Məhkəmə qərarları › İş №1(102)-482/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-482/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-482/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, evli, ünvan 1 ünvanda yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan R espublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(107)-372/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(016)-51/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: B.N.Qasımov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(107)-372/2024 il tarixli qərarı ilə, (hakimlər: A.M.Eyvazov (sədrlik edən), E.B.İsayev və X.H.Səmədov) Ağsu Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd, 16 kalibrli, TOZB modelli, patronluğunun u zunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ Tula silah zavodunda istehsal olunmuş, seriya və nömrəsi silinmiş, hamar qoşa lüləli, yivsiz, odlu ov tüfəngi olub, lakin sonradan konstruktik dəyişikliklərə məruz qalaraq lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, hal-hazırda lüləsinin uzunluğu 285 mm, ümumi uzunluğu 490 mm olan, öz ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və hər iki lüləsi atəş üçün yararlı, odlu silah hesab olunan ov tüfənginin kəsiyini və zavod üsulu ilə istehsal olunmuş 16 kalibrli, həmin kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəş) yararlı, döyüş sursatı hesab olunan 05 ədəd patronları qanunsuz əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhəri N.Tağızad ə küçəsi 63 saylı evə gətirib həmin evdə saxlamış, xx.xx.2024-cü il tarixdə qeyd edilən odlu silah və döyüş sursatını qanunsuz olaraq üzərində gəzdirərkən, həmin tarixdə saat 12:30 radələrində Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamasında şübhələnildiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanda yerləşən inzibati binasına gətirilib orada saat 13:20 radələrində üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əynində olan qara rəngli şalvarının sağ yan tərəfindən belinə keçirilmiş vəziyyətdə qara rəngli selofan torbanın içərisindən odlu silah hesab olunan ov tüfənginin kəsiyi və döyüş sursatı hesab olunan 05 ədəd patronlar aşkar edilərək gö türülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyin edərkən işin əhəmiyyətli hallarına, o cümlədən Məhkum məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadələr verməsinə, ona münasibətdə yüngülləşdirən halların olmamasına, əksinə əməlində cəzasını ağırlaşdıran hal hesab edilən cinayətin residiv olmasına baxmayaraq sonuncuya yüngül cəza təyin etmişlər. Kassasiya protestinin müəllifi iddia edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən cinayət qanununun normalarına, eləcə də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrinə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilm əmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum kassasiya protestinə qarşı etirazda ona təyin edilmiş cəzanın ədalətli olduğunu bildirməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü qərarını dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəs ində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azər baycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalanmış cinayət - hüquqi normalarını baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda kassasiya protestində istinad edilmiş cəzanın həcmi ilə bağlı dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, sa tma, saxlama, daşıma və ya gəzdirmə - Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 03 ay (CM 55.2-ci maddədən çıxış edərək) olmaqla yuxarı həddi isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan islah işləri (iki ilədək müddətə), azadlığın məhdudlaşdırılması cəzası (bir ildən üç ilədək müddətə) nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, verilmiş apellyasiya protesti apellyasiya məhkəməsi tərəfindən təmin edilməmiş və həmin cəzanı dəyişdirmədən saxlamışdır. Baxılan işdə məhkəmələr tərəfindən cəza təyini zam anı cəzanı yüngülləşdirən hallar Məhkum ailəli olması, ailəsinin yeganə qazanc gətirəni olması, himayəsində 3 uşaq olmaqla onlardan ikisinin yetkinlik yaşına çatmaması, cinayəti səmimi etiraf etməsi və törətdiyi əməldən peşman olması, həmçinin cəzanı ağırlaşdıran hallar - cinayətlərin residivin olması nəzərə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan yüngülləşdirici hallar CM-in 59.1.159.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi məhkəmələrə belə halları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Bu səbəbdən, eləcə də müəyyən edilmiş həmin hallar müvafiq sübutlara əsaslandığından, məhkəmələrin onları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə b ilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən xüsusilə onu nəzərə alır ki, qanunverici tərəfindən residivə görə cəza təyin edilərkən təyin olunacaq cəzanın aşağı həddi müəyyən edilmiş, yuxarı həddi ilə bağlı hər hansı imperativ tələb nəzərdə tutulmamış, həmçinin məhkəmələr tərəfindən Məhkum CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş cəza (01 il 06 ay müddətə azadlıqdan məhrum etmə) residivə görə cəzanın təyin edilməsindən bəhs edən CM-in 65.2-ci maddəsinin müəyyən etdiyi həddədir (CM-in 228.1-ci maddəsində daha ağır cəza növü kimi təsbit olunmuş 03 il müddətə azadlıqdan məhrum etmənin yarısından az deyil) və yüngüllüyünə görə CM-in 58.3-cü maddəsində göstərilən hallara, o cümlədən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə açıq-aşkar uyğun olmayan, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən, nəticə etibarı ədalət prinsipinin tələblərini pozan cəza kimi qiymətləndirilə bilməz. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı onun məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, məhkum olunan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə ağır cəzanın təyin edilməsi hə min cəzanın məhkumun islah edilməsi məqsədi ilə deyil, törədilmiş cinayətə görə əvəz çıxmaq, qisas almaq üçün təyin edilməsi kimi qiymətləndirilə bilər ki, bu isə cəzanın AR CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş məqsədləri ilə bir araya sığmır. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(107)-372/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edi lənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2024-cü il tarixli, 1(107)-372/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar