Məhkəmə qərarları › İş №1(102)-483/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-483/2019

19.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-483/2019 19.03.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 483/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ilə ( Sədrlik edən hakim Əliyev Rəfail Əfraddin oğlu) xx.xx.1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 uşağı olan, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Camalov Etibar Əli oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 04 il 06 ay m üddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək, ona verilmiş ittihamdan CM-nin 206.2-ci maddəsinin çıxarılmasını xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 02 sentyabr 2017-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, 2,670 qram heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 4 bükümdə qablaşdıraraq düz bağırsağında yerləşdirib saxlamış, daşımış və həmin gün saat 11:40 radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, sərhəddi keçərkən tələbatına lazım olan qədər – 2,067 qram özü ilə götürmüşdür. Sərhəddi qanunsuz keçməmişdir. Qeyd olunanlara ona verilmiş ittihamdan CM-nin 206.2-ci maddəsinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı ə saslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bil məz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhk əmə iş üzrə təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, məhkum edilmiş şəxslərin ibtidai istintaqda verdikləri qismən etiraf ifadələri, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş dir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, sərhəddi keçərkən tələbatına lazım olan qədər – 2,067 qram heroini özü ilə götürmüşdür. Sərhəddi qanunsuz keçməmişdir. Qeyd olunanlara əsasən ona qarşı irəli sürülmüş ittihamdan CM-nin 206.2-ci maddəsinin xaric edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər( narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının) istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi cina yət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə yəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə isə CM-nin 318-ci maddəsində göstərilmişdir. Məhkum verilmiş ittihamdan görünür ki, ona Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə ilə bağlı ittiham verilməmişdir. İş materiallarında olan şəxsi yoxlama aparılması haqqında 02 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində aparılmış şəxsi yoxlama zamanı düz bağırsağından 4 bükümdə, qablaşdırma ilə birlikdə ümumi çəkisi 4 qram heroinə oxşar maddə aşkar edilib götürülmüşdür. İşdə olan məhkəmə ekspertizasının 13 sentyabr 2017-ci il tarixl i, 22628 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DGK Biləsuvar Gömrük İdarəsi Məhkum barəsində...” yazı, imzalar olan polietilen paketdəki 4 (dörd) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,61 qr; 0,710 qr; 0,650 qr; 0,660 qr; ümumi təmiz çəkisi 2,630 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmin çəkisi 2,630 qr. olmuş, tədqiqata 0,060 qr. sərf edilmiş, qalıq 2,570 qr. qalmışdır. Heroinin ilkin təmiz çəkisi 2,670 qram olmuşdur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinin tə ləbinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qr., külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələri n, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 14-cü bəndində göstərilir ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə e dilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək CM-nin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də CM-nin 234-cü maddəsi ilə tövsif edilir. Digər hallarda, yəni şəxs qeyd olunan dərman vasitələrini bəyan etməməklə, gömrük nəzarətindən kənar, yaxud tibbi sənədlərdən, o cümlədən reseptdən aldatma yolu istifadə etməklə gömrük sərhədindən keçirdikdə, onun əməllərinə işin faktiki hallarından (məsələn, dərman vasitələrinin miqdarının tibbi reseptə uyğun olub-olmamasından, xəstəliyin x arakterindən və ağırlıq dərəcəsindən və sair hallardan) asılı olaraq hüquqi qiymət verilməlidir. İşdə olan sübutlarla təsdiq olunur ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum edilmiş şəxs Məhkum törətdiyi cinayət əməlləri onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmiş, Məhkumnun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə tövsifedilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli CM-in 206.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkumnun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı yuxarıda sadalanan sübutların əldə olunması, hə mçinin həmin sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxs Məhkumnun Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Kollegiya qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə nəzərdə t utulan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmələr tərəfindən məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125,143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə yetərincə sübuta yetirilmişdir. Kollegiya məhkəmələrin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Məhkəmə məhkuma cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 58.3, 8.1, 41.2-ci maddələrinin tələblərini, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələrini, törədilmiş cinayətin xarakterini və ic timai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 22-ci maddəsində nəzərdə tutulan müddəa, yəni hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışını tələb etmək hüququ həyata keçirilmiş və Azərbaycan Respublikası CPM-nin və CM-nin normalarına əməl edilmişdir. Kolleg iya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin təmini üçün məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarını təsbit edən Azərbaycan Respublikası CPMnin 416-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası həmçinin cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 66.3- cü maddəsinin həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilməsini qeyd edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kass asiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar