Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-484/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum2 xx xxxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayır. Cinayət məsuliyyətindən azad ed ilmiş şəxs Məhkum1 xx xxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 4 ünvanında yaşayır. 2. 28 dekabr 2021-ci il tarixli ittiham aktı ilə Məhkum2 və Məhkum1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 213.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham irəli sürülmüşdür ona görə ki: Məhkum1 vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı Məhkum2 və Şahid12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) (VÖEN **********) direktor müavini vəzifəsində işləyərkən, MMCnin fəaliyyətinə faktiki rəhbərlik etmiş, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulan funksiyaları özü yerinə yetirərək əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, adı çəkilən şəxslərlə birlikdə qeyd olunan MMCnin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 98, 101, 103-105, 149, 173, 174, 177, 180.1 və 201-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə xeyli miqdar təşkil edən, 197974,14 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkum2 vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) (VÖEN **********) direktor müavini və zifəsində işləyərkən, MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etmiş, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulan funksiyaları özü yerinə yetirərək əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, adı çəkilən şəxslərlə birlikdə qeyd olunan MMCnin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 103-105, 149, 173, 174, 177 və 180.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyy ətin qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə xeyli miqdar təşkil edən, 113007,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 3. 19 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-3/2024 nömrəli, 01 may 2024-cü il tarixli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanı ona aid olan hissədə (29800 manat) tamamilə ödədiyi üçün həmin Məcəllənin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliy yətindən azad edilməsi və barəsində olan cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-3/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmü ilə Məhkum2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsi, mülki iddianın ona aid olan hissədə təmin edilməməsi hökm edilmiş, digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarından və hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən isə apellyasiya şikayəti verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 1(103)-1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-3/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmü və qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmə Məhkum1 münasibətdə yekun qərar qəbul edərkən onun Şahid12 ilə qabaqcadan əlbir olaraq yayındığı 84966,28 manat məbləğində vergi borcunun (25745,39 manat məbləğində artıq ödəmə nəzərə alınmaqla qalan 59220,89 manat hissəsini) özünə aid olan hissəsini ödəməsini nəzərə alıb ümumi ittiham üzrə barəsində cinayət təqibinə xitam verərkən diqqətindən qaçırmışdır ki, Məhkum1 qarşı irəli sürülmüş ittihamın ümumi həcmi 197974,14 manat təşkil etmiş, həmin məbləğin 84966,28 manat hissəsi Şahid12, 113007,89 manat hissəsi isə Məhkum2 qabaqcadan əlbir olaraq yayındığı vergi borcu olmuşdur. Məhkəmə tərəfindən Məhkum1 Məhkum2la qabaqcadan əlbir olaraq 113007,89 manat vergi borclarını ödəməkdən yayınma ilə bağlı sonuncu barəsində bəraət hökmü çıxarılsa da, Məhkum1 qarşı irəli sürülmüş ittihama yalnız onun Şahid12la qabaqcadan əlbir olaraq yayındığı vergi borcuna münasibət bildirərək barəsində ümumi ittiham üzrə cinayət təqibinə xita m verilmiş, onun Məhkum2la əlbir olaraq yayındığı vergi borcuna (113007,89 manat məbləğində vergi borcuna) münasibət bildirilməmişdir. Bununla da məhkəmə eyni ittiham üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət vermiş, həmin cinayətdə onunla əlbir olan digər təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verməklə eyni ittihama fərqli münasibət bildirmişdir. Məhkum1 qarşı irəli sürülmüş ittihamdan tam və ya qismən imtina olunmamış, məhkəmə onun barəsində olan ümumi ittiham üzrə cinayət təqibinə xitam verməkdə haqlı olmamışdır. Bundan əlavə məhkəmə Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verərkən məhkəmə istintaqı zamanı əldə edilmiş rəyi mötə bər sübut növü kimi qəbul etməkdə haqlı olmamışdır. Məhkəmənin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, mübahisələndirilən hökmdə şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuş, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Mülki iddiaçı kassasiya şikayətinin dəlillərini kassasiya protesti ilə eyniləşdirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yen i apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qə rar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edi r. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi və bunun nəticəsi olaraq Məhkum2 verilən bəraətin, Məhkum1 isə barəsində iş üzrə icraata xitam verilməsinin əsassız olduğu iddia edilərək, kassasiya xahişləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçı sının kassasiya protestini və mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq ilk növbədə Məhkum2 əsassız bəraət verildiyi barədə kassasiya müraciətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətm əkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama za manı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
24. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfind ən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
25. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
26. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
27. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin mübahisələndirilməsi üzrə kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.
28. Belə ki, kassasiya müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda tə svir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, müraciətlərdə qeyd edilənlərin əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq q iymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
29. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq dövründə bir dəfə, məhkəmə istintaqı zamanı isə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş, məhkəmənin təyin etdiyi ekspertizalarda ekspert qarşısında vergi borcunun olması ilə bağlı daha əhatəli suallar qoyulduğundan həmin ekspert rəyləri sübut kimi qəbul edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəylərində "xxxx" MMC-nin vergi borcu 2017-2018-ci illər üzrə müəyyən e dilmişdir. Cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlarla, həmçinin, Məhkum2 2016-cı ildə "xxxx" MMC-nin faktiki rəhbəri olduğu təsdiqini tapmışdır.
31. Məhkəmələr iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış sübutlarla məhkəmə icraatı zamanı əldə edilmiş sübutlar arasında aşkar etdiyi ziddiyyətləri, ittihamın sübut olunmasında əsaslı şübhələrin mövcud olduğunu, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, eyni zamanda ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilinməyən şübhə lərin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, təqsirsizlik prezumpsiyasına dair konstitusion prinsip daxil olmaqla cinayət mühakimə icraatının təməl əsasına tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilmədiyi üçün – Məhkum2 Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişlər.
32. Məhkəmə kollegiyası Məhkum1 cinayət məsuliyyətindən azad edilərək, cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə də razılaşaraq hesab edir ki, həmin hissədə məhkəmələrin mövqeyi əsaslıdır.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 9/2211 saylı rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi, bəyannamə məumatları və s.) əsasən vergi yoxlamalarının əhatə etdiyi dövrlər və 25 oktyabr 2019-cu il tarixdə tərtib olunmuş “Vergi borclarının araşdırılması nəticəsinə dair Akt”tda cari bəyannamə və kameral vergi yoxlaması ilə göstərilən dövrlər ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 84966,28 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı isə Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəylərində "xxxx" MMC-nin vergi borcu 20172018-ci illər üzrə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Məhkum1 verilmiş ittihamın 2016-cı il üzrə olan vergi borcu, yəni 113007,86 manat hissəsi sübuta yetirilməmiş, lakin vergi borcunun 2017-2018-ci illər üzrə 84966,28 manat hissəsi özünün etirafedici ifadəsi və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır.
34. Məhkəmə istintaqı zamanı həm Məhkum1, həm də şahid qismində dindirilmiş Şahid12 ifadələrindən onların 2017-ci ilin sentyabr ayına kimi müəssisədən gəlir əldə etmədikləri, gəlir əldə edəcəkləri halda gəliri bərabər şəkildə bölüşdürəcəkləri barədə razılıq əldə etdikləri müəyyən edilmiş, bu səbəbdən "xxxx" MMC-nin vergi borcu məhkəmə tərəfindən onların arasında bərabər şəkildə müəyyən edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 9/2211 saylı rəyində yoxlamanın sonuna, yəni 25 yanvar 2018-ci il tarixinə müəssisənin 25745,39 manat məbləğində artıq ödəməsinin olduğu öz əksini tapmış, həmin artıq ödəmə nəzərə alınmaqla müəssisənin ödəməli olduğu vergi borcunun məbləğinin 59220,89 manat təşkil etdiyi müəyyən edilmiş, belə olan halda Şahid12 tərəfindən vergi borcundan 30000 manat ödənilməsi (Şahid12 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 yanvar 2024-cü il tarixl i qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır) və onun cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmaqla Məhkum1 vergi borcunun 29610,445 manat təşkil edildiyi müəyyən edilmiş, onun tərəfindən 29800 manat dövlət büdcəsinə ödəniş edildiyindən əsaslı olaraq Azərbaycan Respublikası CM-nin 73-2.1-ci maddəsinə əsasən Məhkum1 cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir.
35. Göründüyü kimi, baxılan kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmir, bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas aşkar etmir.
36. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1424/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli kassasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.