verməsi tələb edilmir. Lakin məhkəmə kollegiyası X-in sadalananların əvəzinə düşmənin canlı qüvvəsinin məhvi üçün nəzərdə tutulan 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı avtomatlarda və əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən patronu faktiki olaraq döyüş bölgəsi hesab edilən Kəlbəcər rayonu ərazisindən əldə etməsini, aidiyyəti üzrə təhvil vermək əvəzinə çantada gizlətməklə saxlamasını az əhəmiyyətli kimi qiymətləndirməkdə haqlı olmamışdır. Məhkəmənin hazırki iş üzrə əmələ CM-in 14.2-ci maddəsinə uyğun olaraq yanaşması, bu qəbildən olan çoxsaylı ittiham hökmlərini də şübhə altına almışdır. Qanunsuz olaraq döyüş sursatının saxlanılması heç bir halda a z əhəmiyyətli, ictimai təhlükəliliyi olmayan bir əməl kimi qiymətləndirilə bilməz. Əks təqdirdə bu təcrübənin formalaşması gələcəkdə də ciddi neqativ nəticələrə səbəb ola bilər. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya q aydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X-ə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması barədə nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-14 6-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinay ət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1- ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 1 avqust 2023-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan X2 məhkəmə də verdiyi ifadəsinə əsasən müəyyən olunur ki, ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhəri 38-ci hərbi şəhərcik ev 394, mənzil 26-da ailəm ilə birlikdə yaşayır, evlidir, 2 azyaşlı övladı var. 2022ci ilin may ayından “Colin” tikinti şirkətinin nəzdində DKT şirkətində yük maşınlarının sürücüsü işləmişdir, təxminən 1 ay bundan əvvəl isə həmin şirkətdə işlər müvvəqqəti olaraq dayandığından işdən ayrılmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etməmişdir. Kəlbəcər rayonunda işlədiyi dövrlərdə rayon ərazisində yabanı halda yetişmiş çətənə kollarını n toxumları diqqətini çəkdiyi üçün onlardan yığıb üzərində saxlamışdır. Təxminən 2022-ci ilin noyabr ayının sonlarında yenə də Kəlbəcər rayonu ərazisində olduğu zaman 1 ədəd avtomat silahlarında istifadə olunan patron tapmışdır. Həmin patronu hərbiçilərə və ya polis əməkdaşlarına vermək niyyəti ilə üzərində saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə şirkət tərəfindən ailə üzvləri ilə görüşmək üçün ona 3 günlük icazə verildiyindən saat təxminən 16:30 radələrində Kəlbəcər rayonundan çıxıb tanımadığı yol maşını ilə Gəncə şəhərinə yola düşmüşdür. Göygöl rayonu Toğanalı kəndində yaradılmış stasionar postda xidmət aparan Göygöl rayon Polis şöbəsinin əməkdaşları onu saxlamışlar. Nəzarət qaydasında əl çantasına baxdıqları zaman ona məxsus eynək qutusunun içərisində saxladığı çətənə bitkisinin toxum larını və 1 ədəd patronu görüb onu Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də təhqiqatçı tərəfindən o, narkotik vasitələrin istifadəsinə şübhəli şəxs qismində tutulmuş və onun istəyi ilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış və eynək qutusunda saxladığı çətənə toxumları ilə birlikdə 1 ədəd avtomat patronunu da aşkar edib götürmüşlər. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair protokoldan müəyyən edilir ki, X2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı X2 üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundan başqa X2 əl çantasının içərisində olan eynək qutusundan 3 ədəd ağ rəngli kağız bükümlərin içərisindən bitki toxumları və 1 ədəd patron aşkar edilərək götürülmüş, baxış zamanı aşkar edilmiş büküm v ə 1 ədəd patron zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış zamanı X7 həmin bitki toxumlarını və 1 ədəd patronu Kəlbəcər rayonunda işlədiyi zaman yığdığını və tapdığını, həmin kütlədən və patrondan başqa heç bir yerdə saxlamadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X7 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Kəlbəcər şəhər İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 508 nömrəli arayışından və arayışa əlavə edilmış xasiyyətnamədən görünür ki, X2 Kəlbəcər şəhəri Sülh küçəsi ev 6-da daimi qeydiyyatda olmaqla məcburi köçkün kimi Gəncə şə həri Məhsəti qəsəbəsi XVİİ küçədə müvəqqəti məskunlaşmış, himayəsində 2016-cı il təvəllüdlü X6 və 2018-ci il təvəllüdlü X4 adlı ıkı azyaşlı uşağı var və yaşadığı yer üzrə müsbət səciyələndirilir. Ali təhsillidir, 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsini bitirmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X2 hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, daşıma və saxlama əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri ilə X şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və ya zərər yetirmək təhlükəsi yaratmadığından CM-in 14.2-ci maddəsinə əsasən onun əməli ictimai təhlükəli sayılmayan az əhəmiyyətli əməl kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X həmin 1 ədəd patronu “ Vətən Müharibəsi” zamanı döyüş əməliyyatlarının həyata keçirildiyi Kəlbəcər rayonu ərazisindən tutulmamışdan 3 gün əvvəl tapmış və üzərində daşımış, onun həmin patronu əldə etməklə bağlı öncədən niyyəti olmamış, bunu qabaqcadan arzu etməmiş, planlaşdırmamışdır. Üstəlik onun bu əməlin törədilməsində məqsədi və motivi də qeyrimüəyyəndir. X həmin patronu təsadüfən tapmış (əldə etmiş), həmin patronun özündə saxlanmasına heç bir əhəmiyyət verməmiş, həmin patrondan gələcəkdə hər hansı hüquqa zidd məqsədlə istifadə etmək niyyətində olmamış, polis əməkdaşları tərəfindən onun üzərindən həmin 1 ədəd patron aşkar edilməsi nəticəsində, o, həmin patronu evinə gətirə bilməmişdir. Bundan əlavə, X öz hərəkətləri ilə şəxsiyyətə, cəmiyyətə və dövlətə hər hansı bir zərər vurmamış və ya belə bir təhlükə yarat mamışdır. Kassasiya məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 14.2-ci maddəsinin tətbiqi ilə əlaqədar apellyasiya məhkəməsinin gəldiyi nəticəyə və həmin maddənin tətbiqi ilə əlaqədar kassasiya protestində göstərilənlərə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsində əsasən Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət ictimai təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi əməldir. Əməlin ictimai təhlükəli olması onun qanunla qorunan sosial əhəmiyyətli dəyər, maraq və sərvətlərə zərər vurmaq və ya real zərər vurmaq təhlükəsi yarada bilməsi xüsusiyyəti ilə ifadə olunur. Şəxsin şüur və iradəsinin nəzarəti altında törədilən əməl o vaxt ictimai təhlükəli əməl hesab edilir ki, həmin əməl əhalinin əksər hissəsi, bütövlükdə cəmiyyət və va müəyyən kateqoriyadan olan vətəndaşlar üçün əhəmiyyətli dərəcədə təhlükə törətmiş olsun. Başqa sözlə, şəxsin törətdiyi əməlin ictimai təhlükəli əməllər sırasına aid edilməsi üçün əsas kimi çıxış edən göstərici - həmin əməldə sosial əhəmiyyətli dəyər maraq və s ərvətlərə real zərər vurma imkanının mövcudluğudur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlukəliliyi bir sıra başqa hallardan da, məsələn, onun törədildiyi şəraitdən, təqsirin formasından, əməlin motivi və məqsədindən asılı olur. İctimai təhlukəliliyin müəyyən edilməsində əsas yeri qəsdin obyekti və meydana çıxan zərərli nəticələr tutsa da, bununla belə bir qrup əməllər zərərli nəticənin baş verməsindən asılı olmayaraq hərəkət və ya hərəkətsizlik törədildiyi andan ictimai təhlükəli olur. İstinad olunan CM-in 14.2-ci maddəsi faktiki cinayətin anlayışını konkretləşdirir, cinayətə bənzəyən, lakin cinayət hesab edilməyən hüquq pozuntularını cinayət əməlindən fərqləndirməyə imkan verir. Burada qanun əməlin az əhəmiyyətli olmasının iki ölçüsünü müəyyən edir: 1) törədilən əməlin əlamə tlərinin CM-in Xüsusi hissəsinin maddələrinin dispozisiyasında nəzərdə tutulan cinayət əməlinin (hərəkət və ya hərəkətsizlik) əlamətləri formal olaraq az əhəmiyyətli sayılan əməldə mövcud olur; 2) həmin əməl qanunla qorunan obyektlərə zərər yetirmir və ya zərər yetirmək təhlükəsi yaratmadığı üçün buna görə də az əhəmiyyətli olduğundan əməl ictimai təhlükəli sayılmır; Məhkəmələr tərəfindən törədilmiş əməlin az əhəmiyyətli olmasına dair qiymətləndirmə törədilmiş əməldə təzahür edən əlamətlər, yəni cinayətin törədilmə üsulu, cinayətin motiv və məqsədi, başa çatdırılması səviyyəsi və digər işin faktiki halları nəzərə alınmaqla aparılmalıdır. Bu baxımdan törədilən əməl o halda az əhəmiyyətli sayılır ki, həm də təqsirkarın niyyəti məhz az əhəmiyyətli əməlin edilməsinə yönəlmiş olsun. Məhkəmə ara şdırması zamanı müəyyən olundu ki, apellyasiya məhkəmə kollegiyası baxılan cinayət işi üzrə nəticəyə gələrkən X2 hərəkətlərinin məqsədi və motivini, Kəlbəcər rayonu ərazisindən tutulmamışdan 3 gün əvvəl taparaq əl çantasının içərisində qanunsuz olaraq saxladığı 1 ədəd 7,62 kalibrli olmaqla, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən və təyinatı üzrə istifadəyə (atəşə) yaralı patronun əldə edilmə mənbəyini və yerini, növünü, miqdarını, dəyərini və işin digər faktiki hallarını nəzərə almışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin hallarını kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edərək, yerdən tapdığı bir ədəd patrona görə ali təhsilli, ailəli və himayəsində iki azyaşlı uşağı olan şəxsin məqsədi və motivi qeyrimüəyyən olan, hər hansı əhəmiyyətl i nəticələrə səbəb olmayan, həmçinin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməlinin cinayət hesab edilməsi və onun məhkum edilməsi CM-in norma və prinsiplərinə zidd olması barədə apellyasiya məhkəmə kollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual Məcəllələrinə əsasən X2 ittiham olunduğu cinayət əməli üzrə əməldə cinayət tərkibinin olmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq bəraət hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilm əli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar X2 ittiham olunduğu əməl üzrə cinayət tərkibi olmadığı barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə kollegiyası sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarıl arkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hö km və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 avqust 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-482/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-482/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver