Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-484/2024 27.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əkbərov Xəqani Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) Məhkum, 27 avqust 2003-cü il tarixdə İsmayıl rayonunun İstisu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə i şləməmiş, İsmayıllı rayonunun İstisu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-nin 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək olan 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 11 (on bir) ay 2 8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə Məhkum CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və həmin maddə ilə onun barəsindəki cinayət təqibinə xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2021-ci il tarixdə saat 02:40 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən ticarət köşkünün aynabəndinə fiziki təsir edib içəri daxil olaraq kassadan 8 manat nağd pulu, 1 ədədinin dəyəri 1 ma nat 60 qəpik olan 10 ədəd “Alpen Gold” adlı şokaladları, 1 ədədinin dəyəri 3 manat 60 qəpik olan 250 ml tutumlu 4 ədəd “Redbull” markalı enerji içkilərini, 1 paketinin dəyəri 3 manat 90 qəpik olan 240 paket “Sobranie” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 60 qəpik olan 210 paket “Kent 4” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 40 qəpik olan 130 paket “Winston” markalı siqaretlərləri, 1 paketinin dəyəri 2 manat 90 qəpik olan 140 paket “LD” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 120 paket “Rothmans” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 80 paket “Winchester” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 10 paket “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 30 qəpik olan 10 paket “West” markalı siq aretləri, 1 paketinin dəyəri 2 manat 20 qəpik olan 10 paket “Classic” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Prima” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Magna” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Viceroy” markalı siqaretləri, 1 paketinin dəyəri 1 manat 80 qəpik olan 10 paket “Argo” markalı siqaretləri və 1 paketinin dəyəri 3 manat olan 8 paket “Kent Neo” markalı siqaretləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 3250,4 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 20 fevral 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkında tanışı Şahid1 ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 sözlə mübahisə etdiyini görüb onları aralamaq üçün müdaxilə edən zaman Zərərçəkmiş şəxs1 yumruqla onun üz nahiyəsinə zərbə vuraraq fiziki ağrı yetirdikdən sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik turist bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən 9 ədəd zərbələr endirib döş qəfəsinin arxa səthində beş ədəd, döş qəfəsinin ön səthində bir ədəd ümumilikdə altı ədəd daxilə nüfuz etməyən yumşaq toxumalarının zədələnməsi və deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, qarın nahiyəsinin ön səthində qaraciyərin, mədənin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bir ədəd, döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə V-VII qabırğa səviyyəsində yerləşən sol plevranın zədələnməsi ilə müşayiət olunan bir ədəd, döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsində ortada yerləşən sağ plevranın zədələnməsi ilə müşayiət olunan bir ədəd ümumilikdə isə üç ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan qəsdən insan həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 07 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi X.M.Əkbərov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxə barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətəlrin məcmusu üzrə azadlığın məhdudlaşdırılması cəzasıının təyin edilməsi haqda qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində məhkum olunmuş şəxslərə cəza təyin etmənin qaydaları, əsasları, şərtləri və prinsipləri və cəzanı yüngülləşdirən hallar təsbit edilmiş CM-nin müvafiq maddələrinə, habelə Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istin ad edən müdafiəçi X.M.Əkbərov həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə almamış və ona azadlıqdan məhrum etmə növündə açıq-aşkar ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmişlər. İş materiallarından görünür isə ki, Məhkum törətdiyi əməllərdən peşmançılıq çəkmiş, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur, məhkum olunmuş şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə təcrübəsində belə şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması daha məqsədə uyğun hesab edilir. Sadalanan hallarla təsdiq olunur ki, bu hallar müstəsna hallar kimi qiymətləndirilib onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə əsas yaradır. Qeyd olunanlara əsaslanaraq müdafiəçi X.M.Əkbərov kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, onun müdafiəçisi X.M.Əkbərov və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi X.M.Əkbərov apellyasiya instansiyası məhkəməsinin qərarından ve rdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin cəzanın yüngülləşdirilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi X.M.Əkbərovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhk əmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya insta nsiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlər inin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə ə sasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmas ının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlə rinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum müdafiəçisi X.M.Əkbərov öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsini, sonuncunun təqsirli bilindiyi cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktının qəbul edilməsini iddia edir. Ona görə də məhkəm ə kollegiyası işin faktiki halları ilə bağlı məhkəmələrin gəldikləri nəticələri, Məhkum təqsirliliyi, əməlinin hüquqi tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı n ormaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Belə ki, ədalətlilik prinsipindən bəhs edən CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza tö rədilmiş cinayətin ağırlığına, onun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalı və eyni zamanda cəzanın məqsədlərini də təmin etməlidır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olub-olmaması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. CM-nin 41.1-ci maddə sində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-5 9.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin az aldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəza nı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prin sipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bi r cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısın ı almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyy ətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Res publikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin h əyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və i ctimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələr tərəfindən o, da izah edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittih am aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etdiyindən, hökmdən verilmiş apellyasiya şikayətində isə bununla bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlar ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum on a elan olunmuş ittiham üzrə cinayət əməlini törətdiyinə görə təqsirli bilinməsi barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını əsaslandırarkən yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin ə məllərini CM-nin 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Buna görə, məhkəmə kollegiyası bu məsələlərin daha ətraflı müzakirə edilməsinə ehtiyac görmür, Məhkum təyin edilmiş cəzanın həddindən artıq sərt olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab olaraq isə qeyd edir ki, CM-nin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən isə oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyas ı yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum həm onun təqsirli bilindiyi CM-nin 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə, həm də CMnin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə müvafiq cəzalar təyin edi lərkən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirdiyi halları – zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, vurulmuş ziyanı ödənilməsini, məhkumun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, digər tərəfdən isə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunmuş cəzanın isə onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzan ı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun. Hazırki cinayət işinin materiallarından və kassasiya şikayətinin məzmunundan da göründüyü kimi, müdafiəçi X.M.Əkbərov Məhkum cəza təyini ilə bağlı nəzərə alına bilən, lakin aşağı instansiyası məhkəmələri tərəfindən nəzərə alınmamış, CM-nin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan və CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq sübutlarla təsdiq olunan heç bir hala istinad etməmişdir. Halbuki, yu xarıda qeyd olunduğu kimi, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun nəticəyə gəlmək üçün əhəmiyyətli olan digər məsələlərin həllində olduğu kimi, məhkumun barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl edilmiş, məhkuma təyin olunmuş cəza isə, yuxarıda qeyd edildiyi kimi, o nun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərinə yaxın hədlərdədir. Bununla yanaşı məhkəmə kollegiyası vurğulayır ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən isə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirak çısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliy ini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna g örə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur k i, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna halla r kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi tədbir kimi qəbul edilməsinə yol vermir. Məhkəmə kollegiyası işin hallarından, Məhkum törətdiyi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmış cəzanı yüngülləşdirən hallardan çıxış edərək belə qənaətə gəlir ki, bütün bunlar cinayət işi üzrə toplanmış sübutlarla birlikdə Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzaların təqsirli bilindiyi m addələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan daha yüngül cəzalarla əvəz edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsinin mümkünsüzlüyünə dəlalət edir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün qeyd olunanlar ümumlikdə aşağı instansiya məhkəmləri tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsi ilə bağlı nəticəyə gələrkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsinə, müdafiəçi X.M.Əkbərovun kassasiya şikayətinin dəlillərinin isə qəbul edilməz olmasına dəlalət edir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməm əli və Məhkum CM-nin 126.1, 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-484/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-484/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver