Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-484/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Xudopuluyev Samir Məhəbbət oğlunun iştirakı ilə Goranboy Rayon Məhkəməsinin xx x xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Abdurəhmanlı) xx xxxx 1984-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Faxralı kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ş.Q.Rzaquliyev, hakimlər Ç.B.Məmmədov və T.A.Muxtarovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs nümayəndəsi X1 ilə birlikdə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yenidən apellyasiya məhkəməsində apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2015-ci il tarixdən başlayaraq xx xxxx 2011-ci il təvəllüdlü X2 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment pulu və həmin uşaqların saxlanılması üçün xx xxxxx 2017-ci il tarixdən başlayaraq hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment pulunun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair müvafiq olaraq Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarix li, 2(045)1302/15 nömrəli və Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(104)1426/17 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Goranboy Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(045)412/2018 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxxx 2018-ci il tarixədək 10727 (on min yeddi yüz iyirmi yeddi) manat mə bləğində alimenti ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs nümayəndəsi X1 ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, beləliklə də təqsirləndirilən şəxsə yüngül cəza təyin etmiş, apellyasiya instansiya məhkəməsi isə haqsız olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, təqsirləndirilən şəxsin cinayət əməli bir tərəfdən dövlətin adından çıxarılmış qətnamələrin qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinə qarşı yö nəlmişdirsə, digər tərəfdən təqsirləndirilən şəxsin qətnaməni icra etməməsi, yəni alimenti ödəməməsi nəticəsində iki azyaşlı uşağın maddi təminatının kəsilməsinə yönəlmişdir. Təqsirləndirilən şəxsin barəsində cinayət işi başlanan günə, yəni xx xxxxxx 2019-cu il tarixə qədər Məhkum icra vərəqi üzrə 10727 (on min yeddi yüz iyirmi yeddi) manat aliment borcu yaranmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs yüngül cəza almaq xatirinə həmin pulun yalnız 2000 (iki min) manatını ödəmişdir. Qalan 8727 (səkkiz min yeddi yüz iyirmi yeddi) manatı isə bu günə kimi ödəmiş və ödəməyə də cəhd belə göstərməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək, işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etm əyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisi və dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmə lər yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırmaqla bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq biri nci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətində də bu məsələ mübahisələndirilmir. Kassasiya şikayətində məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, törədilmiş əməlin ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmadığı iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsini apelyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini kollegiyanın iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkum təqsirli bilindiyi cinayəti törətməkdə təqsiri onun özünü təqsirli bilməsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də birinci instansiya məhkəməsində məhkəmə istintaqında tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi əsaslı və qanuni olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 306.1 -ci maddəsi ilə tövsif etmişdir. Apelyasiya şikayətindən də görünür ki, məhkumun təqsirli bilindiyi cinayət əməlinin sübuta yetirilməsi və hüquqi tövsifi mübahisələndirilməmişdir. Apelyasiya şikayətinin dəlillərindən görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi T.Vəliyeva Məhkum təyin olunmuş cəzanı yüngül hesab edərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş et mişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən onun ilk məhkumluğunu, səmimi peşimançılığını, dəymiş ziyanın qismən ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq barəsində 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. CM-in 8.1, 41.2 və 58.3-cü maddələrindən irəli gələn tələblərə görə ədalətli cəza dedikdə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun gələn, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması şərti ilə təyin edilən, təqsirkarın islah olunmasına cavab verən və onun ailəsinin də həyat şəraitinə adekvat olan cəza başa d üşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarındakı ödəniş sənədlərindən göründüyü kimi Məhkum 2016-cı ildən başlayaraq icra sənədi üzrə qismən ödənişlər aparır, aliment borcunun olduğunu danmır və həmin borcu hissə-hissə ödəyəcəyini bildirir. İş materiallarından həmçinin görünür ki, Məhkum ikinci qrup əlildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərdən keçirib hesab edir ki, hökmlə Məhkum barəsində təyin olunmuş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası onun islah olunması üçün yetərlidir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi özünün iş üzrə mövqeyini (gəldiyi nəticəni) işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şər h etməklə əsaslandırmışdır. Həmin mövqe (nəticə) iş materiallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (ilk məhkumluğunu, səmimi peşimaçılığını, dəymiş ziyanı qismən ödədiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan zərərçəkmiş şəxsin nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilm ədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs nümayəndəsi X1 ilə birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs və nümayəndəsi X1 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasəndəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-484/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-484/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver