Məhkəmə qərarları › İş №1(102)-483/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-483/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-483/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Həsənov Fərid İzafət oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 İsfəndiyar oğlu və Zərərçəkmiş şəxs3 nümayəndəsi - “Kaspian” Vəkil Bürosunun vəkili Sadıqov Nurəddin Arif oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs15 və nümayəndəsi - vəkil X13 tərəfindən ayrıayrılıqda və Məhkum və müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlə r A.İ.Paşayev və Ə.Q.Quliyev) hökmü ilə 1985-ci il sentyabrın 13-də Ermənistan SSR-in Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, "xxxx" MTK-nın direktoru işləmiş, xxx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsi əsasında 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı madd əsi əsasında 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CMnin 66.3-66.4-cü maddələri əsasında Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüida rə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2019-cu il tarixdən hesablanmış, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 mülki iddiası qismən təmin edilməklə təqsirləndirilən şəxs Məhkum alınıb Zərərçəkmiş şəxs13 xeyrinə 31.500 manat tutulmuş, Zərərçəkmiş şəxs13 mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs12, X26, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçə kmiş şəxs15 və Zərərçəkmiş şəxs17 mülki iddiaları baxılmamış saxlanılmış və zərər çəkmiş şəxslərə irəli sürdükləri mülki iddiaların qalan hissələrində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilmiş, Məhkum cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs16 hər birinə 54.144 manat, X4 110.000 manat, Zərərçəkmiş şəxs11 75.670 manat, Zərərçəkmiş şəxs8 224.640 manat və X20 40.000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum müdafiəçisi Həsənov Fərid İzafət oğlu, Zərərçəkmiş şəxs13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs10, X18, Zə rərçəkmiş şəxs9, X23, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs7 nümayəndəsi Sadıqov Nurəddin oğlu, Zərərçəkmiş şəxs15 nümayəndəsi X39 və Zərərçəkmiş şəxs17 nümayəndəsi Quliyev Şəmsəddin İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 10 iyun 2022-ci il tarixli hökmü ilə, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs17 nümayəndəsi Quliyev Şəmsəddin İbrahim oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs10, X18, Zərərçəkmiş şəxs9, X23, Zərərçəkmiş şəxs5, Zər ərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs7 nümayəndəsi Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən zərərəçəkmiş şəxslərin imtinası qəbul edilməklə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Zərərçəkmiş şəxs15 nümayəndəsi X25 apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti və Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü Məhkum barəsində qismən ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin maddə ilə ona bəraət verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müd dəaların xaric edilməsi, ona hökmlə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə, CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-66.4-cü maddələrinə əsasən bu cəza hökmlə təyin edilmiş cəzalara qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və m əsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum 08 yanvar 2019-cu il tarixdən həbsdə saxlanıldığı 2 il 7 ay ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılması və onun üzərində qəti olaraq 3 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması hökm edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs12, X21, Zərərçəkmiş şəxs9, Zər ərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs17 mülki iddiaları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə qismən təmin edildiyindən, hazırki hökmdə həmin mülki iddiaların baxılmamış saxlanılması, eyni zamanda, Məhkum cinayət əməlləri nəticəsində iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs16 hər birinə 54.144 manat, X4 110.000 manat, Zərərçəkmiş şəxs11 75.670 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməsinə dair hissəslər xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs15 və nümayəndəsi - vəkil X13 tərəfindən ayrı-ayrı lıqda və Məhkum və müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum 2008-ci il fevralın 05-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin Kommersiya X42 Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınan "xxxx" mənzil-tikinti kooperativinin 2008-ci il yanvarın 22-dən direktoru olmaqla kooperativin 2008-ci il 05 fevral tarixli Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşk ilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin cəmiyyətin faktiki rəhbəri olan atası X31 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllədə 2010-cu ildən inşasına başlanılan birgirişli onmərtəbəli binanın yeddinci mərtəbəsində yerləşən ümumi sahəsi 115,2 m2 olan 38 saylı mənzili 2010-cu il 22 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə şəxsən Bakı şəhər sakini Zərərçəkmiş şəxs15 74.880 manata satsa da həmin mənzilin əvvəllər heç kəsə satılmaması barədə yalan məlumatlar verməklə mənzili yenidən başqa şəxslərə satıb qazanc əldə etməyə dair atası X22 araların da olan ümumi cinayətkar niyyətə uyğun olaraq 2014-cü ilin yanvar ayında sonuncuya mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 saylı mənzilin Zərərçəkmiş şəxs15 satılmasını gizlətmiş, mənzilin əvvəllər heç kəsə satılmamasını yalandan bildirib həmin mənzilin Zərərçəkmiş şəxs1 54.144 manata satılmasına razılaşmış, 2014-cü il yanvarın 31-də həmin pul vəsaitini MTKnın Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilməklə həmin binanın birinci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs1 atası X31 vasitəsi ilə almış, inandırmaq üçün həmin mənzilin göstərilən şəxsə satılması barədə kooperativin ofisində şəxsən qeyd edilən tarixdə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 2014-cü il 31 yanvar tarixli alqı-satqı müqaviləsini və maliyyə arayışını öz imzası və MTK-nın möhürü ilə təsdiq etdikdən sonra qabaqcadan əlbir olduğu X31 vasitəsi ilə X27 vermiş, sonuncuya məxsus 54.144 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində dələduzluq etmiş, daha sonra eyni niyyətlə 2014-cü ilin sentyabr ayında qabaqcadan əlbir olduğu atası X28 mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zoya X1 Namazov 38 saylı mənzilin Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs1 satılmasını gizlətməklə əvvəllər heç kəsə satılmamasını yalandan bildirdikdə həmin mənzili Zərərçəkmiş şəxs8 74.880 manata satmağa razılaşıb 2014-cü il oktyabrın 01-də həmin pul vəsaitini MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllədə inşa edilən binanın birinci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs8 atası X31 vasitəsi ilə almış, inandırmaq üçün həmin mənzilin ona satılması barədə kooperativin ofisində qeyd edilən tarixdə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 2014-cü il 01 oktyabr tarixli alqı-satqı müqaviləsini ilə maliyyə arayışını öz imzası və MTK-nın möhürü ilə təsdiq etdikdən sonra qabaqcadan əlbir olduğu X31 vasitəsi ilə Zərərçəkmiş şəxs8 vermiş, sonuncunun 74.880 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqda rda ziyan vurmaqla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində dələduzluq etmişdir. Bundan başqa istintaq tərəfindən müəyyən olunmuşdur ki, Məhkum özünün (96 pay haqqı, 96 %) və X32 (1 pay haqqı, 1 %), həmçinin tanışları X33 (1 pay haqqı, 1 %), X34 (1 pay haqqı, 1 %) və X10 (1 pay haqqı, 1 %) birgə fəaliyyət göstərmək üçün üzvlüklərinə əsaslanan mütləq pay haqqı müəyyən edilməklə 2008-ci il 22 yanvar tarixli təsis müqaviləsi ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, 2008-ci il fevralın 05-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin Kommersiya X42 Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın 2008-ci il yanvarın 22-dən direktoru olmaqla kooperativin həmin tarixli Nizamnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, onun f əaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalarla malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin kooperativin faktiki rəhbəri atası X31 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Bakı şəhər İcra hakimiyyəti başçısının 2005-ci il 17 avqust tarixli 220 saylı sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllədə 2005-ci ildən inşasına başlanılaraq üç yerüstü mərtəbəsi inşa edilmiş Bakı Şəhəri İcra Hakimiyyətinin 2012-ci il 26 aprel tarixli 170 saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdi rilərək yaşayış binasının tikintisinə icazə verilməklə birgirişli onmərtəbəli, 54 mənzildən ibarət olan yaşayış binasından qabaqcadan əlbir olduğu X22 birlikdə kooperativ adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın xarici tərtibatı və daxili arakəsmələrin layihəyə uyğun tikilməsi, divarların suvaq edilməsi, giriş seyf qapılarının razılaşmadan asılı olaraq qoyulması, mənzillərin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi, müvafiq sayğacların quraşdırılması və yekun sənədlərinin alınması, binada OTİS liftlərinin quraşdırılması, binanın fasadının alkopon və şüşə materiallarla üzlənməsi işlərinin görülməsi, tikintinin başa çatmasından sonra mövcud şəhərsalma və tikinti qanunvericiliyinə uyğun o laraq binanın istismarına icazə alınmasını həyata keçirdikdən sonra 2015-ci ilin may ayınadək mənzilin alıcıya təhvil vermək öhdəliyi götürülməklə 2010-cu il oktyabrın 22-dən 2015-ci il aprelin 16-dək olan müddətdə mənzil alqı-satqı müqavilələri əsasında ayrı-ayrı payçılara, yəni mənzil almaq üçün ayrı-ayrı müştərilərin bilavasitə özü və qabaqcadan əlbir olduğu atası X31 tərəfindən tapılaraq onlara mənzillərin satılıb maliyyə arayışları və kassa mədaxil orderləri əsasında həmin payçılardan müxtəlif məbləğlərdə, o cümlədən 2010-cu il 22 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs15 ümumi sahəsi 115,2 m2 olan 38 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat, 2012-ci il 12 iyul tarixli alqı-satqı müqaviləsi ilə X6 ümumi sahəsi 102,9 m2 olan 24 saylı mənzilin satılması il ə əlaqədar 31.500 manat, 2014cü il 10 mart tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs11 ümumi sahəsi 161,1 m2 olan 30 saylı mənzilin satılması ilə əlaqədar 75.670 manat, 2014-cü il 27 iyul tarixli alqısatqı müqaviləsi ilə Zərərçəkmiş şəxs4 ümumi sahəsi 115,2 m2 olan 26 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 27 iyul tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 27 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat olmaqla cəmi 102.507 manat, 2014-cü il 11 avqust tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs3 ümumi sahəsi 161,1 m2 olan 1 saylı mənzilin satılması ilə əlaqədar 75.670 manat, 2014-cü il 22 sentyabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 115,2 m2 olan 50 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 24 s entyabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 51 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat, 2014-cü il tarixli 20 oktyabr alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 115,2 m2 olan 29 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 52 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat, 2014-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 161,1 m2 olan 54 saylı mənzilin satılması ilə əlaqədar 75.717 manat olmaqla cəmi 356.401 manat, 2014-cü il 04 sentyabr tarixli iki ədəd alqı-satqı müqaviləsi ilə X29 ümumi sahəsi 102,9 m2 olan 3 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat və ümumi sahəsi 115,2 m2 olan 02 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat olm aqla cəmi 102.507 manat, 2014-cü il 04 sentyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs12 ümumi sahəsi 115,2 m2 olan 14 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014cü il 23 dekabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 16 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat olmaqla cəmi 102.507 manat, 2014-cü il 01 oktyabr tarixli üç ədəd alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs8 ümumi sahəsi 115,2 m2 olan 44 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat, ümumi sahəsi 115,2 m2 olan 32 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat, ümumi sahəsi 115,2 m2 olan 47 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat olmaqla cəmi 224.640 manat, 2014-cü il 14 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs16 arvadı X11 ümumi sahəsi 115,2 m2 olan 41 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 20 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs7 anası Şahid3 ümumi sahəsi 115,2 m2 olan 53 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 20 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 anası X15 ümumi sahəsi 115,2 m2 olan 17 saylı mənzilin satılması ilə əlaqədar 95.000 manat, 2014-cü il 20 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs9 arvadı X8 ümumi sahəsi 161,1 m2 olan 49 saylı mənzilin satılması ilə əlaqədar 75.670 manat, 2014-cü il 14 noyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 ümumi sahəsi 102,9 m2 olan 28 saylı i mənzilin satılması ilə əlaqədar 48.363 manat, 2014-cü il 14 noyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs19 ümumi sahəsi 161,1 m2 olan 37 saylı mənzilin satılması ilə əlaqədar 75.717 manat, 2014cü il 23 dekabr tarixli üç ədəd alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 40 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat, ümumi sahəsi 102,9 m2 olan 39 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat və ümumi sahəsi 161 m2 olan 42 saylı mənzilin satılması ilə əlaqədar 75.717 manat olmaqla cəmi 248.160 manat, 2014- cü il 20 dekabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs17 ümumi sahəsi 166,1 m2 olan 60 saylı mənzilin satılması ilə əlaqədar 116.200 manat, 2015-ci il 05 yanvar tarixli alqı-satqı müqaviləsi ilə Mamay Maqsud oğlu Qulubəyova ümumi sahəsi 166,1 m2 olan 43 saylı mənzilin satılması ilə əlaqədar 40.000 manat, 2015-ci il 14 fevral tarixli alqı-satqı müqaviləsi ilə X 4 ümumi sahəsi 166 m2 olan 13 saylı mənzilin satılması ilə əlaqədar 110.000 manat, 2015-ci il 16 aprel tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs18 arvadı X12 ümumi sahəsi 161,1 m2 olan 18 saylı mənzilin satılması ilə əlaqədar 144.900 manat olmaqla ümumilikdə 18 nəfər şəxsə 31 mənzili satmaqla cəmi 2.057.193 manat məbləğində pul vəsaitini inşası həyata keçirilən həmin binanın birinci mərtəbəsindəki ofisdə qabaqcadan əlbir olduğu X22 birlikdə alaraq sonuncuya və kooperativin direktoru kimi özünə etibar edilmiş həmin pul vəsaitinin cəmi 1.489.145,9 manat məbləğində hissəsini binanın tikintiquraşdırma işlərinə sərf edib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə qalan 568.047,1 manat etibar edilmiş özgə əmlakını binanın tikintiquraşdırma işlərinə sərf etməyib qabaqcadan əlbir olduğu X22 birlikdə qulluq mövqeyindən istifadə edərək kooperativin qeyd edilən ünvanında özünün xidməti otağında həmin pul vəsaitini götürüb şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgəyə – "xxxx" MTK-ya məxsus 568.047,1 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən mənimsəməklə talamış, uzun müddət ərzində qeyd olunan binanın tikintisini müqavilə şərtlərinə uyğun olaraq tamamlamaqla mənzillərin alıcılara təhvil verilməsini həyata keçirməyərək qeyd edilən 18 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin mənzilə sahib olmaq, ondan birgəyaşayış qaydalarına uyğun istifadə etmək və mənzil şəraitini yaxşılaşdırmaqla əlaqədar əmlak hüquqlarına və qanuni mən afelərinə qabaqcadan əlbir olduğu X22 birlikdə bir qrup şəxs halında vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestində Məhkum törətmiş olduğu cinayət əməlinə münasibətdə məhkəmənin cəza məsələsində gəlmiş olduğu nəticənin əsassız və ədalətsiz olmasına dair dəlillərlə istinad etmişdir. Belə ki, apellyasiya protestində CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməklə təqsirləndirilən şəxsə daha ağır cəzanın təyin edilməsi məsələsi qoyulmuşdur. Məhkəmə isə formal olaraq protesti təmin edib, CM-nin 6 2-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric etsə belə, CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini zamanı vəziyyətini daha da yüngülləşdirmişdir. İbtidai istintaq və birinci instansiya məhkəməsinin materialları təhlil edərkən müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum heç bir ifadədə özünü təqsirli bilməmiş, hətta müdafiə tərəfinin apellyasiya şikayətində bəraət hökmünün çıxarılması xahiş edilmişdir. Bununla da, Məhkum törətmiş olduğu cinayətlər sübuta yetirilməsinə baxmayaraq, o, hər vasitədən istifadə etməklə məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan başqa, iş materiallardan göründüyü kimi, apellyasiya icraatı zamanı Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlar öz apellyasiya şikayətləri ndən imtina etmişlər. Lakin, zərərçəkmiş şəxslərin sırasında olan X3 dəymiş ziyan ödənilməmiş və onunla barışıq belə olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs15 qarşı dələduzluq edilməsi epizodu üzrə təqsirləndirilən şəxs digər epizodlarda kimi, ümumiyyətlə özünü təqsirli bilməmiş, ittihama əsasən zərərçəkmiş şəxsdən 74.880 manat məbləğində pul aldığı halda, bu məbləğin 3.000 manat civarında olduğunu bildirməklə apellyasiya icraatı zamanı ultimativ formada yalnız bu məbləğin Zərərçəkmiş şəxs15 ödəyə biləcəyini bildirmişdir. Qeyd edilməlidir ki, təkcə bu epizod CM-nin 178.3.2-ci maddəsi ilə tövsif olunur. Mövcud məhkəmə təcrübəsinə əsasən talama cinayətləri üzrə cəza təyini zamanı məhkəmələr birinci növbədə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilib-ödənilmədiyini və təqsirləndirilən şəxsin z ərərçəkmiş şəxslə barışıb-barışmadığını nəzərə alırlar. Bu epizodla əlaqədar Zərərçəkmiş şəxs15 ziyanın heç qismən ödəlməsi belə yoxdur və barışıq da təbii ki əldə edilməmişdir. Məhkəmələr Məhkum tərəfindən törədilən cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla ona açıqaydın ədalətsiz cəza təyin etmiş, bu zaman cəza təyin etmə barədə CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmünü ləğv etməklə, cinayət işi yeni apell yasiya baxışına təyin edilməsini xahiş edir. Məhkum və müdafiəçisi Həsənov Fərid İzafət oğlunun birgə verdikləri kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsini xahiş etməklə məhkum barəsində çıxarılmış ittiham hökmünün ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuz olmasına dair dəlillərlə istinad etmişdir. Belə ki, kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi materiallarından şirkət tərəfindən tikilmiş binada bir mənzil bir neçə şəxsə satılması faktı aşkar edilməməsi müəyyən olunur. Belə olan təqdirdə heç bir mənimsəmə və yaxud dələduzluq cinayətindən söhbət gedə bilməz. Lakin istintaq Zərərçəkmiş şəxs15 cəmi ödədiyi 3500 manat (iş materiallarında qəbzləri var) pul məbləğinə baxmayaraq 74000 manat məbləğində ziyana görə zərərçək miş şəxs qismində tanımışdır. Biz dəfələrlə onun həm Bakı Ağır Cinayətlər Məhkəməsində, həm Bakı Apellyasiya Məhkəməsində çağırılmasını və dindirilməsini tələb etsək də məhkəmə təmin etməmişdir. İşin halı ondan ibarətdir ki, xx.xx.2010-cu il tarixdə Zərərçəkmiş şəxs15 hissə-hissə ödəməklə mənzilə dair 1 illik müqavilə bağlamış, lakin cəmi 3500 manat pul ödəmiş qalan məbləği ödəməmişdir. Mənzilin pulunu 1 ildən artıq müddətə gecikdirdiyindən onunla müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin mənzil xx.xx.2014-cü il tarixdə Zərərçəkmiş şəxs1 satılmışdır. İbtidai istintaq orqanı bu halı təkrar satış kimi qəbul etmiş və əsassız olaraq AR CM-nin 178.3.2-ci maddəsi ilə ittiham vermişdir. İstintaq orqanı bu qanunsuzluğu ört-basdır etmək üçün guya Zərərçəkmiş şəxs1 satılmış 38 saylı mənzili n yenidən Zərərçəkmiş şəxs8 satılmasını göstərmişdir, halbuki Zərərçəkmiş şəxs8 iş materiallarında ərizə və şikayətləri, notarial ərizəsi vardır ki, onun müqaviləsində texniki səhv olmuş, mənzil 38 deyil, 48 olmalıdır, çünki Zərərçəkmiş şəxs8 müqaviləsində qeyd edilən mərtəbədə ümumiyyətlə 38 saylı mənzil yoxdur, 48 saylı mənzil vardır. İş materiallarında olan məhkəmə tikinti ekspertizasının rəyindən də görünür ki, binaya çəkilən xərc verilmiş ittihamdan bir neçə dəfə çoxdur. Belə olan təqdirdə hansı mənimsəmədən söhbət gedə bilər. Təqsirləndirilən şəxsə eyni zaman həm AR CM-nin 178.3.2, həmçinin 179.3.2-ci maddəsi ilə ittiham hökmünün çıxarılması qəbul edilməzdir. Təqsirləndirilən şəxs Məhkum "xxxx" MTK-nın qanuni rəhbəri kimi 178.3.2-ci maddə ilə ittiham edilə bilməzdi. Ümumiyyətlə, Mə hkum əməllərində nə AR CM 178.3.2 və 179.3.2-ci maddəsinin tərkibi yoxdur, çünki binada mənzil satmaq cinayət deyil və buradə ictimai təhlükəli sayıla biləcək hərəkət yoxdur. İstintaq orqanı tərəfindən əldə olunan sübutlar mənsubiyyəti mümkünlüyü mötəbərliliyi baxımından şübhəli və ziddiyyətli olduğundan onların sübut kimi qəbul olunması yolverilməzdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmünü ləğv edilməsini və Məhkum barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs15 və nümayəndəsi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olmasına dair dəlillərlə istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinin izahına dair» 19 mart 2002-ci il tarixli qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Lakin təəssüflər olsun ki, apellyasiya məhkəmə kollegiyası işə baxarkən zərərçəkmiş kimi Zərərçəkmiş şəxs15 maraqlarını heçə saymaqla nəzərə almamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qərar qəbul edərkən qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini və Plenum qərarının tövsiyyələrini, cəza təyin edərkən Məhkum dəymiş ziyanı ödəməməsini və bununla bağlı hər hansı addım atmamasını, ziyanın ödənilməsi ilə bağlı tam laqeyidlik göstərməsini, törədilmiş cinayətin başa çatmı ş cinayət olmaqla ağır cinayətlər kateqoriyasına aid olmasını həmçinin işin digər faktiki hallarını nəzərə almamışdır. Bu səbəblə də məhkəmə kollegiyası hazırkı iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq sonuncuya təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmiş, bu hissədə qərarını əsaslandırmamışdır. Halbuki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Van de Hark Niderlanda qarşı» 19 aprel 1994-cü il tarixli qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Göstərilə nlərə əsasən onu da qeyd etməyi vacib hesab edirik ki, məhkəmə kollegiyasının qərarı formal xarakter daşımaqla sırf formal mülahizələrə və ehtimallara əsasən çıxarılmış və həmçinin məhkuma cəza təyin edərkən yuxarıda göstərilənlərlə yanaşı cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri ümumiyyətlə nəzərə alınmamış, açıq-aşkar Məhkum ədalətsiz cəza təyin etmişdir. Ona görə də hesab edirik ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli «1(103)-92/2022» saylı qərarı kassasiya qaydasında ləğv edilməli, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, son nəticə olaraq qanuni, əsaslı və ədalətli qərarın çıxarılması məqsədilə yeni apellyasiya baxışma qaytarılmalıdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmünü ləğv etməklə, cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun törətdiyi cinayət əməlinin xarakterini, Zərərçəkmiş şəxs15 dəymiş ziyanın ödənilməməsi və protestdə göstərilən digər dəlilləri nəzərə alaraq verilmiş protestin təmin olunmasını, zərərçəkmiş şəxsin və nümayəndəsi tərəfindən verilən kassasiya şikayətl ərinin təmin olunmasını, məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi F.İ.Həsənov çıxış edərək, zərərçəkmiş tərəfdən verilmiş kassasiya şikayətlərini və dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestini qəbul etmədiklərini, Məhkum ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə razılaşmadıqlarını bildirib, verdikləri kassasiya şikayətinin təmin edilməsini və Məhkumla bağlı cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində nümayəndə N.A.Sadıqov çıxış edər ək, kassasiya protestinin, tərəflərindən verilən kassasiya şikayətlərinin təmin olunmasını, məhkum və müdafiəçisi tərəfindən verilən kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təs bit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, Zərərçəkmiş şəxs15 və nümayəndəsi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrin in tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası verilmiş kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, Zərərçəkmiş şəxs15 və nümayəndəsi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğunu, Məhkum təyin edilmiş cəzanı şərti hesab etməyin əsassız olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Aşağıda göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi k imi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cə za təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən və cəzanı şərti hesab edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk məhkumlu ğu, zərərçəkmiş şəxslərin çox hissəsi ilə barışıq əldə etməsi, sonuncuların ona qarşı heç bir şikayət və tələbləri olmaması barədə ərizə təqdim etmələri, zərərçəkmiş şəxslərin bir hissəsinin öz apellyasiya şikayətlərinin tələblərindən imtina etmələri), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayə t tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Cinayət işi materiallarından göründüyü kimi zərərçəkmiş şəx slər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs10, X18, Zərərçəkmiş şəxs9, X23, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs7 nümayəndəsi Sadıqov Nurəddin Arif oğlu zərərçəkmiş şəxslərlə birgə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq apellyasiya şikayətinin tələblərindən imtina etdiklərini göstərmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs17 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq Məhkum qarşı zərərçəkmiş şəxs qismində apellyasiya şikayətini geri götürdüyünü və apellyasiya şikayətinin tələblərindən imtina etdiyini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 nümayəndəsi və vəkili Rzayev Elvin Rəşid oğlu məhkəmə iclasında ərizələr təqdi m edərək zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, Məhkum ilə barışdığını, ona qarşı heç bir iddia tələbi olmadığını, ona görə də apellyasiya şikayətini geri götürdüyünü və həmin hissədə işə xitam verilməsini xahiş etmişdir. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların tələbləri baxımından və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin və Zərərçəkmiş şəxs15 və nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və nümayəndəsinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması, məhkum barəsində CM-nin 70-ci maddənin tətbiqinin qeyri-qanuni olmasına dair iddialarının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cə za növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs və nümayəndəsi isə kassasiya şikayətlərində əsaslandıra bilməmişdir. Bundan əlavə dövlət ittihamçısı, Zərərçəkmiş şəxs15 və nümayəndəsi nəzərdən qaçırmışdır ki, şərti məhkum etmə institutu eyni zamanda şəxsin sınaq müddəti ərzində öz davranışı ilə islah olunmadığı təqdirdə şərti məhkum edilmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum islah olunması üçün vaxt verilməli və sınaq müddət i ərzində öz davranışı ilə islah olunduğunu sübut edə bilmədiyi təqdirdə ona təyin olunmuş cəzanın real icrasından danışmaq olar. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində, Zərərçəkmiş şəxs15 və nümayəndəsi isə kassasiya şikayətlərində Cinayət Məcəlləsinin 61.1.1 - 61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrum etmə cəza növünün şərti tətbiq edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki, CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin et dikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin, Zərərçəkmiş şəxs15 və nümayəndəsi X13 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Məhkəmə kollegiyası Məhkum və müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən birgə verilmiş kassasiya müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığ ını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəs i ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145 -ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (madd ə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin materialları, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmü ilə müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündən göründüyü kimi məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində sübutları tə svir etdikdən sonra onların məcmusunun Məhkum ittiham aktında göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə təqsirli bilmək üçün əsas verməsi, eləcə də onun əməlində həmin maddənin nəzərdə tutduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-in 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi başa düşülür. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinin əsaslı olub-olmamasına müzakirə edərək cinayət işi üzrə toplanmış sübutlara nəzər salır. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Məhkum ona Azərbaycan Respublikasının CM-nin 178.3.2 və 179.3.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir cinayət törətməmiş, o cümlədən dələduzluq etməmiş, özgənin əmlakını mənimsəməmiş, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişdir, ona qarşı irəli sürülən mülki iddiaları qəbul etmir. Məhkəmə iclaslarında ifadələri elan edilməklə tədqiq olunmuş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5, X30, X35, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şə xs7, Zərərçəkmiş şəxs18, X5, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs17 ibtidai araşdırma vaxtı zərərçəkmiş şəxs qismində dindirilərkən analoji olaraq Məhkum və atası X31 ilə görüşərək mənzil sahəsinin alqı-satqısı ilə bağlı razılığa gəlmələrinə baxmayaraq, sonuncuların verdikləri vədlərə əməl etmədiklərini göstərmişdirlər. O cümlədən, Şahid2, Şahid1, Şahid3 şahid qismində dindirilərkən zərərçəkmiş şəxslərlə eyni məzmunlu, oxşar ifadələr vermişdirlər. Göründüyü kimi Məhkum özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun dələduzluq cinayət əməllərini törətməsi yuxarıda qeyd edilən sübutlar əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilməsi məsələsində iş üzrə düzgün nəti cəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Lakin məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasını əsaslandırılmamış hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasından göründüyü kimi, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün, şəxs ə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Həmçinin bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumun mövqeyinə görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya məhkəməsinin hökmündə n görünür ki, məhkəmə Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə ilə bağlı cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən, məhkəməyə təqdim edilmiş sübutları araşdıran zaman Azərbaycan Respublikası CPM-nin 143-145-ci maddələrinin tələblərinə riayət etməmiş, sübutların kifayət etməsinə dair həmin Məcəllənin 146-cı maddəsinin müddəalarını nəzərə almadan Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli olması barədə nəticəyə gəlmişlər. Birinci və apellyasiya məhkəmələri zərərçəkmiş şəxslərin ifadələri, mütəxəssis və ekspertizaların yuxarıda göstərilən rəylərinə əsasən həmin ittihamı əsaslı və sübut olunmuş hesab etmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum etmişdir. Məhkəmə kollegiyası zərə rçəkmiş şəxslərin ifadələri, mütəxəssis və ekspert rəylərini nəzərdən keçərək, nəticəyə gəlir ki, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli olmasına dair əsaslı qərar qəbul edilməsi üçün yetərli deyil. Belə ki, istintaq orqanı cinayət işi üzrə "xxxx" MTK-dan 31 mənzil almış, 18 zərərçəkmiş şəxs dindirmiş, onların 2010-2015-ci illərdə MTK-yə pul ödəməsi, lakin tikinti işlərinin başa çatmaması səbəbindən 2015-ci ildə "xxxx" MTK tərəfindən müqavilələrə uyğun olaraq mənzillərin onlara təhvil verilməməsi barədə ifadələri əsasında, habelə mütəxəssis və ekspertiza rəyləri ilə həmin 31 mənzilə görə zərərçəkmiş şəxslər tərəfindən "xxxx" MTK-yə ödənilmiş 2.014.784 manat məbləği ilə binanın tikintisinə sərf edilmiş 1.489.145 manat məbləğinin arasında 525.639 manat fərqi müəyyən edərək, Tapdıq Namazovun "xxxx" MTK-nin direktoru Məhkumla qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla həmin 525.639 manat pulunu mənimsəməsi barədə nəticəyə gəlmiş və Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Birinci və apellyasiya məhkəmələri zərərçəkmiş şəxslərin ifadələri, mütəxəssis və ekspertizaların rəylərinə əsasən həmin ittihamı əsaslı və sübut olunmuş hesab etmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin ifadələri, mütəxəssis və ekspert rəylərini nəzərdən keçərək, nəticəyə gəlir ki, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli o lmasına dair əsaslı qərar qəbul edilməsi üçün yetərli deyil. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, M.B.Xudiyev, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs1, habelə məhkəməyədək icraat zamanı dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs17 və Zərərçəkmiş şəxs13 ifadələrində göstərmişlər ki, onlar "xxxx" MTK-yə mənzillərə görə pul ödəmişlər, lakin müqavilələrdə göstərilən müddətdə onlara mənzil təhvil verilməmişdir. 2015-ci ilin əvvəlində tikinti işləri maliyyə vəsaitlərinin bitdiyinə görə dayandırılmışdır. Tapdıq Namazov və "xxxx" MTK-nin direktoru Məhkum onların ödədiyi pulları təyinat üzrə xərcləməyərək mənimsəmişlər. Göründüyü kimi zərərçəkmiş şəxslər öz ifadələrində onları n tikinti üçün pulların Tapdıq Namazov və Məhkum tərəfindən mənimsənilməsini təsdiq edən faktlar və hallar barədə göstərməmiş, belə nəticəyə tikinti işlərinin maliyyə vəsaitlərinin bitdiyinə görə dayandırılması ilə əlaqədar gəlmişlər. Azərbaycan Respublikası CPM-in 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Bu səbəbdən də zərərçəkmiş şəxslərin Məhkum pulların mənimsəməsi barədə ifadələri konkret faktlara deyil, işin hallarından irəli gələn ehtimallara əsaslandığından özözlüyündə mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə cinayət işinə əlavə edilmiş 15 may 2017-ci il tarixli mütəxəssis aktından görünür ki, ünvan 2 ünvanında 1 girişli, 10 mərtəbəli və 2 səviyyəli qeyri-yaşayış sahəsi olan yaşayış binasının tikintisinə 1.489.145,90 manat maliyyə vəsaiti sərf edilmişdir. Cinayət işində olan məhkəmə tikinti-texniki ekspertizasının 27 aprel 2018-ci il tarixli 10276 saylı rəyindən görünür ki, istintaq materiallarına əlavə edilmiş 15 may 2017-ci il tarixli mütəxəssis aktında göstərilən ünvan 2 ünvanındakı 1 girişli 10 mərtəbəli və 2 səviyyəli qeyri-yaşayış sahəsi olan yaşayış binasının hazırki vəziyyətinə istifadə olunmuş tikinti materiallarının həcmi və hər bir materialın qiyməti və tikinti işlərinə sərf edilmiş ümumi məbləğ, ofis xidməti, işçilərə, mühəndis, fəhlə heyətinə, texnika, avadanlıq və qurğuların icarəsinə çəkilmiş xərclər düzgün müəyyən edildiyi və həmin binanın tikintisinə 1.489. 145,90 manat maliyyə vəsaiti sərf edildiyi müəyyən olunmuşdur. Cinayət işində olan məhkəmə-mühasibatlıq ekspertizasının 13 mart 2018-ci il tarixli 6410 saylı rəyindən görünür ki, 15 may 2017-ci il tarixli aktda müəyyən edilmiş binanın tikintisinin indiki səviyyəsinə qədər sırf tikinti-quraşdırma işlərinə sərf edilən 1.489.145,90 manat məbləğində maliyyə vəsaitinin miqdarı istintaqla nəzərə alındığı təqdirdə iş materiallarında olan sənədlərə (mənzillərin alqı-satqısına dair müqavilələr, maliyyə arayışları və mədaxil qəbzləri) əsasən yuxarıda qeyd olunan mənzillərin alqısatqısından əldə edilmiş məbləğlərlə tikintiyə sərf olunmuş məbləğlər arasında fərq müəyyən olunur, o cümlədən: 2014784,5 (mənzil satışı) – 1.489.145,90 (tikintiyə sərf olunmuş məbləğ) 525.638,6 (fərq) manat olduğu müəyyən ed ilir. Göründüyü kimi istintaq orqanı zərərçəkmiş şəxslərin yuxarıda qeyd edilən ifadələrinə əsasən Məhkum 525.638 manat pulun mənimsəməsi zərərçəkmiş şəxslərin 31 ədəd alqı-satqı müqavilə üzrə mənzillərə görə ödənilmiş 2.014.784,5 manat məbləği ilə binanın tikintisinin 15 may 2017-ci il tarixə olan səviyyəsinə qədər sırf tikinti-quraşdırma işlərinə sərf edilən 1.489.145,90 manat məbləğinin arasında olan fərqlə əlaqədar müəyyən edilmişdir. Cinayət işi üzrə halların, yəni mənimsəmə faktının və miqdarının yuxarıda göstərilən rəylərə əsasən müəyyən edilməsi aşağıda göstərilən səbəblərə görə düzgün hesab edilə bilməz. Belə ki, mübahisəsiz haldır MTK tərəfindən binanın tikməsi ilə bağlı bütün xərclər həmin binanın yaşayış (mənzillərin) və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş pulun hesabına ödənilir. Hətta mənzilin və qeyri-yaşayış sahələrinin satışına qədər binanın tikintisinə sərf edilmiş pul vəsaitləri də (MTK-yə məxsus öz pul vəsaitləri, kreditlər, borclar və sair) sonradan satışdan əldə edilmiş pulun hesabına bağlanılır və ödənilir. Həmçinin mübahisəsiz haldır ki, çoxmərtəbəli binanın tikməsi ilə bağlı xərclər sırf tikinti-quraşdırma işlərinə sərf edilən pul vəsaitlərindən ibarət deyil. Tikinti-quraşdırma işləri ilə yanaşı, tikinti üçün müvafiq torpaq sahəsinin alınmasına, evin layihə-smeta sənədlərinin hazırlanmasına, tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq vergilərə, texniki şərtlərlə bağlı rüsumları və digər xidmətlərə ödənilən pul vəsaitləri çoxmərtəbəli binanın tikintisi ilə bağlı xərclərə daxil olur və həmin xərclər binanın yaşayış və qeyriyaşay ış sahələrinin satışından əldə edilmiş pulun hesabına ödənildiyi üçün satılan yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə hesablanır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə mənimsəmə faktının olması və olduğu halda onun miqdarının müəyyən edilməsi üçün "xxxx" MTK tərəfindən ünvan 2 ünvanındakı 1 girişli, 10 mərtəbəli binanın tikməsinə xərclənilən pul vəsaitlərinin sırf tikinti-quraşdırma işlərinə sərf edilmiş 1.489.145,90 manat məbləğində müəyyən edilməsi açıq-aşkar həqiqətə uyğun gəlmədiyindən əsaslı hesab edilə bilməz. Cinayət işinin materiallarından isə görünür ki, müdafiə tərəfinin təqdim etdiyi ünvan 2 ünvanındakı 1 girişli, 10 mərtəbəli binanın dəyəri ilə əlaqədar sənədlər məhkəmələr tərəfindən tədqiq edilməmiş, yoxlanılmamış və nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurma olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olm amasını qaçınılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radç ikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Avropa Konvensiyasının 6-cı maddəsi nöqteyi-nəzərindən də (Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi (Kuznetsov and Others v. Russia), № 184/02, üzrə 2007-ci il 11 yanvar tarixli qərarının 83-cü bəndində və bir sıra başqa qərarlarında ifadə etdiyi hüquqi mövqeyinə görə) “Əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir... Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə y erinə yetirilə bilər”. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair gəldiyi nəticə lazımi surətdə əsaslandırmamışdır. Mübahisəsizdir ki, iş üzrə cinayət prosessual qanunvericiliyinin və beynalxalq təcrübənin tələblərinə uyğun araşdırılma aprmadan bu formada qəbul edilən apellyasiya məhkəməsinin hökmü də qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar cinayət-prosessual normalara və Ali Məhkəmənin Plenumunun qərarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun hökmü ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyi n edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs15 və nümayəndəsi X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum və müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2022-ci il tarixli hökmü Məhkum və müdafiəçisi Həsənov Fərid İzafət oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar